VFFARM
55 subscribers
49 photos
17 videos
1 file
70 links
Vəliyyi Fəqih Fikirlərini Araşdırma Mərkəzi
Download Telegram
🇵🇸Fələstinli cavanlar öz fədakarcasına əməliyyatları ilə Fələstinin müdafiəsi üçün sipər olmuşlar... Bu gün Fələstində və bütün Qərbi Asiyada "Yenilməz iradə" "Məğlub edilməz" sionist ordusunu əvəz etdi.

©İmam Xamenei
29.04.2022

https://t.iss.one/VFFARM
Xalqın gücünü unutmamalıyıq

✔️Böyük hadisələrdə xalqın böyük rola sahib olma gücünü unutmamalıyıq. Bu gün #Qəzzaya diqqət yetirin. Bir qarış torpaqda olan iki milyon cəmiyyət o əzəmətdə Amerikanı və Amerikadan asılı qalmış sionist rejimi aciz edib. Xalqın meydanda hazır olmağının gücü, yəni bu.

©İmam Xamenei
09.01.2024

https://t.iss.one/VFFARM
☝️Şərafətli Qüdsü xilas etməyin yeganə yolu mübarizə və müqavimətdir, digər yollar isə nəticəsiz və sonsuzdur.

©İmam Xamenei
14.12.2016

https://t.iss.one/VFFARM
🔹Bir xalqa, bir hərəkata güc və mahiyyət qazandıran amil, möhkəm bir ideoloji dayağa sahib olmasıdır. Zülm və istibdada qarşı hərəkata qalxıb, inqilab etmiş əksər ölkələrin qısa müddət sonra yoldan geri dönməsinin səbəbi bu olub ki, onlar möhkəm bir ideoloji dayağa malik olmayıblar.

©İmam Xamenei
17.02.2021.

https://t.iss.one/VFFARM
🔹Bizim gənc təbəqəmizi, bizim universitetimizi qeyri-siyasi yetişdirməyə çalışmış və indi də çalışan əllərə Allah lənət eləsin! Gənclərinin ümumiyyətlə siyasi məsələlərdən xəbəri olmayan, dünyanın siyasi hadisələrini və cərəyanlarını anlamayan və düzgün təhlil edə bilməyən bir ölkə məgər xalqa arxalanıb hökumət, hərəkət, mübarizə və cihad edə bilər?

©İmam Xamenei
"Uşaqlar, yeniyetmələr və gənclər" kitabından

https://t.iss.one/VFFARM
✔️"Həqiqi İslamdan əbu-cəhllər qorxmalıdır. Bir İslamdan əbu-cəhllər, əbu-süfyanlar qorxmursa, o İslama şübhə etmək lazımdır. Bir İslama məhrumlar, məzlumlar ümid etmirsə, demək həqiqi İslam deyil. Məzlum təbəqənin arzularını gerçəkləşdirməyən dinin İslam olması şübhəlidir."

©İmam Xamenei
1 mart, 1990

https://t.iss.one/VFFARM
Şəhid qanlarının atəşinin sönməsinə imkan verməyin. Şəhidlərin varlığının parlaq inciləri gənc nəsilə ötürülməli və örnək olmalıdır.

©İmam Xamenei
06.12.2023

https://t.iss.one/VFFARM
30 may 2024 cü ildə Bəşar Əsəd Şəhid Rəisinin dəfn mərasiminə gələndə inqilab Rəhbəri ilə görüşür və bu görüşdəki mühüm nöqtələr Rəhbər tərəfindən Bəşar Əsədə deyilir.

Əlbəttə bu söhbətdəki mətləblərə diqqət etsək görərik ki, Rəhbər Suriyada baş verən məsələləri dəqiq şəkildə bilirdi və pərdə arxasında nə oyunların getdiyini dəqiq şəkildə analiz edirdi.

Aşağıdakı qısa təhlil Rəhbərin sözləri əsasında hazırlanıb və İmam Xameneinin sözləri belə ilə gətirilib.


Əziz Rəhbər Suriyanın həqiqi kimliyini müqavimətdə görürdü və bunu Bəşar Əsədə başa salmaq istəyirdi.

Suriyanın bölgədəki xüsusi mövqeyi də məhz bu xüsusi müqavimət kimliyinə bağlıdır və bu mühüm xüsusiyyət qorunub saxlanılmalıdır.



Suriyanın fərqləndirici kimliyi olan müqavimət mərhum Hafiz Əsədin dövründə "Müqavimət və Dayanıqlıq Cəbhəsi"nin təməli ilə formalaşmışdır və bu kimlik həmişə Suriyanın milli birliyinə dəstək olmuşdur.


Qərblilər və onların bölgədəki davamçıları Suriyaya qarşı başladılan müharibə ilə bu ölkənin siyasi sistemini devirmək və Suriyanı bölgə proseslərindən uzaqlaşdırmaq istəyirdilər, lakin buna nail ola bilmədilər. İndi isə digər metodlarla, o cümlədən heç vaxt yerinə yetirməyəcəkləri vədlərlə Suriyanı bölgə proseslərindən kənarlaşdırmağa çalışırlar.


Hamı Suriya hökumətinin xüsusi üstünlüyü olan müqaviməti açıq şəkildə görməlidir.


