Zühura hazırlıq
1.1K subscribers
1.67K photos
1.05K videos
29 files
3K links
Mümkünsüz işlərin ardınca olaq. Yorulmadan, qurbətən iləllah, Zühura hazırlıq...
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Şəmkir şəhəri Seyfəli qəsəbəsi. Bu qəsəbə əhalisinin Tasua günü şəhidlər xiyabanında əzadarlığı. Sosial məsafəyə riayət olunur, hamısı maskadan istifadə edir. Amma bununla belə əzadarlıqda iştirak edənlər cərimələnir və sutkalıq həbs olunurlar.
Türkiyəyə dəstək aksiyası olsaydı, polislər gəlib maska paylayardılar


#Azərbaycan_2020_Aşura
#Hər_Yer_Hüseyniyyə
#Hər_şey_Hüseyn_üçün
#Qadağalara_təslim_olma

t.iss.one/ekremhacizade
Aşura günü mərsiyə dediyinə görə 15 sutka inzibati həbs cəzasi alan Rövşən qardaşimiz.
ALLAH qəbul etsin.
Allah zəmanənin yezidlərinə lənət etsin
Ya Alla
Bu gecə Bakı vaxtı ilə saat 21:00 Youtubedə "Müsəlman Xalq" kanalında Şeyx Tohid İbrahimbəylinin canlı çıxışı olacaq.
Forwarded from İmamRezaAz (rəsmi)
Allahın adı ilə

Əziz müsəlmanlar! İmam Hüseynin (ə) qiyamının hədəfləri haqqında daha ətraflı məlumat əldə etmək üçün, İmam Rza (ə) hərəminin xarici zəvvarlar idarəsi tərəfindən Ayətullah Xameneinin (h) "İmam Hüseynin (ə) qiyamı" adlı kitabdan müsabiqə keçirir.

⏹️Hər kəsi müsabiqədə iştirak etməyə dəvət edirik!

🔊Zəhmət olmasa dostlarınızla da paylaşın!

➡️Bu linkə daxil olmaqla sualları cavablandıra bilərsiniz!

https://docs.google.com/forms/d/e/1FAIpQLSdtoGw-zCyyV75HCrPWH_6NW3MushLGBgmVnjUlloTXNpbpYw/viewform?usp=sf_link
Forwarded from İmamRezaAz (rəsmi)
قیام_حسینی_آذری-_کم_حجم.pdf
641.2 KB
Müsabiqənin kitabı.

Zəhmət olmasa, dostlarınızla da paylaşın!
This media is not supported in your browser
VIEW IN TELEGRAM
"Hacı İlqar İbrahimoğlu Dövlət yetkililəri ilə keçirilən video-tədbirdə hicab problemindən və Aşuraya tətbiq edilən məhdudiyyətlərdən danışdı..."
İmam Həsən (ə) sarayın sözünü demirdi, Müaviyənin yazdığı məktuba bilirsizmi nə cavab vermişdi?

(Saray mollalarını İmam Həsənlə (ə) bir tutanlara!)
⬇️⬇️
⬆️⬆️⬆️⬆️
İmam Həsən (ə) sarayın sözünü demirdi, Müaviyənin yazdığı məktuba bilirsizmi nə cavab vermişdi?

(Saray mollalarını İmam Həsənlə (ə) bir tutanlara!)

İndiyədək saray mollaları vasitəsilə xalqa çatdırdılar ki, koronavirusa görə dövlət məscidləri aça bilmir. Amma bu məsələlərdə saray mollalarını təlimatlandıranlar unutmuşdular ki, onlara “bəs niyə çimərliyi açırsız?”, “bəs niyə başqa fəsad mərkəzləri açıqdır?” “Bəs niyə başqa ölklərdə ictimai fasilə və lazımi tədbirlərə riayət etməklə məclislər keçirmək olur, məscidlər açıqdır?” və s. sualların da cavablarını öyrətsinlər.

