Zühura hazırlıq
1.05K subscribers
1.67K photos
1.08K videos
29 files
3.02K links
Mümkünsüz işlərin ardınca olaq. Yorulmadan, qurbətən iləllah, Zühura hazırlıq...
Download Telegram
Forwarded from Aim-TV
⚡️🏴🇦🇿 Daha bir inanclı İmam Hüseyn (ə) bayrağına görə saxlanıldı

🔗 Azərbaycanda daha bir inanclı fəal İmam Hüseyn (əs) bayrağına görə tutulub.
Aşura günündə bir əlində İmam Hüseyn (ə) bayrağı, digər əlində bayrağı qorumaq üçün kislota ilə Neftçala rayonu Xıllı qəsəbəsində yerləşən məscidin minarəsinə çıxan qəsəbə sakini, dindar fəal Hikmət Seyfulla oğlu Həmzəyevi bu gün (25.08.2022) Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

📌 Ona Neftçala rayon məhkəməsinin qərarı ilə 30 sutka həbs cəzası verilib.

📝 Xatırladaq ki, Hikmət Həmzəyev keçən il də Tasua gecəsi polis idarəsinə aparılmış və  inzibati həbs cəzası ilə cəzalandırılmışdı.

https://t.iss.one/Hicab_az
Forwarded from Mən Ruhaniyəm
Şirazinin tör-töküntülərinə yox deyirik! (1-ci hissə)


Özünə elə xütbələrində də "Şeyx" deyən saray mollası Cavidin son günlərdəki çıxışlarını yəqin ki, izləmisiniz. Öz çıxışının elə əvvəlində manipulyasiya edərək, guya təhqirə yol vermədiyini söyləyir. Halbuki Şeyx Tohidi bilərəkdən təhqir edir. Biz də öz növbəmizdə hər bir müsəlman kimi özümüzə vəzifə bildik ki, həm şiənin qeyrətli və mübariz ruhanisi olan Şeyx Tohidə atılan iftiralara cavab verək (hərçənd Şeyx özü istəsə bizdən daha yaxşı cavab verər) həm də Cavidin hədislərlə oynayaraq camaatı azdırmasına Allahın iznilə mane olaq.

