Zühura hazırlıq
1.11K subscribers
1.65K photos
1.03K videos
28 files
2.91K links
Mümkünsüz işlərin ardınca olaq. Yorulmadan, qurbətən iləllah, Zühura hazırlıq...
Download Telegram
Ayətullah İmam Seyyid Əli Xamenei:

“İmam Rzanın hamımıza dərsi budur ki, ey müsəlman! Mübarizədən yorulma. Yatmayın, çünki düşmən həmişə oyaqdır və müxtəlif formalarda və müxtəlif paltar və maskalarda və rəngli makiyajda görünür; “Gözünüz iti olsun, düşməni tanıyın və düşmənlə vuruşmağın yolunu bilin və Əli bin Musa ər-Rza kimi mübarizəni əvvəldən axıra qədər davam etdirin”.

#müqavimət #siyasi_bəsirət
🟢 Quran oxu və düşün!
Həşr surəsi Ayə: 13 - 14

لَأَنْتُمْ أَشَدُّ رَهْبَةً فِي صُدُورِهِمْ مِنَ اللَّهِ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَا يَفْقَهُونَ

Onların (zalımlar, münafiqlər və yəhudilərin) ürəklərində sizə qarşı hiss etdikləri qorxu Allaha qarşı olan qorxularından daha şiddətlidir. Çünki onlar dərk etməyən bir tayfadır. (Onlar dərk etmirlər ki, sizdə olan güc ilahi bir qüvvədir və sizə qarşı olan qorxunu Allah onların qəlbinə salıb)

لَا يُقَاتِلُونَكُمْ جَمِيعًا إِلَّا فِي قُرًى مُحَصَّنَةٍ أَوْ مِنْ وَرَاءِ جُدُرٍ ۚ بَأْسُهُمْ بَيْنَهُمْ شَدِيدٌ ۚ تَحْسَبُهُمْ جَمِيعًا وَقُلُوبُهُمْ شَتَّىٰ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَا يَعْقِلُونَ

Onlar hamılıqla sizə qarşı ancaq möhkəmləndirilmiş şəhərlərdə və ya divar arxasından (casusluq və müxtəlif yalan təbliğat, şayiə metodları ilə) vuruşarlar. (başqa şəraitdə sizinlə vuruşmağa qadir deyillər). Onların öz aralarındakı düşmənçilik isə çox kəskindir. Sən onların əlbir və həmrəy olduqlarını güman edirsən, lakin onların qəlbləri dağınıqdır. Bunun səbəbi onların ağılsız (axmaq) bir qövm olmalarıdır.

🔴 Düşmən möminlərin iradəsi və müqaviməti qarşısında cılız və acizdir, yetər Allaha iman gətirənlər bu həqiqəti dərk edib, Allah deyib mübarizəyə qalxsınlar. Allah onlara yardım etməyə qadirdir, Allah çox az amma, bəsirətli və müqavimətçi mömin kütləni çoxsaylı batil cəbhəyə qalib edən qüdrətdir.

#düşmənşünaslıq
#siyasi_bəsirət
#ilahi_hakimiyyət
#müqavimət

https://t.iss.one/Huseyniyyun_Az
Azərbaycanlı gəncin əl işi.
Allah sizi şeytan və zalımın şərrindən qorusun. Həmişə İmam Mehdinin xidmətində dayan!

🔹 Azərbaycan İslam müqaviməti hərəkatı olan Huseyniyyun təşkilatı Azərbaycan gənci üçün milli məfkurənin dini-mənəvi hissləri ilə peyvəndi olan ən ideal model olacaq. Düşmən bunu istəsə də,istəməsə də bu baş verəcək. Bu, ilahi bir vəddir və biz bunda zərrə qədər şübhə etmirik.
Şeyx Orxan Məmmədov

#hüseynçilər
#müqavimət
#zühura_hazırlıq
#LəbbəykəYaXamenei

https://t.iss.one/Huseyniyyun_Az