"HUSEYNIYYUN" Azərbaycan İslam Müqaviməti
3.24K subscribers
1.07K photos
665 videos
14 files
2.36K links
Download Telegram
Allah bizə dini qorumağı vacib edib. Sən deyə bilməzsən ki, Allah öz dinini qoruyar . Bu əxlaqi baxımdan qeyrətsizlikdir. "Allah qoruyar" nə deməkdir? Allah dini sənə göndərib və onu qorumaq sənin vəzifəndir. Əxlaqi baxımdan sənə vacib edib bu dini qorumağı...

Şeyx Orxan Məmmədov

🔷 AZƏRBAYCAN ARAŞDIRMA MƏRKƏZİ
Azərbaycan xalqını dindən, İslamdan ayrı göstərmək istəyənlər bunu bilməlidir ki, bu xalqın kimliyi məhz İslam dinidir. Bizim kimliyimiz dindən kənar deyil. Bizim elə milliliyimiz, mili dəyərlərimiz, hər şeyimiz dinə bağlıdır. Xüsusi ilə də Əhli-Beyt məktəbinin davamçıları və onları sevənlər. Bu, bizim kimliyimizdir. Bunu bizdən ayırmağa heç kimin haqqı yoxdur və heç vaxt da bacara bilməyəcəklər.

Şeyx Musa Əsədzadə

🔷 AZƏRBAYCAN ARAŞDIRMA MƏRKƏZİ
Ülgü böhranı və selebriti mərkəzlilik!
Ora və burasını silikonla şişirdərək  üz gözünü plastik cərrahiyyə ilə təmir edib səhnədə atılıb düşən müğənnilər, qolu maşın qəzasında qopan, gündəliyi zəbt edən bloqqer.
Bunlar dəfələrlə sizə dediyimiz ülgü böhranından yaranmış faciələrdir.
Bu cür ruhiyyə hakim olan cəmiyyətdə Yezidlər taxta oturur və Hüseynlər qətlə yetirilir.

Şeyx Orxan Məmmədov

🔷 Azərbaycan Araşdırma Mərkəzi
1_6349126785.pdf
257.2 KB
🏴 İMAM HÜSEYNİN (Ə) RƏHBƏRLİYİ İLƏ...
🔹 Həzrət Ayətullah-üzma Seyyid Əli Xamenei cənablarının çıxışlarında Ərbəin ziyarətinin müxtəlif yönlərinə baxış
Dostlar, çox dala qalırıq. Neçə elmi inqilab baş verib dünyada? Biz hamısından dala qalmışıq. Yeni elmi inqilabın astanasındayıq, amma hələ də primitiv məsələlərdə ilişib qalmışıq. Buna görə Bakıda konsert vermirlər ki, bizim vaxtımız əyləncəli keçsin. Xeyr! Bizim başımızı primitiv məsələlərlə məşğul edirlər, vaxtımızı alırlar ki, dünyada baş verən yeni elmi inqilab astanasında biz yataq. Hələ bilmirik ki, konsertə gedək, ya hara gedək. Faciə ilə üz-üzəyik. Bu bir dərddir ki, indi qəbul etməsələr də 10 ildən sonra qəbul etməyə məcbur olacaqlar. Amma gec olacaq, 10 il sonra nə faydası var?!

Şeyx Orxan Məmmədov

🔷 Azərbaycan Araşdırma Mərkəzi
1918 - 1920 - ci illərdə Azərbaycan dindarlarının başına hansı bəlaları gətirdilər? Nə cür onlardan istifadə etdilər?
1990 - cı illərdən bu yana ən azı iki dəfə Azərbaycan dindarlarını öz məqsədləri üçün istifadə etdilər və sonra onları büküb qoydular qırağa.
Bu səhv təzədən təkrar olmalıdır? Əgər ibrət almayacağıqsa bəs nə üçün biz tarix oxuyuruq?
İmam Əli (ə) buyurur, mömin eyni yerdən iki dəfə sancılmaz. Bizim tariximiz sanki təəssüflər tarixidir. Eyni yerdən dəfələrlə bu ilanlar tərəfindən sancılırıq və hər dəfə də o səhvi təkrar edirik. Yaxşı, haçana qədər belə davam edəcək?
Niyə görə bəzi xalqlar yaşamırlar, aradan gedirlər? Çünki onların başda gedənləri bəsirətli deyillər, çünki emosional hərəkət edirlər. Haydi irəli və bu cür şüarlar. Düşünmürlər ki, bundan sonra və sonra və sonra nə olacaq.
İnsan hadisələrlə rastlaşanda hərtərəfli onu analiz etməyi bacarmalıdır və insan hadisələrlə rastlaşanda gözlərini bağlamamalıdır. Bütün reallıqları görməlidir.
Əksər uçuruma düşənlərin səhvi burdadır, bəzi hadisələri görür, bəzilərinə isə göz yumurlar, görmək istəmirlər. Bunlar uçuruma yuvarlanırlar. Bunlar bəsirətsizdirlər. Ayaqları sürüşür və üzü üstə yerə dəyirlər.
Tarixi hadisələrin təhlilində, düzgün mövqe tutmaqda müvəffəq olmurlar. Biz çox vaxtı həqiqətlərə baxmağa hazır deyilik.
“Bir hadisə baş verir, mən vəcdə gəlirəm, digər hadisələr var ətrafımda, amma mən baxmaq istəmirəm. Məsələn. Quşu tələyə salmaq üçün dən səpirlər. Quş dəni görür, toru görmək istəmir. Ona deyəndə ki, getmə, səni tələyə salırlar, deyir sən düşmənsən, sən xainisən! Bəziləri deyir vətən xainisən, bəziləri də deyir dən xainisən. Gedir və tora düşür. Sonra başlıyır çabalamağa. Tariximizdə belə nümunələr çoxdur. Buna görə həm dəni gör, həm toru gör. Həm də ovlanmamaq üçün ovçunu gör...