Həmişə məzhəblərarası mübahisəli məsələlərdən danışan, sosial-siyasi məsələlərdə ağzına su alıb dayanan, heç olmasa xanımının şəkilinin şəxsiyyət vəsiqəsinə hicabsız vurulmasına da belə heç bir dəfə də “mıkk” etməyən "Şeyx" Cavidin birdən “siyasi” meydanda görünməsi yəqin ki, çoxunu təəccübləndirib.
Şeyx Cavidin başına əmmamə qoyan, heç bir fəqih tərəfindən təsdiqlənməyən “Ayətullah” Sadiq Şiraziyə bağlı “Yasir Həbib”-çilərin İngiltərədə Azərbaycan səfirliyinə hücum etməsinin ardınca onun dilə gəlməsi və həm də birbaşa müqavimət cəbhəsinə hürməsi heç də birmənalı qarşılana bilməz.
Çünki onun dərdi din və məzhəb olsaydı, bundan öncə dəfələrlə din və məzhəb müxtəlif adamlar tərəfindən təhqir edilmiş, dindarlar təqibə məruz qalmış və hüquqları əllərindən alınmışdı, amma Şeyx Cavidin səsi çıxmamışdı.
Həmçinin son zamanlarda yaltaq və cahil insanlardan biri tərəfindən Azərbaycan respublikasının prezidentinin heç bir dəlil və sübut olmadan Əhli-Beytdən (ə) biri və “Seyyid” kimi tanıtdırılarkən də "Şeyx" Cavidin səsi çıxmadı.
Bu ki lap Müaviyənin Şamdakı (Dəməşq) İmam Əli (ə) və Əhli-Beytə (ə) qarşı  siyasi gedişinə bənzəyir. Müaviyə Şamda elə təbliğat aparırdı ki, şamlılar Peyğəmbərin (s) Müaviyədən başqa qohumu olmadığına və İmam Əlinin (ə) də namaz qılmayan biri olduğuna inanmışdılar.
Bundan əlavə, əgər Cavidin dərdi din və məzhəbdirsə, Əhli-Beytə (ə) nisbət verilən qeyri-səhih hədislərə görə narahatdırsa, nə üçün siyasi meydanda məşhur olan bir tələbədən başlayır? (Hərçənd Şeyx Tohidin dediyi hədis qeyri səhih deyil) Azərbaycanda qeyri-səhih hədis deyən şiə və sünni ruhaniləri yoxdurmu? Sən görmürsənmi ki, ruhanilər bütün dövlət tədbirlərində və ya şəhid məclislərində heç bir sənədi olmayan “Vətəni sevmək imandandır” hədisini həvəslə deyirlər? Tutaq ki, lap elə elm həvəsi səni aparıb çıxardıb Kuhi-Xızrın başına, niyə məhz filan tələbə? Qumdan televiziya və sosial şəbəkələr üzərindən onlarla tələbə xütbə və söhbətlər edirlər, bəzən də məşhur, amma mürsəl (kəsik sənədli) və zəif hədislərdən statlar gətirirlər, nə üçün onlardan birini misal çəkmədin?!
Dərdin həqiqətən Əhli-Beytə (ə) yalan nisbət verilməsidirsə, sənin başına əmmamə qoyan Sadiq Şirazi hansı dəlil ilə başa qəmə vurmağı, bədəni  doğramağı “İlahi şəair”dən hesab edir? Niyə onun bu batil əməlinə qarşı danışmırsan, möminləri aydınlığa çıxartmırsan?
Əhli-Beyt (ə) məktəbinin harasında yazılıb qəmə vurmaq?
Əhli-Beyt (ə) məktəbinin harasında yazılıb zalimin sarayında qulluqçu olmaq?
Ardı var...
https://t.iss.one/menruhaniyem
Forwarded from Mən Ruhaniyəm
Şirazinin tör-töküntülərinə yox deyirik! (2-ci hissə)

Sənin Şüreyh və Zühəri ilə fərqin nədir?
Sən fəqihin vilayətini qəbul etmirsən, İslam hakimiyyətini bəyənmirsən, amma dinsiz bir dövlətin prezidenti ilə fəxr edirsən?! Məgər zalım prezidentlə fəxr etmək Əhli-Beyt (ə) sirəsidirmi?! Sənin misalın Abdullah ibn Ömərin misalıdır ki, İmam Əliyə (ə) fitnə bəhanəsi ilə beyət etmədi, amma şiələrin qanına susayan Həccacın ayağını öpərək ona beyət etdi!
Yoxsa, sənin bu canfəşanlığın elə səfirliyin bayraq məsələsində şirazilərin izini itirmək üçündür?
Nə üçün indiyə qədər Yasir Həbibin müsəlmanlar arasında təfriqə salması və Peyğəmbərin (s) xanımı Ayişəyə fahişə deməsinə göz yumurdun? Axı sən deyirsən ki, vəhdət tərəfdarısan və Əjdərbəy məscidində vəhdət yaratmısınız, məscidi Ramazan ayı gecələrində və Cümə günlərində sünni qardaşlara vermisiniz?
Deməli, sənin müqavimətçiləri və hərəm müdafiəçilərini hədəfə almağın əslində “Şirazilərin səfirliyə hücumu”nun şilləsindən uzaq qalmağın üçündür, məzhəbi qorumaq üçün deyil!
Biharul-Ənvar kitabının sahibi Əllamə Məclisinin (r.ə) “məchul” hesab etdiyi hədisi ata Məclisinin rəyinə əsasən “səhih kimi müvəssəq” adı ilə təqdim edirsən. Bəs niyə demədin ki, Əllamə Məclisi özü bu hədisi məchul hesab edib? (Miratul-Uqul, c.1, s.325, hədis.1) Çünki sənə elə sərf edir?
Sənədindən də keçsək, mənasını təhrif edir və Qum tələbəsini “rəhbərlik” və başçılıq iddiası etməkdə suçlamaq və özünü bundan pak göstərmək istəyirsən. Halbuki hədisdə (baş olmağın dalınca olma ki, quyruq olarsan) dünyapərəstlik, insanlara onların mallarını mənimsəmək üçün hakim kəsilmək istəyənlər məzəmmət edilir, insanları hidayət yolunda rəhbərlik etmək istəyənlər deyil! Elə sən özün ziddi-vilayət və ziddi-vəhdətlərə, lənətçilərə rəhbərlik etmirsənmi? Bir məscidin axundu olmaq həmin məscidə gələn möminlərə rəhbərlik etmək deyilmi? Sənin təqlid etdiyin Sadiq Şirazi bir sürü cahilə qəmə vurdurmaqda rəhbərlik etmirmi? Ümumiyyətlə müctəhid olmaq özü rəhbərlik deyilmi? Camaat imamı olmaq rəhbərlik deyilmi? Cümə namazı qıldırmaq və xübtə etmək insanlara rəhbərlik etmək deyilmi?
Daha sonra tələbəni yalanda ittiham etmək üçün nəql etdiyin hədis barədə də yalan danışırsan – (“ittəqul-kəzib”). Həmin hədis əl-Kafidə (c.2, s.338, hədis:2) və həm də Vəsaildə “mürsəl”dir. Mürsəl hədis zəif hədisdir. Sən isə onu təkcə ata Məclisinin “Rövzətul-Müttəqin” kitabına əsasən səhih hesab edirsən, halbuki Əllamə Məclisi “əl-Kafi”nin şərhində (Rövzətul-Müttəqin, c.10, s.327) həmin hədis barədə “mürsəl” hökm edib. Sən hansı dəlilə əsasən təkcə ata Məclisinin rəyini əsas götürürsən? Ardı var...
https://t.iss.one/menruhaniyem
Forwarded from Mən Ruhaniyəm
Şirazinin tör-töküntülərinə yox deyirik! (3-cü hissə)

