"VAHİD ÜMMƏT" AZƏRBAYCAN RUHANİLƏR TƏŞKİLATI
1.89K subscribers
2.13K photos
1.83K videos
11 files
4.13K links
"VAHİD ÜMMƏT" AZƏRBAYCAN RUHANİLƏR TƏŞKİLATININ RƏSMİ TELEGRAM KANALI

https://t.iss.one/VAHIDUMMAT
Download Telegram
BismilləhirRahmənirRahim

Əli əleyhissəlam buyurub: Allah taala fəqirlərin ruzisini varlıların malında qərar verib. Varlıların o maldan istifadə etməsinə görə fəqir ac qalır. Allah taala bunun hesabını varlılardan çəkəcək.

Azərbaycanda ard-arda bahalaşma artıq adi hal alıb. Bu məzlum xalqın maddi sərvətini, həm də mənəvi sərvətlərini çapıb-talayanlardan hesab çəkmək vaxtıdır və yaranmış böhrandan çıxış yolunu müəyyən etmək lazımdır.

Bu münasibətlə "Vahid Ümmət" Azərbaycan Ruhanilər Təşkilatı aşağıdakı mövzularda video konfrans təşkil edir və öz ölkəsinin müqəddəratına laqeyd qalmayan hər bir həmvətənimizi bu konfransda iştirak etməyə dəvət edir.

🔹Azərbaycanda bahalaşma
🔹Bahalaşmanın səbəbləri
🔹Bunun həll yolları


Mühüm qeydlər:

Zaman: 16 yanvar, 2022 Bakı vaxtı ilə saat 21:00

Konfrans'Vahid Ümmət" Azərbaycan Ruhanilər Təşkilatının Teleqram kanalında canlı olaraq keçiriləcək. Bu kanalda hər kəs öz fikrini canlı olaraq səslə bildirə biləcək. Həmçinin Vahid Ümmət YouTube kanalından da canlı olaraq izləyə bilərsiniz. Lütfən kanallara üzv olaraq başqalarına da paylaşın hər kəs iştirak edə bilsin.*

Konfransda, Azərbaycanda yaranmış böhranla bağlı söhbət edəcək mütəxəssis və ruhanilər:
Şeyx Bəxtiyar Bayramov
Şeyx Orxan Məmmədov
Şeyx Musa Əsədov
Şeyx Sərxan Məmmədov
Şeyx Tohid İbrahimbəyli
İlahiyyatçı Əkrəm Hacızadə


*Vahid Ümmət Azərbaycan Ruhanilər Təşkilatı Teleqram kanalının linki👇
https://t.iss.one/VAHIDUMMAT

Vahid Ümmət Azərbaycan Ruhanilər Təşkilatı YouTube kanalının linki👇
https://youtube.com/channel/UCr-6VrBaU92mPm3xAxHGVJg

📢 Xalqın dərdinə şərik olmaq istəyən hər kəsi bu video konfransa dəvət edirik.
BİSMİLLAHİR-RÂHMANİR-RÂHİM.

Əziz qardaş və bacılar, bu gün fəaliyyətimizə başlamağımızın düz bir ili tamam olur. Bildiyiniz kimi, biz fəaliyyətimizə “Yaxın Şərq” adı ilə başlamışıq, bundan sonra artıq fəaliyyətimizdə müəyyən dəyişikliklər etmişik. Kanalın adı və nizamnaməsi dəyişə bilər, amma Müqavimət yolunda hədəfimiz heç vaxt dəyişməyəcək. Hər bir izləyicimizə ayrı-ayrı ürəkdən təşəkkür etmək istəyirik. Allahın izni ilə kanalın inkişafında ürəkdən köməklik göstərən və layihələrində işləməkdə davam edən bütün qardaşlara da şəxsən təşəkkür edirəm. Bizi izləyən müxaliflərədə təşəkkür edirəm, sizin tənqidiniz bizi daha çox çalışmaqa sövq edir.

Heç kimə sirr deyil ki, bu gün Azərbaycanda bütün media məkanını Qərb və sionistlərin əlindədir. Biz isə indi sizə haqqı batildən ayıra biləsiniz deyə telegramın İslami təfəkkürlü ən möhtəşəm kanallarını təqdim edirik və hər birilərinə öz minnətdarlığımızı bildiririk:


