"VAHİD ÜMMƏT" AZƏRBAYCAN RUHANİLƏR TƏŞKİLATI
1.96K subscribers
2.08K photos
1.79K videos
11 files
4.06K links
"VAHİD ÜMMƏT" AZƏRBAYCAN RUHANİLƏR TƏŞKİLATININ RƏSMİ TELEGRAM KANALI

https://t.iss.one/VAHIDUMMAT
Download Telegram
Forwarded from Ayətullah Xamenei
"VAHİD ÜMMƏT" AZƏRBAYCAN RUHANİLƏR TƏŞKİLATI
DİQQƏT DİQQƏT İmam Xameneinin sözlərini təhrif edən saxtakarlardan ehtiyatlı olun - İmam Xameneinin demokratiyaya baxışı nədir? Davamı 🔽🔽🔽
DİQQƏT DİQQƏT

İmam Xameneinin sözlərini təhrif edən saxtakarlardan ehtiyatlı olun - İmam Xameneinin demokratiyaya baxışı nədir?

Əziz dostlar, bəzi saxtakarlar "Kərimə Dövlət" nəzəriyyəsinə ləkə yaxmaq üçün İmam Xameneinin siyasi fikirlərini təhrif edərlər.
Belə ki, İmam Xameneinin "Mərdumsalariye İslami" (مردم سالاری اسلامی) Yəni, "İslami xalqmehvərlik" (İslami xalqmərkəzlik) sözünü, googledə "İslami demokratiya" kimi tərcümə edərək dindarları aldadırlar. Halbuki, İmam Xamenei "Demokratiya" termininin İslam hakimiyyətində işlədilməsini qətiyyətlə rədd edir.
Gəlin Demokratiya və İslami xalqmehvərlik mövzusunda İmam Xameneinin nəzərinə baxaq:

"Hər ümumi hərəkat və inqilabda lazım olan məsələlərdən biri də o hərəkat və inqilabın fikri qaynaqlarına uyğun terminlər düzəltmək və bunu zehinlərə salmaqdır. İslam hökuməti, İslam sistemi, İslami oyanış kimi yeni bir fikir müzakirə mövzusu olarkən cəmiyyətə özünəməxsus məfhumlar gətirir. Odur ki, hərəkat özünə münasib olan terminlərə sahib olmalıdır. Əgər terminlər yad ideologiyalardan götürülərsə bu iş vəziyyəti gərginləşədirəcək və fikiri düzgün çatdırmaq mümkün olmayacaq. Biz xalqmehvərliyi və azadlığı qəbul edirik, amma liberal demokratiyanı qəbul etmirik. Hərçənd ki, “liberal demokratiya” lüğəvi məna baxımından xalqmehvərlik və azadlıq olsa da, insanların arasında bəzi məfhumları ehtiva edir ki, biz o mənaları rədd edirik. Elə ona görə də bu adları özümüzün sağlam, xalis və pak məfhumlarımız üzərinə qoymaq istəmirik. Odur ki, biz öz sistemimiz üçün yeni ad qoyuruq. Bu sistemi “İslami xalqmehvərlik” və ya “İslam cümhuriyyəti” adlandırırıq. Bir sözlə yeni və münasib ad seçirik.
İstehsal, gəlirlərin düzgün bölünməsi və ümumi gəlirlərin ədalətli şəkildə istifadəsi İslamın ən ali hədəflərindən biridir, amma “sosializm” terminindən istifadə etmirik. Baxmayaraq ki, bu sosializmlə məna baxımından eynilik təşkil edir, amma bu terminin daxilində olan bəzi məfhumlarla və tarixdə ona aid reallıqlarla razılaşmırıq. Odur ki, sağçılar, solçular və bu kimi ideologiyalar arasında mövcud olan terminlərin yerinə “istikbar”, “istizaf”, “xalqmehvərlik” kimi terminləri gətirdik. Əslində biz yox, inqilab bu terminləri gətirdi və şəxslər bu məsələdə qəti təsirə malik deyildi."
(14.10.2011)

