"HUSEYNIYYUN" Azərbaycan İslam Müqaviməti
3.23K subscribers
1.04K photos
662 videos
13 files
2.34K links
Download Telegram
Məcnun Leyliyə o qədər sadiq idi ki, gördü Leylini ona qaytaracaqlar, amma Leylinin qəbiləsi məğlub olur, qılıncını çəkdi, öz dostlarıyla döyüşdü. Bu, məhəbbətdə bir sədaqət idi. Allah üçün bu cür olmalıyıq. Əgər ata-anamız, qohumlarımız, qəbiləmiz, elimiz Allah ilə savaşa qalxıbsa, durun onların qabağında.
Sən Məhərrəmlikdə, Aşurada İmam Hüseynin (ə) bayrağını qırağa qoyursan və Allaha məhəbbətdən danışırsan? Xeyr, bu Allaha hiylə gəlmək istəyidir. Bu, Allah düşməninə tabe olmaqdır.

Şeyx Orxan Məmmədov

🔷 Azərbaycan Araşdırma Mərkəzi
İyrənc ikiüzlülük.
Azərbaycanda İslam dininə və müqəddəslərə qarşı açıq müharibə edən hakimiyyətin bədbəxt və alçaq mətbuatı guya Avropada Quran yandırılmasına narahatdır, hətta qəzəb göstərən smaylik də qoyublar.
Nə qədər iyrənc ikiüzlülük!
İmam Hüseyn əleyhissəlamı öldürənləri tanıdıq, amma bunun faydası azdır. Demirəm ki, heç yoxdur, sadəcə deyirəm ki, faydası azdır.
İmam Hüseyn əleyhissəlamı ölümə verənlər daha qorxuludur.
Qəlbi guya İmamla olub, maraqları Yezidə "rəis" və "ali baş komandan" deməkdə olanlar. Buna görə qılıncları da İmama qarşı qalxdı, ya da sadəcə sükut etdilər.
Bir də vecsiz adamlar... "Mənə nə?" çürük məntiqinin sahibləri...
Zühur üçün də ən xətərli adamlar bunlardır...

Şeyx Orxan Məmmədov

🔷 Azərbaycan Araşdırma Mərkəzi
Müxtəlif müqavimət kanallarında  paylaşılan paylaşımlar barədə göndərilən çoxsaylı suallara cavab

Tohid İbrahimbəyli

https://t.iss.one/Huseyniyyun_Az
Forwarded from Ayətullah Xamenei
Zirvəyə yaxınıq!

Artıq çətin maneələri aşaraq
zirvəyə yaxınlaşmışıq.
Yorulmaq qadağandır!
İndi yorulmaq və ümidsizlik
vaxtı deyil. Bu gün şövq, ümid
və hərəkət zamanıdır!

İmam Xamenei
17.08.2023

╭──➤  @ayetullahxamenei
╰───────────────────
Allah bizə dini qorumağı vacib edib. Sən deyə bilməzsən ki, Allah öz dinini qoruyar . Bu əxlaqi baxımdan qeyrətsizlikdir. "Allah qoruyar" nə deməkdir? Allah dini sənə göndərib və onu qorumaq sənin vəzifəndir. Əxlaqi baxımdan sənə vacib edib bu dini qorumağı...

Şeyx Orxan Məmmədov

🔷 AZƏRBAYCAN ARAŞDIRMA MƏRKƏZİ
Azərbaycan xalqını dindən, İslamdan ayrı göstərmək istəyənlər bunu bilməlidir ki, bu xalqın kimliyi məhz İslam dinidir. Bizim kimliyimiz dindən kənar deyil. Bizim elə milliliyimiz, mili dəyərlərimiz, hər şeyimiz dinə bağlıdır. Xüsusi ilə də Əhli-Beyt məktəbinin davamçıları və onları sevənlər. Bu, bizim kimliyimizdir. Bunu bizdən ayırmağa heç kimin haqqı yoxdur və heç vaxt da bacara bilməyəcəklər.

Şeyx Musa Əsədzadə

🔷 AZƏRBAYCAN ARAŞDIRMA MƏRKƏZİ
Ülgü böhranı və selebriti mərkəzlilik!
Ora və burasını silikonla şişirdərək  üz gözünü plastik cərrahiyyə ilə təmir edib səhnədə atılıb düşən müğənnilər, qolu maşın qəzasında qopan, gündəliyi zəbt edən bloqqer.
Bunlar dəfələrlə sizə dediyimiz ülgü böhranından yaranmış faciələrdir.
Bu cür ruhiyyə hakim olan cəmiyyətdə Yezidlər taxta oturur və Hüseynlər qətlə yetirilir.

Şeyx Orxan Məmmədov

🔷 Azərbaycan Araşdırma Mərkəzi
1_6349126785.pdf
257.2 KB
🏴 İMAM HÜSEYNİN (Ə) RƏHBƏRLİYİ İLƏ...
🔹 Həzrət Ayətullah-üzma Seyyid Əli Xamenei cənablarının çıxışlarında Ərbəin ziyarətinin müxtəlif yönlərinə baxış
Dostlar, çox dala qalırıq. Neçə elmi inqilab baş verib dünyada? Biz hamısından dala qalmışıq. Yeni elmi inqilabın astanasındayıq, amma hələ də primitiv məsələlərdə ilişib qalmışıq. Buna görə Bakıda konsert vermirlər ki, bizim vaxtımız əyləncəli keçsin. Xeyr! Bizim başımızı primitiv məsələlərlə məşğul edirlər, vaxtımızı alırlar ki, dünyada baş verən yeni elmi inqilab astanasında biz yataq. Hələ bilmirik ki, konsertə gedək, ya hara gedək. Faciə ilə üz-üzəyik. Bu bir dərddir ki, indi qəbul etməsələr də 10 ildən sonra qəbul etməyə məcbur olacaqlar. Amma gec olacaq, 10 il sonra nə faydası var?!

Şeyx Orxan Məmmədov

🔷 Azərbaycan Araşdırma Mərkəzi
1918 - 1920 - ci illərdə Azərbaycan dindarlarının başına hansı bəlaları gətirdilər? Nə cür onlardan istifadə etdilər?
1990 - cı illərdən bu yana ən azı iki dəfə Azərbaycan dindarlarını öz məqsədləri üçün istifadə etdilər və sonra onları büküb qoydular qırağa.
Bu səhv təzədən təkrar olmalıdır? Əgər ibrət almayacağıqsa bəs nə üçün biz tarix oxuyuruq?
İmam Əli (ə) buyurur, mömin eyni yerdən iki dəfə sancılmaz. Bizim tariximiz sanki təəssüflər tarixidir. Eyni yerdən dəfələrlə bu ilanlar tərəfindən sancılırıq və hər dəfə də o səhvi təkrar edirik. Yaxşı, haçana qədər belə davam edəcək?
Niyə görə bəzi xalqlar yaşamırlar, aradan gedirlər? Çünki onların başda gedənləri bəsirətli deyillər, çünki emosional hərəkət edirlər. Haydi irəli və bu cür şüarlar. Düşünmürlər ki, bundan sonra və sonra və sonra nə olacaq.
İnsan hadisələrlə rastlaşanda hərtərəfli onu analiz etməyi bacarmalıdır və insan hadisələrlə rastlaşanda gözlərini bağlamamalıdır. Bütün reallıqları görməlidir.
Əksər uçuruma düşənlərin səhvi burdadır, bəzi hadisələri görür, bəzilərinə isə göz yumurlar, görmək istəmirlər. Bunlar uçuruma yuvarlanırlar. Bunlar bəsirətsizdirlər. Ayaqları sürüşür və üzü üstə yerə dəyirlər.
Tarixi hadisələrin təhlilində, düzgün mövqe tutmaqda müvəffəq olmurlar. Biz çox vaxtı həqiqətlərə baxmağa hazır deyilik.
“Bir hadisə baş verir, mən vəcdə gəlirəm, digər hadisələr var ətrafımda, amma mən baxmaq istəmirəm. Məsələn. Quşu tələyə salmaq üçün dən səpirlər. Quş dəni görür, toru görmək istəmir. Ona deyəndə ki, getmə, səni tələyə salırlar, deyir sən düşmənsən, sən xainisən! Bəziləri deyir vətən xainisən, bəziləri də deyir dən xainisən. Gedir və tora düşür. Sonra başlıyır çabalamağa. Tariximizdə belə nümunələr çoxdur. Buna görə həm dəni gör, həm toru gör. Həm də ovlanmamaq üçün ovçunu gör...

Şeyx Orxan Məmmədov

https://t.iss.one/Huseyniyyun_Az
🏴 Azərbaycan xalqının dəyərli ağsaqqalı, İmam Hüseynin (ə) mücahid nökəri, Hacı Fəyyaz Nəbiyevin vəfatı münasibətilə yaxınlarına və bütün Müsəlman xalqa, Nardaranın qeyrətli möminlərinə başsağlığı veririk.
Allah rəhmət etsin.

◾️ Allahummə səlli əla muhəmmədin və ali Muhəmməd


https://t.iss.one/Huseyniyyun_Az
Şeyx Orxan Məmmədov bu gün Qum dövlət üniversitetində, İranın 30-dan çox universitetinin beynəlxalq məsələlər üzrə fəal tələbə təşkilatlarının nümayəndələri önündə, Qafqaz məsələləri mövzusunda çıxış edib.
Daha sonra isə Qafqazda və xüsusilə Azərbaycanda son illərdə baş verən hadisələrlə bağlı tələbələrin suallarını cavablandırıb.

🔷 Azərbaycan Araşdırma Mərkəzi