Azərbaycan Dillər Universiteti
1.22K subscribers
1.43K photos
23 videos
8 files
180 links
Azərbaycan Dillər Universitetinin rəsmi telegram kanalı
Download Telegram
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 28.04.2023-cü il tarixli qərarı ilə Kərimli Turan Arif qızına filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

Təbrik edirik.
İyul ayının 7-də 2-ci imtahan, alman dilində riyaziyyat fənni üzrə imtahan keçirilib. İmtahanlara İSBA Almaniya Kooperativ Təhsil Universitetindən onlayn olaraq professorlar və ADU-nun Xarici dillər kafedrasının müdiri, dosent Aida Sobor və Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dosenti Qönçə Əbdülrəhimova nəzarət ediblər.

İmtahanlardan uğurla keçən məktəblilər İSBA Almaniya Kooperativ Təhsil Universitetinin Beynəlxalq biznes idarəçiliyi fakültəsinə qəbul olunacaqlar. Onlar eyni zamanda Almaniyada işlə təmin olunacaqlar.

İkitərəfli müqaviləyə əsasən növbəti hazırlıq kursu 2023-cü ildə yenidən fəaliyyətə başlayacaq. Qeyd edək ki, qəbul üçün B1 səviyyəsində alman dili tələb olunur.

Müraciət üçün 050-330-48-42, 012-564-22-47 telefon nömrələri və [email protected] emaili ilə əlaqə saxlaya bilərlər.
Azərbaycan Dillər Universitetinin tələbəsi adını qazanan bütün gəncləri təbrik edirik!
Azərbaycan Dillər Universitetinə qəbul olmuş bütün abituriyentləri təbrik edir, onlara təhsil pillələrində uğurlar arzu edirik!

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin təlimatına əsasən, 2023/2024-cü tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul olmuş abituriyentlər 5 sentyabr saat 11:00-dan 14 sentyabr 18:00-dək https://portal.edu.az portalında qeydiyyatdan keçməli və tələb olunan sənədlərin elektron versiyasını sistemə yükləməlidir.



Qəbul təsdiqləndikdən sonra, Universitetin qeydiyyat üçün tələb etdiyi sənədlər bunlardır:



Şəxsiyyəti təsdiq edən sənəd (surəti) ;



Tam orta təhsilini başa vurması haqqında sənəd (attestatın əsli), (subbakalavrlar üçün diplomun əsli)



Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında sənəd, ağ bilet (oğlanlar üçün);



Sağlamlıq haqqında tibbi arayış;



3/4 ölçüdə fotoşəkil;



Təhsil haqqının ödənilməsi haqqında qəbz (ödənişli əsaslarla qəbul olanlar üçün);



Təhsil haqqından azad olanların notarial təsdiqli müvafiq sənədləri (vəsiqələri).



Tərcümeyi-hal



DİQQƏT

https://portal.edu.az – da qeydiyyat etməyən şəxslər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcəkdir.

Tələbə kreditinə müraciət edənlərin diqqətinə:

Standart kreditə müraciət etdikdə illik təhsil haqqının 20 faizi mütləq ödənilməlidir(tələbə tərəfindən), daha sonra kreditə müraciət edə bilərsiniz, əks halda sizin müraciətiniz qəbul olunmayacaq.

QEYD

Qeydiyyatla bağlı problem yaranarsa, ADU Sənəd Qəbulu Komissiyasına müraciət edə bilərsiniz.

Tel: 012 441 22 78

İmtiyazlarla bağlı:

Baş hüquqşünas

Tel: 012 440 15 18