Hər bir halda gözləyirdik ki, Tasua və Aşura günündə bəlkə məscidləri açdılar. Amma ciddi və rəsmi şəkildə əhalinin nəzərinə çatdırırlar ki, Tasua və Aşura günü heç kim bizim dədələrimizi lənətləməsin, buna imkan verməmək üçün də məscidləri açmırlar. Üstəlik, deyiblər ki, dini, islami atributları maşınlara belə vurmaq olmaz. Evlərdə də ehsan süfrələri qadağandır. Burda təbii ki, saray mollalarını təlimatlandırmaq lazım idi ki, axı açıq havada başqa tədbirlər olur, niyə əzadarlıq olmasın. Bundan başqa maşınlara niyə atributların vurulmasını qadağan etmisiz? İmamlardan (ə) nəql olunduğu kimidir, Allah düşmənlərimizi axmaqlardan qərar verib.

Təəssüf ki, bu axmaqlıq saraydan saray mollalarına və onların tərəfdarlarına da kobud şəkildə sirayət edib. Belə ki, bu cür saray mollalarını qınayıb deyəndə ki, niyə yalandan deyirsiz ki, İranda, İraqda, Livanda da məscidlər bağlıdır, halbuki orada lentə alınan əzadarlıq məclisləri bütün sosial şəbəkələri zinətləndirir... Qayıdıb deyirlər ki, siz İmam Həsənin (ə) dövründə olsaydınız, O Həzrətə (ə) səhv tutardınız ki, nə üçün Müaviyə ilə sülh elədin? Yazıq adamlar... Bu camaatı saray görün nə günlərə qoydu. Bunlar öz sevdikləri ruhanilər saray əlaltısı olmamışdan qabaq belə düşünmürdülər. Düşünmürdülər ki, İmam Həsən (ə) Müaviyənin sözçüsü idi. Sadəcə sevdikləri şəxslərin sarayın əlaltısı olması və buna görə də tənqid olunmalarından narahat olmaları səbəbilə belə deyirlər. Bədbəxtlər durub nöqsan tuturlar ki, İmam Həsən (ə) də Müaviyə ilə sülh bağlamışdı.

Ay zavallı insanlar, heç bilirsiz ki, Müaviyə xaricdən müsəlmanlara olan hücumu dəf etmək üçün başından yekə danışıb İmam Həsənə (ə) ordu yığıb düşmən qarşısına çıxmasını əmr edərkən İmam Həsən (ə) ona nə buyurmuşdu? Həzrət (ə) cavabında yazmışdı ki, mənim ordum olsa elə sənin əleyhinə döyüşərəm.
Heç utanırsız? Məgər İmam Həsən (ə) sarayın sözçüsü idi? Ağlınızı başınıza yığın. Saray qulbeçəsi olmusunuz, cəhənnəmə olun, amma çirkin işlərinizə İmam Həsən (ə) kimi pak insanları alət etməyin. Allahdan qorxun!
Birdəfəlik qulağınıza sırğa edin ki, koronavirus pandemiyası adlı bu zəhirmar yalnız məscidlərdə, əzadarlıqlarda, bir sözlə dini mərasimlərdə olur. Bu reallığı yalnız "din-dövlət münasibətlərini pozmağa cəhd göstərən radikallar, gözləri götürməyən paxıllar" inkar edə bilər. "Bəsirətli" insanlar isə, "toplaşmaq qadağandır" deyib Hacıkənddə qucaq-cucağa, ara məsafəsi saxlamadan, maskadan istifadə etmədən yeyib-içib şəkil çəkdirə bilərlər. Bəsirətli, əsl din dərdi çəkən insanlar İmamzadədə masa arxasına toplaşıb maskadan istifadə etmədən eyni mikrafonu ağızlarına diriyə bilərlər. İndi "bəsirətsiz" dindarlar deyəcək ki, bəs o zaman niyə Aşurada İmamzadə bağlı idi. Bunu dərk etmək üçün isə "bəsirətli olmaq, zamanını tanımaq, təqiyyəni anlamaq" lazımdır.
Əşi, nə deyirlər "tabe olsun" dəəə , vəssalam!

Ps: Heç olmasa Tahirdən mikrafonu alandan sonra dezinfefsiya edərsiniz... 😊
t.iss.one/ekremhacizade