Zühura hazırlıq
1.11K subscribers
1.64K photos
1.03K videos
28 files
2.91K links
Mümkünsüz işlərin ardınca olaq. Yorulmadan, qurbətən iləllah, Zühura hazırlıq...
Download Telegram
"VAHİD ÜMMƏT" Azərbaycan ruhanilər təşkilatı və HÜSEYNİYYUN Azərbaycan İslam Müqaviməti hərəkatı, birlikdə İslam inqilabının banisi İmam Xomeyni (ra) ilə əhd-peymanı təzələmək məqsədilə vəhdət ziyarəti təşkil etdilər.
Bu mərasimdə hər iki təşkilatın media bölməsinin fəalları iştirak ediblər.
Mərasimin klipi tezliklə sizlərə təqdim olunacaq.


https://t.iss.one/VAHIDUMMAT

https://t.iss.one/Huseyniyyun_Az
Zalım hakimiyyətə dəstək olanları dəhşətli əzab gözləyir!

قَالَ ادْخُلُوا فِي أُمَمٍ قَدْ خَلَتْ مِنْ قَبْلِكُمْ مِنَ الْجِنِّ وَالْإِنْسِ فِي النَّارِ ۖ كُلَّمَا دَخَلَتْ أُمَّةٌ لَعَنَتْ أُخْتَهَا ۖ حَتَّىٰ إِذَا ادَّارَكُوا فِيهَا جَمِيعًا قَالَتْ أُخْرَاهُمْ لِأُولَاهُمْ رَبَّنَا هَٰؤُلَاءِ أَضَلُّونَا فَآتِهِمْ عَذَابًا ضِعْفًا مِنَ النَّارِ ۖ قَالَ لِكُلٍّ ضِعْفٌ وَلَٰكِنْ لَا تَعْلَمُونَ
Uca Allah Əraf surəsinin 38-ci ayəsində bir-birini azdıran və haqq yoldan uzaqlaşdıran kəslər haqqında belə buyurur:

"(Allah, yaxud həmin mələk) deyəcək: «Siz də, sizdən qabaq (gəlib) keçmiş cin və insan ümmətləri içərisində oda (cəhənnəmə) daxil olun». Hər bir dəstə daxil olan zaman öz dindaşlarını lənətləyər. Nəhayət orada hamısı bir-birinə qovuşan zaman sonrakılar (tabe olmuş dəstə) əvvəlkilər (rəhbərlər) barəsində deyərlər: «Ey Rəbbimiz, bizi azdıranlar bunlardır, buna görə də onlara ikiqat Cəhənnəm əzabı ver». Allah buyuracaq: «Hər biriniz üçün ikiqatdır (rəhbərlər üçün yolu azmaq və başqalarını azdırmaq əzabı, tabe olanlar üçün isə azmaq və küfrü qüvvətləndirmək əzabı) və lakin siz bilmirsiniz».

Qurani-kərimdə bir-birinə tabe olan azğınların Qiyamət günündəki halları bir neçə ayədə təsvir edilmişdir. Həzrəti İbrahim onlara deyirdi ki, siz bu dünyada nəyəsə görə mehribansınız, Qiyamətdə isə bir-birinizə lənət deyəcəksiniz və düşmən olacaqsınız (Ənkəbut surəsi, 25). Başqa ayədə isə Allah buyurur ki, müttəqilərdən başqa bütün dostlar bir-biri ilə düşmən olacaqlar (Zuxruf surəsi 67). Digər bir ayədə isə uca Allah zalım insanları heç vaxt hidayət etməyəcəyini bəyan edir (Cümə surəsi, 5).

Əziz müsəlman Azərbaycan xalqı, qeyd etdiyimiz ayələrdən və bir çox hədislərdən ələ gələn nəticə budur ki, bu dünyada azğın və zalım insanlarla dostluq dinimizdə qəti şəkildə haramdır. Bu dünyada o azğın insanlar bəzisi digərinə tabe olsa da Qiyamət günündə bir-birini lənətləyəcəklər, hətta tabe olmuş şəxslər öz rəislərinə (prezidentlərinə) daha çox əzab verilməsini Allahdan istəyəcəklər. Lakin, ədalətli Allah tabe olmuşlarla onların rəislərinə eyni qədər cəza kəsəcəkdir və qulların əzabı rəislərindən az olmayacaqdır. Çünki, onlar bu fani dünyada bir-biri ilə əl-ələ verib digər insanları azdırırdılar, haqq sözü deyən və ilahi qanunları tələb edən möminlərə əziyyət verirdilər, Allahın buyurduqlarını kənara qoyub - "din siyasətdən ayrıdır" - deyərək Allahın dinini və hökmlərini ayaq altına atırdılar. Bəli, bu cür zalımlar bir-birinə kömək olduğu üçün elə Cəhənnəmdə də bir yerdə yanmalıdırlar. Şeyx Sərdar, Hacı Mövsüm, Hacı İlham kimi möminləri həbsə salanlar və onların əmrinə itaət edib bu möminlərin tutulmasında ən kiçik xidməti göstərənlər öz rəisləri ilə birgə ilahi əzabı dadmalıdırlar. Tövbə edib islah olmayacaqları halda onların ən sadə polisindən və ədliyyə işçisindən tutmuş rəislərinə kimi hər biri İlham Əliyevin Cəhənnəmdə dadacağı əzabları dadmağa məhkumdurlar. Hazırda yaltaqlıq etdikləri İlhamı Qiyamət günü düşmən biləcəklər və Allahdan ona rəisləri ilə birgə daha çox əzab verməsini istəyəcəklər, lakin, ayədə də buyurulduğu kimi onların hamısı və hər biri eyni əzabı dadacaqdır. Baxmayaraq ki, fani dünyada İlham bunlardan və ən sadə polisdən qat-qat daha çox keyf çəkmiş və əylənmişdi, lakin, Qiyamətdə əzabları eyni olacaqdır. Nə pis aqibətdir... Necə də pis bədbəxtçilikdir...