Həmçinin “Hər kim mənim adıma yalan danışsa, yerini cəhənnəmdə hazırlayıb” hədisi Əbu Xədicəyə görə səhih sayıla bilməz, çünki barəsində ixtilaf var. Əlbəttə əgər bu hədisi əl-Məhasində (c.1, s.118, hədis: 127) olduğu kimi Əbu Xədicənin hədisinin davamı hesab etsək belədir, əks halda ümumiyyətlə şiə kitablarında bu hədis mürsəldir. (əl-Fəqih, c.3, s.569, hədis:4942).
Amma gələk Şeyx Tövhidin nəql etdiyi hədisə:
Hicri-Qəməri tarixi ilə 6-cı əsrdə yaşamış görkəmli şiə alimi Əbu Mənsur Əhməd ibn Əli ibn Əbi Talib 588-ci hicri ilində vəfat edib.
O, bütün şiə alimləri tərəfindən hörmətlə anılan bir alimdir və həmçinin təlif etdiyi “əl-İhticac” kitabı bütün alimlər tərəfindən etibarlı hədis və tarix qaynaqlarından biri hesab edilir.
Təbərsi həmin kitabın müqəddiməsində (c.1, s.14) yazır:
«و لا نأتي في أكثر ما نورده من الأخبار بإسناده إما لوجود الإجماع عليه أو موافقته لما دلت العقول إليه أو لاشتهاره في السير و الكتب بين المخالف و المؤالف‏»
“Nəql etdiyim xəbərlərin çoxunda sənədi qeyd etməmişəm. Çünki bu xəbərlər üzərində ya icma edilib, ya ağılın dəlalət etdiyi məntiqə uyğundur, ya da müxalif və müvafiqlərin kitablarında məşhurdur”.
Təbərsi bu ifadəsi ilə kitabında nəql etdiyi tarixi xəbər, hədis və rəvayətlərin etibarlı olmasına imza atır. Nəzərə alsaq ki, həm müəllif və həm kitab şiə alimləri tərəfindən etibarlı hesab edilir, kitabın məlumatına sağlam ağıla, məşhur tarixə, Quran və Əhli-Beytin (ə) ruhuna zidd olmadığı təqdirdə istinad etməyin heç bir problemi yoxdur.
Bu məsələyə bir neçə mülahizəmizi də əlavə edək:
1). Tarix və hədis kitablarında bir çox tarixi məlumatların sənədi yoxdur. Amma alimlərimiz bunları nəql, analiz və təhlil edib, onun üzərindən rəy bildiriblər.
2). Alimlərimiz məşhur tarixi məsələlərdə, əxlaqi və tibbi mövzularda, “sünən” və müstəhəb işlərdə sənədin nəqlinə önəm verməyiblər. Əgər biz bütün hədis və məlumatlara sırf sənəd qaydaları ilə yanaşsaq, gərək bu qəbil hədislərin 70-80 faizini kənara ataq, qədim alimlərimizin yazdıqları əxlaq kitablarını tullayaq getsin.
3). Qədim alimlərimiz hədisin əshab arasında və səhabələrin kitablarında məşhur olmasını həmin hədisin nəqli üçün kafi hesab ediblər. Necə ki Şeyx Səduq “əl-Fəqih” kitabında hədisləri əvvəlcə sənədsiz nəql edir, sonra boş vaxtı qaldığı üçün “məşixə”də sənədlərini də qeyd edir.
4). Qədim alimlərimiz bir çox fiqhi kitablarda fətvaları hədisin mətni əsasında veriblər, amma sənədini zikr etməyiblər. Ardı var...
https://t.iss.one/menruhaniyem
Forwarded from Mən Ruhaniyəm
Şirazinin tör-töküntülərinə yox deyirik! (4-cü hissə)