1. t.iss.one/iswnews_az

2. t.iss.one/orxanmammadov

3. t.iss.one/ekremhacizade

4. t.iss.one/yagli_xeber

5. t.iss.one/cihad_313

6. t.iss.one/yemenin_sesi

7. t.iss.one/Herbi_Siyasi

8. t.iss.one/Haqqin_Sesi24

9. t.iss.one/muqavimet_inceseneti

10. t.iss.one/revolution_1979

11. t.iss.one/Huseyniyyun_Az

12. t.iss.one/azerbaycan313

13. t.iss.one/maraqliinfo

14. t.iss.one/felestinin_sesi

15. t.iss.one/kolgedeqalanheqiqetler

16. t.iss.one/DifaiAz

17. t.iss.one/emmarmedia

18. t.iss.one/AzShia

19. t.iss.one/pdf_dini_kitablar

20. t.iss.one/VMuqavimet

21. t.iss.one/islamchat313

© t.iss.one/Pro_Analitika
"Vahid Ümmət"Azərbaycan Ruhanilər Təşkilatı, Azərbaycanda dini etiqadımızı təhqir edən məlum filmlə və qorxmaz, şücaətli qardaşımız Abbas Hüseynə zindanda verilən işgəncərlə bağlı bəyanat yaydı.

Bismilləhir-Rahmənir-Rahim
فَلَا تُطِعِ الْكَافِرِينَ وَجَاهِدْهُمْ بِهِ جِهَادًا كَبِيرًا
Bu mübarək ayənin əsas hədəfi düşmənin yumşaq və mədəni təcavüzü müqabilində müqavimət göstərmək, onlara qarşı mədəni cihad aparmağın zərurətidir. İslam dininin düşmənləri ilk andan incəsənətin zərif dilindən haqqa xidmət etmək əvəzinə onu yüngül göstərmək, məsxərə obyektinə çevirmək və ideoloji üfunət yaymaq üçün istifadə ediblər. Ona görə bu cür xəbis ruhlu varlıqların törətdiyi cinayət böyük və bəzən də bağışlanmaz günahlardan hesab olunur.
Bu günlərdə halı, ağlı və şüur səviyyəsi məlum olan bəzi təlxək ruhlu insanlar təzədən incəsənət pərdəsi arxasında gizlənərək tənqid adı ilə dini ideologiyanın təhqirinə keçdilər. Cəmiyyətin saf və zülal kimi şəffaf mənəvi mühitinə çirkab tökən, həqiqəti öz yırtıcı təbiətlərinin göstərişi ilə tikə-parça etməyə hazır olan incəsənət leşyeyənləri cəmiyyətdə cəzasız qalmalarından zövq alırlar. Onlar sirk qladiatorları kimi özlərini məğlubedilməz zənn edərək qürur və eyni zamanda həqarət dolu sima ilə Allah düşmənlərindən tərif və təşviq gözləyirlər.
Amma qəribə budur ki, bu mənəvi vandallar və ideoloji vampirlər cəmiyyətdə qınaqla üzləşən zaman bəzi zəif iradəli ruhani kimi tanıtdırılan insanların kölgəsinə sığınırlar, həqiqətdə onları da qazandıqları rüsvayedici od əzabında şərik edirlər. Təəssüflər olsun ki, bu ruhani kimi tanınanlar da vücudu şər, ruhu od olan bu varlıqları danlamaq və nəsihət etmək əvəzinə qollarını geniş açaraq onları ağuşuna alırlar. Əfsuslar olsun!
Biz bu şəxslərdən bundan artığını da gözləmirik. Əziz qardaşlarımızdan biri olan Abbas Hüseyn günahsız halda neçə gündür ki, işgəncələr altında əzab çəkir. Belə dırnaqarası ilahiyyatçılar bu məzlumun haqqında iki kəlmə söz danışmaq əvəzinə, dinimizi təhqir edənlərin çirkin əməllərini ört-basdır etməklə məşğuldurlar.
Biz, Vahid Ümmət Ruhanilər təşkilatı olaraq İslam dininə təhqir olan məlum filmlə bağlı hər insanı, eyni zamanda bu təhqirə mənalı razılıq verən ruhani kimi tanınan şəxsləri tənqid edir və onları bu yoldan daşınmağa dəvət edirik.
Əziz qardaşımız Abbas Hüseynə olan işgəncələri məhkum edirik və qardaşımıza bildiririk ki, siz qalibsiniz! Səbr edin, sübhün açılmağına az qalıb!

https://t.iss.one/VAHIDUMMAT
"Vahid Ümmət" Azərbaycan Ruhanilər Təşkilatı, 20 yanvar faciəsi münasibəti ilə Azərbaycan xalqına baş sağlığı verdi.

