"VAHİD ÜMMƏT" AZƏRBAYCAN RUHANİLƏR TƏŞKİLATI
1.91K subscribers
2.12K photos
1.81K videos
11 files
4.1K links
"VAHİD ÜMMƏT" AZƏRBAYCAN RUHANİLƏR TƏŞKİLATININ RƏSMİ TELEGRAM KANALI

https://t.iss.one/VAHIDUMMAT
Download Telegram
Forwarded from Aim-TV
Bakının mərkəzi küçələrində
"Allahı söyən qeyrətsizdir!"
"İsrail Azərbaycanı işğal edib, İsrail məhv olacaq!
"Rəsmi sənədlərdə hicaba azadlıq!" şüarları divarlara yazılıb. (4)
#Ləbbeyk_Ya_Allah

https://t.iss.one/Hicab_az
Forwarded from Maide.Az/MaideTV
Azərbaycan Ruhanilər Məclisinin (ARM) inanclıların işkəncəsinə və Allahın təhqir olunmasına münasibəti

"Son günlər ölkə gündəmini bürümüş və İslam dünyasına sirayət etmiş arzuolunmaz mövzu həqiqətən də ağrılı-acılı və dözülməz bir haldır. Müsəlman ölkəsində İslamın müqəddəsatına, xüsusilə, Mütəal Allaha qarşı hörmətsizlik yolverilməzdir. Biz də hamı kimi baş verən hadisələrin şahidi olduq. Görünən budur ki, müsəlman ölkəsi olan Azərbaycanımızda inanclı və qeyri-inanclı insanlara qarşı törədilən alçaldıcı hərəkətlər yeni bir tərzdir. Bu yenilik müsəlmançılıq və azərbaycançılığa ziddir.
Nəzərə alsaq ki, fiziki və mənəvi təzyiqlərə məruz qalanlar və müqəddəslərin təhqir edilməsini deyənlər heç bir qanun pozuntusuna yol vermədikləri halda saxlanılıblar, onların söylədiklərində başqa məqsədlərin axtarılması əsassızdır.
Biz Azərbaycan Ruhanilər Məclisi (ARM) olaraq məsələ ilə bağlı etirazını bildirən qardaş və bacılarımızın etirazını haqlı hesab edir, məsələnin həlli üçün aclıq aksiyasına başlayan ruhani Hacı Tale Bağırzadə və digər inanclı qardaşlarımızın sağlamlığına görə narahatıq. Onların canlarına heç bir zərər gəlmədən aidiyyatı qurumları məsələni həll etməyə səsləyirik!" /maide.az/

https://t.iss.one/MaideTV
Azərbaycanın Gürcüstandakı səfirliyi qarşısında Azərbaycanlı cavanların etirazı.
Azərbaycanda hökümət məmurlarının Allahı və dini müqəddəsatı təhqir etməsinə etiraz əlaməti olaraq Gürcüstanda yaşayan Azərbaycanlılar həmin ölkədəki Azərbaycan səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

https://t.iss.one/VAHIDUMMAT
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Azərbaycanın Gürcüstandakı səfirliyi qarşısında Azərbaycanlı cavanların etirazı.
Azərbaycanda hökümət məmurlarının Allahı və dini müqəddəsatı təhqir etməsinə etiraz əlaməti olaraq Gürcüstanda yaşayan Azərbaycanlılar həmin ölkədəki Azərbaycan səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

https://t.iss.one/VAHIDUMMAT
Almaniyada olan Azərilərin Azərbaycanın dövlət məmurları tərəfindən Allaha və dini müqəddəsata olan təhqirlərinə etirazları.

https://t.iss.one/VAHIDUMMAT
Media is too big
VIEW IN TELEGRAM
Almaniyada olan Azərilərin Azərbaycanın dövlət məmurları tərəfindən Allaha və dini müqəddəsata olan təhqirlərinə etirazları.

https://t.iss.one/VAHIDUMMAT
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Gürcüstan azərilərinin Azərbaycan səfirliyi qarşısında etiraz aksiyası
#Təcili

Ayətullah Sübhani: Hörmətli Hacı Tale Bağırzadə! Aclıq aksiyasını dayandırmaq lazımdır + FOTO

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin, İran İR dini hövzələrin rəsmi saytına (hawzahnews.com) istinadən verdiyi məlumata görə, Ayətullah Cəfər Sübhani, Azərbaycanın Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Allaha və məsum İmamlara (ə) qarşı təhqir olunmasına görə aclıq aksiyası keçirən Hacı Tale Bağırzadə və digər dindarlara müraciət edib.

