VFFARM
48 subscribers
47 photos
16 videos
1 file
67 links
Vəliyyi Fəqih Fikirlərini Araşdırma Mərkəzi
Download Telegram
Channel created
Media is too big
VIEW IN TELEGRAM
Şeyx Bəxtiyar Bayramov

Mövzu: Vilayəti Fəqih bəhsləri 1.
Siyasətin tərifi


https://t.iss.one/VFFARM
VID_20230506_213001.mp4
682.8 MB
Şeyx Bəxtiyar Bayramov

Mövzu: Vilayət Fəqih bəhsləri 2

Hökumətin tərifi

https://t.iss.one/VFFARM
VFFARM
Video
VFFARM- ın fəaliyyət mehvərlərinin təbliğat videosu.
Media is too big
VIEW IN TELEGRAM
Şeyx Əli Qumi

İmam Xomeyni: İslam dinini düşmənlər necə tanıtdırır?

https://t.iss.one/VFFARM
Əziz kanal izləyiciləri, bu kanalda aşağıdakı prinsiplərə uyğun olaraq paylaşım ediləcək. Bütün əzizlərdən aşağıdakı yazıları diqqətlə mütaliə etmələrini rica edirik.
Ali məqamlı İlahi rəhbərin sistematik fikirlərinin əsasları

Dini dərk etmək iki növdür:

1. Dinlə şəxsi və ya subyektiv tanışlıq:

Hər bir mömin insan öz düşüncəsi həddində dini (onun təməl prinsipləri və sair maarifini) dərk edir.

2. Dinlə hərtərəfli və ya obyektiv tanışlıq:

Bu növ dini tanışlıqda insan yaranışın hədəfləri və o hədəflərə çatmaq yolları ilə tanış olur. İslam dini ilə bu növ tanış olmaq üçün ona sistematik baxış lazımdır.
İslam dini ilə obyektiv tanış olmaq üçün dinlə bağlı dörd mühüm məsələni bilmək lazımdır:

1. Dinin hədəf, təməl prinsipləri və dini dəyərləri tanımaq lazımdır.
2. Dini və İlahi hədəflərə çatmaq yollarını bilmək zəruridir.
3. Dini və İlahi hədəflərə çatmaq üçün müsəlmanların öhdəsində olan vəzifələri tanımaq labüddür.
4. İlahi hədəflərin nəzəri məbnalarını (təməl prinsiplərini) tanımaq gərəkdir.

Deməli, "dini düzgün dərk etmək məntiqi" dedikdə, məqsəd bu ikinci növ dərk nəzərdə tutulur.
İslam dininin hədəfləri

Quran bəşəriyyət üçün nazil olub. İlahi rəhbərlər, din və şəriətin gəlməsinin son hədəf və səbəbi insanların Allaha çatması və nəticədə də, kamilliyə yetişməsidir.
Amma İslam dini bu son hədəfinə çatmaq üçün insanlar İlahi təlim-tərbiyə proqramına əsasən, tərbiyə olmalıdırlar. Odur ki, Həzrət Məhəmməd Peyğəmbər (s) bir hədisdə belə buyurur:

«إنما بعثت لأتمم مکارم الأخلاق»

"Həqiqətən, mən yüksək əxlaqi dəyərləri tamamlamaq üçün seçilmişəm."

Biharul-ənvar, c 68, səh 322.

İnsanların dini təlim-tərbiyəsi üçün İslam şəriətinə köklənmiş, ictimai ədalət, hər cəhətdən maddi inkişaf, iqtisad, elm, siyasət, mənəviyyət, azadlıq, müstəqillik və əxlaqın yaşandığı bir cameə qurulmalıdır.
Deməli, İslam dininin hədəfləri aşağıdakı ardıcıllıqladır:

1. İnsanların tərbiyəsi üçün İslam cameəsinin qurulması

2. İnsanların Allaha çatması üçün İslam cameəsində İlahi təlim-tərbiyə görməsi

3. İnsanların Allaha çatması və nəticədə də, kamilliyə yetişməsidir.

Qeyd: Bu İslam hədəflərinə çatmaq üçün İslam hökumətinin misilsiz və əvəzedilməz bir rolu vardır. Çünki İslam hökuməti qurulmadan bu İlahi hədəflərə çatmaq mümkünsüzdür.
Nəzəri və fikri məbnalar (təməl prinsipləri)

İslam dinini obyektiv tanımaq üçün fikir və nəzər məbnalarını bilmək çox əhəmiyyət kəsb edir. Çünki bu məbnalar müsəlmanların vəzifələrini müəyyənləşdirir.
Ali məqamlı İlahi rəhbərin nəzərində bu növ məbnalar aşağıdakılardan ibarətdir:

1. Tövhid: Bu məbna müsəlmanların əsas vəzifəsi olan yalnız Allaha ibadət və itaətin ən əsas təməlidir.

2. İnsan kəraməti: Allah-təala insanı yaradarkən kəramətli yaradıbdır, bütün aləmi onun üçün ram edibdir, ona yer üzündə Allahın xəlifəsi olmaq üçün istedad veribdir. Bu, bir növ kəramətdir. İkinci kəramət isə insanı yaradandan sonra onun üçün şəriət yollamaqla onu kəramətli edibdir.
Əlbəttə, qeyd etmək lazımdır ki, insan kəraməti qərbin dediyi humanizmlə tamamilə fərq edir. (Çünki Humanizm tövhid pirinsipinin ziddinədir. İnşallah, gələcək bəhslərdə buna izah veriləcəkdir).

3. Məada (öldükdən sonra qiyamət günü dirilmək) etiqad: Bu etiqada əsasən, insan axirət hədəflərini dünya mənfəətlərindən üstün tutmalıdır.

4. İnsan istedadının məhdud olmaması: Buna əsasən, insan hər nə qədər kamilliyə çatsa da, yenə də bu yolda həmişə çalışmalıdır.

5. Bu aləm haqqın qələbəsinə tərəf hərəkət edir: Bu düşüncənin əsası məhdəviyyət prinsipidir.
Media is too big
VIEW IN TELEGRAM
Şeyx Bəxtiyar Bayramov

Mövzu: Vilayət fəqih bəhsləri 3
İslam hökuməti

https://t.iss.one/VFFARM
Channel photo updated
🔰"İslam dininin ali hədəfi fərdi və ictimai həyatda tövhidin gerçəkləşməsidir. Məqsəd Allah qarşısında səcdə qılan vahid ümmətin formalaşmasıdır. Bütün ibadətlər və vacib əməllər bu hədəfin gerçəkləşməsinə xidmət edir."

©İmam Xamenei
16.6.1991

🌐Vəliyyi Fəqih Fikirlərini Araşdırma Mərkəzi'nin rəsmi Telegram səhifəsi
⬇️

https://t.iss.one/VFFARM
Bәzilәri İslamı yalnız fәrdi mәsәlә bilib siyasәti ondan ayırdılar.

🌍Halbuki hicrәtin әvvәlindә әziz İslam Peyğәmbәrinin (s) özünü Mәkkә dövrünün problemlәrindәn xilas etdikdәn sonra gördüyü birinci iş siyasәt idi.

©İmam Xamenei
250 YAŞLI İNSAN, səh: 18

https://t.iss.one/VFFARM