Ayətullah Xamenei
3.29K subscribers
2.22K photos
635 videos
88 files
2.21K links
Ali Rəhbər, İmam Seyid Əli Xameneinin bəyanatları, Azərbaycan dilində

Tiktok: tiktok.com/@ayetullahxamenei
Teleqram: t.iss.one/ayetullahxamenei
İnstagram: https://www.instagram.com/ayetullahxamenei
Download Telegram
📸 Ali məhkəmənin rəisi və məsul işçilərinin İmam Xamenei ilə görüşü

Ayətullah Doktor Beheştinin şəhadətinin ildönümü ilə əlaqədar olaraq və Ali Məhkəmə Günü münasibəti ilə bu səhər (28.05.2022) məhkəmə sisteminin rəhbəri və məsul şəxsləri, İslam İnqilabının Böyük Rəhbəri İmaç Xamenei ilə görüş keçiriblər.

t.iss.one/ayetullahxamenei
İmam Xameneinin "Kərimə Dövlət" mözusunda nəzəri - 1-ci hissə

"Dövlət, Kərimə dövləti olmalıdır. “İlahi! Biz Kərimə Dövlətin qurulmasını şövqlə səndən istəyirik!” (İftitah duasından və İmam Baqirin (ə) cümə xütbəsi duasından) cümləsinin mənası da elə budur. Yəni, ya Rəbb! Biz əllərimizi qaldırıb ürəyimizi sənə təslim edirik və səndən Kərimə Dövləti istəyirik! Təbii ki, inqilab başlayandan biz həmişə dövlətləri Kərimə Dövlət adlandırmaq istəmişik. Bu bizim arzularımızdan biridir və mən bunu sevirəm. Siz həm əziz, həm də inqilabçı dövlətsiniz. Amma həqiqət budur ki, Kərimə Dövlətin şərtləri var; Kərimə Dövlət əziz, başıuca, habelə qanunların, vəzifələrin və İslami sistemin siyasətlərinin onun qarşısına qoyduğu yola möhkəm etiqada sahib olan bir dövlətdir. Eyni zamanda nüfuzedilməzdir və başqalarını razı salmaq üçün məsuliyyətdən boyun qaçırmır. Kərimə Dövlətinin xüsusi mesajı və dünya üçün yeni sözü var."

27.08.2001

İmam Xameneinin sabiq Prezident Seyyid Muməmməd Xatəmi və dövlət adamları ilə görüşündə.

Adres: https://farsi.khamenei.ir/speech-content?id=3079

#Kərimə_Dövlət

https://t.iss.one/ayetullahxamenei
Ayətullah Xamenei
İmam Xameneinin "Kərimə Dövlət" mözusunda nəzəri - 1-ci hissə "Dövlət, Kərimə dövləti olmalıdır. “İlahi! Biz Kərimə Dövlətin qurulmasını şövqlə səndən istəyirik!” (İftitah duasından və İmam Baqirin (ə) cümə xütbəsi duasından) cümləsinin mənası da elə budur.…
İmam Xameneinin "Kərimə Dövlət" mövzusunda nəzəri - 2-ci hissə


"Ümid edirik ki, inşallah, bu dövlət, “İftitah” duasında oxuduğumuz "Kərimə Dövlət"in nümunəsi olacaq və Allah-Təaladan bunu diləyirik."

25.08.1993

İmam Xameneinin İranın mərhum prezidenti Ayətullah Rəfsəncaninin ikinci dəfə prezdent seçilməsindən sonra Prezident və nazirlərlə görüşündən.

Adres: https://farsi.khamenei.ir/speech-content?id=2682

#Kərimə_Dövlət

t.iss.one/ayetullahxamenei
Ayətullah Xamenei
İmam Xameneinin "Kərimə Dövlət" mövzusunda nəzəri - 2-ci hissə "Ümid edirik ki, inşallah, bu dövlət, “İftitah” duasında oxuduğumuz "Kərimə Dövlət"in nümunəsi olacaq və Allah-Təaladan bunu diləyirik." 25.08.1993 İmam Xameneinin İranın mərhum prezidenti…
İmam Xameneinin "Kərimə Dövlət" mövzusunda nəzəri - 3-cü hissə


"İran İslam Cümhuriyyəti uzun illər boyu Allah-Taaladan dilədiyimiz Kərimə Dövlətin açıq-aşkar əlamətlərinə sahibdir və bu əlamətləri dini təqva kölgəsində artırmağa çalışaq."

