Ayətullah Xamenei
3.3K subscribers
2.18K photos
628 videos
87 files
2.16K links
Ali Rəhbər, İmam Seyid Əli Xameneinin bəyanatları, Azərbaycan dilində

Tiktok: tiktok.com/@ayetullahxamenei
Teleqram: t.iss.one/ayetullahxamenei
İnstagram: https://www.instagram.com/ayetullahxamenei
Download Telegram
DÖYÜŞ MEYDANININ ORTASINDA NAMAZ

🔹 İbn Abbas deyir: “Siffeyn döyüşü günlərindən birində döyüşün qızğın çağında Əmir əl-Mömininin (ə) səmaya baxdığını gördüm. Təəccübləndim və dedim: “Ey Əmir əl-Möminin (ə) niyə səmaya baxırsan?! Həzrət (ə) buyurdu: “Bilmək istəyirəm, günorta olubmu ki, namazımızı qılaq”. Dedim: “Ey Əmir əl-Möminin (ə)! İndi namaz vaxtıdır. Amma hələlik döyüşü davam etdiririk, namazı isə sonra qılarıq”. Həzrət (ə) üzünü mənə çevirib buyurdu: “Xeyr! Biz bunun üçün döyüşürük”. Biz din üçün, namaz üçün, Allahın zikri üçün qılınc çalırıq.


© İmam Xamenei
📘 "Tarixin əbədisi"

Teleqram: t.iss.one/AyetullahXamenei
İnstagram: https://www.instagram.com/ayetullahxamenei
Tiktok: tiktok.com/@ayetullahxamenei
Tarixin əbədisi - İmam Xamenei.pdf
1.4 MB
📘 "Tarixin əbədisi" - İmam Xamenei

İmam Xameneinin nitqlərində Əmir əl-Möminin (ə) şəxsiyyətinin yönlərinə baxış

#Rəhbərin_kitabları
#kitab

Teleqram: t.iss.one/AyetullahXamenei
İnstagram: https://www.instagram.com/ayetullahxamenei
Tiktok: tiktok.com/@ayetullahxamenei
DÜNYA QADINLARININ HİCABA YÖNƏLMƏSİ

▪️ Bәzi Qәrb ölkәlәrindә, qeyri-dini hökumәtlәri olan bәzi müsәlman ölkәlәrindә İslam hicabı bu şәkildә din düşmәnlәrinin hücumuna mәruz qalır. Bu onların hicaba yönәlmәsinin göstәricisidir. Bizim hicaba diqqәt göstәrilmәyәn qonşu ölkәlәrimizdә, mәnim özümün yaxından bәzi nümunәlәrini gördüyüm İslam ölkәlәrindә heç zaman hicabın adını çәkmirlәr. İnqilabdan sonrakı iyirmiillik müddәtdә qadınlar, xüsusәn dә ziyalı qadınlar vә tәlәbә qızlar hicaba yönәlmişlәr, maraq göstәrmişlәr vә hicablı olmuşlar. Nümunәlәri bunlardan әlavә Qәrb ölkәlәrindә dә müşahidә olunmuşdur.


© İmam Xamenei
🗓️ 21.09.2000.

Teleqram: t.iss.one/AyetullahXamenei
İnstagram: https://www.instagram.com/ayetullahxamenei
Tiktok: tiktok.com/@ayetullahxamenei
Media is too big
VIEW IN TELEGRAM
Şəhid General Qasim Süleymaninin dəbdəbədən uzaq həyat tərzi

🔰 Dünyada çoxlu liderlərlə əlaqəsi olan Hacı Qasimin iş otağı, stol-stulları son dərəcə sadə idi. Divan-kreslo iyirmi ildən qalmışdı. Hamının israrından sonra onların yalnız üzünü dəyişdirmişdi. O, dəbdəbədən qaçırdı. İyirmi iki il Qüds qüvvələrinin komandanı olmuş Hacı Qasim mənə deyirdi ki, camaatın hədiyyələri olmasa, dolanışığımı təmin edə bilmərəm. Dostları ona Kirmandan meyvə, şirniyyat kimi şeylər göndərirdilər. O, bəzi sözlərini mənə söyləyirdi.
– Oğlum evlənmək istəyir. Alış-verişə gedəcəyik. Ancaq pulumuz azdır. Fikirləşirəm ki, gəlinin ailəsi bahalı bir şey götürsə, nə edəcəyəm.
Bunu elə bir adam söyləyirdi ki, bir işarə ilə çox geniş imkanlara sahib ola bilərdi. Ona dedim ki, lazımdırsa, borc verə bilərəm. Dedi ki, mən heç vaxt borc almamışam. Dedim ki, müddətsiz verirəm, nə vaxt olsa, qaytararsan. Qəbul etmədi. Bir müddətdən sonra dedi ki, Allah yetirdi, alış-verişi həll etdim.