İslam ümmətinin 7-ci İmamı olan Hz.Kazim (ə) öz yaxın dostlarından olan Səffan Cəmmala dəvələrini zalım padşah Haruna icarə verdiyi üçün irad etmişdi. Bir an olsun belə zalımın salamatçılığına razı olmağın onunla şəriklik olduğunu bildirmişdi. Yəni, ey müsəlman, heç zaman zalım bir padşahın sağlını istəməyəcəksən, heç zaman zalım bir adama məhəbbət bəsləyə bilməzsən və heç bir zaman ona dəstək olmamalısan. Quranın və pak imamların bizə öyrətdiyi təlim budur!

يَوْمَ لَا يَنْفَعُ الظَّالِمِينَ مَعْذِرَتُهُمْ ۖ وَلَهُمُ اللَّعْنَةُ وَلَهُمْ سُوءُ الدَّارِ
" O gün zalımların gətirəcəyi üzrlərin (və xahişlərin) heç bir xeyri olmayacaqdır. Onlara lənət olunacaqdır və onlar üçün çox pis mənzil hazırlanmışdır" (Ğafir surəsi, 52).

Yunis Həsənzadə

https://t.iss.one/Zuhur_Az
Media is too big
VIEW IN TELEGRAM
🔸 "VAHİD ÜMMƏT" Azərbaycan ruhanilər təşkilatı və HÜSEYNİYYUN Azərbaycan İslam Müqaviməti, birlikdə İslam inqilabının banisi İmam Xomeyni (ra) ilə əhd-peymanı təzələmək məqsədilə vəhdət ziyarəti təşkil etdilər.
🔸 Bu mərasimdə hər iki təşkilatın media bölməsinin fəalları iştirak ediblər.

https://t.iss.one/VAHIDUMMAT
Forwarded from Aim-TV
💠 CANLI YAYIM ELANI
🌷30 Noyabr Həzrət Zeynəbin Mövludu

🔸 Aşuradan Zühura.
🔸 Müqavimət mediasında Həzrət Zeynəb ülgüsü.

🎙 Orxan Məmmədov

🔸 YouTube-da " AİM-TV " kanalında
https://www.youtube.com/@AiM-TV

Bakı vaxtı ilə 20:00
Moskva vaxtı ilə 19:00
Tehran vaxti ilə 19:30

🔸 Paylaşın hər kəs görsün

https://t.iss.one/AiM_TV
💠 Əziz müsəlman Azərbaycan xalqı, siyasət dinin kölgəsində və tabeliyində olmalıdır.

🔸 Dini siyasətdən ayrı tutmaq uca Allahın dininə xəyanətdir. Quranın bir çox ayələrini inkar etməkdir və ilahi peyğəmbərlərin yolunu danmaqdır. Özünü müsəlman kimi göstərən, məscidlərdə donuz saxlamaq və sair kimi məzəli söbbətlər edib müqəddəs görünmək istəyən bu ikiüzlü tülkünün hiyləgərliyini görmürsünüzmü? Tərtər hadisələrində öz əsgər və zabitlərinə divan tutmuş bu şərəfsizin din adından danışmağa haqqı çatırmı? Öz siyasəti talançılıq, istismar və haqsızlıq olan bu adamcığaz, sözsüz ki, dini atasının və özünün siyasəti ilə bir araya gətirə bilməz. Çünki, İlhamın əməlinə əsasən siyasət ikiüzlülükdür, yalançılıqdır, ona çörək verən qonşusuna daş atmaqdır və yalnız öz ailəsini düşünüb xalqını xərcləməkdir. Əlbəttə, belə bir siyasətlə müqəddəs olan din bir araya gələ bilməz.

