Zühura hazırlıq
1.13K subscribers
1.66K photos
1.03K videos
29 files
2.93K links
Mümkünsüz işlərin ardınca olaq. Yorulmadan, qurbətən iləllah, Zühura hazırlıq...
Download Telegram
İslam İnqilabının Ali Məqamlı Rəhbəri İmam Xamenei bu gün səhər (19.07.2022) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı və başçılıq etdiyi heyəti qəbul edib.

İmam Xamenei bu görüşdə iki ölkə arasında əməkdaşlığın, xüsusilə də ticari əməkdaşlığın artırılmasının vacibliyini vurğulayaraq, sionist rejimini İslam ölkələri arasında ixtilaf yaradan əsas amillərdən biri kimi qeyd etdi. Həmçinin Amerikanın və qəsbkar rejimin fələstinlilərin dərin addımlarını dayandıra bilməyəcəyini vurğulayıb.

İmam Xamenei:

- Suriyanın ərazi bütövlüyünün qorunub-saxlanması çox vacibdir. Suriyanın şimalına hərbi hücum mütləq Türkiyəyə, Suriyaya və bütün bölgəyə zərər verəcək və yalnız terrorçulara fayda verəcək. Eyni zamanda bu addım Suriya hökumətindən gözlənilən siyasi nəticələri reallaşdırmayacaq.

- Regionda ixtilaf və düşmənçiliyin səbəblərindən biri qəsbkar sionist rejimidir və Amerika da onu dəstəkləyir.

- Fələstin İslam dünyasının əsas məsələsidir. Bəzi hökumətlərin sionist rejimə rəğbətinə baxmayaraq, xalqlar bu qəsbkar rejimlə kəskin şəkildə müxalifdirlər.

- Bu gün nə sionist rejim, nə Amerika, nə də başqaları fələstinlilərin dərin hərəkatını dayandıra bilməyəcək və son nəticə də Fələstin xalqının xeyrinə olacaq.

- Biz Türkiyənin və onun sərhədlərinin təhlükəsizliyini öz təhlükəsizliyimiz hesab etdirik. Həmçinin siz də Suriyanın təhlükəsizliyini öz təhlükəsizliyiniz hesab edin. Suriya məsələləri danışıqlar yolu ilə həll edilməlidir. Bunun üçün də İran, Türkiyə, Suriya və Rusiya dialoq yolu ilə bu məsələyə son qoymalıdır.

- İmam Xomeyni həmçinin Dağlıq Qarabağın Azərbaycana qaytarılmasından məmnunluğunu ifadə edərək deyib: Təbii ki, İran və Ermənistan arasında sərhədi bağlamaq siyasəti olarsa, İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd bir neçə min illik əlaqələr yoludur.

- Biz həmişə daxili məsələlərdə və kənar müdaxilədən sizin hökumətinizi müdafiə etmişik və sizin də dediyiniz kimi çətin günlərdə bir-birimizin dostuyuq və Türkiyə müsəlman xalqı üçün dua edirik.

Rəcəb Tayyib Ərdoğan:

Türkiyə İrana qarşı düşmənçiliklərə qarşı heç vaxt susmayıb. İran və Türkiyə qardaşlığı bütün sahələrdə genişlənməlidir.

İrana qarşı hər zaman birtərəfli sanksiyaların əleyhinə olduğunu və olacağını vurğulayan Ərdoğan deyib: Biz İranın nüvə müzakirələrində haqlı gözləntilərini dəstəkləyirik və türk şirkətlərini İrana investisiya qoymağa təşviq edirik.

- Suriyada terror qruplaşmaları Almaniya, İngiltərə, Fransa və xüsusilə ABŞ kimi Qərb ölkələrinin ağır silahları ilə dəstəklənir.

Türkiyənin, Suriyanın ərazi bütövlüyü ilə bağlı mövqeyinin aydındır. Biz Suriya hökumətinin siyasi proseslərə başlamasını gözləyirik. Astana görüşündə Suriya məsələsi gündəmdədir və biz yaxşı nəticələr əldə edəcəyimizə ümid edirik.

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/16706
İmam Xamenei dünən istər Ərdoğanla görüşündə, istərsə də Putinlə görüşündə İlham Əliyevin nəhs yuxularını ciddiliyini belə yozdu ki, İngiltərə, Amerika, sionist rejim və Ərdoğan daha öz çirkin arzularını İlham Əliyevin xəyallarında həyata keçirməyə çalışmasınlar. .
Cənab İlham Əliyev, böyüklərinizin çirkin arzularını xəyallarınızın xaosunda görməyin və onları bir daha dillə filə gətirməyin.

🟢 Putinlə görüş:
...Ukrayna məsələsində siz təşəbbüs göstərməsəniz, qarşı tərəf öz təşəbbüsü ilə müharibəyə səbəb olacaqdı. Əgər (NATO) Ukraynada dayandırılmasaydı, bir müddət sonra Krımı bəhanə edərək eyni müharibəyə başlayardılar...
İmam Xamenei daha sonra vurğulayıb: İslam Respublikası heç vaxt İran və Ermənistan arasında sərhədin bağlanmasına səbəb olan siyasət və proqramlara dözməyəcək.