ABŞ və Avropanın bu siyasi və iqtisadi təzyiqindən çıxmaqdan ötrü (İran və Suriya arasında olan) əməkdaşlığı artırmalı və onu daha nizamlı şəkildə həyata keçirməliyik.


Ümid edirik ki, hamımız öz vəzifəmizi yerinə yetirə bilək və bu parlaq gələcəyə çata bilək.


Suriya prezidenti Bəşar Əsəd İmam Xameneiylə görüşündə bu nöqtəyə işarə edib;

Bir neçə il əvvəl bildirmişdim ki, müqavimət etməyin xərci düşmənlə sazişə getməyin xərcindən daha azdır və bu məsələ indi Suriya xalqı üçün tamamilə aydın və başadüşüləndir.

İmam Xamenei Bəşar Əsədin dediyi söz müqabilində bu sözləri deyir;

Sözlərinizdə vacib məqamlar var idi, amma mənim üçün ən önəmli məqam vurğuladığınız və "biz nə qədər geri çəkilsək, qarşı tərəf o qədər irəli gəlir" dediyiniz məsələ idi. Bu mövzuda heç bir şübhə yoxdur və bu, son 40 ildən çoxdur ki, bizim şüarımız və inancımızdır.


https://t.iss.one/VFFARM
Allahın lütfü ilə Suriyanın ələ keçirilən bölgələri qeyrətli suriyalı gənclər tərəfindən azad ediləcək. Bunun baş verəcəyinə və Amerikanın da müqavimət cəbhəsi tərəfindən bölgədən qovulacağına şübhə etməyin

©İmam Xamenei
11. 12. 2024

https://t.iss.one/VFFARM
Seyid Həsən Nəsrullahın şəhadətindən sonra Hizbullahın hücumları, güclü yumruğu və gücü əvvəlkindən daha çox artdı.

©İmam Xamenei
11. 12. 2024


https://t.iss.one/VFFARM
Suriyaya hücum edənlərin hər birinin ayrı-ayrılıqda bir məqsədi vardır və hədəfləri müxtəlifdir. Bəziləri Suriyanın şimalı və yaxud cənubundakı məntəqəni ələ keçirmək istəyirlər, Amerika isə öz yerini bu regionda möhkəmlətmək ardıncadır.

©İmam Xamenei
11. 12. 2024


https://t.iss.one/VFFARM
İŞİD, yəni əmniyyətsizlik bombası. İŞİD İraq, Suriya və regionun təhlükəsizliyini aradan aparmaq, daha sonra əsas nöqtə və son hədəfi olan İran İslam Respublikasına gəlib, İslam Respublikasında əmniyyətsizlik yaratmaq məqsədi daşıyırdı. Ən əsas və yekun hədəf bu idi. İŞİD-in mənası budur.

©İmam Xamenei
11. 12. 2024


https://t.iss.one/VFFARM
Müqavimətin mənasını anlamayan cahil təhlilçi elə düşünür ki, müqavimət zəifləyərsə, İran İslam Respublikası da zəifləyəcəkdir. Mən isə deyirəm ki, Allahın izni və İlahi qüdrətlə İran güclüdür, qüdrətlidir və daha da qüdrətli olacaqdır.

©İmam Xamenei
11. 12. 2024


https://t.iss.one/VFFARM
Qüvvələrimiz iki səbəbdən İraq və Suriyada iştirak etdilər. Bir səbəb imamların müqəddəs ziyarətgahlarının qorunması idi. Çünki mənəviyyatdan, din və imandan uzaq olanlar imamların müqəddəs ziyarətgahları ilə düşmənçilik edirdilər, dağıtmaq fikrində idilər və dağıtdılar da. Samirada ABŞ-ın dəstəyi ilə pak günbəzi dağıtdılar. Sonralar həmin bu işi Nəcəf, Kərbəla, Kazimeyn və Dəməşqdə görmək istədilər. İŞİD-in məqsədi bu idi. Bəs, məlum məsələdir ki, Əhli-beyt aşiqi olan qeyrətli gənc mömin buna icazə verməz.

©İmam Xamenei
11. 12. 2024


https://t.iss.one/VFFARM
Müqavimət və müqavimət cəbhəsi budur. Hər nə qədər təzyiq etsəniz, bir o qədər möhkəmlənəcək və hər nə qədər cinayət törətsəniz, bir o qədər yüksək ruhiyyə əldə edəcəkdir. Onlarla nə qədər çox döyüşsəniz, onlar daha da genişlənəcəklər və mən sizə qeyd edirəm ki, Allahın qüdrət və qüvvəti ilə müqavimətin genişlənməsi keçmişdəkindən daha artıq regionu əhatə edəcəkdir.

©İmam Xamenei
11. 12. 2024


https://t.iss.one/VFFARM
🔸Suriyada baş verən bu hadisə və sionist rejimlə Amerikanın törətdiyi cinayətlər nəticəsində onlar elə güman etdilər ki, müqavimət məsələsi sona çatıb. Onlar yanılırlar.

©İmam Xamenei
17.12.2024

https://t.iss.one/VFFARM
🔸Seyid Həsən Nəsrullahın ruhu və yolu onun yolunu davam etdirənlərə istiqamət göstərəcəkdir.

©İmam Xamenei
21.02.2025

https://t.iss.one/VFFARM