"HUSEYNIYYUN" Azərbaycan İslam Müqaviməti
3.23K subscribers
1.07K photos
665 videos
14 files
2.36K links
Download Telegram
☄️ İranın səfirliyi önünə gül dəstələri qoyulub

İran İR Prezidenti Seyyid İbrahim Rəisi ilə yanaşı digər rəsmilərin şəhadəti ilə əlaqədar olaraq İranın Bakıdakı səfirliyinin qarşısınada gül dəstələri qoyulub.

Ümid edirik ki, digər həmvətənlərimiz də bu işdə aktivlik göstərərlər.

#İran
#Azərbaycan

t.iss.one/ar_rad_info
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Azərbaycan sionist hökümətinin rəzaləti.

Neçə gün bundan əvvəl qaniçən İsrail rejiminin bayrağını və Qurani Kərimi təhqir edənlərin şəkillərini yandırdığına görə hökümət qüvvələri tərəfindən zorla ruhi xəstələr üçün dispanserə yerləşdirilən Oqtay Məmmədovun həyat yoldaşı Oqtay qardaş barəsində məlumat yayıb. Məlumatda deyilir ki, Oqtay Məmmədov öz həyat yoldaşına vəziyyətinin hələlik normal olduğunu bildirib və deyib ki, əvvəl onu həbs etmək istəyən polislər sonra onu ruhi xəstə adı ilə ruhi xəstələr üçün dispanserə yerləşdiriblər.
Oqtay Məmmədovun həyat yoldaşı bildirir ki, dispanserin baş həkimi Oqtay qardaşa sual edərək soruşub: "Allahdan sənə vəhy gəlib?" Cavabında Oqtay Məmmədov deyib ki, yox mənə vəhy gəlmir, sadəcə olaraq mənim dini qeyrətim yol vermədi bu haqsızlıqlara sakit qalam.
Oqtay Məmmədov orada da öz etirazını bildirərək zalım hökümət və Quranı təhqir edənləri lənətləyib. Oqtay qardaş ölümdən qorxmadığını elan edərək sona qədər bu yolda mübarizə aparacağını bildirib.

Əziz müsəlmanlar, zülmə susmayaq öz etiraz səsimizi ucaldaq və zalımları məhkum edək. Bizlər sakit qaldıqca bütün müqəddəsatımız hər gün təhqir olunacaq, azad ruhiyəli insanların hamısının sorağına gedib həbs edəcəklər, necə ki, edirlər.

#Azərbaycan

t.iss.one/ar_rad_info
☄️ Jerusalem Post:
Sionist rejimin prezidenti İsaak Herzoq təhlükəsizlik məsələlərinə görə Azərbaycana səfərini ləğv edib

Əgər xəbər düz olarsa bununla da sionistlərə rejimin mənfur simasını təmizə çıxartmaq üçün Əliyev tərəfindən Azərbaycanda keçirilən COP 29 Beynəlxalq Sammiti rəsmən uğursuzluğa düçar olur.

Azərbaycanlıların İsrail daxilində sionist rejimə qarşı ağır kəşfiyyat zərbələrindən sonra, Azərbaycanı yəhudilər üçün "ən təhlükəsiz yer" adlandıran və "Bakıda Tel-Əvivdən daha rahatlıq" deyən cuhudların Azərbaycandakı təhlükəsizlik hisləri də ciddi zərbə altındadır.

Müqavimətin sayəsində Azərbaycan artıq sionistlər üçün təhlükəsiz deyil...

Əli (ə) şiələri bu xeybəri də fəth edəcək.

#Müqavimət
#Azərbaycan
#İşğalçı_İsrail_Rejimi
#COP29

https://t.iss.one/Ar_Rad_info/74651
☄️ Şeyx Tohid İbrahimbəyli "Azadlıq Öncülləri" konfransında

Konfrans "Bəsici" (könüllü ordu) həftəsi münasibətilə İranın Urmiya şəhərində keçirilir.
Bu konfransın xüsusi qonağı olan Şeyx Tohid İbrahimbəyli, İngiltərə və İsrailin Qafqazdakı nüfuzu və Qafqazın əhəmiyyəti mövzusunda çıxış edib.
Ümumilikdə bu konfransda mindən çox hövzə və universitet tələbəsi iştirak edib

#İran
#Qafqaz
#Azərbaycan

t.iss.one/ar_rad_info
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Media is too big
VIEW IN TELEGRAM
🔸 Ərdəbildə Çaldıran hadisəsi şəhidlərinin anım mərasimində bir ərdəbilli cavanın rəcəzi:
Ərdoğan və yəhudilərlə oturub-duran "qumarbaz" eşitsin: Biz Şah İsmayılın davamçıları olan qeyrətli ərdəbillilərik!

