Simurq (𝒪𝓇𝓍𝒶𝓃 𝑀ə𝓂𝓂ə𝒹𝑜𝓋)
14.2K subscribers
1.92K photos
1.32K videos
167 files
4.03K links
Bu kanalda:
🟢 Orxan Məmmədovun fərqli təhlilləri ilə tanış olacaqsınız
🟢Dünyada baş verən maraqlı hadisələrdən xəbərdar olacaqsınız
🟢📙 Fərdi inkişafa kömək edəcək kitablarla (audio və PDF) tanış olacaqsınız

https://t.iss.one/orxan_mamedov_rus
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bir gün Sədə dağlarında sayı bir neçə yüzə çatmayan Yəmən Ənsarullah şiələri mağaralarda gizlənməyə məcbur idilər.
Kimin ağlına gələrdi ki, hakimiyyətə çatarlar və belə qüdrətli olarlar?
Dünyanın ən qüdrətli ölkələri ilə döyüşüb qalıb gələrlər?
İradə budur!
Düşünən insanlar üçün nə qədər ibrət var!

https://t.iss.one/Qafsimurq

Kanala üzv olmaqla və həqiqətləri paylaşmaqla informasiya savaşında yardımçı olun
Xatirələr -1

"Biz İmam Hüseyn (ə) dövründəyik, yoxsa İmam Sadiq (ə) və İmam Baqir (ə) dövründə?"
Bir nəfər gəlib oturdu qabağımda və bir az narahat halda bu sualı soruşdu!
Niyyətini bilirdim.
Sakit halda dedim ki, biz İmam Məhdinin (ə) dövründəyik. Böyük qeybət dövründə və zühur əsrində. Buna əsasən fərqli bir vəzifəmiz var.
Burda "əsr" deyəndə məqsədim yüzillik deyildi. "Fərqli vəzifə" də digər məsumların tarixinə biganəlik mənasında deyildi. Muxatəbim savadsız adam deyildi, ona görə bunun izahına ehtiyac duyulmadı.
Bir an duruxdu. Sonra gülümsəyib, söhbəti dəyişdi. Fikrimi soruşdu, proqram və planım haqqında sual verdi.
Sonra dedi ki, mənə sənin haqqında ayrı bir şey demişdilər. And olsun ki, dediklərinin hamısı ilə razıyam.
Onsuz da bilirdim ki, xüsusi bir cərəyan bizimlə digər ruhanilərin və şəxsiyyətlərin arasını vurmaq məsələsində mütəxəssisdir. Buna görə dediklərini tam səmimi qəbul etdim.

Orxan Məmmədov

#fitnə
#yalan
#nifaq
https://t.iss.one/Qafsimurq

Kanala üzv olmaqla və həqiqətləri paylaşmaqla informasiya savaşında yardımçı olun
Simurq (𝒪𝓇𝓍𝒶𝓃 𝑀ə𝓂𝓂ə𝒹𝑜𝓋)
Elmi bilgi heç vaxt neytral (bitərəf) olmur. O, qüdrət sahiblərinə və hakimiyyətlərə xidmət edir. Bununla razısınız? Bəli 👍 Xeyr 👎 https://t.iss.one/Qafsimurq Kanala üzv olmaqla və həqiqətləri paylaşmaqla informasiya savaşında yardımçı olun
Açığı, bu fikir mənim deyildi. Fransız filosofu Mişel Fuko deyib.
Amma icazə verin bir az fərqli yanaşım.
Əgər "elm" sözü burda praktiki əhəmiyyətə malik "science" mənasındadırsa onda bu cür demək olar: "Dövlət və qüdrət sahibləri bu cür elmi tam öz ixtiyarlarında saxlamaq istəyirlər." İmkanı və sərvəti hesabına bir həddə kimi dediyim dairələr bu sahəni idarə edir
Yox, əgər "knowledge"(ümumiyyətlə bilgi) mənasındadırsa, özü dövlət bunu kontrol etməyə çalışır. Lakin həmişə bacarmır.
Buna görə, Fukonun sözü ilə tam razı deyiləm.

