"VAHİD ÜMMƏT" AZƏRBAYCAN RUHANİLƏR TƏŞKİLATI
1.97K subscribers
2.07K photos
1.77K videos
11 files
4.04K links
"VAHİD ÜMMƏT" AZƏRBAYCAN RUHANİLƏR TƏŞKİLATININ RƏSMİ TELEGRAM KANALI

https://t.iss.one/VAHIDUMMAT
Download Telegram
#İran🇮🇷
#Fələstin🇵🇸

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qolu Sədri Briqada Generalı Hacı İsmail Qaani Sərayə Əl-Qüds müqavimət dəstəsinin (İslami Cihadın hərbi qolu) komandiri "Əkrəm Əl-Acuri"-yə göndərdiyi məktubda Əl-Əqsa Məscidinin azad ediləcəyinə şübhə etmədiyini söyləyib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇵🇸🇮🇷 Həmas lideri İsmayıl Haniyə televiziya ilə etdiyi çıxışında Qəzzaya silah tədarük etdiyi üçün İrana təşəkkür etdi.
Forwarded from Ayətullah Xamenei
🔴🇵🇸 Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin Fələstin müqavimət qüvvələrinin Sionist rejimlə 12 günlük müharibədə qələbəsi münasibətilə mesajı ✉️


Ali Rəhbərin bəyanatında bildirilir:

"Bismillahir-Rəhmanir-Rəhim. Qüdrətli və məzlum Fələstinə salam olsun; Qeyrətli və qorxmaz Fələstin gənclərinə salam olsun; Qəhrəmanlıq və müqavimət göstərən Qəzzaya salam olsun, HƏMAS-a, cihad və Fələstinin bütün siyasi və mübarizə qruplarına salam olsun.

Fələstinli mücahidlərə izzət və yardımları üçün qadir və əziz Allaha təşəkkür edirəm. Mütəal Allahdan şəhid ailələrinə aramlıq və arxayınlıq, şəhidlər üçün rəhmət və müjdə, yaralılar üçün şifa diləyir və cinayətkar Sionist rejimi üzərindəki qələbə münasibətilə təbrik deyirəm.

Bu bir neçə günlük sınaq Fələstin xalqını başıuca etdi. Vəhşi və canavar xislətli düşmən vahid Fələstinin qiyamı qarşısında gücsüzdür. Qüds, Qərb sahilinin Qəzza, 1948-ci ildə işğal olunmuş ərazilər və qaçqın düşərgələri ilə əməkdaşlıq sınağı fələstinlilər üçün gələcək çıxış yolunu göstərdi.

Bu 12 gündə zülmkar rejim, xüsusən, Qəzzada böyük cinayətlər törətdi və əmələn sübut etdi ki, Fələstinin birgə qiyamının qarşısında gücsüz olduğu üçün bu kimi dəlicəsinə və alçaqcasına hərəkətlərə yol verərək dünya ictimaiyyətinin düşüncəsini özünə qarşı qaldırır, özünə və öz arxasında dayanan qərb dövlətlərinə, xüsusi ilə, cinayətkar Amerikaya qarşı daha çox nifrət yaradır.

Cinayətlərin davamı və atəşkəs tələbi - hər ikisi onun məğlubiyyətinin göstəricisidir. O (işğalçı İsrail), məğlubiyyəti qəbul etməyə məcbur oldu. Xəbis rejim bundan da zəif olacaq. Fələstinli gənclərin hazırlığı, bütün mübarizə qruplarının güc nümayişi, davamlı güc göstəriciləri Fələstini günbəgün daha da güclü, qəsbkar düşməni isə gücsüz və zəif edəcək.

Qarşıdurmaların başlanma və dayandırma vaxtı Fələstinin siyasi və mübarizə elitasının təyinindən asılıdır. Lakin hazırlıqlar və səhnədə güclü iştirak heç vaxt dayandırılmamalıdır. Muzdur qəsəbə sakinləri və hegemon rejim qarşısında müqavimət üçün "Şeyx Cərrah" bölgəsindəki təcrübə Fələstinin qeyrətli xalqının həmişəlik təlimatı olmalıdır. Şeyx Cərrah bölgəsinin comərd əhalisinə salam göndərirəm.

