"HUSEYNIYYUN" Azərbaycan İslam Müqaviməti
3.21K subscribers
1.04K photos
661 videos
13 files
2.33K links
Download Telegram
Həzrət Zeynəbin mövlud məclisi - Şeyx Orxan Məmmədov
Azərbaycan Araşdırma Mərkəzi
Həzrəti Zeynəbin mövlud məclisi

- Həzrət Zeynəb (ə) ülgü və nümunə kimi
- Xalqlar böyük hədəf dalınca olmalıdırlar
- İradə ilə birlikdə olan hədəf
- Bəzi insanlar və xalqlar hədəfsizlikdən tənbəl olur
- Hətta bir nəfər yaxşı dərs oxumursa, çünki hədəf görmür
- Nihilizmdən və puçluqdan qurtulmağın yolu
- Seyyid Həsən Nəsrullah gənclərin dindən uzaq olduğunu görəndə nə qərara gəldi?

Orxan Məmmədov

#audio

https://youtu.be/sKxZGEG56ck?si=Cfy6tZd7tWGNlYHI
🔴 HƏZRƏT XANIM FATIMEYI-ZƏHRANIN (S) İCTİMAİ VƏ SİYASİ HƏYATI VƏ ŞƏXSIYYƏTİNƏ QISA BİR BAXIŞ

Həzrət İmam Seyid Əli Xamenei

🔸 Siyasi və ictimai sahələrdə mübariz və görkəmli qadınların nümunəsi

Siyasi, ictimai və cihad sahələrində həzrət Zəhranın (s) şəxsiyyəti üstün və qabarıq bir şəxsiyyətdir. Belə ki, dünyanın bütün görkəmli siyasi, mübariz və inqilabçı qadınları onun qısa və dərin həyatından dərs götürə bilərlər. Bu qadın inqilab evində doğuldu. Bütün uşaqlıq dövrünü unudulmaz, qlobal və əzəmətli bir mübarizə halında olan bir atanın ağuşunda keçirdi. Bu xanım uşaqlıq dövründə Məkkə mübarizəsinin çətinliklərini daddı, Əbu Talib dərəsinə aparıldı, Məkkə mübarizəsi dövrünün acılığını, çətinliyini, qorxusunu və müxtəlif acılarını duydu. Sonra Mədinəyə hicrət etdikdə bütün həyatı Allah yolunda cihad olan bir insanın həyat yoldaşı oldu. Fatimeyi-Zəhra (s) ilə Əmirəlmömininin (ə) on bir ilə yaxın müştərək həyatında bir dövr olmadı ki, bu ər Allah yolunda cihada qalxmasın, döyüşə getməsin, bu böyük və fədakar xanım bir mücahid insana, əsgərə və müharibə meydanının daimi sərdarına ləyaqətli yoldaşlıq etməsin.
Bu, Fatimeyi-Zəhranın (s) çox əzəmətli, fövqəladə və həqiqətən bənzərsiz olan və şübhəsiz, bəşər zehnində istər bu gün, istər gələcəkdə parlaq və müstəsna bir nöqtə olan cihad həyatıdır.

🔸 Fatimeyi-Zəhranın (s) siyasi və ictimai hadisələrdə iştirakı

Fatimeyi-Zəhranın (s) istər uşaqlıq dövründə, istər Peyğəmbərin Mədinəyə hicrətindən sonra Mədinə daxilində fəaliyyətinin, bütün siyasi və ictimai hadisələrin mərkəzi olan atasının ogünkü ümumi hadisələrinin hamısında iştirak etməsinin özü İslam quruluşunda qadının rolunu göstərir. Əlbəttə, Fatimeyi-Zəhra (s) bu məsələlərin zirvəsindədir. Erkən İslam çağında digər görkəmli qadınlar da olmuşdur. Onlar elmlə, ağılla, müxtəlif hadisələrdə iştirak etməklə, hətta döyüş meydanlarına getməklə, fiziki qüvvəsi olan bəziləri müharibənin rəşadət meydanında qılınc vurmaqla fəaliyyət göstərirdilər. Əlbəttə, İslam bunu qadınlar üçün vacib etməyib və onların boynundan götürmüşdür; çünki onların fiziki xüsusiyyətləri, eləcə də duyğuları ilə uyğun deyil.

🔸 İslamı, imaməti və vilayəti müdafiə

O həzrətin müxtəlif meydanlarda - İslamı müdafiədə, imaməti və vilayəti müdafiədə, Peyğəmbəri müdafiədə, İslamın ən böyük sərdarını, yəni həyat yoldaşı olan Əmirəlmöminini (ə) saxlamaqda olan cihadı nümunə bir cihaddır.