https://t.iss.one/Qafsimurq

Kanala üzv olmaqla və həqiqətləri paylaşmaqla informasiya savaşında yardımçı olun
Amma, məsələn, iqtisadiyyat elminin ( müasir tərifi) mövcud olması məsələsini qəbul etmirəm. Yazılan qalın kitablar, ali məktəblər, çoxlu düsturlar... bunların tam əksəriyyəti iqtisadiyyatı dəqiq, riyazi bir elm kimi göstərmək cəhdidir.
Diqqət edin! İqtisadiyyat adlı sahəni danmıram. İndi bizə tədris olunan iqtisad "elminin" yalan olduğunu deyirəm. Bu, bizi mövcud ictimai, iqtisadi ədalətsizliklərlə barışdırmaq üçün istifadə olunan, əksərən yalan "nəzəriyyələr" toplusudur.
Hər halda, bu, mənim fikrimdir və bunu müdafiə etməyə də hazıram.

#iqtisadiyyat
#elm
https://t.iss.one/Qafsimurq

Kanala üzv olmaqla və həqiqətləri paylaşmaqla informasiya savaşında yardımçı olun
O, Allaha qarşı ixlaslı idi. (Şəhid Muhəmməd İbrahim Himmətdən xatirələr)…
PDF Kitabxana
Audiokitab - İxlaslı Bəndə

#kitab
#audio
#bilgi
https://t.iss.one/Qafsimurq

Kanala üzv olmaqla və həqiqətləri paylaşmaqla informasiya savaşında yardımçı olun
Səsli Kitab. İsmayıl bəy Qutqaşınlı - RƏŞİD BƏY VƏ SƏADƏT XANIM.
HAYAT KİTAB
📚 Rəşid bəy və Səadət xanım — İsmayıl bəy Qutqaşınlının Fransada çap etdirdiyi hekayə.
Hekayə Qəbələ xanlarının nəslindən olan Səadət xanımla, Şəki xanlarının nəslindən olan Rəşid bəyin sevgisindən, həmin dövr Azərbaycan mühitinin gerçəkliklərindən bəhs edir.

Kitabxanam -sirli dünyam
Simurq (𝒪𝓇𝓍𝒶𝓃 𝑀ə𝓂𝓂ə𝒹𝑜𝓋)
HAYAT KİTAB – Səsli Kitab. İsmayıl bəy Qutqaşınlı - RƏŞİD BƏY VƏ SƏADƏT XANIM.
Bu kitaba iki baxışla qulaq asmaq olar.
Birinci, əşşşi, bu nədir, eşq dastanını paylaşmısan?!
İkinci, bu əsər Azərbaycan ədəbiyyatının ilk nəsr əsərlərindən biridir. Burda məhəbbət dastanı verilməkdən əlavə, həm də xalqımızın qəhrəmanlıq üçün ilham mənbələri ( məsələn, Şahnamə), iffət, naməhrəmlə danışmaqdan cəkinmə və s. təqdim olunub. Bütün bunlar hər halda kimliyimizin bir parçası olub.
Mən kanalda olan izləyicilərimizin əksəriyyətinin təhqiqatçı, düşüncə sahibi olduğunu bildiyimdən düşüncə üçün qapıların geniş açılmasının tərəfdarıyam. Buna görə bu kimi məlumat və kitabları paylaşıram.