#İran
#Azərbaycan
#Ərdəbil
#Çaldıran
#Müqavimət

https://t.iss.one/Huseyniyyun_Az
🔸Ərdəbildə Çaldıran hadisəsinin anım mərasimi

Çox sayda xarici qonaqların da dəvət olunduğu "Aşuradan Çaldrana, Çaldırandan Zühura" adlı bu təntənəli əzadarlıq mərasimində Ərdəbilin imam-cüməsi, İmam Xameneinin nümayəndəsi Seyyid Həsən Amili çıxış edib.
Məclis Ərdəbilin mərkəzi Əzəm məscidində təşkil olunub.

Məddahlar:

Hacı Mehdi Rəsuli
Hacı Mehdi Sələxşur
Hacı Meysəm Mutiyi
Hacı Rza Nərimani
Hacı Atabək Abdullahi
Hacı Rza Abaslat İbrahimi

#İran
#Azərbaycan
#Ərdəbil
#Çaldıran
#Müqavimət

https://t.iss.one/Huseyniyyun_Az
İran İR Tələbə Bəsic (könüllü) Təşkilatının Qafqaz və Anadolu üzrə qərargahının Muxtar Yaqublunun şəhadəti ilə bağlı bəyanatı:

Allah yolunda öldürülənləri, əsla ölülər zənn etmə! Əksinə, onlar diridirlər və Rəbbi dərgahında onlara ruzi verilir. (Ali-İmran: 169)


İslam müqavimət cərəyanına qarşı duran hər kəs məğlub olar.

Qəddar və saxta sionist rejim öz şər xislətini bir daha ortaya qoydu və İlham Əliyev kimi əlaltısının vasitəsilə İslam mücahidlərini aradan aparmaq siyasətinə uyğun olaraq bu dəfə də mənfur tədbirlərlə Muxtar Yaqublunun şəhadətinə səbəb oldu.

Amma cinayətkar və marionet Əliyev rejimi bilməlidir ki, bu hərəkətlərin heç biri şəhid Muxtar Yaqublu kimi mücahidlərin ümidsizliyinə və azalmasına səbəb olmayacaq. Əksinə sionistlırin planı və sifarişi ilə 1995-ci ildən başlanan bu cinayətkar əməllər nəticəsində xalqın səbri bir gün tükənəcək və onlar bu nahaq tökülən saf qanlarda boğulacaqlar.

Ölkənin Tələbə Bəsic Təşkilatının Beynəlxalq Qafqaz və Anadolu üzrə Baş Qərargahı olaraq Muxtar Yaqublunun şəhid olmasını məzlum Azərbaycan xalqına, mərhumun ailəsinə və bütün müqavimət cəbhəsini sevərlərinə təbrik və başsağlığı veririk!

Sizi əmin edirik ki, Allahın və Onun elçilərinin müjdə verdikləri kimi, xalqa zülm və sitəm edən bütün sistemlər devriləcək və salehlərin zəfər bayrağı dalğalacaqdır.

Həmçinin, ölkənin bütün aidiyyatı orqanlarından, xüsusən də diplomatik dairələrdən İran İslam Respublikası xalqı adından bu cinayətkar rejimə etirazlarını bildirmələrini və bu rejimdə olan 7 min məhbusun azad edilməsi üçün lazımi danışıqların aparılmasını istəyirik.

#İran
#Azərbaycan
#Şəhid_Muxtar_Yaqublu

t.iss.one/ar_rad_info
☄️ İranın Buşehr şəhərində keçirilən Qəzzaya dəstək yürüşündə bir qrup iranlı, Azərbaycan zindanlarında şəhid edilən dindarları yad ediblər

#İran
#Azərbaycan

t.iss.one/ar_rad_info
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM