Maide.Az/MaideTV
4.98K subscribers
9.08K photos
2.27K videos
133 files
32.5K links
Maide.Az saytının rәsmi telegram kanalına xoş gəlmisiniz!📒

İslami maarif, moizə və İslam təqvimi.

#maide #xeber #islam

Kanalımıza abunə olmağı və paylaşmağı unutmayın.

Bu süfrədən geri qalmayın!
Download Telegram
Bu gün İranda İslam İnqilabının 43-cü illiyi ilə əlaqədar yürüşlər simvolik olaraq avtomobil və motosikletlərlə keçirilir.
Maide.Az xəbər verir ki, Yürüş yerli vaxtla saat 9:30-da ölkənin 1500 şəhər və 3000-dən çox qəsəbə və kəndində başlayıb.
2_5188463425784649484.pdf
938.2 KB
Kitabın adı:"Rəcəb Ayının Fəzilətləri"
Müəllif: Şeyx Səduq
Səhifəsinin sayı: 31
👇İmam Cavadın (ə) həyatına qısa bir baxış

Rəcəb ayının 10-u, yəni Fevral ayının 12-i imam Cavadın (ə) doğum günüdür və elə bu münasibətlə oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq:

“Cavadul-Əimmə” ləqəbi ilə tanınan doqquzuncu imamımız həzrət Muhəmmədtəqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya göz açmışdır. Atası imam Rza (ə), anası isə İslam Peyğəmbərinin (s) həyat yoldaşı Mariya Qibtiyyənin nəslindən olan misirli Səbikə (Səkinə) Novbiyyə, başqa rəvayətə görə isə Xeyzərandır. O, möminə və əxlaqi fəzilətlərə sahib bir qadın olmuşdur. İmam Rza (ə) onun barəsində buyurmuşdur: “O, pak-pakizə və fəzilətli bir qadındır.” (Sireye-pişvayan”, Mehdi Pişvayi, səh.529.)

İmam Cavad (ə) təxminən, səkkiz yaşında ikən, atası imam Rzanın (ə) şəhadətindən sonra, 203-cü hicri-qəməri ilində imamət məqamına çatmış, imamət dövrü on yеddi il sürmüş və iki zülmkar Abbasi xəlifəsinin (Məmun və Mötəsim) dönəmində yaşamışdır.

İmam Cavad (ə) 220-ci h.q. ilinin Zil-həccə ayında Mötəsim Abbasinin xilafəti dönəmində (onun göstərişi və vəzirlərindən birinin katibi, başqa rəvayətə görə, o həzrətin həyat yoldaşı Ümmü-Fəzlin vasitəsilə zəhər yedizdirildi və) iyirmi beş yaşında ikən şəhadətə yetərək Kazimeyn şəhərində babası imam Kazimin (ə) məzarının kənarında dəfn olundu. (“Üsuli-kafi”, c.1, səh.492.)

İmam Rza (ə) şəhadətə yetdikdən sonra, Məmun Abbasi Mərvdən Bağdada köçdü. O, imam Rzanın (ə) oğlu imam Cavadın (ə) elmi-mənəvi məqamından agah olduğu üçün, o həzrəti Mədinədən Bağdada dəvət etdi. Lakin Abbasi sülaləsinin böyükləri və Məmun Abbasinin yaxınları imam Cavadın (ə) Bağdada dəvət olunmasına dair narazılıqlarını irəli sürdülər. Məxsusən, Məmun öz qızı Ümmül-Fəzli imam Cavadla (ə) evləndirəcəyi haqda fikrini irəli sürdükdə, narazılıqlar daha da şiddətləndi. Məmun yaxınlarını imam Cavadın (ə) elmi məqamı və fəzilətlərindən agah etmək üçün Bağdadda o həzrətlə dövrün məşhur alimləri arasında elmi mübahisə və münazirə məclisləri təşkil etdi. İmam Cavad (ə) azyaşlı olmasına rəğmən, bu məclislərdə alimlərin suallarını cavablandırdıqda, hamı o həzrətin elmi və zəkası müqabilində diz şökdü. Bu məclislərdən sonra Məmun öz qızını imam Cavadla (ə) evləndirdi. (Sireye-pişvayan”, Mehdi Pişvayi, səh.529-530.)

İMAM CAVADIN (Ə) ÖVLADLARI

İmam Cavad (ə) Məmun Abbasinin qızı Ümmül-Fəzldən övlad sahibi olmadığından, Ümmü-Vələd ləqəbi ilə məşhurlaşan “Səmanə” adlı digər bir qadınla evləndi və Şeyx Abbas Quminin qeydlərinə əsasən, bu evlilikdən dörd oğul və dörd qız dünyaya göz açdı: 1. İmam Əliyyən-Nəqi (ə); 2. Əbu Əhməd Musa Mübərqə; 3. Əbu Əhməd Hüseyn; 4. Əbu Musa İmran; 5. Fatimə; 2. Xədicə; 3. Ümmü-Gülsüm; 4. Həkimə. (“Müntəhəl-amal”, Şeyx Abbas Qummi, 2-ci cild, səh.446.)

Şeyx Müfid isə özünün “İrşad” kitabında imam Cavadın (ə) dörd övladı – iki oğul və iki qızı olduğu haqda məlumat verir: 1. İmam Əliyyən-Nəqi; 2. Əbu Əhməd Musa Mübərqə; 3. Fatimə; 4. Əmamə.