Orxan Məmmədov

#kitab
#düşüncə
#elm
#kimlik
#həya

https://t.iss.one/Qafsimurq

Kanala üzv olmaqla və həqiqətləri paylaşmaqla informasiya savaşında yardımçı olun
İmam Məhdinin (ə) imamətinin ilk günü...
İlahi, bizdən və nəslimizdən Əhli -Beytə (ə) xidmət etməyən insan qərar vermə. Bizi bu yolda yaşat və bu yolda öldür.
Bizi Axırzaman fitnəsindən qoru!
Bizi dinlə dünya qazanan din alverçisi olmaq bəlasından qoru!
Amin!

https://t.iss.one/Qafsimurq

Kanala üzv olmaqla və həqiqətləri paylaşmaqla informasiya savaşında yardımçı olun
Xatirələr - 2

Telefonum zəng çaldı. Götürdüm və cavab verdim. Təhlilçi doktor Muvəhhidian idi. Sionizmlə bağlı konferensiyada iştirak etməyimi istədi. Kimlərin konferensiyada iştirak edəcəyini soruşdum. Bir neçə nəfərin adını çəkdi. Bunlar İranın Azərbaycandakı keçmiş səfiri, eyni zamanda Azərbaycanda mədəniyyət sahəsində işləmiş bir neçə iranlı idi. Hazırda tədris və bu kimi işlərlə məşğuldurlar.
Razılaşdım və konferensiyaya getdim.
Konferensiyaya bir az gecikmişdim. Yerim icraçıya yaxın yerdə, İranın Azərbaycandakı keçmiş səfiri doktor Pakayinlə üz-üzə idi. Keçib kresloda oturdum. Doktor Pakayindən başqa mənimlə həmsöhbət olacaq digər üç nəfər də İran türkləri idi, beş nəfərlik və üstəgəl doktor Muvəhhidianin sədrliyi ilə konferensiya başladı.
Stolun ətrafında bir neçə nəfər də oturmuşdu və mən onları tanımırdım. Əvvəldən axıra kimi, hətta konferensiyadan sonra da onlarla heç bir söhbətim olmadı. Rəsmi görüş qurtarandan sonra doktor Pakayin və doktor Duzalla (İran türkü) mədəniyyət sahəsində, məntəqənin geosiyasətindən və iki ölkə arasında rabitələrdən qısa söhbətimiz oldu.
Sonra namaz üçün aşağı düşdük. Bir neçə nəfər, o cümlədən doktor Pakayin mənə iqtida etdilər və namazı qılıb yola çıxdım.
Amma bu konferensiyadan aylar sonra bildim ki, orda bir erməni əsilli İran xarici işlər nazirliyinin işçisi olan İran vətəndaşı (mənə çatan məlumata görə) da olub.
Dastan burdan başladı. İlk olaraq Amerikada olan və sionistlərlə sıx rabitədə olan separatçı "GünazTV" başladı...
Ardı var...

(Onlar yuxarıdakı şəkli bu formada təhrif olunmuş şəkildə yaymağa başladılar)

Orxan Məmmədov

#fitnə
#yalan
#nifaq
https://t.iss.one/Qafsimurq

Kanala üzv olmaqla və həqiqətləri paylaşmaqla informasiya savaşında yardımçı olun
Dostum deyir ki, xəbərin var? Türkiyədə transların gözəllik yarışını keçirdiblər?
Hər halda...
Bu, olub. Amma iş bundadır. Bir zaman Osmanlı imperiyasını (daha doğrusu, "xilafət" adlanırdı) qurub, Avropanı qorxu içində saxlayan bir xalqı bu qədər təhqir edirlər. Türkiyənin imperiya tarixi İslamla və şəriət dövləti (xilafət, öz fiqhləri ilə idarə olunurdu hər halda) ilə bağlıdır. Bunu ancaq savadsız adam dana bilər. "Miss trans" tarixi isə sekulyarizmlə bağlıdır.
Bu, danılmaz həqiqətdir!