Qərbin demokratiya düşüncəsində kifayət qədər İslama, insani dəyərlərə müxalif olan fikirlər var. Təkcə bu kifayət edir ki, demokratiya bəhanəsilə ölkəmizdə İslam, Quran və müqəddəslər təhqir olunur və onlar üçün cəza sistemi yoxdur. Çünki, onların bu işləri demokratiyaya uyğundur və onları cəzalandırmaq demokratik dəyərlərə ziddir. Rəhbər də bu və digər məsələlərə görə Qərb və Şərq blokuna aid olan terminlərin İslam hakimiyyətində işlənməsinin əleyhinədir.
Amma bu saxtakarlar, İmam Xamenei harada "Mərdumsalariye İslami'' (مردم سالاری اسلامی)
yəni "İslami xalqmehvərlik" deyibsə onu "İslami demokratiya" kimi təqdim edirlər.
İslam hakimiyyətinin qurulduğu hər məkanda qanunlar Allaha məxsusdur və xalqa xidmət, xalqa dəyər vermək bir sözlə xalqmehvər olmaq onun əsas prinsipidir. İnsanın həqiqi kəramət tapdığı belə bir dövlət, Kərimə Dövlət adlanır. Demokratik sistemdə isə qanunu yazan tağutlar və 5-10 kapitalistdir, xalq isə bu quldurların nökəridir.
Bəziləri utanmadan iddia edirlər ki, guya Kərimə dövlət nəzəriyyəsini təbliğ edənlər Rəhbərin fikirlərinə müxalif danışır. Məqsədləri isə Kərimə Dövlətini İslami hakimiyyətə aid olmayan bir sistem kimi xalqa tanıtdırmaqdır. Halbuki Kərimə dövlət İslam hakimiyətinin sifətidir, özüdür.
Əslində, bu saxtakarların nə İslam hakimiyyəti sistemindən, nə rəhbərin fikirlərindən nə də demokratiyadan anlayışları yoxdur. Hələ üstəlik həyasızcasına Rəhbərin sözlərini təhrif edirlər.

P.S: Rəhbərin leader.ir saytının azəri dilinə tərcüməçisi də yaxşı olar ki, ağanın siyasi fikirləri ilə tanış olsun və düzgün tərcümə etsin. Google-in səhvini təkrarlamasın. Təhrif xəyanətdir!

https://t.iss.one/ayetullahxamenei

‼️Diqqət‼️ Elan
6 İyul YouTube və Instagramda Orxan Məmmədov sizinlə canlı yayımda olacaq.

🌐 Mövzu:
Şübhələrə cavab.
-Xalqın yeri.
-İslam təfəkküründən qaynaqlanan terminlərin yaradılmasının zərurəti
-Qərb fəlsəfi düşüncəsindən götürülən terminlərdən ifrat istifadənin xətərləri
-"Mərdomsalariye dini" ifadəsinin düzgün anlayışı
-Dindarların ifrat və təfritə düşmək xətəri
-İlk dəfə açıqlayacağım bir neçə acı məsələ

Bakı vaxtı ilə 22:30
Moskva vaxtı ilə 21:30
Tehran vaxti ilə 23:00

Müsəlman Xalq kanalı⬇️
https://youtube.com/c/MUSELMANXALQ313

Instagram "huseyniyyun" kanalı⬇️
https://instagram.com/huseyniyyun.az?igshid=YmMyMTA2M2Y=

🔸 Paylaşın hər kəs görsün
Xalqın yeri. İslam təfəkkürü əsasında terminlərin icadı... - Şeyx Orxan Məmmədov

CANLI

https://youtu.be/LTalCidGmP4
Xalqın yeri. İslam təfəkkürü əsasında terminlərin icadı. Demokratiya…
Orxan Məmmədov
🌐 Mövzu:
Şübhələrə cavab.
-Xalqın yeri.
-İslam təfəkküründən qaynaqlanan terminlərin yaradılmasının zərurəti
-Qərb fəlsəfi düşüncəsindən götürülən terminlərdən ifrat istifadənin xətərləri
-"Mərdomsalariye dini" ifadəsinin düzgün anlayışı
-Dindarların ifrat və təfritə düşmək xətəri
-İlk dəfə açıqlayacağım bir neçə acı məsələ

Dostlar. Diqqətlə qulaq asın. Bizə qarşı olan əsaslı şübhələrə burda cavab verilib.

Maksimum paylaşın, zəhmət olmasa
Ərəfə günü
9 Zilhiccə
9 İyul
Həzrət İmam Hüseynin (ə) səfiri, Müslüm İbni Əqil və Hani İbni Ürvənin şəhadəti.

https://t.iss.one/VAHIDUMMAT
https://youtu.be/RPh8t5JLU2o

🎥 İmam Xomeyni DİNİ DEMOKRATİYA istəyənlər üçün son nöqtəni qoydu: "BU İSLAMA TƏHQİRDİR"

Demokratiyanı qəbul etmirik. Demokratiyanı islamın kənarına qoysanız da qəbul etməyəcəyik!

Mərhum İmam Xomeyni qərbpərəstlərə demək istəyir ki, bu qeyri-ilahi sisteminizi bizə hansı formada təqdim edirsinizsə, edin, İSTƏMİRİK!