Sonrakı dövr alimləri isə həmin fətvalara əsasən fətva veriblər. Buna görə ki, qədim alimlərin əlində imamların (ə) səhabələrinin nüsxələri olub, həmin dövrdə yazılan hədis topluları olub və onlar hədislərin deyilməsi və toplanması dövrünə daha yaxın olublar. Sonrakı dövrlərdə isə müharibə, yanğın və sel kimi hadisələr nəticəsində hədis qaynaqlarının bir çoxu məhv olub aradan gedib. Məsələn, Şeyx Səduqun 300-ə yaxın kitab və risaləsinin olduğu kitablarda yer alıb, halbuki o mərhumdan təkcə 20 kitab civarında əsər gəlib əlimizə çatıb. Və ya Əllamə Məclisinin Biharul-Ənvar kitabında bir çox qaynaqlar var ki, üzərindən 500 il keçməmiş həmin qaynaqların orjinalı aradan gedib və biz həmin kitabları Biharul-Ənvardan oxuyuruq.
5). Hədisin sənədində əhli-sünnə olması hədisin mətnini zəif və ya qondarma hesab etmək üçün dəlil deyil. Bizim bütün kitablarımızda əhli-sünnə ravilərindən etibarlı hədislərimiz var. Hətta bəzən Əhli-Beytə (ə) düşmənçilik edən, Əməvi və Abbasi sülaləsinin saray mollaları olanlardan da etibarlı hədislərlə rastlaşırıq.
Bu kimi mülahizələrdən çox danışa bilərdik, amma buna kifayət edir və nəticə alırıq ki, qədim kitablarda gələn tarixi məlumat və hədislər təkcə sənəd zəifdir deyə rədd və inkar edilə bilməz. Hədisi inkar etmək və ya qondarma saymaq üçün bir çox səbəblər bir yerə toplanmalıdır. 
İndi isə görək Şeyx Tövhidin nəql etdiyi hədisdə Quran, Əhli-Beyt (ə), ağıl və tarixin ziddinə bir şey varmı ki, biz onu inkar edək və məsuma (ə) nisbət verə bilməyək?
Mərhum Təbərsi (əl-İhticac, c.1, s. 296) yazır:
İmam Hüseynin (ə) Əmirulmöminin Əlinin (ə) şiələrini qətlə yetirdiyi üçün Müaviyəni danlaması və şəhid şiələrə rəhmət oxuması
«احتجاجه ع على معاوية توبيخا له على قتل من قتله من شيعة أمير المؤمنين و ترحمه عليهم‏ - عَنْ صَالِحِ بْنِ كَيْسَانَ‏ قَالَ: لَمَّا قَتَلَ مُعَاوِيَةُ حُجْرَ بْنَ عَدِيٍّ وَ أَصْحَابَهُ حَجَّ ذَلِكَ الْعَامَ فَلَقِيَ الْحُسَيْنَ بْنَ عَلِيٍّ ع فَقَالَ يَا أَبَا عَبْدِ اللَّهِ هَلْ‏ بَلَغَكَ‏ مَا صَنَعْنَا بِحُجْرٍ وَ أَصْحَابِهِ وَ أَشْيَاعِهِ وَ شِيعَةِ أَبِيكَ؟
فَقَالَ ع وَ مَا صَنَعْتَ بِهِمْ؟
قَالَ قَتَلْنَاهُمْ وَ كَفَّنَّاهُمْ وَ صَلَّيْنَا عَلَيْهِمْ.
فَضَحِكَ الْحُسَيْنُ ع، ثُمَّ قَالَ: خَصَمَكَ الْقَوْمُ يَا مُعَاوِيَةُ، لَكِنَّنَّا لَوْ قَتَلْنَا شِيعَتَكَ مَا كَفَّنَّاهُمْ وَ لَا صَلَّيْنَا عَلَيْهِمْ وَ لَا قَبَرْنَاهُمْ.
وَ لَقَدْ بَلَغَنِي وَقِيعَتُكَ فِي عَلِيٍّ وَ قِيَامُكَ بِبُغْضِنَا وَ اعْتِرَاضُكَ بَنِي هَاشِمٍ بِالْعُيُوبِ. فَإِذَا فَعَلْتَ ذَلِكَ فَارْجِعْ إِلَى نَفْسِكَ ثُمَّ سَلْهَا الْحَقَّ عَلَيْهَا وَ لَهَا فَإِنْ لَمْ تَجِدْهَا أَعْظَمَ عَيْباً فَمَا أَصْغَرَ عَيْبَكَ فِيكَ وَ قَدْ ظَلَمْنَاكَ يَا مُعَاوِيَةُ فَلَا تُوتِرَنَّ غَيْرَ قَوْسِكَ وَ لَا تَرْمِيَنَّ غَيْرَ غَرَضِكَ وَ لَا تَرْمِنَا بِالْعَدَاوَةِ مِنْ مَكَانٍ قَرِيبٍ فَإِنَّكَ وَ اللَّهِ لَقَدْ أَطَعْتَ فِينَا رَجُلًا مَا قَدُمَ إِسْلَامُهُ وَ لَا حَدُثَ نِفَاقُهُ وَ لَا نَظَرَ لَكَ فَانْظُرْ لِنَفْسِكَ أَوْ دَعْ يَعْنِي عَمْرَو بْنَ الْعَاصِ.
Saleh ibn Keysandan nəql edilir: Müaviyə (ələyhil-haviyə) Hücr ibn Ədi və..
https://t.iss.one/menruhaniyem
Forwarded from Mən Ruhaniyəm
Şirazinin tör-töküntülərinə yox deyirik! (5-ci hissə)