31.08.1994

İmam Xamenei İranın İR mərhum prezidenti Ayətullah Rəfsəncani və nazirlərlə görüşündən.

Adres: https://farsi.khamenei.ir/news-content?id=17356

#Kərimə_Dövlət

https://t.iss.one/ayetullahxamenei
Ayətullah Xamenei
İmam Xameneinin "Kərimə Dövlət" mövzusunda nəzəri - 3-cü hissə "İran İslam Cümhuriyyəti uzun illər boyu Allah-Taaladan dilədiyimiz Kərimə Dövlətin açıq-aşkar əlamətlərinə sahibdir və bu əlamətləri dini təqva kölgəsində artırmağa çalışaq." 31.08.1994 İmam…
İmam Xameneinin "Kərimə Dövlət" mövzusunda nəzəri - 4-cü hissə

İmam Xomeyni Kərimə Dövlət qurdu

"İmam Xomeyni (r.a) bu nəsil və bütün gələcək nəsillər üçün gözəl bir nümunə ortaya qoydu; O, Mehrabında gecələr ibadəti, dünya hegemonlarına qarşı davamlı hücumları və İslami oyanış ruhunu ümmətdə alovlandırmaq üçün davamlı cihadı ilə bu nümunəni təqdim etdi. Həmçinin bu abid insanın müqavimətinin qarşısında tağutların qalaları sarsıldı, İran şahının taxtı viran edildi, Amerika bu ölkədə məğlub oldu, İslam bayrağı qaldırıldı və nəhayət Allahın lütfü ilə İslami Kərimə Dövləti quruldu."

14.07.1989

İmam Xameneinin cümə xütbəsindən - Tehran

Adres: https://farsi.khamenei.ir/speech-content?id=2142

https://t.iss.one/ayetullahxamenei
DİQQƏT DİQQƏT

İmam Xameneinin sözlərini təhrif edən saxtakarlardan ehtiyatlı olun - İmam Xameneinin demokratiyaya baxışı nədir?


Davamı 🔽🔽🔽
Ayətullah Xamenei
DİQQƏT DİQQƏT İmam Xameneinin sözlərini təhrif edən saxtakarlardan ehtiyatlı olun - İmam Xameneinin demokratiyaya baxışı nədir? Davamı 🔽🔽🔽
DİQQƏT DİQQƏT

İmam Xameneinin sözlərini təhrif edən saxtakarlardan ehtiyatlı olun - İmam Xameneinin demokratiyaya baxışı nədir?

Əziz dostlar, bəzi saxtakarlar "Kərimə Dövlət" nəzəriyyəsinə ləkə yaxmaq üçün İmam Xameneinin siyasi fikirlərini təhrif edərlər.
Belə ki, İmam Xameneinin "Mərdumsalariye İslami" (مردم سالاری اسلامی) Yəni, "İslami xalqmehvərlik" (İslami xalqmərkəzlik) sözünü, googledə "İslami demokratiya" kimi tərcümə edərək dindarları aldadırlar. Halbuki, İmam Xamenei "Demokratiya" termininin İslam hakimiyyətində işlədilməsini qətiyyətlə rədd edir.
Gəlin Demokratiya və İslami xalqmehvərlik mövzusunda İmam Xameneinin nəzərinə baxaq:

