Ayətullah Xamenei
3.3K subscribers
2.18K photos
628 videos
87 files
2.17K links
Ali Rəhbər, İmam Seyid Əli Xameneinin bəyanatları, Azərbaycan dilində

Tiktok: tiktok.com/@ayetullahxamenei
Teleqram: t.iss.one/ayetullahxamenei
İnstagram: https://www.instagram.com/ayetullahxamenei
Download Telegram
ALTI AYLIQ ƏSGƏR 🏴

🔸 Çoxları Allah yolunda şəhid oldu, lakin heç biri Kərbəla hadisəsi ilə müqayisə edilə bilməz. [Hüseyn ibn Əli (ə)] yalnız az sayda səmimi yoldaşı və ailəsi ilə, hətta altı aylıq bir uşağı ilə meydana tək girir. Bu, bəşəriyyətin gözü qarşısında, möhtəşəm bir tarixi mənzərədir.


© İmam Xamenei
🗓 12/06/2013

#Hər_yer_Hüseyniyyə
#Hər_şey_Hüseyn_üçün

Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
Media is too big
VIEW IN TELEGRAM
XÜSUSİ və ADİ insanlar
#Aşura_ibrətləri - 4

🔸"Bəşər toplumuna baxsanız, hər bir cəmiyyətdə, şəhərdə və ölkədə xalq iki hissəyə bölünür: Bir qisim öz fikirlərinə əsasən, düşüncə, məlumat və qərar üzündən iş görən şəxslərdir. Yaxşı və ya pis olması ilə işimiz yoxdur, amma onlar yollarını tanıyır və o yolda addım atırlar. Bunların adını Xüsusi insanlar qoyuruq. Digər bir qisim hansı yolun düzgün və hansı hərəkətin doğru olduğu ilə maraqlanmayanlardır. Həqiqətən anlamaq, ölçmək, təhlil və dərk etmək istəmirlər, başqa sözlə desək, şəraitə tabe olurlar, vəziyyətə baxıb ona uyğun hərəkət edirlər. Xalqın bu qisminin adını Adi insanlar qoyuruq. Deməli, cəmiyyəti xüsusi və adi insanlara bölmək olar. İndi diqqət edin, xüsusi və adi insanlar barəsində bir məqamı deyim və bunlar bir-biri ilə səhv salınmasın..."

Ardı videoda 👉🎞🎥

© İmam Xamenei

Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
Tağut hansısa bütün adı deyil

🔸 Tağut xüsusi isim deyil; bəziləri elə güman etməsinlər ki, tağut hansısa bir bütün adıdır. Əlbəttə, büt adı olsa da, amma müəyyən bir bütün adı deyil; bəzən bu büt sənin öz varlığın, bəzən pulun, bəzən rahat həyat tərzin, bəzən məqsəd və məramındır. Bəzən gözünü bağlayıb başını aşağı dikərək əlini başqa birinin əlinə qoyduğun, o da səni istdəyi yerə aparan şəxsdir. Bəzən bu büt qızıl-gümüş kimi cansız və metaldır, bəzən də insan kimi canlıdır, bəzən də ictimai nizam və qanunlardır. Bütün bunlar “tağut” adlanır.


© İmam Xamenei
📚 "Quranda İslam təfəkkürü"


Teleqram: t.iss.one/AyetullahXamenei
İnstagram: https://www.instagram.com/Ayetullah.Xamenei
ƏSAS VƏZİFƏ

🔸 Öyrənməli olduğumuz dərslərdən biri də budur ki, Hüseyn ibn Əli (əleyhissalam) İslam tarixinin çox həssas bir dönəmində, müxtəlif vəzifələrin içərisində əsas vəzifəni müəyyən edərək onu yerinə yetirdi.

© İmam Xamenei
🗓️ 29/07/1992


Teleqram: t.iss.one/AyetullahXamenei
İnstagram: https://www.instagram.com/Ayetullah.Xamenei
Düşmənin bu an üçün planını bilməliyik

🔹 İndi görək düşmən nə iş görür? Bunu bilməlisiniz ki, düşmən haradadır, necə zərbə vurmaq istəyir? Hücum istiqamətini müəyyənləşdirməlisiniz. Hazırkı dəqiqədə vəziyyəti müəyyənləşdirmək lazımdır. Düşmənin bu dəqiqəki planı sabah təkrarlanmaya bilər. Düşmənin planını dəqiq müəyyənləşdirmək bu dəqiqə üçün zəruridir. Dəqiqənin problemini tapıb, həmin problemə uyğun hərəkət etməliyik. Yaşanan zamanın anından xəbərsiz qalmamalıyıq. Bu an çox mühümdür. Bu an düşmənin nə plan cızması çox
əhəmiyyət kəsb edir.

© İmam Xamenei
📚 "Düşmən nüfuzu"

#düşmənşünaslıq

Teleqram: t.iss.one/AyetullahXamenei
İnstagram: https://www.instagram.com/Ayetullah.Xamenei
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İmam Xamenei partlayış sonrasındakı xatirələrindən danışır:
"Hətta insan hər nə qədər yaxşı əməllər də qoysa, Allahın nəzərini və rəhmətini cəlb etməyibsə heçdir..."

Teleqram: t.iss.one/AyetullahXamenei
İnstagram: https://www.instagram.com/Ayetullah.Xamenei
ALLAHIN DƏYİŞMƏZ SÜNNƏSİ

🔸"Küfə əhli İmam Hüseynin (ə) vilayətini qəbul etmədilər. Ona görə də, iş o yerə çatdı ki, Həccac ibn Yusif onlarla təhdid diliylə danışdı və insanlarda qorxu yaratmaqla onlara hakimlik etdi. Əgər İmam Hüseyn (ə) kimi bir Allah vəlisini geri çevirsən, Həccac kimi insanların ən daşqəlblisinin hakimliyinə giriftar olarsan. Bu Allahın dəyişməz sünnəsidir".


© İmam Xamenei
📚 "Quranda İslam təfəkkürü tezisi"


Teleqram: t.iss.one/AyetullahXamenei
İnstagram: https://www.instagram.com/Ayetullah.Xamenei
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İmam Xamenei, şəhid Seyyid Əli Əndərzqu haqqında:
"Mən bütün müsəlman ümmətinə bu əziz və tanınmamış simanı tanımalarını tövsiyə edirəm...."

Bu gün, 24 avqust Seyyid Əndərzqunun şəhid olduğu gündür 🌷

Teleqram: t.iss.one/AyetullahXamenei
İnstagram: https://www.instagram.com/Ayetullah.Xamenei
İmam Xomeyni (r.a) şəhid Əndərqzu barəsində belə deyib: “Biz inqilabın yarsını bu şəhid vasitəsiylə ələ gətirdik.”
👇🏻👇🏻👇🏻
https://ar-rad.org/article/din-v-siyast/shid-seyyid-li-ndrzqu-kimdir
📽🎞 Şəhid Əndərzqunun filmi.
Alt yazı tərcüməsi ilə.
Film İmam Xameneinin şəhid barəsində söylədiyi xütbə ilə başlayır.

https://youtu.be/CwNVoC_eSRw
İslam cəmiyyətinin başçısı Allahdan uzaq bir şәxs ola bilmәz!

🔸 Kufә әhalisinә yazdığı mәktubda isә (İmam Hüseyn) buyurdu ki, İslam cәmiyyәtinin imamı, rәhbәri vә başçısı günah, xәyanәt, fәsad sahibi vә Allahdan uzaq bir şәxs ola bilmәz. O, Allahın kitabına әmәl edәn adam olmalıdır; yәni cәmiyyәtdә buna әmәl etmәlidir, nәinki özü xәlvәt bir otaqda yalnız namaz qılsın. O, kitaba әmәl etmәyi cәmiyyәtdә dirçәltmәli, әdalәti bәrqәrar etmәli, haqqı cәmiyyәtdә qanuna çevirmәlidir. Yәni haqq dini cәmiyyәtin qayda-qanunu etmәli, batili kәnara qoymalı, nәyin bahasına olursa-olsun, özünü Allahın doğru yolunda qorumalı, maddi vә şeytani gözәlliklәrin әsiri olmamalıdır.