Orxan Məmmədov

https://t.iss.one/Qafsimurq

Kanala üzv olmaqla və həqiqətləri paylaşmaqla informasiya savaşında yardımçı olun
Heç müşahidə etmisiniz?
Şəriət və dinə qail olan və dində hoqqabazlıq etməyənləri "qaragüruhçu" adlandıran bir zümrəni...
Arada çox iyrənc olurlar. Dini oyuncağa çevirib, etiqadlı insanları alçaltmaq üçün "qaragüruhçu" adını onlara yapışdırırlar.

https://t.iss.one/Qafsimurq

Kanala üzv olmaqla və həqiqətləri paylaşmaqla informasiya savaşında yardımçı olun
Forwarded from ƏMMAR MEDİA
İslamı qəlbdə qəbul edib, əməldə qəbul etməyən mufsiddir!
İslamı əməldə qəbul etdiyini iddia edib (özünü müsəlman göstərib), amma qəlbi etiqadı olmayan münafiqdir!
Allah Rəsuluna ən böyük çətinlikləri münafiqlər yaradırdı.
İmam Əliyə (ə) ən böyük çətinlikləri mufsidlər yaradırdı.
Bu gün düçar olduğumuz problemlərin kökü nifaq cərəyanındadır.
Uzun illər rəhmani İslam təbliğini etdilər. Bu, onların gətirdiyi bidət idi.
Halbuki bizə rəhmani qüdrət nəzəriyyəsi lazım idi.
O qədər rəhmani islamdan danışdılar ki, rəhmani qüdrəti bidət zənn etdik.
Bizim gələcəkdə də ən böyük problemimiz nifaq cərəyanı ilə olar.
Onlar bizim üçün mufsidlər cərəyanından daha qorxuludurlar.

©️ Şeyx Orxan Məmmədov

https://t.iss.one/emmarmedia
Xatirələr -3

Dostlar mənə "GünazTV" - nin verilişini açıb göstərdilər. Orda Cavad adlı aparıcı kahinlik edir, qeybdən xəbər verir və əlbəttə, şeytana papış tikirdi. Erməni əsilli diplomatın şəklini göstərərək, guya onunla görüş keçirməyimi iddia edirdi.
Mən əlimi yellədim ki, boşla. Boş qazanı danqıldadır. Birinci, hamı bilir ki, mən erməni ilə söhbətim olmayıb. İkinci, lap ola da bilərdi. Xeyir ola, özləri erməni ilə araq içmək istəyirlər, əlaqə qururlar. Əgər İslam üçün lazım olsa erməni ilə də görüşərəm. Bunlardan icazə alası deyiləm ki? Amma hər halda yalan deyir, kahinlik edir. Normal adam buna inanmaz. Hamı görür ki, o məndən uzaqda oturub, söhbətdə də əvvəl -axır iştirak etməyib. Mən ovçumu iyləməmişəm ki? Bunlar kimi kahinlik də bacarmıram...
Amma bir az keçmədi ki, Rusiyadan və digər yerlərdən mənə yazmağa başladılar ki, qardaş, niyə erməni ilə görüşmüsən?
Bunu hardan eşitdiklərini soruşdum. Bir adamların adlarını çəkirdilər ki, hamısının başı bir yerə bağlı idi. Quruyub qalırdım.
Nə isə... Bəzən izah edirdim və bəzən də təəssüflə "ah" çəkirdim.
Gördüm, yox, Cavadın boş qazanına aş tökən var...
Özü də öz cinsimizdəndir!

Orxan Məmmədov

#fitnə
#yalan
#nifaq
https://t.iss.one/Qafsimurq

Kanala üzv olmaqla və həqiqətləri paylaşmaqla informasiya savaşında yardımçı olun
Acı həqiqət!

https://t.iss.one/Qafsimurq

Kanala üzv olmaqla və həqiqətləri paylaşmaqla informasiya savaşında yardımçı olun
İnsan qəribə varlıqdır.
Uşaq olarkən daha böyük uğur və imkanlara çatmaq üçün böyüməyə can atır. Ömrünün ən qüdrətli və fəal vaxtına çatanda isə qürur və gənclik atının yüyənini boşlayır.
Sonra isə yaşlanır, qocalır. Bu zaman həsrət və təəssüf dövrü başlayır.
Beləcə, insan yaranan gündən bu səhvi təkrar edir.
Qəribədir! Çox qəribədir!