İslam dünyası Fələstin məsələsində tamamilə məsuliyyət daşıyır və bu, onların dini vəzifəsidir. Siyasi təfəkkür və hakimiyyət təcrübələri də bu şəri hökmü təsdiqləyir və ona təkid edir. Müsəlman dövlətləri istər hərbi gücləndirmədə, istər keçmişdə olduğundan daha çox günümüzdə ehtiyac duyulan maddi dəstəkdə, istərsə də Qəzzadakı dağıntıların və infrastrukturun yenidən qurulmasında Fələstin xalqını dəstəkləməkdə sədaqətlə meydana gəlməlidirlər.

Bu dini və siyasi istəyi xalqlar da dəstəkləməli və tələb etməlidir. Müsəlman xalqlar bu vəzifəni yerinə yetirməyi öz dövlətlərindən tələb etməlidir. Xalqlar özü də imkan daxilində siyasi və maliyyə baxımdan yardım etməyə borcludurlar.

Digər bir vacib öhdəlik isə terrorçu və qəddar Sionist hökumətinin cəzalandırılmasını təmin etməkdir. Bütün ayıq vicdanlar bu 12 gündə fələstinli uşaqları və qadınları öldürmək kimi ağır cinayətin cəzasız qalmamalı olduğunu qəbul edirlər. Rejimin bütün nüfuzlu ünsürləri və şəxsən cinayətkar Netanyahu beynəlxalq və müstəqil məhkəmələr tərəfindən mühakimə olunmalı və cəzalandırılmalıdır. Bu, Allahın qüdrəti sayəsində gerçəkləşəcək və Allah Öz işində qalibdir!


© İmam Xamenei
🗓️ 21.05.2021.

@xebermaide

Teleqram: t.iss.one/AyetullahXamenei
Instagram: https://www.instagram.com/Ayetullah.Xamenei
Bismillahil Qasimil Cəbbarin

Mütəal Allah öz kitabında buyurur :

"Zülm edən kəslərə ürək bağlamayın, meyl etməyin və arxalanmayın ki, sizin Allahdan başqa heç bir yardımçı və başçınız olmadığı halda od (Allahın qəzəbi) sizə yetişər və Allah tərəfindən sizə kömək də olunmaz". ("Hud" surəsi, ayə 113)

Bildiyiniz kimi bu günlərdə işğalçı İsrail rejimi Fələstində uşaqlı-qadınlı günahsız insanları bombalayır və bütün dünya da buna tamaşa edir. Azərbaycan ictimaiyyətində də sanki Qarabağ savaşında Fələstin Ermənistana dəstək veribmiş kimi təəsürat yaradılır və pulunu verib aldığımız silahlara görə bir İsrail propaqandası aparılır. Çox qəribədir: zülmə, işğala məruz qalan azərbaycanlılar, zülm edən, işğalçı İsraili dəstəkləyir. Bu gün telekanallarımızda İsrailin bombardmanında dünyasını dəyişən insanlar haqqında sanki terroristlərmiş kimi "zərərsizləşdirildi" deyilir. Halbuki onlar zülmün əli ilə şəhid olan məsum insanlardır. Bu xəbərlər nədən irəli gəlir? Bu gün kanallarımızda olan reklamların əksəriyyəti İsrail şirkətlərinin məhsullarınındır. Təbii ki, o reklamlardan gələn gəlirə görə belə deyəcəklər.

