VFFARM
52 subscribers
47 photos
16 videos
1 file
67 links
Vəliyyi Fəqih Fikirlərini Araşdırma Mərkəzi
Download Telegram
Allahın lütfü ilə Suriyanın ələ keçirilən bölgələri qeyrətli suriyalı gənclər tərəfindən azad ediləcək. Bunun baş verəcəyinə və Amerikanın da müqavimət cəbhəsi tərəfindən bölgədən qovulacağına şübhə etməyin

©İmam Xamenei
11. 12. 2024

https://t.iss.one/VFFARM
Seyid Həsən Nəsrullahın şəhadətindən sonra Hizbullahın hücumları, güclü yumruğu və gücü əvvəlkindən daha çox artdı.

©İmam Xamenei
11. 12. 2024


https://t.iss.one/VFFARM
Suriyaya hücum edənlərin hər birinin ayrı-ayrılıqda bir məqsədi vardır və hədəfləri müxtəlifdir. Bəziləri Suriyanın şimalı və yaxud cənubundakı məntəqəni ələ keçirmək istəyirlər, Amerika isə öz yerini bu regionda möhkəmlətmək ardıncadır.

©İmam Xamenei
11. 12. 2024


https://t.iss.one/VFFARM
İŞİD, yəni əmniyyətsizlik bombası. İŞİD İraq, Suriya və regionun təhlükəsizliyini aradan aparmaq, daha sonra əsas nöqtə və son hədəfi olan İran İslam Respublikasına gəlib, İslam Respublikasında əmniyyətsizlik yaratmaq məqsədi daşıyırdı. Ən əsas və yekun hədəf bu idi. İŞİD-in mənası budur.

©İmam Xamenei
11. 12. 2024


https://t.iss.one/VFFARM
Müqavimətin mənasını anlamayan cahil təhlilçi elə düşünür ki, müqavimət zəifləyərsə, İran İslam Respublikası da zəifləyəcəkdir. Mən isə deyirəm ki, Allahın izni və İlahi qüdrətlə İran güclüdür, qüdrətlidir və daha da qüdrətli olacaqdır.

©İmam Xamenei
11. 12. 2024


https://t.iss.one/VFFARM
Qüvvələrimiz iki səbəbdən İraq və Suriyada iştirak etdilər. Bir səbəb imamların müqəddəs ziyarətgahlarının qorunması idi. Çünki mənəviyyatdan, din və imandan uzaq olanlar imamların müqəddəs ziyarətgahları ilə düşmənçilik edirdilər, dağıtmaq fikrində idilər və dağıtdılar da. Samirada ABŞ-ın dəstəyi ilə pak günbəzi dağıtdılar. Sonralar həmin bu işi Nəcəf, Kərbəla, Kazimeyn və Dəməşqdə görmək istədilər. İŞİD-in məqsədi bu idi. Bəs, məlum məsələdir ki, Əhli-beyt aşiqi olan qeyrətli gənc mömin buna icazə verməz.

©İmam Xamenei
11. 12. 2024


https://t.iss.one/VFFARM
Müqavimət və müqavimət cəbhəsi budur. Hər nə qədər təzyiq etsəniz, bir o qədər möhkəmlənəcək və hər nə qədər cinayət törətsəniz, bir o qədər yüksək ruhiyyə əldə edəcəkdir. Onlarla nə qədər çox döyüşsəniz, onlar daha da genişlənəcəklər və mən sizə qeyd edirəm ki, Allahın qüdrət və qüvvəti ilə müqavimətin genişlənməsi keçmişdəkindən daha artıq regionu əhatə edəcəkdir.

©İmam Xamenei
11. 12. 2024


https://t.iss.one/VFFARM
🔸Suriyada baş verən bu hadisə və sionist rejimlə Amerikanın törətdiyi cinayətlər nəticəsində onlar elə güman etdilər ki, müqavimət məsələsi sona çatıb. Onlar yanılırlar.

©İmam Xamenei
17.12.2024

https://t.iss.one/VFFARM
🔸Seyid Həsən Nəsrullahın ruhu və yolu onun yolunu davam etdirənlərə istiqamət göstərəcəkdir.

©İmam Xamenei
21.02.2025

https://t.iss.one/VFFARM
Bəşəriyyətin zəmanənin imamı Mehdi Sahibəzzamanın (ə.f.) zühur edəcəyi dövrdəki yaşayışı mükəmməl insan həyatına ən gözəl nümunə olacaq. Bir neçə min illik tarixi olan bəşər keçmişdə olduğu kimi, yenə də həyatın burulğanlarında dolanıb durmaqdadır və Həzrət Höccətin zühur etdiyi dövrdə həqiqi tərəqqinin böyük və möhtəşəm yoluna qədəm basacaq. Əlbəttə ki, bunun üçün durmadan çalışmaq, səy göstərmək lazımdır.

© İmam Xamenei
01.12.2010.

https://t.iss.one/VFFARM
Bu günlərin qədrini bilin. Qədr gecələrinin həqiqətən qədrini bilin. Quran açıq şəkildə buyurur ki, bu gecə min aydan yaxşıdır. Bu çox dəyərli məsələdir. Bu gecə mələklərin nazil olduğu, Ruhun nazil olduğu, Allah-Taalanın salamatlığa bürüdüyü bir gecədir. "Salam"ın mənası insanlara ilahi salam, həm də sağlamlıq, sülh, əmin-amanlıq, insanlar və cəmiyyətlər arasında səmimiyyətdir. Mənəvi baxımdan belə bir gecədir. Qədr gecələrinin qədrini bilin. Ölkə məsələləri, öz işləriniz, müsəlmanların və İslam ölkələrinin problemləri üçün dua edin.

© İmam Seyyid Əli Xamenei
"İlahi ziyafət"

https://t.iss.one/VFFARM
Mərhum şəhid Mütəhhəri fəryad edir ki, Vallah, (bunu) bilin ki, bu günün Şimri İsrailin (sionistin) Baş naziridir. Məsələnin həqiqəti də budur. Biz Şimrə lənət deyirik, buna görə ki dünyada Şimr kimi olmaq və Şimr xislətli əməlləri yerinə yetirməyin kökünü kəsək. Biz Yezid və Ubeydullaha lənəti ona görə göndəririk ki, tağut hakimiyyətinə, Yezid xislətli hakimiyyətlərə, eyş-işrət hakimiyyətinə və dünyada möminlərə olunan zülmə qarşı mübarizə edək. Hüseyn ibn Əlinin (ə) qiyamı bunun üçün idi ki, İslami, insani və İlahi dəyərlərin əleyhinə olan hakimiyyətlərin burnunu yerə sürtsün və aradan aparsın. Bu işi də İmam Hüseyn (ə) öz qiyamı ilə yerinə yetirdi.

İmam Xamenei
09.01.2008

https://t.iss.one/VFFARM