Zühura hazırlıq
1.11K subscribers
1.65K photos
1.03K videos
28 files
2.91K links
Mümkünsüz işlərin ardınca olaq. Yorulmadan, qurbətən iləllah, Zühura hazırlıq...
Download Telegram
Forwarded from 𝐀𝐫-𝐑𝐚𝐝
Təbrizdə Aşura ədəbiyyatı gecəsi

İran İR-ın Təbriz şəhərində 7-ci beynəlxalq Aşura ədəbiyyatı gecəsi keçirilib. Tədbirə İrandan, Azərbaycandan, Türkiyədən, Gürcüstandan və İraqdan ədəbiyyatçılar və Əhli-Beyt (ə) məddahları dəvət olunub.
Tədbirin açılışını Təbrizin İmam-cüməsi və İmam Xameneinin Şərqi Azərbaycan ostanı üzrə nümayəndəsi Ayətullah Ali-Haşim edib.
Azərbaycanlı şair Şöhrət Səqqa tədbiri öz gözəl şeri ilə zinətləndirib.

#İran
#Azərbaycan
#Türkiyə
#Gürcüstan
#İraq

t.iss.one/ar_rad_info
Forwarded from Məhbus Məktubu
Bakı şəhər sakini, Seyyid Elşən Həşimov adlı inanclı 11.09.2023-ci il tarixində zalım hakimiyyət tərəfindən qondarma narkotik ittihamı ilə şərlənərək həbs edilib. Elşən qardaşa azadlıq tələb edirik!


#öldürməazadet
#dindarlariazadet
#mehbuslara_azadlıq
#zalım_sionist_hakimiyyətinə_son
#əliyev_rejiminə_son
#məhbus_məktubu

t.iss.one/Mehbus_Mektubu
🟢 Quran oxu və düşün!
Həşr surəsi Ayə: 13 - 14

لَأَنْتُمْ أَشَدُّ رَهْبَةً فِي صُدُورِهِمْ مِنَ اللَّهِ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَا يَفْقَهُونَ

Onların (zalımlar, münafiqlər və yəhudilərin) ürəklərində sizə qarşı hiss etdikləri qorxu Allaha qarşı olan qorxularından daha şiddətlidir. Çünki onlar dərk etməyən bir tayfadır. (Onlar dərk etmirlər ki, sizdə olan güc ilahi bir qüvvədir və sizə qarşı olan qorxunu Allah onların qəlbinə salıb)

لَا يُقَاتِلُونَكُمْ جَمِيعًا إِلَّا فِي قُرًى مُحَصَّنَةٍ أَوْ مِنْ وَرَاءِ جُدُرٍ ۚ بَأْسُهُمْ بَيْنَهُمْ شَدِيدٌ ۚ تَحْسَبُهُمْ جَمِيعًا وَقُلُوبُهُمْ شَتَّىٰ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَا يَعْقِلُونَ

Onlar hamılıqla sizə qarşı ancaq möhkəmləndirilmiş şəhərlərdə və ya divar arxasından (casusluq və müxtəlif yalan təbliğat, şayiə metodları ilə) vuruşarlar. (başqa şəraitdə sizinlə vuruşmağa qadir deyillər). Onların öz aralarındakı düşmənçilik isə çox kəskindir. Sən onların əlbir və həmrəy olduqlarını güman edirsən, lakin onların qəlbləri dağınıqdır. Bunun səbəbi onların ağılsız (axmaq) bir qövm olmalarıdır.

🔴 Düşmən möminlərin iradəsi və müqaviməti qarşısında cılız və acizdir, yetər Allaha iman gətirənlər bu həqiqəti dərk edib, Allah deyib mübarizəyə qalxsınlar. Allah onlara yardım etməyə qadirdir, Allah çox az amma, bəsirətli və müqavimətçi mömin kütləni çoxsaylı batil cəbhəyə qalib edən qüdrətdir.