"Hər ümumi hərəkat və inqilabda lazım olan məsələlərdən biri də o hərəkat və inqilabın fikri qaynaqlarına uyğun terminlər düzəltmək və bunu zehinlərə salmaqdır. İslam hökuməti, İslam sistemi, İslami oyanış kimi yeni bir fikir müzakirə mövzusu olarkən cəmiyyətə özünəməxsus məfhumlar gətirir. Odur ki, hərəkat özünə münasib olan terminlərə sahib olmalıdır. Əgər terminlər yad ideologiyalardan götürülərsə bu iş vəziyyəti gərginləşədirəcək və fikiri düzgün çatdırmaq mümkün olmayacaq. Biz xalqmehvərliyi və azadlığı qəbul edirik, amma liberal demokratiyanı qəbul etmirik. Hərçənd ki, “liberal demokratiya” lüğəvi məna baxımından xalqmehvərlik və azadlıq olsa da, insanların arasında bəzi məfhumları ehtiva edir ki, biz o mənaları rədd edirik. Elə ona görə də bu adları özümüzün sağlam, xalis və pak məfhumlarımız üzərinə qoymaq istəmirik. Odur ki, biz öz sistemimiz üçün yeni ad qoyuruq. Bu sistemi “İslami xalqmehvərlik” və ya “İslam cümhuriyyəti” adlandırırıq. Bir sözlə yeni və münasib ad seçirik.
İstehsal, gəlirlərin düzgün bölünməsi və ümumi gəlirlərin ədalətli şəkildə istifadəsi İslamın ən ali hədəflərindən biridir, amma “sosializm” terminindən istifadə etmirik. Baxmayaraq ki, bu sosializmlə məna baxımından eynilik təşkil edir, amma bu terminin daxilində olan bəzi məfhumlarla və tarixdə ona aid reallıqlarla razılaşmırıq. Odur ki, sağçılar, solçular və bu kimi ideologiyalar arasında mövcud olan terminlərin yerinə “istikbar”, “istizaf”, “xalqmehvərlik” kimi terminləri gətirdik. Əslində biz yox, inqilab bu terminləri gətirdi və şəxslər bu məsələdə qəti təsirə malik deyildi."
(14.10.2011)

Qərbin demokratiya düşüncəsində kifayət qədər İslama, insani dəyərlərə müxalif olan fikirlər var. Təkcə bu kifayət edir ki, demokratiya bəhanəsilə ölkəmizdə İslam, Quran və müqəddəslər təhqir olunur və onlar üçün cəza sistemi yoxdur. Çünki, onların bu işləri demokratiyaya uyğundur və onları cəzalandırmaq demokratik dəyərlərə ziddir. Rəhbər də bu və digər məsələlərə görə Qərb və Şərq blokuna aid olan terminlərin İslam hakimiyyətində işlənməsinin əleyhinədir.
Amma bu saxtakarlar, İmam Xamenei harada "Mərdumsalariye İslami'' (مردم سالاری اسلامی)
yəni "İslami xalqmehvərlik" deyibsə onu "İslami demokratiya" kimi təqdim edirlər.
İslam hakimiyyətinin qurulduğu hər məkanda qanunlar Allaha məxsusdur və xalqa xidmət, xalqa dəyər vermək bir sözlə xalqmehvər olmaq onun əsas prinsipidir. İnsanın həqiqi kəramət tapdığı belə bir dövlət, Kərimə Dövlət adlanır. Demokratik sistemdə isə qanunu yazan tağutlar və 5-10 kapitalistdir, xalq isə bu quldurların nökəridir.
Bəziləri utanmadan iddia edirlər ki, guya Kərimə dövlət nəzəriyyəsini təbliğ edənlər Rəhbərin fikirlərinə müxalif danışır. Məqsədləri isə Kərimə Dövlətini İslami hakimiyyətə aid olmayan bir sistem kimi xalqa tanıtdırmaqdır. Halbuki Kərimə dövlət İslam hakimiyətinin sifətidir, özüdür.
Əslində, bu saxtakarların nə İslam hakimiyyəti sistemindən, nə rəhbərin fikirlərindən nə də demokratiyadan anlayışları yoxdur. Hələ üstəlik həyasızcasına Rəhbərin sözlərini təhrif edirlər.

P.S: Rəhbərin leader.ir saytının azəri dilinə tərcüməçisi də yaxşı olar ki, ağanın siyasi fikirləri ilə tanış olsun və düzgün tərcümə etsin. Google-in səhvini təkrarlamasın. Təhrif xəyanətdir!

https://t.iss.one/ayetullahxamenei
🎥 İmam Xomeyni DİNİ DEMOKRATİYA istəyənlər üçün son nöqtəni qoydu: "BU İSLAMA TƏHQİRDİR"

Demokratiyanı qəbul etmirik. Demokratiyanı islamın kənarına qoysanız da qəbul etməyəcəyik!

Mərhum İmam Xomeyni qərbpərəstlərə demək istəyir ki, bu qeyri-ilahi sisteminizi bizə hansı formada təqdim edirsinizsə, edin, İSTƏMİRİK!

Ardınca əlavə edir ki, bizim islam sistemimiz sizin demokratiyanızdan daha üstün olduğu halda, niyə daha aşağı olan bir sistemin adını islamın kənarına gətirməliyik?!... Niyə quruluşumuzun adını “DİNİ DEMOKRATİYA” qoymalıyıq?!...


https://youtu.be/gF59ECKn4Qc
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🎥 İmam Xomeyni DİNİ DEMOKRATİYA iddiası edənlərə son nöqtəni qoydu: "BU İSLAMA TƏHQİRDİR"

Demokratiyanı qəbul etmirik. Demokratiyanı islamın kənarına qoysanız da qəbul etməyəcəyik!

Mərhum İmam Xomeyni qərbpərəstlərə demək istəyir ki, bu qeyri-ilahi sisteminizi bizə hansı formada təqdim edirsinizsə, edin, İSTƏMİRİK!

Ardınca əlavə edir ki, bizim islam sistemimiz sizin demokratiyanızdan daha üstün olduğu halda, niyə daha aşağı olan bir sistemin adını islamın kənarına gətirməliyik?!... Niyə quruluşumuzun adını “DİNİ DEMOKRATİYA” qoymalıyıq?!...

https://t.iss.one/ayetullahxamenei
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İmam Xomeynidən "demokratiya'' iddiası edənlərə digər bir cavab: İslamdan nə pislik görmüsünüz?

https://t.iss.one/ayetullahxamenei
İslami demokratiya"?! - İmam Xomeyni barədə yayılan yeni bir şübhəyə ətraflı cavab. (Yeni klip)

Maksimum Paylaşaq

https://youtu.be/seTTzdS_u74
🔻İslam İnqilabının Rəhbəri İmam Xameneinin İnstaqram səhifəsində İran milli voleybol komandasının Voleybol Millətlər Liqasının final mərhələsinə yüksəlməsi münasibəti ilə təbrikləri dərc olunub.

t.iss.one/ayetullahxamenei
Ali Rəhbər İmam Seyyid Əli Xamenei Qurban və Qədir-Xum bayramlarının gəlişi münasibətilə əfv fərmanı imzalayıb.

Ali Rəhbər ümumi və inqilabi məhkəmələr, İqtisad Məhkəməsi və Hərbi Tribunal tərəfindən mühakimə edilmiş 2272 nəfər məhkumun cəzasının əfvi, yaxud yüngülləşdirilməsinə razılıq verib.

Xatırladaq ki, Məhkəmə Hakimiyyətinin sədri höccətül-islam Möhsini Əjeyi Ali Rəhbərə məktubla müraciət edərək mübarək Qurban və Qədir-Xum bayramlarının gəlişi ilə əlaqədar olaraq, Məhkəmə Hakimiyyətinin Əfv və Amnistiya Komissiyası tərəfindən müvafiq tələblərə cavab verdikləri müəyyən olunmuş 2272 nəfər məhkumun cəzasının əfvi, yüngülləşdirilməsi və ya əvəzlənməsini təklif edib. Ali Rəhbər onun bu təklifini müsbət cavablandırıb.

t.iss.one/ayetullahxamenei
📸 Ali Rəhbər İmam Seyyid Əli Xamenei Tehranda səfərdə olan Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanı qəbul edib.

t.iss.one/ayetullahxamenei
İmam Xamenei bu gün Ərdoğanla görüşdə:
"İran və Ermənistan arasında sərhədi bağlamaq siyasəti olarsa, təbii ki, İran İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd bir neçə min illik əlaqələr yoludur.''

19.07.2022

t.iss.one/ayetullahxamenei
Ayətullah Xamenei
İmam Xamenei bu gün Ərdoğanla görüşdə: "İran və Ermənistan arasında sərhədi bağlamaq siyasəti olarsa, təbii ki, İran İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd bir neçə min illik əlaqələr yoludur.'' 19.07.2022 t.iss.one/ayetullahxamenei
İslam İnqilabının Ali Məqamlı Rəhbəri İmam Xamenei bu gün səhər (19.07.2022) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı və başçılıq etdiyi heyəti qəbul edib.