© İmam Xamenei
📚 "250 yaşlı insan"


Teleqram: t.iss.one/AyetullahXamenei
İnstagram: https://www.instagram.com/Ayetullah.Xamenei
Media is too big
VIEW IN TELEGRAM
Tarixdə şəxslərin rolu
#Aşura_ibrətləri 5

🔹"Adi insanlar qrupundan olmamaq üçün nə etməliyik? Adi qrupdan olmamağın mənası bu deyil ki, mütləq ali təhsil almaq lazımdır. Xeyr, qeyd etdim ki, adi qrupun mənası bu deyil. Ali təhsilli olanların çoxları da adi qrupdandırlar, dini təhsili olan şəxslərin çoxunun da bu qrupdan olması mümkündür. Yoxsul, yaxud sərvətli olanların çoxu adi qrupundan ola bilərlər. Adi olub-olmamaq bizim öz əlimizdədir. Bu sıraya qoşulmamaq üçün ehtiyatlı olmalıyıq, yəni gördüyümüz hər bir iş bəsirət (aydın baxış) üzündən olmalıdır. Bəsirət üzündən iş görməyən şəxs adidir. Buna görə görürük ki, Quranda Peyğəmbər (s) barəsində buyurur: “Mən və mənə tabe olan (möminlər) bəsirətlə Allaha çağırırıq”. Yəni mən və ardıcıllarım bəsirətlə iş görürük, dəvət edirik və irəliləyirik. Deməli, əvvəl görün avam insanlar qrupundansınız, yoxsa yox. Əgər adi qrupdan olsanız, sürətlə özünüzü o qrupdan xaric edin, çalışın təhlil qabiliyyətiniz olsun, seçə biləsiniz və bilgi əldə edəsiniz".

© İmam Xamenei
HƏMİŞƏ HAZIR OLMAQ

🔸 “İmam Hüseynin (ə) qiyamından alınan ən mühüm ibrət dərsi haqq-ədalətin bərpasına həmişə hazır olmaq, zülm və haqsızlığa qarşı daim və hərtərəfli mübarizə aparmaqdır. İmam Hüseynin (ə) yolu ilə getmək istəyən insan şəhidliyə hazır olmalıdır. Əlbəttə ki, bu yolla addımlamaq həmişə şəhidliklə nəticələnmir, lakin istənilən halda insana səadət və başucalığı bəxş edir”.


© İmam Xamenei
🗓️ 12.06.2013.


Teleqram: t.iss.one/AyetullahXamenei
İnstagram: https://www.instagram.com/Ayetullah.Xamenei
Allahın hakimiyyətindən çıxan, şeytanın hakimiyyəti altına keçir

🔸 Demək, tağut xüsusi isim deyil. Əlbəttə, nübuvvət bəhsinin “Sosial təbəqələşmələr” mövzusunda qeyd etdiyimiz kimi, Quran ayələrindən anlaşılır ki, mütrüblər, “mələ`” adı ilə qeyd olunan hakimlər və məmurlar, eləcə də, insanları Allahdan uzaqlaşdıran alim və rahiblərlə yanaşı, “tağut” daha böyük və daha geniş bir ifadədir. Bir sözlə, Allahın vilayət və hakimiyyətindən çıxan hər bir kəs tağut və şeytanın vilayət və hakimiyyəti altına keçir. Şeytanla tağut arasında fərq varmı? Onların bir-birilə rabitəsi varmı? Bəli, onların arasında böyük rabitə var. Şeytan elə tağut, tağut da elə şeytandır.


© İmam Xamenei
📚 "Quranda İslam təfəkkürü tezisi"


Teleqram: t.iss.one/AyetullahXamenei
İnstagram: https://www.instagram.com/Ayetullah.Xamenei
Allahın hakimiyyətindən çıxan, kimin hakimiyyəti altına girir
Anonymous Quiz
98%
Şeytanın hakimiyyəti altına
2%
Heç kimin hakimiyyəti altına girmir, müstəqil olur
İslam cəmiyyətinin başçısı Allahdan uzaq bir şәxs ola bilərmi
Anonymous Quiz
4%
Bəli
95%
Xeyr
1%
Bilmirəm
Cəmiyyət İmam Hüseyn (ə) kimi Allah vəlisini geri çevirsə nə baş verər
Anonymous Quiz
95%
Həccac kimi insanların ən daşqəlblisinin hakimliyinə giriftar olar
5%
Allah daha yaxşı başçı göndərər
Vaxtaşırı kanalda bu cür sorğuların keçirilməsini faydalı hesab edirsinizmi
Anonymous Poll
97%
Bəli
3%
Xeyr