#düşmənşünaslıq
#siyasi_bəsirət
#ilahi_hakimiyyət
#müqavimət

https://t.iss.one/Huseyniyyun_Az
Bu gün 20 sentyabr canlı yayım
Şeyx Sərxan Məmmədov Şeyx Bəxtiyar Bayramov

Mövzu: "Azərbaycanda başlanan döyüşlərin pərdə arxası. Zəngəzur oyununun dünya düzənində yeri.

Saat: Bakı vaxtı ilə 22:00
    Moskva vaxtı ilə 21:00
      Tehran vaxtı ilə 21:30
          
Canlı yayıma aşağıdakı linklərdən daxil ola bilərsiniz.        
👇
Vahid Ümmət YouTube kanalı
https://youtube.com/@vahidummt2861?si=n2T7ZdRsvVzOKWTO

vahidummet TikTok səhifəsi
tiktok.com/@vahidummet
İlhamın qurduğu "cənnət"

İlham Əliyev son çıxışında "Qarabağı və şərqi Zəngəzuru cənnətə çevirəcəyik" dedi. Görəsən cənab Əliyev bu cənnəti kimin üçün qurur?

Deməli, Şuşada Türkiyə və türklərin idarə etdiyi israil şirkətlərində fəhlə işləyənlərin 90%-i elə Şuşalılardır. Onların vətən həsrətindən sui-istifadə edərək Şuşa şəhərindəki bu şirkətlərdə qul kimi işlədirlər. Təbii ki, onların problemi təkcə maaşlarının verilməməsi deyil.
Şuşada 30 ildən sonra öz evlərini görüb sevincək qapını açıb içəri girmək istəyən sakinləri tanımadığı bir şəxs qarşılaraq deyir: "Əgər bu qalmaq istəyirsinizsə gecəsinə 60 manat ödəməlisiniz." Fəhlə işləyən bu Şuşalılar evlərinin yaxınlığındakı boş olan məktəb və idarələrdə gecəliyirlər.
İlham Əliyev həqiqətən də israil və Türkiyə üçün Qarabağda cənnət qurub. Azərbaycan xalqının əsl cəhənnəmi isə Zəngəzur hoqqasında başlayacaq...
Siz hələ də Qarabağın azad olunduğunu düşünürsünüz?

t.iss.one/ekremhacizade
Forwarded from 𝐀𝐫-𝐑𝐚𝐝
Azərbaycanda İmam Hüseyn (ə) hərəminin bayrağı ucaldı. 2023 Bakı.

Seyyidə Şəhla Fərəcova, bu il Ərbəin ziyarətində ona hədiyyə edilən İmam Hüseyn (ə) hərəminin bayrağını Bakının Binə qəsəbəsindəki evinin həyətində ucaltdı.
Ləbbeykə Ya Hüseyn!

#Məhərrəm_2023
#Ərbəin_2023
#həyatımız_hüseyndir
#hər_ev_bir_hüseyniyyə



https://youtube.com/watch?v=Rz62SzFEOgA&si=s8UBLZeYmnQ-Atyw
https://youtu.be/WdAdoKzvFHI?si=X4GGWYkcCLqeUcAO

🏴 Bu gecə 11-ci İmam Həzrət Həsən Əsgərinin şəhadət axşamıdır.
İmamı olduğu kimi tanımaq üçün mütləq bu çıxışı dinləyin və paylaşın.
🛑 Yezid Əliyev rejiminin qara maskalı polisləri Seyyidə
Şəhla bacının evinə basqın edib, həyat yoldaşını
həbs ediblər, bacını möhkəm döyüblər və İmam
Hüseyn əleyhissəlamın bayrağını qırıb, aparıblar.
🏴 Seyyid Şəhla bacının fəryadını dinləyin
https://youtu.be/yjVmGwtcPu4?si=yN28gSdjnzlDOAyo
🔹 Düşmənin yeganə qələbə yolu möminləri naümid etməkdir.
Mütləq Allahın vədinə və bəndələrinə ümüdsüz olmayın, qəlblər Allahın əlindədir və Allah nizam sahibidir.
Axır zaman ən çətin imtahanlar və ən böyük qələbələr dövranıdır.
Dağ kimi səbirli və möhkəm olun, müqavimət və mübarizə yolunda zərrə olsa belə, şəkk-şübhə etməyin, yorulmayın, süst olmayın, Allah bu yol üçün sizi seçib və o sizdən himayə edir və sizin əlinizlə öz bəndələrini nicat verəcəyini və düşmənlərini xar və rüsvay edəcəyini vəd verib.