🔸 Pak dinimizin əsası və kökü isə birbaşa siyasət və xalqa ədalətli rəhbərlik etməklə qoyulmuşdur. Məgər İbrahimi (ə) oda atmaq istəyən Nəmrud siyasət başında oturan padşah deyildimi? Bəs niyə Allahın dostu olan Xəlilullah İbrahim (ə) dini siyasətdən ayrı tutmamışdı? Məgər uca Allah Musanı (ə) peyğəmbər seçdikdən sonra ilk olaraq Fironun yanına göndərməmişdimi? Firon öz cəmiyyətinin və bütün Misir camaatının ali baş müzəffəri deyildimi? Musanın (ə) yolunda da siyasət dindən ayrı deyildi. Məgər İsa (ə) siyasi etirazlarına görə təqib olunmamışdımı? İnhisara və siyasi saxtakarlıqlara qarşı mübarizə aparan Ruhullah İsa (ə) sonda edam hökmünə məruz qalıb çarmıxa çəkilməyəcəkdimi? Deməli, İsanın (ə) da yolunda din siyasətlə iç-içə idi. Və peyğəmbərlərin sonuncusu və ən şərəflisi olan hz. Muhəmməd (s.ə) Mədinə şəhərinə köç edən kimi siyasi hakimiyyəti bərpa etmədimi? Zina və oğurluq kimi əməllər üçün hüdudları və cəza tətbiqini uca Allah o həzrətə (s.ə) nazil etmədimi? Şərab üçün cəza tətbiqini hz. Muhəmmədin (ə) şəriəti öyrətmədimi? Müşriklərlə və yəhudilərlə müharibələr edən hz. Muhəmməd (s.ə) deyildimi? Bu qədər hökümət işi görmüş bir ilahi Peyğəmbərin dini siyasətdən necə ayrı ola bilər? Yoxsa bu İlham özündən təzə din yaratmaq fikrindədir? Elə isə bilsin ki, Azərbaycan xalqı onun və arvadı Mehribanın dininə iman gətirəcək qədər alçalmayacaqdır...

Yunis Həsənzadə

https://t.iss.one/Zuhur_Az
Media is too big
VIEW IN TELEGRAM
🎥 3 Dekabr
"Azərbaycan Müqavimət Mediası Günü" münasibətilə konfrans


#Paylaş

🗓 Bu axşam

❇️ Qonaqlar:
Şeyx Orxan Məmmədov
Şeyx Tohid İbrahimbəyli
Şeyx Bəxtiyar Bayramov
Şeyx Musa Əsədzadə

Xüsusi qonaqlar:
"Yağlı Xəbər" və "Yalan-Doğru" kanallarının adminləri.

👤 Aparıcı: Əkrəm Hacızadə

📜 Mövzular:
- Azərbaycan müqavimət mediasının keçdiyi çətin yol və ali hədəfləri
- İmam Xameneinin nəzərində media müharibəsi
- Axirəzzamanda medianın rolu
- Düşmənlərin Müqaviməti
mediasına hücumları
- Təcrübələr və gənc media fəallarına tövsiyələr
- Xalqın problemlərinin həlli - Müqavimət mediasının əsas prinsipi

📲 Konfransı izləmək üçün "AİM - TV" YouTube kanalına abunə olun 👇
https://youtube.com/@AiM-TV


Bakı vaxtı ilə 21:30
Moskva vaxtı ilə 20:30
Tehran vaxtı ilə 21:00

#Müqavimət
#media

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/21153
Media is too big
VIEW IN TELEGRAM
💠 MƏN ZEYNƏBƏM
https://youtu.be/2MbDdAXWa8g
İlkin Mamedov
💠 من زینبم

مدح زیبا و حماسی حضرت عقبله بنی هاشم زینب کبری سلام الله علیها

مداح اهلبیت(ع): ایلکین محمداف

#مقاومت_اسلامی_آذربایجان #حسینیون
#hüseyniyyun_müqaviməti

مرکز مطالعات آذربایجان
https://t.iss.one/mutaliatazerb
“Azərbaycan Müqavimət Mediası” günü qeyd olundu + VİDEO və FOTO

3 dekabr, “Azərbaycan Müqavimət Mediası” günü münasibətilə konfrans keçirildi. Müqavimət mediası gününün 3 dekabrda keçirilməsi təsadüfi deyil. Belə ki, 3 dekabr, portalımız “İslam Dünyası Xəbərləri” informasiya agentliyinin fəaliyyətə başladığı gündür.

#Azərbaycan

XƏBƏRƏ DAXİL OLUN⤵️
https://az.iswnews.com/16141
"Antiimperializm - Dünyanın fəryadı" mövzusunda konfrans

Ötən gün İran İslam Cümhuriyyətinin Ərak şəhərinin Tibb Elmləri Universitetində, "Tələbə günü" münasibətilə, "Antiimperializm - Dünyanın fəryadı" mövzusunda konfrans keçirildi. Bu konfransa çıxış üçün dəvət edilən Şeyx Tohid İbrahimbəyli və Şeyx Orxan Məmmədov, yad qüvvələrin, xüsusilə İngiltərə, israil sionist rejimi və Türkiyənin regionda çirkin planlarından söz açdılar. Daha sonra universitet tələbələri ilə fikir mübadiləsi aparıldı, Qafqaz, Azərbaycan və digər mövzularda olan suallar cavablandırıldı.

#İran
#Qafqaz

"İslam Dünyası Xəbərləri''
https://t.iss.one/iswnews_az/21304