#Azərbaycan
#İran

XƏBƏRƏ DAXİL OLUN ⤵️
https://az.iswnews.com/9163
Media is too big
VIEW IN TELEGRAM
Türkiyəli əzizlərin Azərbaycanda hökümət məmurlarının Allah və dini dəyərləri təhqir etməsinə etirazları davam edir.
https://t.iss.one/VAHIDUMMAT
Xırdalanda etiraz aksiyası

Bu gün bir qrup inanclı xanım, Azərbaycan polisi tərəfindən Allahın təhqir olunmasına etiraz olaraq Xırdalan şəhər İcrası hakimiyyəti önündə dinc etiraz aksiyası keçirlər.
Onlar Allahı təhiq edən hüquq mühafizə orqanları işçilərinin cəzalanmasını tələb ediblər.
Sonda İH işçilərinə etiraz məktubu təqdim olunub.

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/15816
Salam aleykum məmin əziz Tale oğlum.

Bu gün tək sənin, ailən və yaxınların üçün yox, hətta bütün İslam ümməti üçün mübarək günlərdən biridir. Bu gün səni kimi yenilməz şücaət və mətin təqva sahibi olan bir igidin doğum günüdür. Mənim dəyərli övladım, təəssüflər olsun ki, bizim sənə verəcək heç bir hədiyyəmiz olmasa da, sən bizlərə ayıqlıq, mətinlik və din qeyrətini hədiyyə etdin!
Əziz balam, illər boyu öz mübarizə fəaliyyətində, xüsusilə Allahın müdafiəsinə qalxdığın son günlərdə sənin bir daha misilsiz din qeyrətin, Allah sevgin və əzmkar mübarizən hər kəsə aydın oldu. Eyni zamanda sənin bu qeyrətinin fəryadı çoxlu yatmış vicdanları oyatdı. Bunun üçün də, hər bir Allahpərəstin boynunda sənin haqqın var.
Əziz və qeyrətli Hacı Tale oğlum, sən yatmış vicdanları oyatmaqla çoxdan hədəfinə çatmısan. Sən "Məni yox Allahı müdafiə edin" desən də, sənin əmrinə "ləbbeyk" deyən və sənin əsgərin olan biz analar üçün qiymətli olan canından sarı çox nigaranıq. Biz səni aramızda yaşayan yalnız canlı şəhid görmək istəyirik! Bu xahişi Həzrəti Zeynəbin (sa) yolunu gedən bütün ana-bacılar tərəfindən yazıram. Sənə bütün Zeynəbçilər və Hüseynçilər adından söz verirəm ki, başlatdığın bu haqq mübarizə heç zaman dayanmayacaq.
Südabə İbrahimbəyli
23.06.2022

#Ləbbeyk_Ya_Allah

https://t.iss.one/Hicab_az
#Təcili

Hacı Taledən mesaj var:
Aclıq aksiyası dayandırıram / Hər cümə sivil etiraz aksiyaları davam edəcək.


Bu barədə Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov öz facebook səfifəsində Hacı Taleyin müraciətini paylaşıb. Bu müraciəti sizə olduğu kimi təqdim edirik:

Mərhəmətli və Mehriban Allahın adı və yadıyla.

Aclıq aksiyasının dayandırılmasıyla əlaqəli çoxsaylı çağırışlar, önəmli şəxsiyyətlərin müraciəti, həbsxanalarda bizimlə birgə aclıq aksiyasına qoşulan dəyərli və cəsarətli qardaşlarımızın səhhətlərində yaranan problemləri və onların əziz ailələrinin narahatçılığını nəzərə alaraq bu gündən etibarən aclıq aksiyasını dayandırıram. Ancaq mübarizəni əsla dayandırmırıq. Bundan sonra nə qədərki, hakim rejim tərəfindən Allahı söyərək təhqir edən, dövlət orqanlarında vətəndaşlara qarşı işgəncə, zorakılıq, şəxsiyyəti alçaldan halların qarşısı alınmayana kimi, həmin cinayətkarlar cəzalanmayana kimi hər cümə günü sivil etiraz aksiyaları davam edəcək. Bu böyük cinayətin rejim tərəfindən ört-basdır edilərək unutdurulmasına əsla imkan verməyəcəyik.