Şəhidlərin Rəbbinin adı ilə

أُذِنَ لِلَّذِينَ يُقَاتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا ۚ وَإِنَّ اللَّهَ عَلَىٰ نَصْرِهِمْ لَقَدِيرٌ
Məcburi müharibəyə məruz qalanlara cihad və döyüş icazəsi verildi. Çünki onlara zülm olunmuşdur. Allah onlara kömək etməyə əlbəttə, tam qadirdir.
Həcc/39

1990-cı ildə, Sovet rejiminin anti din tapdağı və zülmlərindən nicat tapmaq üçün öz islami qeyrətinə söykənən Azərbaycan xalqı, o rejimin əleyhinə qiyam etdi.
Sovetlər dönəmindən sonra ard-arda hakimiyyətə gələn xəyanətkar rejimlər də sovet ittifaqından heç də geri qalmayaraq Azərbaycan xalqının dininə söykənən milli kimliyini aradan aparmağa davam etdilər.
İllər boyu xalqımıza şəhidlik, şəhadət ruhiyyəsi təbliğ, təlqin edilməli olduğu halda, əksinə, Azərbaycan xalqına düşmən kəsilmiş, sionizm nökəri olan bu rejim, ancaq əxlaqsızlığı, fəsadı, həmcinsbazlığı təbliğ edir. Eyni zamanda Azərbaycan, artıq dözülməz iqtisadi böhranla üz-üzə qalıb, şəhid ailələrinə baxılmır, qazilərə zülm olunur.
Biz inanırıq ki, bütün bu haqsızlıqlara və zülmlərə məruz qalan əziz və qeyrətli xalq, bu gün yenə də öz dini qeyrətinə söykənərək qiyam edə bilər və zülmdən nicat tapa bilər.
Biz"Vahid Ümmət" Azərbaycan Ruhanilər Təşkilatı olaraq xalqımıza, şəhid ailələrinə və bu hadisədə zərərçəkənlərə 20 yanvar faciəsi münasibəti ilə baş sağlığı verir və həmişə əziz xalqımızın yanında olduğumuzu bildiririk.

20/01/2022
"Vahid Ümmət" Azərbaycan Ruhanilər Təşkilatı

https://t.iss.one/VAHIDUMMAT
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Türkiyədə bir qadın cümə namazı moizəsində məscidə daxil olaraq xalqın problemlərini danışmadığına görə dövlət mollasına etiraz edib: Xalqın dərdindən danış. Biz acıq. Burada kifayət qədər ac olan təqaüdçülər var"
Çıxış edən məscid axundu isə "Əsr" surəsini oxuyaraq qadını səbr etməyə səsləyib.

🔸 Qeyd edək ki, cümə namazının mahiyyəti xalqın dərdlərini açıqlamaq və haqsızlığa etirazdır.

"İslam Dünyası Xəbərləri"
https://t.iss.one/iswnews_az/10598
Forwarded from Zühura hazırlıq
🌺💐 Həzrət Fatimeyi-Zəhranın(Ə) mövludu və qadınlar bayramı mübarək.

🔶 Canlı yayım elanı

💠Şeyx Tohid İbrahimbəyli
💠Sudabə ANA İbrahimli

🔸Azərbaycan qadınlarına və analarına amansız hücumlar və Həzrət Zəhra(Ə) kimi olmağın vacibliyi və yolları

🔶"Müsəlman Xalq" YouTube kanalı: https://youtube.com/channel/UCMn3lcRRgUKDRvb-8H8Rq7g

Bu axşam 23 Yanvar
Bakı vaxtı ilə saat 22:30
📣 Əziz və dəyərli izləyicilər!
Artıq "İslam Dünyası Xəbərləri" informasiya mərkəzinin saytı fəaliyyətə başladı!

Hörmə
tli abunəçilər, bildiyiniz kimi İDX xəbər portalı beynəlxalq xarakter daşıyır. Biz bir neçə dildə fəaliyyət göstəririk və dünyanın 10-dan çox ölkəsində əməkdaşlarımız var. Xüsusilə Azərbaycan bölməsi üçün yeni proyektə imza ataraq İDX-in rəsmi saytı fəaliyyətə start götürür.

Allahın iznilə çalışacağıq ki, haqq və batilin üz-üzə qaldığı bu informasiya savaşında həqiqətləri vaxtında sizə çatdıraq.

🗣 Saytda əsasən hadisələrin təfərruatı, təhlillər və müsahibələr yerləşdiriləcək.

🛠 Təbii ki, sayt hələ sınaq mərhələsindədir və çatışmamazlıqlar qaçılmazdır. Buna görə də sayta baş çəkərək irad və təkliflərinizi bildirməklə bizə yardımçı ola bilərsiniz.

📩 İnşallah yaxın günlərdə əlaqə üçün İD və E-mail adresini elan edəcəyik.

#Paylaşaq #Dəstək_olaq

Buyurun 🎉 😊 👇

🌐 https://aze.iswnews.com/