Hücr ibni Ədi və onun dostlarını qətlə yetirdiyi il Həcc ziyarətinə getdi. Bu ziyarət zamanı Hüseyn ibn Əli (ə) ilə rastlaşdı.
Müaviyə dedi: Ey Əba Əbdillah! Hücr və onun dostlarına və atanın şiələrinə nə etdiyim sənə çatdımı?
İmam Hüseyn (ə) soruşdu: Nə etdin onlara?
Müaviyə dedi: Onları qətlə yetirdik, sonra onları kəfən etdik və onlara namaz qıldıq.
İmam Hüseyn (ə) güldü, sonra dedi: “Ey Müaviyə! Bu işinlə (onları kəfən edib, namaz qılıb, dəfn etməyinlə) onlar sənə qalib oldular (və sən buna görə Qiyamət günü cavab verməli olacaqsan)! (yəni sən onları müsəlman hesab etdiyin halda günahsız öldürbsən).
Lakin, ey Müaviyə! Əgər biz sənin şiələrini öldürsək, onları kəfən etmərik, onlara namaz qılmarıq və onları dəfn etmərik! (çünki nə səni və nə də şiələrini müsəlman hesab etmirik və buna görə Qiyamət günü də cavab vermərik).
Sənin atam Əli (ə) barədə danışdığın pis sözlər, bizə (Əhli-Beyt) qarşı düşmənçiliyi cəmiyyətdə yaymağın və Bəni-Haşimə qarşı (uydurma) eyiblərlə etiraz etməyin mənə çatıb. Əgər bunu etmisənsə, dön bir özünə (öz eyiblərinə) bax, özünü haqq və batil arasında sorğula! Əgər özünü ən böyük eyibə (və eyiblərin ən pisinə) sahib tapmasan, deməli səndə kiçik bir eyib də olmayıb və biz sənin haqqında zülm etmişik.
Ey Müaviyə! Öz eyiblərinə bax, öz (çirkin) hədəflərindən başqasını nişan alma, bizimlə yaxından düşmənçilik etmə. Allaha and olsun, həqiqətən sən bizim barəmizdə elə bir kəsə itaət edibsən ki, İslamı qədim deyil və münafiqliyi də yeni deyil və heç vaxt sənin xeyirini fikirləşmir! Buna görə də özün öz halına yan, ya da onu (Əmr ibn As) öz başına burax!”