🔸 Mübariz qız və vəfalı həyat yoldaşı

Həzrət Fatimə (s) Məkkənin mübariz qızlarından biri idi. Sonra peyğəmbər qızı olaraq onun digər qadınlarla, tabeliyində olanlarla, hətta öz xadimi ilə rəftarı ibrətamizdir. Evdar bir qadın olması cəhətindən, ailə qurmuş və həyat yoldaşı həmişə silahlı əsgər olan gənc qız olaraq görürük ki, o hətta bir dəfə də bu vəziyyətdən narahat və nigaran olmamışdır. Onun həyat yoldaşı həmişə silahlı əsgərlərdən biri olmuş, təxminən otuz döyüşdə iştirak etmiş, bu yolda yaralanmış və ölümün yaxınlığına qədər irəliləmişdir.

🔸 Siyasi və ictimai işlərdə iştirak etmək

Fatimeyi-Zəhranın (s) Peyğəmbərin vəfatından sonra Mədinə məscidində söylədiyi nitq Əllamə Məclisinin sözünə əsasən, elə bir nitqdir ki, səlis və gözəl natiqlər və alimlər oturub bu çıxışın sözlərini və təbirlərini izah etməlidirlər; yəni bu qədər məzmunludur. Üslub gözəlliyi baxımından Fatimeyi-Zəhranın (s) bu sözü Nəhcül-bəlağənin sözləri kimi dəyərli, Əmirəlmömininin (ə) sözləri həddindədir. Fatimeyi-Zəhra (s) gedir Mədinə məscidində xalqın qarşısında dayanır və bədahətən danışır. O ən yaxşı və ən gözəl təbirlərlə, ən seçilmiş mənalarla bəlkə də bir saat söhbət etmişdir.

🔸 Daimi mübarizə və həzrət Əlinin (ə) xəlifəliyini müdafiə

Həzrət Zəhra (s) Peyğəmbərin vəfatından sonra həzrət Əlinin (ə) xəlifəliyi üçün çalışan qrupun başında dururdu. O, bu yolda məsciddə mühacir və ənsardan olan müsəlmanların izdihamı qarşısında çıxış etdi. O, həyatın müxtəlif sahələrində daimi bir mübariz idi.

/1

🔻🔻🔻
"HUSEYNIYYUN" Azərbaycan İslam Müqaviməti
🔴 HƏZRƏT XANIM FATIMEYI-ZƏHRANIN (S) İCTİMAİ VƏ SİYASİ HƏYATI VƏ ŞƏXSIYYƏTİNƏ QISA BİR BAXIŞ Həzrət İmam Seyid Əli Xamenei 🔸 Siyasi və ictimai sahələrdə mübariz və görkəmli qadınların nümunəsi Siyasi, ictimai və cihad sahələrində həzrət Zəhranın (s) şəxsiyyəti…
🔺🔺🔺
🔸 Haqq müdafiəçisi və xalqın beynini aydınlaşdıran

O (Fatimeyi-Zəhra (s)) Allah tərəfindən imtahan olundu. Allahın bu saleh və seçilmiş bəndəsi özünün on səkkiz illik bütün qısa həyatı dövründə mömin və fədakar bir insan nümunəsidir. O, həqiqəti müdafiə və müsəlman xalqın beyinlərinin aydınlaşdırılması yolunda öz canını əldən verdi.

🔸 Fatimeyi-Zəhranın (s) haqq yolunda şəhidliyi

Bizim şəhidlərimiz də İslamın böyük xanımı kimi parlaq haqq yolunda şəhadətə qovuşdular. Bu haqqı gizlətmək və örtmək üçün dövrün bütün vasitə və alətlərindən istifadə olunurdu.
Allahın dəyişilməz qanunu həzrət Zəhranın (s) gizli xəyallar pərdəsi arxasında qalmasına qoymadı. O qanlı parlaq ulduz zamanın ötməsi ilə işıqlı bir günəşə çevrildi. Bu gün onun adı və məzlumluğunun xatirəsi bütün gizlinlik hasarlarını aşmış, ürəklərin və canların dərinliyinə çatmışdır. Bu parlaqlıq və artım davam edəcək: "Biz sənə kövsər əta etdik..." Bizim əziz şəhidlərimizin adı və xatirəsi də qadınların sərvəri kimi zamanın ötməsi ilə daha nurlu və daha təsirli olacaq.