Qələbə Allaha məxsusdur.
Forwarded from Məhərrəm - 2024
Birazdan Müsəlman Xalq youtube kanalında püşkatma mərasimi keçiriləcək və kanalımıza video göndərən 10 şəxsə hədiyyələr təqdim olunacaq. Hədiyyələr içində Kərbəla və Məşhəd ziyarəti də var. İzləmədə qalın...

t.iss.one/meherrem_2023
https://youtu.be/WfzuJWC1mxk?si=nSsv8Ix0O-vIZ7DY

Əhli beyt məddahı İlkin Məmmədovun Seyidə Şəhla bacı ilə bağlı olan müraciəti
🔹 Azərbaycanın daxilində olan bəzi ruhaniləri, möminləri başa düşmək olar... Amma xaricdə oturub, İmam Hüseynin bayrağına və balasına qarşı amansız zülmə susanlar, laqeyd yanaşanlara yalnız "Kişi olun!" deyə bilərik. Azad olun, vicdanlı olun!

Xüsusən özlərini Din xadimi bilənlər, əmin olun əgər belə davam etsəniz Allah həm bu dünyada və axirətdə sizi rüsvay və xar edəcək. Seyyidə Şəhla bacının ah-naləsi sizin ətəyinizi tutacaq, necə ki, tutub.
Ən alçaq isə o kəslərdir ki, müdafiə etmək əvəzinə Seyyidə bacıya qarşı təxribat edirlər. Mütləq siz Allahın lənətinə gəlmiş dəstəsiniz.
Kişinin oğlu ən azından oturub, bir dua et, bir LİKE, bir paylaşım, bir rəy, bir məqalə...
Əksinə nəsə qeyrətə gəlib, bir xırda addım atmaq qərarına gələnidə şübhəyə salırlar. Kişiyə bənzər məxluqlar...
Öz şəxsinə zərrə təhqir olsa, bir manatı belə kəsilsə aləmə bir-birinə vuran, Şiənin namusu və İmam Hüseynin müqəddəs bayrağına görə heç tükü tərpənmir.
Cəhənnəmdə İlham və Yezid kimilər sizdən bir qat yuxarıda olacaqdır. Allaha xatir tövbə edin. Əgər müdafiə etməyi bacarmırsan ən azından təxribat törədənlərdən olma.

Azad Bəndə
Forwarded from Vüqar Biləcəri
Daim qorudun iffəti ey Seyyidə Şəhla
Var səndə Əli (ə) qeyrəti ey Seyyidə Şəhla

Bunlar ki, kufə əhlidi, sən bənzəri-Zeynəb (s)
Bundandı sənə nifrəti, ey Seyyidə Şəhla

Sən Həzrət Hüseyn (ə) aşiqisən ta əzəlindən
Sevməz ürəyin zilləti ey Seyyidə Şəhla!

Çox cəhd elədi zülmü edən salmağa razı,
Sən rədd elədin beyyəti ey Seyyidə Şəhla!

Həzrət Hüseyin (ə) bayrağını sökməyə kafir
Hardan tapıb bu curəti, ey Seyyidə Şəhla?

Səntək xanıma zülm olunur, çoxları susmuş
Əfv eyləmə bu milləti ey Seyyidə Şəhla

Fərman Kərim ✍🏼

t.iss.one/azerbaycanin_ehlibeyt_sairleri