Mülahizlərimiz:
1). Əvvəldə qeyd etdiyimiz kimi bu hədis qaynaq baxımından etibarlıdır və müəllifin kitabın müqəddiməsində hədislərinin mötəbərliyinə verdiyi ümumi şəhadət və həmçinin qədim alimlərin hədis toplama qaydalarına uyğun olaraq hədisin mürsəl və ravinin sünni olması hədisi etibardan salmır, madam ki, Qurana, Əhli-Beytin (ə) sirə və sünnəsinə, şiə alimlərinin ümumi görüşünə, tarixə və sağlam məntiqə zidd deyil.
2). Hədisdə İmam Hüseynin (ə) Müaviyəyə biz sizin ölənləri kəfən etmərik, onlara namaz qılmarıq və dəfn etmərik ifadəsi, Əhli-Beytin (ə) sirə və sünnəsinə zidd deyil. Çünki burada İmam (ə) insanlara haqq və batili göstərmək üçün bu ifadəni işlədir. Yəni imam (ə) aydınladır ki, Müaviyə və tərəfdarları münafiqdirlər, fasiq və facirdirlər, Quran və Əhli-Beytə (ə) qarşı...
https://t.iss.one/menruhaniyem
Forwarded from Mən Ruhaniyəm
Şirazinin tör-töküntülərinə yox deyirik! (6-cı hissə)

Quran və Əhli-beytə (ə) qarşı çıxmaqla İslamdan çıxıblar və onların ölüsünün müsəlman kimi kəfən edilməsi, yuyulması, namaz qılınması və dəfn edilməsi şiələrə vacib deyil.
3). İmam (ə) bu ifadəni Müaviyənin əleyinə öz sözündən əks arqument kimi istifadə edir. Yəni Müaviyə öz sözü ilə etiraf etdi ki, müsəlmanları günahsız olaraq qətlə yetirib. İmam (ə) da ona başa saldı ki, sən Qiyamət günü onları öldürdüyünə görə cəzalanacaqsan, çünki batilsən, amma biz sizi öldürsək, Qiyamət günü cəzası yoxdur, hətta savabı da vardır. Sizin İslamdan çıxdığınız üçün qətliniz vacibdir və müsəlman ölüsünə vacib olan əməlləri sizin barənizdə icra etmək belə vacib deyil.
4). Şeyx Tövhidin isə xütbə zamanı hədisə “sizə qüsl” vermərik ifadəsi hər xətibə bəllidir ki, baş verə biləcək dil xətasıdır və bu ifadənin hədisə səhvən əlavə edilməsi heç bir fiqhi hökmə və əqidə məsələsinə zərər vurmayıb. Buna görə də buna səhv demək kindən və qərəzdən doğan bir şeydir. Özünə Şeyx deyən Saray mollası bununla artıq neçənci dəfədir ki, özünü böyük bir alim kimi göstərmək istəyir, amma hər dəfəsində Allah bunun abrını apararaq, əslində bu şəxsin elə də ciddi bir elminin olmadığını və nəfsi danışdığını müsəlmanlara göstərir. Buna misal olaraq, təxminən bir il öncə "vilayəti-mütləqə" barəsində olmayan elmi ilə verdiyi izahı misal göstərmək olar ki, daha sonra Hacı Samir Agayev adlı bir ruhani onun səhvlərini videoda bəyan edərək, əslində vilayəti-mütləqə nə deməkdir izah edir.. Bundan başqa "d(z)ahikə" (gülmək) sözündən öz aləmində hərf səhvi tutmaq, ən ucuz və səviyyəsiz bir iraddır. Hamı bilir ki, əksər xətiblər «ض» hərfini z kimi tələffüz edir, bu da məna dəyişikliyi olmadığı təqdirdə xütbədə ciddi bir səhv hesab edilmir. Allah dinimizi saray mollalarının şərrindən qorusun və dindarlara da bəsirət versin inşaallah. İltimasi dua!
https://t.iss.one/menruhaniyem
Mən müqəddəsləri müdafiə etmək üçün Suriyaya getmək istəyirəm. Siz cənabın bu haqda nəzəri nədir?