Ardınca əlavə edir ki, bizim islam sistemimiz sizin demokratiyanızdan daha üstün olduğu halda, niyə daha aşağı olan bir sistemin adını islamın kənarına gətirməliyik?!... Niyə quruluşumuzun adını “DİNİ DEMOKRATİYA” qoymalıyıq?!...
Forwarded from Ayətullah Xamenei
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🎥 İmam Xomeyni DİNİ DEMOKRATİYA iddiası edənlərə son nöqtəni qoydu: "BU İSLAMA TƏHQİRDİR"

Demokratiyanı qəbul etmirik. Demokratiyanı islamın kənarına qoysanız da qəbul etməyəcəyik!

Mərhum İmam Xomeyni qərbpərəstlərə demək istəyir ki, bu qeyri-ilahi sisteminizi bizə hansı formada təqdim edirsinizsə, edin, İSTƏMİRİK!

Ardınca əlavə edir ki, bizim islam sistemimiz sizin demokratiyanızdan daha üstün olduğu halda, niyə daha aşağı olan bir sistemin adını islamın kənarına gətirməliyik?!... Niyə quruluşumuzun adını “DİNİ DEMOKRATİYA” qoymalıyıq?!...

https://t.iss.one/ayetullahxamenei
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İmam Xomeynidən "demokratiya'' iddiası edənlərə digər bir cavab: İslamdan nə pislik görmüsünüz?

https://t.iss.one/ayetullahxamenei
🔶Elan

Bismilləhir Rahmənir Rahim

الْيَوْمَ يَئِسَ الَّذِينَ كَفَرُواْ مِن دِينِكُمْ فَلاَ تَخْشَوْهُمْ وَاخْشَوْنِ الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَ أَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَ رَضِيتُ لَكُمُ الإِسْلاَمَ دِينا

Bu gün kafirlər sizin dininizin məhv olmasından ümidlərini kəsiblər. Odur ki, onlardan qorxmayın, Mən(ə itaət etməmək)dən qorxun. Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və (sabit) bir din kimi sizin üçün İslamı qəbul etdim

Əziz müsəlman Azərbaycan xalqı, biz Vahid Ümmət Azərbaycanlı Ruhanilər Təşkilatı Qurban və Qədir Xum bayramları münasibətilə sizləri təbrik edirik.

Allahın vəlisi həzrət İbrahim əleyhissəlam nəfsini qurban edib bütün imtahanlardan üzü ağ çıxaraq Bəqərə surəsinin 124 cü ayəsinə əsasən Allah tərəfindən imamət məqamına seçildi. Maidə surəsinin 67 ci ayəsinə əsasən isə həzrəti Məhəmməd peyğəmbər ümümdünya İlahi ədalət hökumətinin bərqərar olmasından ötrü həzrət Əlini özündən sonra İmam və Rəhbər təyin etdi. Peyğəmbərin risaləti ilə əhəmiyyət kəsb edən Qədir Xum hadisəsi müsəlmanlar üçün də misilsiz dəyərə malikdir. Buna görə də Qədir Xum hadisəsi dünya səviyyəsində təbliğ edilib, möhtəşəm qeyd olunmalıdır.
Sonuncu imamımız həzrət İmam Zaman əleyhissəlamın zühurunun tezləşməsinə və yer üzündə İlahi hakimiyyətin tezliklə bərqərar olmasına bir zərrə də olsa xidmət etməyimiz ümidi ilə biz Vahid Ümmət Azərbaycanlı Ruhanilər Təşkilatı 2022 -ci il, iyul ayının 10-dan 20-dək "vilayət on günlüyü" elan edirik.
Bu on günlüyün, xüsusən Qədir-Xum bayramının ölkəmizdə və bütün dünyada möhtəşəm keçməsi üçün əlimizdən gələni əsirgəməməliyik.
Vəssalamu əleykum və rahmətullahi və bərəkatuh
Qeyd: 18 İyul əzəmətli Qədir-Xum bayramı günüdür.

"Vahid Ümmət" Azərbaycanlı Ruhanilər Təşkilatı
10/07/2022

https://t.iss.one/VAHIDUMMAT
"VAHİD ÜMMƏT" AZƏRBAYCAN RUHANİLƏR TƏŞKİLATI pinned «🔶Elan Bismilləhir Rahmənir Rahim الْيَوْمَ يَئِسَ الَّذِينَ كَفَرُواْ مِن دِينِكُمْ فَلاَ تَخْشَوْهُمْ وَاخْشَوْنِ الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَ أَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَ رَضِيتُ لَكُمُ الإِسْلاَمَ دِينا Bu gün kafirlər sizin dininizin…»