Aclıq aksiyası dövründə bizə dəstək olan ölkə daxili, və ölkədən xaricdə olan bütün əzizlərə adbaad təşəkkür edirik. Alah millətimizi qorusun!

Tale Bağırzadə Qobustan həbsxanası 23 iyun 2022

Link: https://www.facebook.com/100003181527179/posts/pfbid02oVumwRBUp8UBKfqhfRd5VKNS3FxXs8j6WtuyXyyGmB1tTSMBKBTJbA9DXCh7mjFol/?d=n

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/15836
Forwarded from اتچ بات
Hacı Tale bağırzadəyə və ailəsinə təşəkkür məktubu

Bir doğum günü var ki, yaxınları insanın dünyaya gəlişinə şad olub sevinirlər. Bir döğum günü də var ki, həmin gündə bir insan yox, sanki bir xalq yenidən doğulur.
Yatmış Müsəlman xalqı öz canıyla meydana girib oyadan şəxsin təvəllüdü, əslində bir şəxsin yox, bir xalqın yenidən canlanmasıdır, meydana atılmasıdır, təvəllüdüdür...
Mən öz adımdan və dünyanın hər yerində yaşayan Zeynəbçi ana-bacılar adından, Ümmətin dəyərli şəxsiyyəti Ayətullah Cəfər Sübhaninin çağırışına müsbət cavab verdiyi və xahişlərimizi nəzərə aldığı üçün Hacı Tale Bağırzadəyə dərin minnətdarlığımı bildirirəm.
Allahın düşmənləri ilə yeni mübarizə dalğası Hacı Tale Bağırzadənin mübarək doğum gününə təsadüf edir.
Eyni zamanda Hacı Tale ilə birgə bu mübarizəyə qoşulan zindandakı mərd oğullara da öz təşəkkürümüzü bildiririk! Allahın iznilə bu cür İmam Zaman (əc) əsgərləri ilə mübarizəmiz qələbəyədək davam edəcək.
Xüsusilə Tale Bağırzadənin ailəsinə öz dərin minnətdarlığımı bildirirəm. Həqiqətən də Leyla qızım dövrün Xədicəsi adına layiq olaraq bütün çətinliklərin, minlərlə kinayəli sözlərin qarşısında dağ kimi dayandı və öz həyat yoldaşına ləyaqətlə dayaq oldu.

Özünü iman əhli sayan Azərbaycan xalqı mütləq şəkildə hacı Taleyin mübarizə çağırışına "ləbbeyk" deyərək yalnız Allaha güvəndiklərini Allahın düşmənlərinə isbat etməlidir.
Biz müsəlman Azərbaycan xalqı öz mübarizəmizi davam etdirərək qələbə qazanacaq və Allahın qanunlarını ölkədə bərqərar edərək nümunəvi xalqa çevriləcəyik.
İnşallah Azərbaycanın Zeynəbçi xanımları və Hüseynçi kişilərinin əliylə qələbə çox yaxındır!

Südabə İbrahimli
23.06.2022

#Ləbbeyk_Ya_Allah

https://t.iss.one/Hicab_az
اللَّهُمَّ إِنَّا نَرْغَبُ إِلَيْكَ فِي دَوْلَةٍ كَرِيمَةٍ تُعِزُّ بِهَا الْإِسْلامَ وَ أَهْلَهُ وَ تُذِلُّ بِهَا النِّفَاقَ وَ أَهْلَهُ وَ تَجْعَلُنَا فِيهَا مِنَ الدُّعَاةِ إِلَى طَاعَتِكَ وَ الْقَادَةِ إِلَى سَبِيلِكَ وَ تَرْزُقُنَا بِهَا كَرَامَةَ الدُّنْيَا وَ الْآخِرَةِ .

İlahi! Biz Kərimə Dövlətin qurulmasını şövqlə səndən istəyirik! O dövlət ki, orada İslam və müsəlmanları izzətli, nifaq və münafiqləri isə zəlil edəcəksən. Orada bizi sənin itaətinə çağıranlardan və sənin yoluna yönəldən rəhbərlərdən qərar verəcəksən. O dövlət ki, onun vasitəsilə bizə dünya və axirət kəramətini nəsib edəcəksən.

(İftitah duasından bir hissə)

💡 t.iss.one/kerimedovlet 💡