Cavab:
Məsələ ancaq Suriyaya aid deyil, məsələ ancaq Həzrət Zeynəbin və Həzrət Rüqəyyənin (onların ikisinə də Allahın salamı olsun) hərəmini qorumaq da deyil. Əslində birləşmiş küfr cəbhəsi ilə üz-üzə durmaqdır və küfr İslamın kökünü hücuma məruz qoyub.
(Buna görə də) İslamın kökünü qorumaq fasid rəhbərin əmri altında olmamaq şərti ilə vacibdir. Müsəlmanların əmr sahibi olan Seyid Xameneinin vilayətinə bağlı olan hər bir yola qatılmaq düzgündür.

18.11.2013

P.s: Ayətullah Seyid Kazim Əl-Hüseyni Əl-Hairinin ondan soruşulan suala bu cür cavab verməsi onun vilayətə bağlılığını, bəsirətli, uzaq görən və zəmanəsinin məsələlərinə tam əhatəli olmasının göstəricisidir.

#İraq

''İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az
🌐 Azərbaycan İslam Müqavimət Hərəkətının rəsmi tvitter səhifəsi:
https://twitter.com/huseyniyyun?t=StCRHnrVAgjAt_Q1gMdDOA&s=09
🔸Dəstək olun və paylaşın
#Hüseyniyyun

https://t.iss.one/Huseyniyyun_Az
Forwarded from Aim-TV
💠 Göyçayın Qaraməryəm qəsəbəsində uşaqlarla birlikdə İmam Hüseyn əleyhissəlam üçün klip hazırlayan və müqəddəs əzadarlıq bayrağını ucaldan qəhrəman bacı Samirə Cəfərova, ailəsi və uşaqların valideynləri Əliyev rejiminin Polisləri tərəfindən təzyiqlərə məruz qalıblar.
Bu gün 31 avqust polis kəndə basqın edib və Samirə bacının həyat yoldaşı və yeniyetmə oğlu Mehdini və bir neçə valideyni polis idarəsinə aparıblar
🟢 Sionistləri narahat edən klip:
🔸 https://youtu.be/OzjYdnzLg4k

#küçələrimiz_kərbəla

https://t.iss.one/Hicab_az.
Media is too big
VIEW IN TELEGRAM
Polislər hüseynçi uşaqların valideynlərini məcbur edirlər, hədələyirlər ki, bu video YouTubedən silinməlidir. Bu şərəfsiz Əliyev rejimi video sildirməklə heç bir şeyə nail olmayacaq, çünki, qeyrətli İmam Hüseyn aşiqləri bu videonu bütün sosial şəbəkələrdə paylaşım etməklə İmam Hüseynin düşmənlərinin məkirli planlarını məhv edəcəklər
🌐 Paylaşın düşmənin gözü çıxsın

https://t.iss.one/VAHIDUMMAT