📗 "Mənim tanıdığım Hacı Qasim"

t.iss.one/AyetullahXamenei
Mənim tanıdığım Hacı Qasim.pdf
1.4 MB
📗 "Mənim tanıdığım Hacı Qasim"
Əli Şirazinin Şəhid General Qasim Süleymani ilə qırxillik dostluq xatirələri.

Qələmə alan: Səid Əllamian

Teleqram: t.iss.one/AyetullahXamenei
İnstagram: https://www.instagram.com/ayetullahxamenei
Tiktok: tiktok.com/@ayetullahxamenei
ŞEYTAN NƏ ZAMAN İNSANA TƏSİR EDƏ BİLMƏZ

🔹Deyirlər ki, Makedoniyalı İskəndər yoldan ötəndə insanlar ona baş əyirmiş. Bir dəfə İskəndər yoldan ötəndə yol kənarında əyləşmiş mömin kişi ona baş əymədi. Onun İskəndərə diqqətsizliyi, ayağa qalxmaması İskəndəri təəccübləndirdi. Soruşdu ki, nə üçün mənim qarşımda baş əymədin? Kişi cavab verdi ki, sən mənim qullarımın qulusan, nə üçün sənə baş əyim?! İskəndər təəccübləndi, soruşdu ki, bu necə olur? Kişi dedi ki, sən şəhvət və qəzəb qulusan, hansı ki, onlar mənim qulumdur; mən şəhvət və qəzəb üzərində qalibəm, onlar mənə tabedir... Əgər insanın batinində izzəti-nəfs (gözütoxluq) olsa şeytan insana təsir edə bilməz. Bu zaman azğın nəfs istəkləri də aciz olar. Şəhvət və qəzəb belə bir insanı öz oyuncağı edə bilməz.

© İmam Xamenei
📘 "Düşmən nüfuzu"

Teleqram: t.iss.one/AyetullahXamenei
İnstagram: https://www.instagram.com/ayetullahxamenei
Tiktok: tiktok.com/@ayetullahxamenei
QEYBƏ İNAMSIZ ELMİN AQİBƏTİ

🔰 Bildiyiniz kimi, elm sivilizasiyanın əsasıdır, lakin düzgün mədəniyyət üçün kifayət edən şərt deyil. Qeybə iman olmadan elmin nəticəsi bu gün dünyada gördükləriniz olur. Görün bu gün elm bütün şərafəti və dəyəri ilə yanaşı, dünyagirlərin və beynəlxalq dəlilərin əlində nəyə çevrilmişdir. Nə insan, nə xalqlar, nə həqiqət üçün bir haqq tanıyırlar, nə də doğruluq üçün bir dəyər.

© İmam Xamenei
📗 "Elm işığı" 1-ci cild

Teleqram: t.iss.one/AyetullahXamenei
İnstagram: https://www.instagram.com/ayetullahxamenei
Tiktok: tiktok.com/@ayetullahxamenei
Zalım rəhbərin hökmdarlığına boyun əyən təqvalı şəxslərin aqibəti

▪️ “Həqiqətən, Allah tərəfindən olmayan hər bir zülmkar rəhbərin hökmranlığına boyun əyən hər bir rəiyyətə o rəiyyət əməl baxımından xeyirxah və təqvalı olsa da belə, əzab verəcəyəm; Həqiqətən, Allah tərəfindən olan hər bir ədalətli rəhbərin hökmranlığına boyun əyən hər bir rəiyyəti o rəiyyət özünə qarşı zülmkar və pis olsa belə, əfv edəcəyəm.”
“Kafi”, c. 1, səh. 376, “Höccət” bölməsi, hədis 4.


Allah tərəfindən təsdiq edilməyən və ondan ilhamlanmayan qüdrət və nümayəndəyə itaət etmək ya şirk həddindədir, ya da şirkin özüdür...
Nə üçün? Çünki Allahdan qeyrisinə ibadət və itaət insanın yaradılış fəlsəfəsi, insani təkamül və keyfiyyətlə, azadlıq və paklıqla əsla uzlaşmır...

