"HUSEYNIYYUN" Azərbaycan İslam Müqaviməti
3.25K subscribers
1.05K photos
665 videos
14 files
2.35K links
Download Telegram
Şeyx Orxan Məmmədov bu gün Qum dövlət üniversitetində, İranın 30-dan çox universitetinin beynəlxalq məsələlər üzrə fəal tələbə təşkilatlarının nümayəndələri önündə, Qafqaz məsələləri mövzusunda çıxış edib.
Daha sonra isə Qafqazda və xüsusilə Azərbaycanda son illərdə baş verən hadisələrlə bağlı tələbələrin suallarını cavablandırıb.

🔷 Azərbaycan Araşdırma Mərkəzi
Təsəvvür edin!
Kərbəla meydanıdır!
İmam Hüseyn buyurur ki, varmı mənə bir kömək edən?
Bir yandan da Həbib İbn Məzahirin, Hürrün və s. səhabələrin doğranmış bədəni var.
Biri də meydana girib İmam Hüseynə kömək etməkdənsə, davamlı şəkildə qışqırır ki, Hürrün ruhuna salavat, Vay, Həbib, vay, Həzrət Əbbasın ruhuna salavat!
Amma İmam Hüseynin sözü yerdə qalır. Hamı salavat deyir, amma Allah vəlisinin nəsihətinə, vəsiyyətinə qulaq asan yoxdur.
Bu salavat Yezidi sevindirər, yoxsa narahat edər?
Bu salavat bəsirətli adamların salavat deməyidir, yoxsa bəsirətsiz?
Bu salavat din və insanlığın düşmənidir, yoxsa din və insanlığa xidmət edən?
Əzizim, Zəngəzur bir ingilis-israil proyektidir.
Vəliyyi fəqih də bu haqda nəzərini deyib.
Biz Vəlinin sözünün yerdə qalmağına görə matəm tutmalıyıq, "Hürr vay, Həbib vay" deyib qışqırmaq aldanmaq və aldatmaqdan başqa bir şey deyil.
Unutma!
Uzağı 2030-cu ilə kimi şiəliyi də məntəqədən siləcəklər!
Proqram bu qədər sadədir!
Vəssalam!
Biz uzun illər zülm altında əzilmişik. Zülmə etiraz etməyə cürətimiz olmayıb. Zaman keçdikcə iki imam Hüseyn yaranıb zehinlərdə. Biri bizim söhbətlərimizdə gələn İmam Hüseyn və biri də həqiqi İmam Hüseyn.

“İmam gəldi, ağladı, dedi, mənə su verin, vermədilər və vurdular onu.” Amma həqiqi Hüseyn deyir ki, haramzadə oğlu haramzadə (Yezid) məni iki yol ayrıcında qoydu. Ya qılıncla ölmək, ya zillət. Mən qılıncı seçirəm.
Bu, ümumiyyətlə başqa Hüseyndir. Bu Hüseynin gözləri susuzluqdan qaralmışdı. Qaranlıq görürdü hər yeri, amma yenə də düşməndən su istəmirdi. Bu həqiqi Hüseyndir...

Şeyx Orxan Məmmədov

🔷 Azərbaycan Araşdırma Mərkəzi
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️Sərdar Salami Şələmçeh sərhəd terminalından zəvvarların son vəziyyətini izah edib.

İslam İnqilabı Keşikçiləri Korpusunun Ali Baş Komandanı Kərbəla ziyarətçilərinə xidmətin təsvirolunmaz təsirinə görə Xuzistan xalqına təşəkkür edib:

"Düşmənlərimiz xalqın bu böyük hərəkatına kölgə saldıqlarına görə kordurlar, lakin burada aşkar olan insanların Seyyid əş-Şuhədaya olan sevgisinin gözəl təzahürləridir"

#İran
#Ərbəin2023

t.iss.one/ar_rad_info
⚡️Ərbəin günlərində HUSEYNİYYUN Azərbaycan Müqavimət Hərəkatının xidmət mokəbləri Nəcəf-Kərbəla yolunda fəaliyyətdədir.

Mokəblər 535, 770, 1297-ci sütunlarda yerləşir və dünyanın hər təərfindən gələn İmam Hüseynin (ə) ziyarətçilərinə müxtəlif növ xidmətlər göstərilir.

Bunun kənarında Azərbaycan hakimiyyətinin xalqımıza xüsusilə dindarlara qarşı zülmləri barəsində marifləndirmə işi görülür.

#Huseyniyyun
#Azərbaycan
#Ərbəin2023

t.iss.one/ar_rad_info