"VAHİD ÜMMƏT" AZƏRBAYCAN RUHANİLƏR TƏŞKİLATI
1.97K subscribers
2.08K photos
1.78K videos
11 files
4.06K links
"VAHİD ÜMMƏT" AZƏRBAYCAN RUHANİLƏR TƏŞKİLATININ RƏSMİ TELEGRAM KANALI

https://t.iss.one/VAHIDUMMAT
Download Telegram
Rəhman və Rəhim Allahın adı ilə

İmam Sadiq (ə) bir hədisdə belə buyurub:

{قال الامام الصادق (ع): .... مَن لَم يَمشِ في حاجَةِ وَليِّ الله ابتُلِـيَ بأن يَمشيَ في حاجَـةِ عَـدُوِّ اللّه ِ عَزَّ و جلَّ.}

"Hər kəs Allah dostunun istək və hacəti üçün (onun İlahi planlarının gerçəkləşməsi üçün) addım atıb ona kömək etməsə, Allah düşməninin istək və hacəti üçün (Allah düşməninin planlarını həyata keçirmək üçün) addım atıb ona kömək edəcəkdir".
📚Biharul-Ənvər, c 96, səh 130.

Hədislə bağlı bir neçə məqamı nəzərinizə çatdıraq:
1. Bu aləmdə baş verən hadisələr iki haldan xaric deyil: Ya haqdır, ya da batil. Üçüncü bir seçim yoxdur. Odur ki, haqqa kömək etməmək, batilə dəstək olmaq deməkdir.
2. Hər hansı hadisənin haqq və ya batil olmasına iki baxış və iki maraqla yanaşmaq olur: Biri İlahi baxış, digəri isə qeyri-İlahi. Allah-təalanı qəbul edən şəxs baş vermiş hadisələrə maddi və qeyri-İlahi baxış və maraqlarla deyil, İlahi baxış və İlahi maraqlarla yanaşmalıdır. Odur ki, müsəlman şəxs kimin haqq və kimin batil olmasını İlahi baxış və marağa əsasən, müəyyən etməlidir.
3. İnsan gərək bütün bacarığı ilə (güc-qüdrət, mal-dövlət, söz, mövqeyyət, status və paylaşımları ilə) haqq və Allah dostlarını müdafiə etsin. Əgər bu vasitələrlə Allah yolunda kömək etməsə, Allah düşmənləri yolunda kömək edəcəyi labüddür.

https://t.iss.one/VAHIDUMMAT
Rəhman və Rəhim Allahın adı ilə

Şəri sual-cavablar

Sual 1326:
Azdırıcı kitabları alıb-satmağın və saxlayıb mütaliə etməyin hökmü nədir?

Cavab: Azdırıcı kitabları alıb-satmaq və saxlayıb mütaliə etmək haramdır. Amma bu kitablarda olan yalanları isbat etməyə qadir olan və özünün azmayacağına əmin olan şəxs bunları mütaliə edə bilər.
📚İmam Xamenei, İstiftaat, sual 1326.

Qeyd
Hazırkı dövrdə azdırıcı sosial şəbəkə və telekanallar da bu kitablar hökmündədir.


https://t.iss.one/VAHIDUMMAT
Rəhman və Rəhim Allahın adı ilə

İmam Sadiq (ə) bir hədisdə belə buyurub:

{قال المام الصادق (ع): اَلْعَمَلُ الْخالِصُ الّذی لاتُریدُ اَنْ یَحْمَدَكَ عَلَیْهِ اَحَدٌ إلاَّ اللهَ عَزَّوَجَلَّ.}

"İxlaslı əməl o əməldir ki, etdiyin o əmələ görə, Allahdan başqa kimsənin səni tərifləməsini istəməyəsən".
📚Usuli-kafi, c 3, səh 26.


https://t.iss.one/VAHIDUMMAT
Rəhman və Rəhim Allahın adı ilə

Şəri sual-cavablar


Sual 428: Napak olub-olmadığına şəkk etdiyim bir paltarda namaz qılmağım düzgündürmü?

Cavab: Napak olub-olmadığına şəkk edilən bir paltar əgər öncədən napak deyildisə, bu paltar pak hökmündədir və bu paltarda namaz qılmaq düzgündür.

📚İmam Xamenei, İstiftaat, sual 428.

https://t.iss.one/VAHIDUMMAT
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Vahid Ümmət Azərbaycan Ruhanilər Təşkilatının rəsmi TikTok səhifəsinə üzv olaraq paylaşmaqla başqalarının da bəhrələnməsinə vasitə olmaq savabını əldən verməyək

https://www.tiktok.com/@vahidummet?_t=8ehpTNP6vis&_r=1
Rəhman və Rəhim Allahın adı ilə

Həzrət Məhəmməd peyğəmbər (s) bir hədisdə belə buyurur:

{قال رسول الله (ص): مَن صَبَرَتْ عَلی سُوءِ خُلقِ زَوجِها اَعطاهاَ اللهُ مِثلَ ثوابِ آسِیَةَ بنتِ مُزاحم.}

"Öz ərinin pis və tünd əxlaqına dözən xanıma (Fironun həyat yoldaşı) həzrət Asiyanın (s.ə) savabı (qədər savab) veriləcəkdir".
📚Məkarimul-Əxlaq, sən 214.