Biz hər gün dəfələrlə Allahdan bizi nemət verilən şəxslərin yoluna hidayət etməsini diləyirik. Allahın kitabı olan Qurana nəzər etdiyimiz zaman Hz. Musanın (ə) özünü Allahın tərəfindən nemət verilən şəxs kimi təqdim etməsinin şahidi oluruq. Quran Musa peyğəmbərin bu barədə olan sözü bu cür qeyd olunur:

"(Musa) dedi: “Ey Rəbbim! Mənə nemət bəxş etdiyin üçün mən heç vaxt günahkarlara arxa olmayacağam!” ("Qəsəs" surəsi, ayə 17)

Hz. Musa ona nemət verildiyi üçün günahkarlara arxa olmayacağını vurğulayır. Odur ki, bizim də İlahi rəhmətə tuş gələrək, nemət verilən şəxslərdən olmağımız üçün ilk lazım olan şərt günahkar və zalımlara arxa olmamaqdır. Biz Allaha görə Hz. İbrahim (ə) kimi oda daxil ola bilmiriksə, o həzrət kimi övladımızdan keçə bilmiriksə ən azı zalımlara dəstək olmaqdan çəkinək və onların inkişafına səbəb olan məhsulları almaqdan imtina edək. Çünki aldığımız hər bir məhsul müsəlman xalqlarına qarşı istifadə olunan mərmilərə bərabərdir. Sizi İsrailə dəstək verən şirkətləri baykot etməyə və məhsullarını almamağa dəvət edirəm! Ümid edirəm ki, bu yolla zəmanə İmamının qəlbinə sevinc bəxş etmiş olarıq.

Vəssəlamu ələykum və rəhmətullahi və bərəkətuh

"Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin sədri
Hacı Abgül Süleymanov
20.05.2021
Media is too big
VIEW IN TELEGRAM
Azərbaycan İsrail rejiminin məğlubiyyətini qələbə bayramı kimi qeyd edir #İsrail_Terror_Rejimi
SAVE_20210523_082450.jpg
15.4 MB
#Xəritə

Yəmənin azəri dildə xəritəsi | Yüksək keyfiyyətlə

"İslam Dünyası Xəbərləri"

https://t.iss.one/iswnews_az/4607
Forwarded from Azərbaycan İslam İnqilabına Doğru (یا ذاالجلال و الاکرام)
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Əgər İran olmasaydı, Həması 2 həftəyə çökdürmüşdük... (Netanyahu)
Əlinə dəmir parçası alıb, gələnə gedənə İranı şikayət edir 😂
Dolayı yolla İran qarşısında acizliklərini deyirlər

@Azerbaycan313
Forwarded from Aim-TV
This media is not supported in your browser
VIEW IN TELEGRAM
#Azərbaycan_Analarını_Qoru
Düşmənin əsas planlarından biri Azərbaycanın gələcək nəslini doğan anaları, Allahsız, əxlaqsız, mənəviyyatsız kütlə yetişdirməkdir.

https://t.iss.one/Hicab_az
Forwarded from Azərbaycan İslam İnqilabına Doğru (یا ذاالجلال و الاکرام)
Vüqar Rizvan oğlu Hacıyev İkinci Qarabağ Müharbəsinin ilk günündən sonuna qədər arxa cəbhədə can qoyub. Onu hamı xeyriyyəçi kimi tanıyıb. Ötən gün Ağcabədidə oğurlanıb. Sonradan bəlli olub ki, polis idarəsindədir. Bu gün yaxınları onun narkotik ittihamı ilə şərlənərək 3 ay həbs cəzası aldığını bildirib.
Ovuc içi boyda ölkədə ən ləyaqətli insanlarımızı narkotik, terrorçu, vətənə xəyanət ittihamı ilə şərləyib həbs ediblər. Bu zülmün sonu olacaqmı?
Bu ölkədə günahı olmayanlar həbs edilir. Xalqın sərvətini dağıdan, dövlət büdcəsini parçalayanlar isə mükafatlandrılır
"Vahid Ümmət Azərbaycanlı Ruhanilər Birliyi Fələstin xalqını və İslam ümmətini təbrik etdi.
Vahid Ümmət Azərbaycanlı Ruhanilər Birliyinin 5 dildə təbrik bəyanatını sizə təqdim edirik.
⬇️⬇️ ⬇️⬇️
"VAHİD ÜMMƏT" AZƏRBAYCAN RUHANİLƏR TƏŞKİLATI
"Vahid Ümmət Azərbaycanlı Ruhanilər Birliyi Fələstin xalqını və İslam ümmətini təbrik etdi. Vahid Ümmət Azərbaycanlı Ruhanilər Birliyinin 5 dildə təbrik bəyanatını sizə təqdim edirik. ⬇️⬇️ ⬇️⬇️
Bismillahir-Rahmənir-Rahim

