Zühura hazırlıq
1.1K subscribers
1.65K photos
1.03K videos
28 files
2.91K links
Mümkünsüz işlərin ardınca olaq. Yorulmadan, qurbətən iləllah, Zühura hazırlıq...
Download Telegram
İlham Əliyevin məscid öpməsinə, Qurana əl basmadına aldanan "şiə" , lənətlənmiş Məmuna, Müaviyəyə aldanan "şiə" yə bənzəyir. Zamanlarının İmamını (ə) zəhərləyən Məmuna nicat mələyi gözü ilə baxan şiənin, Zühur ordusunda heç bir yeri yoxdur.
#Zuhur_ordusu - biz Məmunun, Müaviyənin vaxtında böyük səhvlərə yol vermiş sadəlövh, bəsirətsiz şiələr olmayacağıq və bizim dövranımızda bir daha İmam Əlilər, İmam Rzalar məzlumcasına, qərib şəhid olmayacaqlar deməkdir. Biz şiələr bəsirətli, elmli, təqvalı, siyasətçi, şücaətli, fədakar ZÜHUR ORDUSUYUQ!
İlham Əliyev isə məscid öpməsi ilə deyil, İslam dünyasına qənim kəsilən işğalçı sionist rejimlə əlaqələri kəsməklə, məscidləri açmaqla, şərlənən möminləri azad etməklə, pasportlarda qanunsuz Hicab qadağasını son qoymaqla, İmam Hüseyn (ə) məclislərinə və bayraqlarına qarşı mübarizəni dayandırmaqla, Azərbaycanda əxlaqsızlığın yayılmasına xidmət edən layihələrın qarşısını almaqla, İslamafobiyaya son qoymalıdır.
Əks halda Prezidentin şoularına inanan şiə 1400 il öncəki bəsirətsiz, sadəlövh, qorxaq saxta şiələrdən heç fərqlənməyəcək.
İlahiyyatçı Əli Himmətov
#Zühura_doğru
#Zühur_Ordusu
#Siyasi_Bəsirət