"VAHİD ÜMMƏT" AZƏRBAYCAN RUHANİLƏR TƏŞKİLATI
1.85K subscribers
2.19K photos
1.88K videos
12 files
4.22K links
"VAHİD ÜMMƏT" AZƏRBAYCAN RUHANİLƏR TƏŞKİLATININ RƏSMİ TELEGRAM KANALI

https://t.iss.one/VAHIDUMMAT
Download Telegram
Forwarded from Şeyx Sərxan Məmmədov
‼️İmam Əlidən atalar gününə hədiyyə ‼️

Əsbəğ ibn Nübatə belə nəql edir:
Əmirəlmöminin Əli (əleyhissalam) mənə buyurdu:
"Ey Əsbəğ! Həsənin məndən nəql etdiyi sözləri eşitmədinmi?"
Dedim: "Bəli, ey Əmirəlmöminin! Amma səni elə bir halda gördüm ki, sənə baxmaq və sənin dilindən bir hədis eşitmək istəyirdim."
Buyurdu: "Otur. Bil ki, bu gündən sonra mənim dilimdən heç bir hədis eşitməyəcəksən.
Ey Əsbəğ! Bil ki, mən Peyğəmbərin (səllallahu əleyhi və alihi) yanına gəldim, necə ki indi sən mənim yanıma gəlmisən. O mənə dedi:
Ey Əbəl-Həsən, çıx, insanlara "Camaat namaza yığışsın!" de və minbərə qalx. Mənim durduğum yerə bir pillə aşağıda dur və insanlara belə de:

"Agah olun! Kim valideynlərinə qarşı ağ (ağ valideyn, yəni valideynin hər bir hüququnu tapdalayan) olarsa, Allahın lənəti ona olsun!

Agah olun! Kim ağasından qaçarsa, Allahın lənəti ona olsun!

Agah olun! Kim tutduğu işçinin haqqını ödəməzsə, Allahın lənəti ona olsun!"

Ey Əsbəğ! Mən Peyğəmbərimin əmr etdiyi kimi etdim. Məscidin arxa tərəfindən bir kişi qalxıb dedi:

"Ya Əba Həsən! Üç söz dedin və onları qısaca ifadə etdin. Onları bizim üçün izah et."

Mən ona cavab vermədim, Peyğəmbər yanıma gəldi və dedim:

"O kişi haqqında nə buyurursunuz?"
Sonra Əli (əleyhissalam) mənim əlimdən tutdu və buyurdu:

"Ey Əsbəğ! Əlini aç."

Mən əlimi açdım. O, barmağımın birini tutdu və buyurdu:
"Ey Əsbəğ! Peyğəmbər (səllallahu əleyhi və alihi) mənim əlimdən bir barmağı belə tutdu, necə ki mən indi sənin əlinin barmağını tuturam. Sonra buyurdu:

"Ey Əbəl-Həsən! Bil ki, mən və sən bu ümmətin atalarıyıq. Kim bizə qarşı ağ olarsa, Allahın lənəti ona olsun! Bil ki, mən və sən bu ümmətin mövlasıyıq. Kim bizdən qaçarsa, Allahın lənəti ona olsun! Bil ki, mən və sən bu ümmətin işçiləriyik. Kim bizim haqqımızı kəsərsə, Allahın lənəti ona olsun!

Sonra Peyğəmbər buyurdu: "Amin!" Mən də dedim: "Amin!"

Biharul-ənvar, cild 40, səhifə 44.

https://t.iss.one/SerkhanMemmedov
Həzrəti Əli (ə) mövludu. İnşəAllah yaxın zamanda kamil formada paylaşılacaq.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📹 | Şücaətli bir amerikalı qadın ABŞ-ın xarici işlər nazirinin sözünü kəsərək ona belə müraciət edir:

"Dünya səni əbədi olaraq soyqırım naziri kimi xatırlayacaq. Sən əliqanlı Blinkensən, qoyduğun miras soyqırımdır, günahsız uşaqların qanı sənin əllərindədir."

https://t.iss.one/VAHIDUMMAT
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Əli əleyhissəlam barədə qısa və çox mənalı animasiya hazırlanıb.

Bir günə baxış 11 milyonu keçib və qoyulan bəyənmələr də 1 milyonu ötüb.

Həmd olsun Allaha ki, bizi Əmirəlmöminin və imamların (əleyhimussalam) vilayətinə bağlı olanlardan qərar verdi.

الْحَمْدُ لِلَّهِ الَّذِی جَعَلَنَا مِنَ الْمُتَمَسِّکِینَ بِوِلاَیَهِ أَمِیرِ الْمُؤْمِنِینَ وَ الْأَئِمَّهِ عَلَیْهِمُ السَّلاَمُ

https://t.iss.one/VAHIDUMMAT
Allahın adı ilə

Qəzzada rəsmi şəkildə atəşkəs elan olundu.

Bu iş bütün dünyada israil rejiminin qətiyyətli şəkildə uduzmağını göstərir.

israil rejimi heç bir hədəfinə çatmadı. Hər hansı bir xalq Allah yolunda belə səbr göstərsə, mütləq Allah onu qalib edər. Bu da Allahın vədəsidir.

https://t.iss.one/VAHIDUMMAT
Bu gün 15- Rəcəb 16- Yanvar Kərbəla qəhrəmanı iffət və müqavimət simvolu Həzrət Xanım Zeynəbin (s.ə) vəfatının ildönümüdür. Bu münasibətlə hər birinizə başsağlığı veririk!

https://t.iss.one/VAHIDUMMAT
Kitablarda yazacaqlar ki, bir gün bir dəstə insan Qəzzada minlərlə uşaq və qadını qətlə yetirdi!

Hamı anlayacaq ki, xalqın səbiri və fələstinli müqavimətçilərin dirənişi sionist rejimi geri çəkilməyə məcbur etdi.

@azeri_khamenei_ir
Bu gün şəhid Nəvvab Səfəvinin şəhadətinin 69-cu il dönümüdür.
Media is too big
VIEW IN TELEGRAM
🏳️"Vahid Ümmət" Azərbaycan Ruhanilər Təşkilatının xanımlar bölməsi Həzrət Əli əleyhissəlamın təvəllüdü münasibətilə mərasim keçirib və eyni zamanda İmam Zaman əleyhissəlamın salamatçılığı üçün qurbanlar kəsilib.

🔸Mərasimdə müxtəlif proqramlar icra olunub, həmçinin Fələstin və Livana dəstək göstərilib, xətib xütbə edib.
🔸Mərasimin sonunda ehsan süfrəsi açılıb.


(1080p-241,9MB)

https://t.iss.one/VAHIDUMMAT