© İmam Xamenei
📗 "Quranda İslam təfəkkürü tezisi"


Teleqram: t.iss.one/AyetullahXamenei
İnstagram: https://www.instagram.com/ayetullahxamenei
Tiktok: tiktok.com/@ayetullahxamenei
Media is too big
VIEW IN TELEGRAM
İman kimliyi ilə küfr kimliyi arasında sərhədlər müəyyən edilməlidir.

© İmam Xamenei

Teleqram: t.iss.one/AyetullahXamenei
İnstagram: https://www.instagram.com/ayetullahxamenei
Tiktok: tiktok.com/@ayetullahxamenei
BİZİM İSTƏMƏDİYİMİZ ELM

🔸 Bu bizim məntiqimizdə düzgün deyil ki, bir xalq elmini atom bombası kimi bir silah düzəltmək üçün işlətsin, o da bir yerə düşəndə daha günahlı-günahsız, silahlı, kiçik uşaq, südəmər körpə və məzlum insanlara baxmasın, fərq qoymasın, hamını məhv etsin. Biz bu yolda işlədilən elmi, buna malik olan ölkəni və bununla sonuclanacaq yeniliyi təsdiq etmirik. Biz belə dəyişikliyi sevmirik.


© İmam Xamenei
📙 "Elm işığı" 1-ci cild


Teleqram: t.iss.one/AyetullahXamenei
İnstagram: https://www.instagram.com/ayetullahxamenei
Tiktok: tiktok.com/@ayetullahxamenei
İBLİS - İLK HEGEMON

🔰 Quranda hegemonluğun mənası budur ki, bir ünsür, bir şəxs, bir toplum, yaxud bir cinah özünü haqqın fövqündə bilsin, haqqa tabe olmasın, özünü haqqın meyarı hesab etsin. Quranın bizim üçün təsvir etdiyi tarixin ilk hegemonu İblisdir: "İmtina və təkəbbür etdi".(Bəqər/34) O, ilk təkəbbürçüdür. Bir müsəlmanın, möminin, yaxud təkallahlının hətta bir gün, bir an da İblis və şeytanla düşmənlikdən əl çəkdiyini fərz etmək mümkün deyil. Ümumiyyətlə, İslamın xətti İblis və şeytan əleyhinədir. Peyğəmbərlərin dəvəti boyunca hegemonlar Allahın çağırışını və tövhidi qəbul etməyib, ona qarşı mübarizəyə qalxdılar və hegemonluq etdilər: “(Şüeyb) tayfasının təkəbbürlü əyanları dedilər: “Ey Şüeyb! Səni ixrac edəcəyik”.(Əraf/88) Peyğəmbər (s) haqq sözü danışıb, xalqı haqqa dəvət edəndə hegemonlar deyirlər: "Əgər çox danışsan, səni ixrac edəcəyik”.

© İmam Xamenei
📗 "Amerika"


Teleqram: t.iss.one/AyetullahXamenei
İnstagram: https://www.instagram.com/ayetullahxamenei
Tiktok: tiktok.com/@ayetullahxamenei
DÜNYADA BUGÜNKÜ İQTİDARIN ÜÇ TƏMƏLİ

🔰 Bu gün dünyada siyasi iqtidar üç təmələ əsaslanır: birincisi sərvət, pul və maliyyə imkanları; ikincisi elm və texnologiya imkanları; üçüncüsü informasiya imkanları. Əgər ABŞ-ın bu sərvəti və indiki elmi inkişafı olsa, lakin informasiya şəbəkələri ondan alınsa, təsiri nə qədər olar? Üçdə biri azalacaq? Şübhəsiz, üçdə birindən çoxu azalacaq.


© İmam Xamenei
📗 "Elm işığı" 1-ci cild

Teleqram: t.iss.one/AyetullahXamenei
İnstagram: https://www.instagram.com/ayetullahxamenei
Tiktok: tiktok.com/@ayetullahxamenei
FİTNƏDƏ HAMI AYDINLATMA İŞİ GÖRMƏLİDİR

© İmam Xamenei
📙 "Fitnə şəraitində vəzifələr"

Teleqram: t.iss.one/AyetullahXamenei
İnstagram: https://www.instagram.com/ayetullahxamenei
Tiktok: tiktok.com/@ayetullahxamenei