"Fələstin məsələsi fərəcin (qurtuluşun) sirli açarıdır."

İsrail terror rejiminin qəhrəman və məzlum Fələstin müqavimətinə qarşı 12 günlük müharibəsi sona çatdı. Terror rejimi birtərəfli atəşkəs elan etməklə öz zəlilliyini və məğlubiyyətini etiraf etdi. Bir gün daş və sapandla başlanan müqavimət bu gün raket və pilotsuzları vasitəsilə qələbə marşını çalmaqdadır.
Bu qələbə münasibətilə məzlum, amma qüdrətli və izzətli Fələstin müqavimətini təbrik edirik. İslam ümmətinin izzətinə sevinən dünya müsəlmanlarını təbrik edirik! Məzlumun zalım üzərində qələbəsindən qəlbi aram tapan bütün azad insanları təbrik edirik.
Bu qələbə münasibətilə öz qüdrət əli ilə Fələstin xalqı üçün faciə səhnəsini hazırlayan israil terror rejimini zillət içində diz çöküb yalvarmağa məcbur edən əziz rəhbərimiz Seyyid Əli Xamenei həzrətlərini təbrik edirik. Əziz rəhbərimiz! Ümmətin bu kiçik, lakin çox mühüm və ümidverici qələbəsi sizin üçün mübarək olsun! Biz sizinlə əhd bağlayırıq ki, bundan sonra da sizin bütün göstərişlərinizə sadiq qalaraq, İslam ümmətinin izzəti üçün əlimizdən gələni əsirgəməyək!

2021, 23 may

"Vahid Ümmət" Azərbaycanlı Ruhanilər Birliyi.
"VAHİD ÜMMƏT" AZƏRBAYCAN RUHANİLƏR TƏŞKİLATI
"Vahid Ümmət Azərbaycanlı Ruhanilər Birliyi Fələstin xalqını və İslam ümmətini təbrik etdi. Vahid Ümmət Azərbaycanlı Ruhanilər Birliyinin 5 dildə təbrik bəyanatını sizə təqdim edirik. ⬇️⬇️ ⬇️⬇️
Бисмиллахир-Рахманир-Рахим

«Вопрос Палестины - тайный ключ к спасению».

Завершилась 12-дневная война израильского террористического режима против героического и угнетенного палестинского сопротивления. Объявив одностороннее прекращение огня, террористический режим тем самым признал свое унижение и поражение. Сопротивление, которое однажды началось с камней и рогаток, сегодня играет победный марш с помощью ракет и дронов.

Поздравляем с этой победой угнетенное, но мощное и славное палестинское сопротивление.

Поздравляем мусульман мира, радующихся славе исламской общины!

Поздравляем всех свободолюбивых людей, обретших спокойствие в победе угнетенных над угнетателем.

По случаю этой победы мы поздравляем нашего дорогого лидера Сейида Али Хаменеи, который своей мудрой рукой заставил израильский террористический режим, готовящий трагедию для палестинского народа, встать на колени унижения и просить пощады.

Уважаемый Лидер! Благослови Вас Всевышний за эту небольшую, но очень важную и обнадеживающую победу Исламской Уммы! Мы даем Вам слово, что и дальше, оставаясь верными всем вашим указаниям, будем продолжать делать все возможное для величия исламской уммы!


2021, 23 мая


Союз богословов Азербайджана "Единая умма".