"VAHİD ÜMMƏT" AZƏRBAYCAN RUHANİLƏR TƏŞKİLATI
1.95K subscribers
2.08K photos
1.79K videos
11 files
4.07K links
"VAHİD ÜMMƏT" AZƏRBAYCAN RUHANİLƏR TƏŞKİLATININ RƏSMİ TELEGRAM KANALI

https://t.iss.one/VAHIDUMMAT
Download Telegram
#Təcili

Hacı Taledən mesaj var:
Aclıq aksiyası dayandırıram / Hər cümə sivil etiraz aksiyaları davam edəcək.


Bu barədə Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov öz facebook səfifəsində Hacı Taleyin müraciətini paylaşıb. Bu müraciəti sizə olduğu kimi təqdim edirik:

Mərhəmətli və Mehriban Allahın adı və yadıyla.

Aclıq aksiyasının dayandırılmasıyla əlaqəli çoxsaylı çağırışlar, önəmli şəxsiyyətlərin müraciəti, həbsxanalarda bizimlə birgə aclıq aksiyasına qoşulan dəyərli və cəsarətli qardaşlarımızın səhhətlərində yaranan problemləri və onların əziz ailələrinin narahatçılığını nəzərə alaraq bu gündən etibarən aclıq aksiyasını dayandırıram. Ancaq mübarizəni əsla dayandırmırıq. Bundan sonra nə qədərki, hakim rejim tərəfindən Allahı söyərək təhqir edən, dövlət orqanlarında vətəndaşlara qarşı işgəncə, zorakılıq, şəxsiyyəti alçaldan halların qarşısı alınmayana kimi, həmin cinayətkarlar cəzalanmayana kimi hər cümə günü sivil etiraz aksiyaları davam edəcək. Bu böyük cinayətin rejim tərəfindən ört-basdır edilərək unutdurulmasına əsla imkan verməyəcəyik.

Aclıq aksiyası dövründə bizə dəstək olan ölkə daxili, və ölkədən xaricdə olan bütün əzizlərə adbaad təşəkkür edirik. Alah millətimizi qorusun!

Tale Bağırzadə Qobustan həbsxanası 23 iyun 2022

Link: https://www.facebook.com/100003181527179/posts/pfbid02oVumwRBUp8UBKfqhfRd5VKNS3FxXs8j6WtuyXyyGmB1tTSMBKBTJbA9DXCh7mjFol/?d=n

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/15836
Forwarded from اتچ بات
Hacı Tale bağırzadəyə və ailəsinə təşəkkür məktubu

Bir doğum günü var ki, yaxınları insanın dünyaya gəlişinə şad olub sevinirlər. Bir döğum günü də var ki, həmin gündə bir insan yox, sanki bir xalq yenidən doğulur.
Yatmış Müsəlman xalqı öz canıyla meydana girib oyadan şəxsin təvəllüdü, əslində bir şəxsin yox, bir xalqın yenidən canlanmasıdır, meydana atılmasıdır, təvəllüdüdür...
Mən öz adımdan və dünyanın hər yerində yaşayan Zeynəbçi ana-bacılar adından, Ümmətin dəyərli şəxsiyyəti Ayətullah Cəfər Sübhaninin çağırışına müsbət cavab verdiyi və xahişlərimizi nəzərə aldığı üçün Hacı Tale Bağırzadəyə dərin minnətdarlığımı bildirirəm.
Allahın düşmənləri ilə yeni mübarizə dalğası Hacı Tale Bağırzadənin mübarək doğum gününə təsadüf edir.
Eyni zamanda Hacı Tale ilə birgə bu mübarizəyə qoşulan zindandakı mərd oğullara da öz təşəkkürümüzü bildiririk! Allahın iznilə bu cür İmam Zaman (əc) əsgərləri ilə mübarizəmiz qələbəyədək davam edəcək.
Xüsusilə Tale Bağırzadənin ailəsinə öz dərin minnətdarlığımı bildirirəm. Həqiqətən də Leyla qızım dövrün Xədicəsi adına layiq olaraq bütün çətinliklərin, minlərlə kinayəli sözlərin qarşısında dağ kimi dayandı və öz həyat yoldaşına ləyaqətlə dayaq oldu.

Özünü iman əhli sayan Azərbaycan xalqı mütləq şəkildə hacı Taleyin mübarizə çağırışına "ləbbeyk" deyərək yalnız Allaha güvəndiklərini Allahın düşmənlərinə isbat etməlidir.
Biz müsəlman Azərbaycan xalqı öz mübarizəmizi davam etdirərək qələbə qazanacaq və Allahın qanunlarını ölkədə bərqərar edərək nümunəvi xalqa çevriləcəyik.
İnşallah Azərbaycanın Zeynəbçi xanımları və Hüseynçi kişilərinin əliylə qələbə çox yaxındır!