Maide.az
👇👇
Rəcəb ayı Ayətullah Şəhid Mürtəza Mütəhhərinin kəlamında

Rəcəb ayı tövbə, istiğfar və ibadət ayıdır. Hətta hədislərdə göstərilir ki, əgər bir kəs bu ayda oruc tuta bilməsə, məxsus bir zikr vardır ki, orucun əvəzində həmin zikri hər gün yüz dəfə təkrar etsin. Yadımdadır, bir dəfə mübarək Rəcəb ayında, Yay fəslində öz dövrünün böyük şəxsiyyət və alimlərindən olan Əllamə Hacıağa Rəhim Ərbabın dərsində iştirak etmək və ondan bəhrələnmək üçün İsfahana getmişdik. Mən bu zikri ilk dəfə ondan eşitdim. O, çox astadan danışardı, zikrləri xüsusi aramlıq və qəlb iştirakı ilə zümzümə edərdi:

سُبْحَانَ الْإِلَهِ الْجَلِيلِ سُبْحَانَ مَنْ لَا يَنْبَغِي التَّسْبِيحُ إِلَّا لَهُ سُبْحَانَ الْأَعَزِّ الْأَكْرَمِ سُبْحَانَ مَنْ لَبِسَ الْعِزَّ وَ هُوَ لَهُ أَهْلٌ‏

(Subhanəl iləhil cəlil. Subhanə məl-lə yənbəğit-təsbihu illə ləhu. Subhanəl əəzzil-əkrəm. Subhanə məl-ləbisəl-izzə və huvə ləhu əhlun – “Böyük Allah bütün eyiblərdən pak və uzaqdır. Bütün eyiblərdən pak və uzaqdır o Allah ki, təsbih və zikr Ondan başqasına layiq deyil. Əziz və kərim Allah bütün eyiblərdən pak və uzaqdır. İzzət libasına məxsus və izzət sahibi olan Allah bütün eyiblərdən pak və uzaqdır.”)

Əllamə Hacıağa Rəhim Ərbab bu zikri təkrar-təkrar deyərdi. Yaşlı olduğu və oruc tuta bilmədiyi üçün, orucu bu zikri deməklə əvəz edirdi.
Maide.Az
Forwarded from Maide.Az/MaideTV
Rəcəb ayında hər namazdan sonra oxunan dua
İmam Əlinin (ə) hərəmində mövlud gününə hazırlıq
15 fevral Mövla Əlinin (ə) mövlud günüdür
This media is not supported in your browser
VIEW IN TELEGRAM
13 Rəcəb (15 fevral) İmam Əlinin təvəllüd günüdür. (23 il hicri qəməridən qabaq)
🌹Günün hədisi🌹



Bəyənib paylaşım etməyi unutmayın!
Rəcəb ayının 13,14 və 15-ci günləri - ‘Əyyamül-biz’ (ağ günlər) və onun əməlləri
👇👇👇👇
Hicri-qəməri aylarının 13, 14 və 15-ci günləri “əyyamul-biz” (ağ günlər) adlanır və Rəcəb, Şaban və Ramazan aylarının həmin günlərinin fəziləti olduqca çoxdur. Məxsusən, Rəcəb ayının “ağ günlər” adını daşıyan 13, 14 və 15-ci günlərində oruc tutmaq və ehya saxlamağın (xüsusən, “came” məscidlərində üç gün qalıb oruc tutmaq, ibadət və Allahla raz-niyaz etməyin – etikaf saxlamağın) çoxlu savabı vardır.

İslam Peyğəmbərindən (s) belə nəql olunur: “Hər kim Rəcəb ayının ortalarında üç gün oruc tutsa və gecələri ibadətlə keçirsə, “xalis tövbə” ilə dünyadan köçər.”

İmam Sadiqdən (ə) də belə nəql olunur: “Kim Rəcəb ayının 13, 14 və 15-ci günlərində oruc tutsa və gecələri ibadətlə keçirsə, Allah-Taala ona hər bir gün üçün bir il oruc və ibadətin savabını yazar, qiyamət günü cəhənnəm odundan xilas olanların cərgəsində yer verər.” (“Misbahul-mutəhəccid”, Şeyx Tusi, 2/820.)

Amma hicri-qəməri aylarının 13, 14 və 15-ci günlərinin “əyyamul-biz” (ağ günlər) adlanması ilə bağlı iki səbəb göstərilir:

a) Bu üç günün gecəsində ay bütöv, nurlu və işıqlı olduğu üçün həmin günlərə “ağ günlər” adı verilmişdir.

b) İbn Məsuddan İslam Peyğəmbərinin (s) belə buyurduğu nəql olunur: “Həzrət Adəm (ə) qadağan olunmuş ağacın meyvəsini yedikdən (tərki-övla etdikdən) sonra bədəni qaraldı... Sonra qəlbinə ilham olundu ki, ayın 13, 14 və 15-ci günlərini oruc tutsun... O, bu üç günün hər bir gününü oruc tuturdusa, bədəninin bir hissəsi ağarırdı. Üç gün oruc tutduqdan sonra bədəni tamamilə ağardı. Elə buna görə də, həmin günlərə “əyyamul-biz” (ağ günlər) deyilir.” (“Şərhi-lümə”, Şəhid Sani, “Səvm” (Oruc) kitabı, müstəhəb oruclar bölümü.)