/2
☄️ Jerusalem Post:
Sionist rejimin prezidenti İsaak Herzoq təhlükəsizlik məsələlərinə görə Azərbaycana səfərini ləğv edib

Əgər xəbər düz olarsa bununla da sionistlərə rejimin mənfur simasını təmizə çıxartmaq üçün Əliyev tərəfindən Azərbaycanda keçirilən COP 29 Beynəlxalq Sammiti rəsmən uğursuzluğa düçar olur.

Azərbaycanlıların İsrail daxilində sionist rejimə qarşı ağır kəşfiyyat zərbələrindən sonra, Azərbaycanı yəhudilər üçün "ən təhlükəsiz yer" adlandıran və "Bakıda Tel-Əvivdən daha rahatlıq" deyən cuhudların Azərbaycandakı təhlükəsizlik hisləri də ciddi zərbə altındadır.

Müqavimətin sayəsində Azərbaycan artıq sionistlər üçün təhlükəsiz deyil...

Əli (ə) şiələri bu xeybəri də fəth edəcək.

#Müqavimət
#Azərbaycan
#İşğalçı_İsrail_Rejimi
#COP29

https://t.iss.one/Ar_Rad_info/74651
İnqilab rəhbəri İmam Xamenei Fəth surəsini, Səhifə Səccadiyyənin 14-cü duasını və Təvəssül duasını müqavimət cəbhəsinin uğuru üçün oxumağı tövsiyə etdi.

https://t.iss.one/Qafsimurq
Forwarded from 𝐀𝐫-𝐑𝐚𝐝
☄️ Şeyx Tohid İbrahimbəyli "Azadlıq Öncülləri" konfransında

Konfrans "Bəsici" (könüllü ordu) həftəsi münasibətilə İranın Urmiya şəhərində keçirilir.
Bu konfransın xüsusi qonağı olan Şeyx Tohid İbrahimbəyli, İngiltərə və İsrailin Qafqazdakı nüfuzu və Qafqazın əhəmiyyəti mövzusunda çıxış edib.
Ümumilikdə bu konfransda mindən çox hövzə və universitet tələbəsi iştirak edib

#İran
#Qafqaz
#Azərbaycan

t.iss.one/ar_rad_info
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Azərbaycanda təbliğat aparırlar ki, İran Azərbaycanla müharibə edəcək. Bir daha izah verim; İran Azərbaycanla heç vaxt müharibə etməyəcək. Bu, mümkün deyil. Heç vaxt!
Bu sözü deyən ya yalançıdır, ya cahildir! Çünki İran İslam Respublikasının Azərbaycan xalqına minnətsiz bir məhəbbəti var və həmişə xalqımızın həqiqi himayətçisi olub.
Amma İran İslam Respublikası Azərbaycanı işğal etmiş sionist ünsürlərə, NATO tör-töküntülərinə, təkfirçi ikiayaqlılara, onların ölkə daxilində himayətçilərinə qarşı əməliyyat apara bilər.
Qarışdırmayın, cənablar! Bu ünsürlərin heç biri azərbaycanlı deyil və Azərbaycan xalqının nümayəndələri sayılmır!
Hər şeyi öz adı ilə adlandırın!

Orxan Məmmədovun üç il qabaqkı çıxışından

https://t.iss.one/Qafsimurq
Forwarded from 𝐀𝐫-𝐑𝐚𝐝
Nardaran hadisəsinin 9-cu il dönümü

Bu gün qanla yaddaşlarda qalan Nardaran hadisələrindən 9 il ötür. 2015 ci il 26 noyabr zalım rejimin sionizmə xidməti nəticəsində, bir qrup inanclı insanların namaz üstündə, silahlı  hücuma məruz qalaraq bəzilərinin şəhid edilməsi və bəzilərinin də həbs olunması ilə nəticələnən bu hadisə, illər keçsə də xalqın yaddaşlarında "Qisas Günü" kimi qalıb.

Nardaran şəhidləri:
Rəfail Bünyatov
Fərail Bünyatov
Əkbər Babayev
Sərvan Səfərov.

Allah şəhidlərin qisasını almağı bizlərə nəsib etsin
!


#آزادی_زندانیان
#الحرية_للسجناء
#freedom_for_prisoners
#свобода_политзаключённых
#məhbuslar
#Azerbaijan
#öldürməazadet
#dindarlariazadet
#mehbuslara_azadlıq
#əliyev_rejiminə_son
#məhbus_məktubu
#nardaran
#hacıtale

t.iss.one/Mehbus_Mektubu
Forwarded from PDF Kitabxana
Azərbaycan Araşdırma Mərkəzində nəşr olunmuş və ya səsləndirilmiş kitabların bir qismi

https://t.iss.one/pdf_dini_kitablar