https://t.iss.one/VAHIDUMMAT
Rəhman və Rəhim Allahın adı ilə

Nüdbə duasında həzrət Məhdiyə (ə.f) xitab edərək belə oxuyuruq:

{أَذَقْتَ أَعْداءَكَ هَواناً وَعِقاباً}

"(Görəsən) Düşmənlərinə zillət və əzabı daddıracağın (gün haçan olacaqdır?!)"

https://t.iss.one/VAHIDUMMAT
"VAHİD ÜMMƏT" AZƏRBAYCAN RUHANİLƏR TƏŞKİLATI
Şəhid Şeyx Fəzlullah Nurinin şəhadət səbəbi hansıdır?
Qeyd: Sual-cavabda iştirak edənlər tərəfindən Ali məqamlı şəhid Şeyx Fəzlullah Nurinin mübarək məzarı canlı çəkilişlə ziyarət olunacaq.
"VAHİD ÜMMƏT" AZƏRBAYCAN RUHANİLƏR TƏŞKİLATI pinned «Şəhid Şeyx Fəzlullah Nurinin şəhadət səbəbi hansıdır?»
Rəhman və Rəhim Allahın adı ilə

Qurani-Kərim:

{أَلَيْسَ اللَّهُ بِكَافٍ عَبْدَهُ وَيُخَوِّفُونَكَ بِالَّذِينَ مِن دُونِه}

"Məgər Allah öz bəndəsinə kifayət deyilmi?! Onlar isə səni Allahdan qeyriləri ilə qorxudurlar".
📚Zümər surəsi, ayə 36.

https://t.iss.one/VAHIDUMMAT
Sual 430: Əgər namaz qılan şəxs bədənində və ya paltarında nəcasətin olmadığına əmin olsa və namaz qılsa, amma sonradan bədəninin və ya paltarının napak olduğu məlum olsa, onun namazı düzgün deyildir? Əgər onun bədəni və ya paltarı namaz
əsnasında napak olsa, onun namazının hökmü nədir?

Cavab: Əgər bədəninin və ya paltarının napak olduğunu əsla bilməsə və bunu namazdan sonra başa düşsə, onun namazı düzgündür və namazı yenidən qılmaq və ya qəzasını qılmaq vacib deyildir. Amma əgər bədəni və ya paltarı namaz əsnasında napak olsa, bu təqdirdə əgər namaza zidd olan bir əməli yerinə yetirmədən bədəndən nəcasəti təmizləmək və ya paltarı çıxarmaq onun üçün mümkün olsa, bədəninin nəcasətini təmizləməli və ya napak paltarı əynindən çıxarmalı və namazını tamamlamalıdır. Amma əgər namaz halını qorumaqla nəcasəti kənarlaşdırmaq onun üçün mümkün olmasa və namaz vaxtı da geniş olsa, namazı kəsməli və pak bədən və paltarla namazı yenidən qılmalıdır
.
📚İmam Xamenei, İstiftaat, sual 430.

https://t.iss.one/VAHIDUMMAT
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Afiq Qurbanovun həyat yoldaşının çox izzətli və şücaətli çıxışı


Xanım Zeynəb (ə.s) Şamda Yezidə xitabən belə buyurdu:

{إِنِّي لاََسْتَصْغِرُ قَدْرَكَ}

"Həqiqətən mən sənin dəyər və məqamını kiçik sayır və səni dəyərsiz görürəm!"
📚Biharul-ənvar, c 45, səh 132.

Xanım Zeynəbin (s.ə) məktəbinin şagirdi həm iffətli və həmdə şücaətli olmalıdır.

Bu bacımızda bu iki sifət aşkar şəkildə görünür.


https://t.iss.one/VAHIDUMMAT
Rəhman və Rəhim Allahın adı ilə

12- Avqust 25- Məhərrəm həzrət İmam Zeynul-abidinin (ə) şəhadətinin ildönümüdür. Bu münasibətlə hamıya başsağlığı veririk.

İmam Səccad (ə) belə buyurur:

{قالَ زَينُ العابِدين عليه السلام: نَظَرُ الْمُؤمِنِ فى وَجْهِ اخيهِ الْمُؤمِنِ لِلْمـَوَدَّةِ وَالمَحـَبَّةِ لَهُ عِبـادَةٌ.}

"Mömin bəndənin öz mömin qardaşının üzünə məhəbbətlə nəzər edib baxması ibadətdir".
📚Tühəful-üqul, səh 332.


https://t.iss.one/VAHIDUMMAT
Rəhman və Rəhim Allahın adı ilə

Qurani-Kərim:

{مَّا لَكُمْ لَا تَرْجُونَ لِلَّهِ وَقَارًا وَ قَدْ خَلَقَكُمْ أَطْوَارًا}

"Sizə nə olub ki, Allahı layiqincə uca tutmursunuz?"
"Halbuki O sizi müxtəlif mərhələlərlə (əvvəl nütfə, sonra laxtalanmış qan, sonra bir parça ət və nəhayət, insan şəklində) xəlq etdi".
📚Nuh surəsi, ayə 13-14.

Qeyd
Maddi və batil qüdrətləri əzəmətli bilib və onları əzəmətlə yad edən şəxs heç vaxt Allahı layiqincə uca tuta bilməz!


https://t.iss.one/VAHIDUMMAT