İmam Xamenei bu görüşdə iki ölkə arasında əməkdaşlığın, xüsusilə də ticari əməkdaşlığın artırılmasının vacibliyini vurğulayaraq, sionist rejimini İslam ölkələri arasında ixtilaf yaradan əsas amillərdən biri kimi qeyd etdi. Həmçinin Amerikanın və qəsbkar rejimin fələstinlilərin dərin addımlarını dayandıra bilməyəcəyini vurğulayıb.

İmam Xamenei:

- Suriyanın ərazi bütövlüyünün qorunub-saxlanması çox vacibdir. Suriyanın şimalına hərbi hücum mütləq Türkiyəyə, Suriyaya və bütün bölgəyə zərər verəcək və yalnız terrorçulara fayda verəcək. Eyni zamanda bu addım Suriya hökumətindən gözlənilən siyasi nəticələri reallaşdırmayacaq.

- Regionda ixtilaf və düşmənçiliyin səbəblərindən biri qəsbkar sionist rejimidir və Amerika da onu dəstəkləyir.

- Fələstin İslam dünyasının əsas məsələsidir. Bəzi hökumətlərin sionist rejimə rəğbətinə baxmayaraq, xalqlar bu qəsbkar rejimlə kəskin şəkildə müxalifdirlər.

- Bu gün nə sionist rejim, nə Amerika, nə də başqaları fələstinlilərin dərin hərəkatını dayandıra bilməyəcək və son nəticə də Fələstin xalqının xeyrinə olacaq.

- Biz Türkiyənin və onun sərhədlərinin təhlükəsizliyini öz təhlükəsizliyimiz hesab etdirik. Həmçinin siz də Suriyanın təhlükəsizliyini öz təhlükəsizliyiniz hesab edin. Suriya məsələləri danışıqlar yolu ilə həll edilməlidir. Bunun üçün də İran, Türkiyə, Suriya və Rusiya dialoq yolu ilə bu məsələyə son qoymalıdır.

- İmam Xamenei həmçinin Qarabağın Azərbaycana qaytarılmasından məmnunluğunu ifadə edərək deyib: Təbii ki, İran və Ermənistan arasında sərhədi bağlamaq siyasəti olarsa, İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd bir neçə min illik əlaqələr yoludur.

- Biz həmişə daxili məsələlərdə və kənar müdaxilədən sizin hökumətinizi müdafiə etmişik və sizin də dediyiniz kimi çətin günlərdə bir-birimizin dostuyuq və Türkiyə müsəlman xalqı üçün dua edirik.

Rəcəb Tayyib Ərdoğan:

Türkiyə İrana qarşı düşmənçiliklərə qarşı heç vaxt susmayıb. İran və Türkiyə qardaşlığı bütün sahələrdə genişlənməlidir.

İrana qarşı hər zaman birtərəfli sanksiyaların əleyhinə olduğunu və olacağını vurğulayan Ərdoğan deyib: Biz İranın nüvə müzakirələrində haqlı gözləntilərini dəstəkləyirik və türk şirkətlərini İrana investisiya qoymağa təşviq edirik.

- Suriyada terror qruplaşmaları Almaniya, İngiltərə, Fransa və xüsusilə ABŞ kimi Qərb ölkələrinin ağır silahları ilə dəstəklənir.

Türkiyənin, Suriyanın ərazi bütövlüyü ilə bağlı mövqeyinin aydındır. Biz Suriya hökumətinin siyasi proseslərə başlamasını gözləyirik. Astana görüşündə Suriya məsələsi gündəmdədir və biz yaxşı nəticələr əldə edəcəyimizə ümid edirik.

https://t.iss.one/ayetullahxamenei
📸 Ali Rəhbər İmam Seyyid Əli Xamenei Rusiya prezidenti Vladimir Putini qəbul edib.

V. Putin bu gün Tehrana səfərinin ilk saatlarında Ali Rəhbərlə görüşüb.

t.iss.one/ayetullahxamenei