💠 Ərdoğanla görüş:
İmam Xamenei Qarabağın qaytarılmasından məmnunluğunu bildirdikdən sonra deyir:
Təbii ki, İranla Ermənistan arasında sərhədi bağlamaq siyasəti olsa, İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd minilliklər keçmiş rabitə yoludur.

🔴 İmam Xameneinin üçüncü ölkənin prezidentləri ilə görüşündə bu məsələni vurğulaması Azərbaycan hökuməti üçün həssas mesajlar ehtiva edir. Əslən Azərbaycan və İlham Əliyev rejimi ilə bağlı olan məsələni digər iki ölkənin liderləri ilə görüşdə xüsusi formada müzakirə olunur və bu cür reaksiya onu göstərir ki, hegemon şeytani qüdrətlər Qafqazda öz çirkin oyunlarını İlham Əliyev əli ilə həyata keçirtmək niyyətindədirlər.

Azərbaycan Araşdırmaları Mərkəzi
🌐 t.iss.one/mutaliatazerb
Seyyid Abbas Musəvidən Corc Dikə tarixi xəbərdarlıq

İran İslam Cümhuriyyətinin ölkəmizdəki səfiri Seyyid Abbas Musəvi, müvəqqəti sionist rejiminin Bakıdakı nümayəndəsi Corc Dikin İranın ərazi bütövlüyünə qarşı çərənləməsinə Tvitter hesabında maraqlı cavab verib:

Bu macəra axtarışında olan oğlancığazın nəzərinə: Əziz #Təbriz'imiz 🇮🇷 #İran'ın iftixarlı tarixində #ilklər diyarı kimi tanınır. Görünür, ilk şər sionisti də Təbrizin qeyrətli camaatı dəfn edəcək. Qırmızı xəttimizi heç vaxt keçməyin, heç vaxt!

Qeyd edək ki, müvəqqəti israil rejimimin Bakıdakı səfiri Corc Dik, şəxsi twitter hesabında replika ilə belə bir paylaşım etmişdi:

“Bu yaxınlarda mənə təqdim olunan bu möhtəşəm kitabda Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bəs siz, bu günlərdə nə oxuyursunuz?”

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/16753
‼️Diqqət‼️ Elan
23 İyul YouTube-da Orxan Məmmədov sizinlə canlı yayımda olacaq.

🌐 Mövzu:
🔷 Salam, komandir! Kökümüzə dönüş
🔷 "Çörək və tamaşa" mədəniyyəti, "tabula rasa", köləliyin ən çirkin növü.

Bakı vaxtı ilə 22:00
Moskva vaxtı ilə 21:00
Tehran vaxti ilə 22:30

Müsəlman Xalq kanalı⬇️
https://youtube.com/c/MUSELMANXALQ313

🔸 Paylaşın hər kəs görsün
Forwarded from Yağlı Xəbər
YX Plus
👇👇👇

https://youtube.com/channel/UCcvA9D8fIicW7VJGBREJtCg

👆👆👆

Salam Əziz izləyicilər. Yağlı Xəbər kanalı müvəqqəti şikayət edilib bağlandığı üçün Yağlı Xəbər Plus ehtiyat kanalı açdıq. Köhnə kanal açılana kimi Bu kanalda sabahdan fəaliyyət göstərəcəyik.
İllərdi əziyyətlə təbliğ etdiyimiz həqiqəti xalqdan gizlətmək istədilər, kanalımzı şikayətlərlə blokladılar. Amma bilmədilər ki, haqq ətirli gül kimidir, nə qədər çox sıxsan bir o qədər ətri yayılar. Ona görə də biz yeni kanal yaratdıq və fəaliyyətimizi İnşə Allah bu kanalda davam edəcəyik. Daha aktiv, daha fəal və daha kəskin mübarizə ilə yolumuzu davam edirik.
Siz də yeni kanalımızı daha çox paylaşın ki, həqiqət üzə çıxsın və yatmışlar oyansın. Təşəkkürlər.
‼️Diqqət‼️

Bu axşam (26 İyul) YouTube və Instagramda Şeyx Tohid İbrahimbəyli sizinlə canlı yayımda olacaq.

🌐 Mövzular:

🔷 Kufənin vəziyyətinin təhlili və bu günümüzə tətbiqi

Bakı vaxtı ilə 22:30
Moskva vaxtı ilə 21:30
Tehran vaxti ilə 23:00

Müsəlman Xalq kanalı⬇️
https://youtube.com/c/MUSELMANXALQ313

🔸 Paylaşın hər kəs görsün
‼️Diqqət‼️

Cümə günü (29 İyul) YouTube kanalında Orxan Məmmədov sizinlə canlı yayımda olacaq.
Verilişimizin digər əziz bir qonağı da olacaq.
🌐 Mövzular:

🔷 Klassik ədəbiyyatımızda Əhli-Beytin (ə) yeri
🔷 İmam Hüseyn (ə) Azərbaycan ədəbiyyatında

Bakı vaxtı ilə 22:30
Moskva vaxtı ilə 21:30
Tehran vaxti ilə 23:00

Müsəlman Xalq kanalı⬇️
https://youtube.com/c/MUSELMANXALQ313

🔸 Paylaşın hər kəs görsün