Simurq (𝒪𝓇𝓍𝒶𝓃 𝑀ə𝓂𝓂ə𝒹𝑜𝓋)
12.4K subscribers
1.78K photos
1.25K videos
153 files
3.79K links
Bu kanalda:
🟢 Orxan Məmmədovun fərqli təhlilləri ilə tanış olacaqsınız
🟢Dünyada baş verən maraqlı hadisələrdən xəbərdar olacaqsınız
🟢📙 Fərdi inkişafa kömək edəcək kitablarla (audio və PDF) tanış olacaqsınız
Download Telegram
🔴 DİQQƏT DİQQƏT 🟢 ELAN

🎥🎙️ Orxan Məmmədovun canlı çıxışı

📢 Bu axşam Bakı vaxtı ilə saat 22:30-da (10.07.2021) Orxan Məmmədovun teleqram kanalında çat vasitəsilə və Yotubedə "Müsəlman Xalq" kanalında sizinlə canlı söhbəti olacaq.

📜 Mövzu:
Siyasətdə "balacaların" böyük "rus ruleti" oyunu.
İqtidarın şərləmə kampaniyası onun yalançı qüruruna gec-tez "qəfil partlayan şar effekti" təsiri bağışlayacaq.
Əfqanıstan müqavimət dünyasının bir hissəsi ola bilər?
Muhərrəm ayına hazırlıq.
İzzət yolu vəhdətdədir. Hansı vəhdət? Hadisələr bizə ibrət olmadımı?

🎙️ Verilişi izləmək üçün t.iss.one/orxanmammadov teleqram kanalına üzv olun.
👉 https://t.iss.one/orxanmammadov
🔺🔺🔺
Canlı yayımda sual vermək istəyənlər telegram kanalının canlı çatı vasitəsilə suallarını verə bilərlər.

🎥 Canlı izləmək üçün: "Müsəlman Xalq" YouTube kanalının linki ↩️
https://youtube.com/channel/UCMn3lcRRgUKDRvb-8H8Rq7g

🔴Paylaşın hər kəs görsün:
1923-cu ildə çap olunan satirik jurnal "Molla Nəsrəddin"də Naxçıvan ermənilərinin Aşura mərasimi keçirməyinə karikatura düzəldiblər..
Təkcə Qafqazda yox, hətta Volqa boyuna kimi Azərbaycan vasitəsilə İslam dini mədəniyyəti sürətlə yayılırdı
Bunun qabağını almaq üçün ingilislər cəhd etdilər və bunu türklərin əli ilə icra etdilər. Bunlar yəhudilərin saldığı milli müharibələri qızışdırmaqla şiəliyin Qafqazda yayılmasının qabağını ala bildilər. Sonra isə bu siyasəti ayrı formada ruslar davam etdirdilər.
Surb- müqəddəs deməkdir
6-ci güllə açılacaq! İqtidarın şərləmə kampaniyası. Azərbaycan dindarlarının…
Siyasətdə "balacaların" böyük "rus ruleti" oyunu.
İqtidarın şərləmə kampaniyası onun yalançı qüruruna gec-tez "qəfil partlayan şar effekti" təsiri bağışlayacaq.
Əfqanıstan müqavimət dünyasının bir hissəsi ola bilər?
Muhərrəm ayına hazırlıq.
İzzət yolu vəhdətdədir. Hansı vəhdət? Hadisələr bizə ibrət olmadımı?

Orxan Məmmədov

t.iss.one/orxanmammadov
Hicab düşməni İmam Hüseynin (ə) qətlində şərikdir


İmam Hüseynə (ə) aid olan “Aşura” ziyarətində oxuyuruq: “Biz qiyamət gününə kimi sizinlə sülh edənlərlə sülh edəcəyik və sizinlə döyüşənlərlə döyüşəcəyik”. Biz bu ziyarəti tez-tez oxuyuruq. Amma özümüzə heç sual vermişik ki, kimlərdir İmam Hüseynlə (ə) döyüşənlər? Yaddan çıxartmayaq ki, bu ziyarətnamə məsumlardan bizə çatıb. Döyüşməkdən məqsəd nədir? Hər halda təkcə əldə silah tutub Kərbəlada İmam Hüseynlə (ə) üz-üzə durmaq deyildir. Bu döyüş- yəni İmam Hüseynin (ə) amalları, əqidəsi, hədəfi ilə vuruşmaqdır. Beləliklə bizim iki yolumuz qalır. Ya xasiyyətimizi itirib İmam Hüseynin (ə) amalları ilə döyüşənlərlə barışmalıyıq. Bu halda yenə İmamın qətlinə şərik oluruq. Çünki bir dəstənin pis işlərinə susmaq həmin dəstənin əməlinə razı olmaq deməkdir. Unutmayaq ki, əgər müsəlmanlar Kərbəla faciəsində tamaşaçı və ya hətta passiv tənqidçi qismində qalmayıb meydana gəlsəydilər bu tarixi faciə baş verməzdi. Ikinci yol bütün tənələrdən və təhdidlərdən çəkinməyib meydana gəlməkdir. Bu halda köləlik damğasını alnına yapışdıranlar bizə müxtəlif adlar qoyacaq: “fanatik, radikal islamçı, casus.” Bir sözlə sərhədlərin o tayından əmr olunmuş, çox vaxt mənalarını heş özləri də başa düşmədikləri adları bizə qoyacaqlar. Amma bu məhz peyğəmbərlərin, Allah dostlarının və azad insanların yoludur. Unutmayaq ki, Əbu Cəhllər, Əbu Sufyanlar Peyğəmbərimizə “sehrbaz, dəli” demişlər, Müaviyələr və onun buyruq qulları Əlini (ə) lənətləmişlər, içki düşkünü Yezidin yaltaq və şəxsiyyətsiz “saray ruhaniləri” İmam Hüseyni (ə) “dindən çıxmış”, “dövrün hakiminə qarşı çıxdığı üçün qətli vacib olan” şəxs kimi cilvələndirmişlər. (sadəcə, bü gün kəlmələrlə oynayıb onları bir az “modern” edirlər və inkişafın ən yüksək pilləsinə qalxdıqlarını düşünürlər. Lakin zatən Əbu-Cəhl olaraq qalırlar. Yazıqlar olsun sizə).
Biz İmam Hüseynin (ə) yolunda başından, övladlarından, qardaşlarından keçdiyi bu yolu müqəddəs bilirik. Bizim şüarımız “zillət bizdən uzaqdır” fəryadıdır, bayrağımız əsl ana, əsl bacı nümunəsi olan, misilsiz və şücaətli rəhbər, Kərbəla qəhrəmanı Həzrət ZEYNƏBin müqəddəs HİCABIDIR. Bu bayrağımıza əl uzadan İmam Hüseynlə (ə) döyüşür. Bu bayrağımıza əl uzadan bizi ən pis şəkildə təhqir edir. Əgər onlar bu işlərdən peşman olmayıb qul itaəti ilə xaricdən düşmənlərin əmrini yerinə yetirməyə davam edəcəklərsə biz onları İmam Hüseynin (ə) qətlində şərik bilirik. “Bunu mənim vəzifəm tələb edir” kimi sözləri Hürr Kərbəlada ayaq altına qoydu. Bax gör, Allah səndən nə tələb edir? Unuymayaq ki, Allahın heç kimlə zarafatı yoxdur!
Bəqərə surəsində Allah özləri haqq yoldan azan və başqalarını da azdıran rəhbərlərin Qiyamətdə öz tərəfdarlarından qaçıb, Allahın əzabına düçar olacaqlarını deyəndən sonra buyurur ki, o zaman tabe olanlar: “kaş bir daha dünyaya qaytarılaydıq ki, bu gün onlar bizdən (nifrətlə) qaçdıqları kimi biz də də onlardan (o cür) qaçaydıq!”- deyərlər. (Bəli) Allah əməllərini onlara bu cür həsrətlə göstərər və onlar cəhənnəm odundan çıxa bilməzlər.
🔴"Vahid Ümmət Azərbaycanlı Ruhanilər Birliyi" Müsəlman Birliyi Hərəkatının fəal üzvünün şərlənərək həbs edilməsi barəsində bəyanat yayıb.

🟢Bismillahir-Rahmənir -Rahim
Azərbaycanın fəal və mübariz gənclərindən olan Razi Hümbətovun şərlənərək həbs olunması hər bir vicdanlı və azad insan kimi bizi də narahat edir. Biz bunu həm mübariz qardaşlarımızdan təşkil olunmuş MBH-a, həm bütün azad Azərbaycan gəncliyinə, həm də narkotikə, fəsada qarşı mübarizə aparan bir gəncə qarşı təzyiq kimi qimətləndirir və Razi Hümbətovun tezliklə azad olmasını tələb edirik.
Ümidvarıq ki, din və Azərbaycan gəncliyinin düşmənlərinin bu səfeh hərəkəti qəlblərimizin daha da yaxınlaşmasına, vahid hədəf uğrunda əzmli olmağımıza və zindanda olan bütün digər qardaşlarımızın azadlığı uğrunda daha çox çalışmağımıza səbəb olacaq.

12.07.2021

🔶"Vahid Ümmət" Azərbaycanlı Ruhanilər Birliyi.


https://t.iss.one/VAHIDUMMAT
Dostlar, tezliklə sizə "hegemoniya və molekulyar təxrib" haqqında söhbət təqdim edəcəyik. (Ola bilsin ki, sabah)
Ehtimal verirəm ki, söhbət canlı yayımda olmasın.
Amma ondan sonra teleqramda mövzu ətrafında canlı çatda söhbət və müzakirə edərik. İnşallah

t.iss.one/orxanmammadov
Məlumata görə son anda Gürcüstanda vəziyyət belədir:
Vəziyyət çox gərgindir. Üzdəniraqların məsələsi höküməti və kilsəni lərzəyə gətirib .Kilsə istəmir üzdən iraqlar burda fəsad yaysınlar. Hökümət də kilsəni himayə edir. Ama Qərb və Amerika isə əksinə, təzyiq göstərir.
Parlamentə artiq hücum çəkiblər və içəri giriblər. Nazirlər əlbəyaxa olublar.