Şeyx Orxan Məmmədov

https://t.iss.one/Huseyniyyun_Az
🏴 Azərbaycan xalqının dəyərli ağsaqqalı, İmam Hüseynin (ə) mücahid nökəri, Hacı Fəyyaz Nəbiyevin vəfatı münasibətilə yaxınlarına və bütün Müsəlman xalqa, Nardaranın qeyrətli möminlərinə başsağlığı veririk.
Allah rəhmət etsin.

◾️ Allahummə səlli əla muhəmmədin və ali Muhəmməd


https://t.iss.one/Huseyniyyun_Az
Şeyx Orxan Məmmədov bu gün Qum dövlət üniversitetində, İranın 30-dan çox universitetinin beynəlxalq məsələlər üzrə fəal tələbə təşkilatlarının nümayəndələri önündə, Qafqaz məsələləri mövzusunda çıxış edib.
Daha sonra isə Qafqazda və xüsusilə Azərbaycanda son illərdə baş verən hadisələrlə bağlı tələbələrin suallarını cavablandırıb.

🔷 Azərbaycan Araşdırma Mərkəzi
Təsəvvür edin!
Kərbəla meydanıdır!
İmam Hüseyn buyurur ki, varmı mənə bir kömək edən?
Bir yandan da Həbib İbn Məzahirin, Hürrün və s. səhabələrin doğranmış bədəni var.
Biri də meydana girib İmam Hüseynə kömək etməkdənsə, davamlı şəkildə qışqırır ki, Hürrün ruhuna salavat, Vay, Həbib, vay, Həzrət Əbbasın ruhuna salavat!
Amma İmam Hüseynin sözü yerdə qalır. Hamı salavat deyir, amma Allah vəlisinin nəsihətinə, vəsiyyətinə qulaq asan yoxdur.
Bu salavat Yezidi sevindirər, yoxsa narahat edər?
Bu salavat bəsirətli adamların salavat deməyidir, yoxsa bəsirətsiz?
Bu salavat din və insanlığın düşmənidir, yoxsa din və insanlığa xidmət edən?
Əzizim, Zəngəzur bir ingilis-israil proyektidir.
Vəliyyi fəqih də bu haqda nəzərini deyib.
Biz Vəlinin sözünün yerdə qalmağına görə matəm tutmalıyıq, "Hürr vay, Həbib vay" deyib qışqırmaq aldanmaq və aldatmaqdan başqa bir şey deyil.
Unutma!
Uzağı 2030-cu ilə kimi şiəliyi də məntəqədən siləcəklər!
Proqram bu qədər sadədir!
Vəssalam!
Biz uzun illər zülm altında əzilmişik. Zülmə etiraz etməyə cürətimiz olmayıb. Zaman keçdikcə iki imam Hüseyn yaranıb zehinlərdə. Biri bizim söhbətlərimizdə gələn İmam Hüseyn və biri də həqiqi İmam Hüseyn.

“İmam gəldi, ağladı, dedi, mənə su verin, vermədilər və vurdular onu.” Amma həqiqi Hüseyn deyir ki, haramzadə oğlu haramzadə (Yezid) məni iki yol ayrıcında qoydu. Ya qılıncla ölmək, ya zillət. Mən qılıncı seçirəm.
Bu, ümumiyyətlə başqa Hüseyndir. Bu Hüseynin gözləri susuzluqdan qaralmışdı. Qaranlıq görürdü hər yeri, amma yenə də düşməndən su istəmirdi. Bu həqiqi Hüseyndir...

Şeyx Orxan Məmmədov

🔷 Azərbaycan Araşdırma Mərkəzi