Südabə İbrahimli
23.06.2022

#Ləbbeyk_Ya_Allah

https://t.iss.one/Hicab_az
اللَّهُمَّ إِنَّا نَرْغَبُ إِلَيْكَ فِي دَوْلَةٍ كَرِيمَةٍ تُعِزُّ بِهَا الْإِسْلامَ وَ أَهْلَهُ وَ تُذِلُّ بِهَا النِّفَاقَ وَ أَهْلَهُ وَ تَجْعَلُنَا فِيهَا مِنَ الدُّعَاةِ إِلَى طَاعَتِكَ وَ الْقَادَةِ إِلَى سَبِيلِكَ وَ تَرْزُقُنَا بِهَا كَرَامَةَ الدُّنْيَا وَ الْآخِرَةِ .

İlahi! Biz Kərimə Dövlətin qurulmasını şövqlə səndən istəyirik! O dövlət ki, orada İslam və müsəlmanları izzətli, nifaq və münafiqləri isə zəlil edəcəksən. Orada bizi sənin itaətinə çağıranlardan və sənin yoluna yönəldən rəhbərlərdən qərar verəcəksən. O dövlət ki, onun vasitəsilə bizə dünya və axirət kəramətini nəsib edəcəksən.

(İftitah duasından bir hissə)

💡 t.iss.one/kerimedovlet 💡
Bismillahir Rahmənir Rahim

Azərbaycanın qeyrətli və müqavimətçi övladı, hörmətli ruhani Hacı Tale Bağırzadə və onunla birgə aclıq aksiyasına başlayan əzizlər bu aksiyanı dayandıraraq eyni zamanda tağut rejiminə qarşı başladıqları şərəfli mübarizəni davam etdirəcəklərini elan etdilər.
Eşq olsun müqavimət yolunun davamçılarına, məhv olsun tağut və onun ardıcılları.
Biz "Vahid Ümmət" Azərbaycan Ruhanilər Təşkilatı bu izzətli mübarizədə sona qədər dayanacağımızı elan edirik və əziz, müsəlman xalqımızın bu yolda lazımi addımları atacağına ümidvarıq.

24.06.2022

"Vahid Ümmət" Azərbaycan Ruhanilər Təşkilatı

https://t.iss.one/VAHIDUMMAT
Kərimə Dövlət kimləri və niyə narahat edir?

Kərimə Dövlət, insanlığın kəramətini, dəyərlərini qoruyan, məzlumlara dayaq və zalımlara qənim kəsilən İlahi qanunların bir ölkədə hakim olması deməkdir. Bunu hər bir dindar və ləyaqətlə yaşamaq istəyən insan qəbul edir.

Təbii ki, bu da illərdir xalqın maddi-mənəvi sərvətlərini talayan hakimiyyətə, daxildəki yəhudilərə, üzdəniraqlara və illərdir cəmiyyətə özünü "dindar, ruhani" kimi qələmə verən münafiqlərə xoş gəlməyəcək. Çünki İlahi qanunlar bunların "şərəf" alverinə qarşıdır.
Özünüzün də gördüyünüz kimi, KƏRİMƏ DÖVLƏT mövzusu bu zavallıları yaman narahat edir. Əlhəmdulillah! Özünüz baxın ki, bu İlahi əmrlə mübarizə aparanlar hansı yolun yolçularıdır...

Təbii ki, növbəti mərhələdə aşkar və gizli qalan hakimiyyət mollalarını da nağıllar danışmaq üçün qabağa verəcəklər....

Allahın bu ibtidai qanununa sifarişlə düşmənçilik edənlərin sadəcə bir silahı var - AŞAĞILAMAQ.
Həm Kərimə Dövlət konsepsiyasını, həm də bu İlahi hökmü xalq arasında təbliğ edən şəxsiyyətləri (Xüsusilə Şeyx Tohid və Şeyx Orxanı) aşağılayaraq, məsxərə və təhqir edərək zəif əqidəli insanlarda süstlük yaratmaq istəyirlər.
Bu arada bəzi anlaşılmazlıqlar, suallar və şübhələr təbiidir. Bu suallar öz cavabını tapacaq.
Ümumiyyətlə bütün bu hücumlar olduqca təbiidir və biz özümüzü bundan qat-qat daha böyük hücumlar üçün hazırlamışıq.
Unutmayın ki, İlahi hakimiyyət üçün atılan hər bir addım, aparılan hər bir mübarizə ibadətdir, cihaddır. Belə bir hakimiyyəti qorumaq ən vacib əməldir.
Azərbaycanda İlahi əmr və Allah övliyalarının arzusu olan KƏRİMƏ DÖVLƏT qurulacaq və xalq zülm zəncirini qıracaq, İnşallah.

"İlahi! Biz Kərimə Dövlətin qurulmasını şövqlə səndən istəyirik!" (İftitah duasından) 🤲

P.S:"Virtual Müqavimət" kanalına abunə olun, axşam bu mövzuda əftarlı bir video paylaşılacaq👇
https://youtube.com/channel/UC8fI7nSnWPkM8cq3SYvjArw

t.iss.one/ekremhacizade
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Əziz müsəlmanlar, Azərbaycanda Allahı və dini müqəddəsləri təhqirə etirazlar davam edir.

https://t.iss.one/VAHIDUMMAT
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Əziz müsəlmanlar, Azərbaycanda Allahı və dini müqəddəsləri təhqirə etirazlar davam edir.

Gəncə şəhəri, Allah və dini məqəddəsləri təhqirə etiraz aksiyası.

https://t.iss.one/VAHIDUMMAT
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Əziz müsəlmanlar, Azərbaycanda Allahı və dini müqəddəsləri təhqirə etirazlar davam edir.

Türkiyə müsəlmanlarının etirazı.

Allahı müdafiə yaşlı, cavan və ya qadın, uşaq tanımır. Hamımız Allah və dini müqəddəsləri müdafiə etməliyik.

https://t.iss.one/VAHIDUMMAT
#Təcili

Talış zondasında terrorçu vəhhabi təhlükəsi olduqca ciddidir. Bu mövzu fonunda Lənkəran şəhəri Aşağı Nüvədi kəndində yaranmış bir problemlə bağlı redaksiyamıza kənd sakinlərindən daxil olan bir məktubu sizə təqdim edirik - "Sünni-şiə arasında müharibə salmaq istəyirlər"


BismilləhirRahmənirRahim

Lənkənanın Aşağı Nüvədi məscidini zəbt etməyə çalışan Əhli-sünnə qardaşlarımız deyil, vəhhabilərdir. Bunlar hətta tarix boyu Əhli-sünnənin belə alimlərini şəhid edən kəslərdir.
Bu gün isə "Əhli-sünnə" adı altında şiə-sünni arasında təfriqə salmağa çalışırlar. Guya ki, adı çəkilən kəndin məscidinə şiələr sünni qardaşlarımızı qoymurlar, onları təhqir edirlər və onlara zülm edirlər. Bununla da istəyirlər ki, sünni-şiə müharibəsi salsınlar. Ancaq biz həmişə sünni qradaşlarımızla bir məsciddə namaz qılıb, yoldaşlıq etmişik.
Ancaq bu ekstremist cərəyan
tərəfdarları Suriyada, İraqda etdiyi vəhşilikləri Azərbaycan xalqı arasında da törətmək istəyirlər. İnşallah nə sünni nə də şiə qardaşlarımız onların bu iyrənc planının qurbanına çevrilməyəcəklər.
Buradan sözümüz şiə və sünni qardaşlarımızadır: Bizim böyük alimlərimiz deyiblər ki, sünni-şiə qaardaşdır və hər kim bu məsələdə ayrıseçkilik salırsa nə sünnidir nə də şiə, o İslam düşmənidir.
Bütün sünni və şiə qardaşlarımızdan istəyirik ki, gəlin Allahın evini bu lənətlənmiş zümrədən təmizləyək.

#Lənkəran

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/15943
DiqqətElan
27 iyun YouTube kanalında şeyx Sərxan Məmmədov sizinlə canlı yayımda olacaq.

🌏 Mövzu: Allah düşmənlərinə "təşəkkür" edirik. Kərimə dövləti niyə?

Bakı vaxtı ilə 21:00
Moskva vaxtı ilə 20:00
Tehran vaxtı ilə 21:30

Elmi bəhslər yutub kanalı 👇

https://youtube.com/channel/UCZ73aKA94RV8tVkg48oWgRg

📢 Paylaşın hər kəs görsün
Şeyx Orxan Məmmədov - CANLI


Mövzu:
Seyid Cəmaləddin Əsədabadinin son məktubunda xalqın və varlı təbəqənin yeri.
Kərimə dövləti nəzəriyyəsində tətbiqi

https://youtu.be/28W4-HlG31A
Diqqət elan
29 iyun YouTube kanalında şeyx Sərxan Məmmədov sizinlə canlı yayımda olacaq.

🌏 Mövzu: Müsəlman təslim olmazsa...

Bakı vaxtı ilə 22:30
Moskva vaxtı ilə 21:30
Tehran vaxtı ilə 23:00

Elmi bəhslər yutub kanalı 👇

https://youtube.com/channel/UCZ73aKA94RV8tVkg48oWgRg

📢 Paylaşaq