🇺🇸 ABŞ və 🇮🇱 İsrail 🇮🇷 İrana qarşı mümkün quru blokadasını müzakirə edir
ABŞ və İsrail İranın mümkün quru blokadası ilə bağlı ssenariləri müzakirə edir. Bu barədə The Telegraph nəşri xəbər verib.
Məlumata görə, ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu iyulun 28-də Ağ Evdə keçirdikləri görüşdə İrana qarşı iqtisadi təzyiqin artırılması variantlarını müzakirə ediblər.
Nəşrin yazdığına görə, mümkün plan İranın qonşu dövlətlərinə və regional tərəfdaşlarına sərhəd nəzarətini sərtləşdirmək və ya sərhəd keçidlərini bağlamaq üçün təzyiq göstərilməsini, bununla da İranın idxal və ixrac axınının məhdudlaşdırılmasını nəzərdə tutur.
Qeyd olunur ki, İran İraq, Türkiyə, Pakistan, Əfqanıstan, Türkmənistan, Ermənistan və Azərbaycanla həmsərhəddir. Nəşrin qiymətləndirməsinə görə, bu ölkələrdən hər hansı biri belə bir planı dəstəkləyərsə, həm iqtisadi nəticələrlə, həm də İranın mümkün cavab tədbirləri ilə üzləşə bilər. (Iranintl)
#ABŞ #İsrail #İran #qurublokadası
Kanala abunə olun

🔥3
🇮🇶 İraqda 🇮🇷 SEPAH generalı öldürülüb 👮♂️🔥
Bu gün sosial mediada paylaşılan məlumata əsasən, İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadının komandanlarından biri general Hacı Əli İqbalpur İraqda Həşd-Şəbi qruplaşmasının bazalarına edilən son hücumlar zamanı öldürülüb.
İqbalpur İraqın şimalı və Kərkük bölgəsində Qüds qanadının fəaliyyətinin əlaqələndirilməsinə cavabdeh olub.
Məlumata görə, hücum zamanı İqbalpurla birlikdə SEPAH-ın daha dörd zabiti də həyatını itirib.
Hələlik bu məlumat İran rəsmiləri və ya SEPAH tərəfindən rəsmi təsdiqini tapmayıb.
#İran #SEPAH #general #ölüm

🔥2👏1
🇮🇷 İran və 🇦🇲 Ermənistan birgə layihələrin sürətləndirilməsini müzakirə edib 🤔
Bu gün İranın xarici işlər nazirinin müavini Həmid Qənbəri İrəvana səfəri çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Görüş zamanı Həmid Qənbəri xarici işlər naziri Abbas Əraqçının salamlarını çatdırıb və Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyətinin İranın mərhum ali rəhbərinin vida və anım mərasimində iştirakına görə təşəkkürünü dilə gətirib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə Tehran və İrəvan arasında mövcud münasibətlərin əhəmiyyətini vurğulayaraq, iki ölkə arasında əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini qeyd edib.
Tərəflər hazırda həyata keçirilən birgə layihələrin gedişini nəzərdən keçirib, onların icrasının sürətləndirilməsinin vacibliyini vurğulayıb, habelə, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində gələcək planlar ətrafında fikir mübadiləsi aparıblar. (IRNA)
#İran #Ermənistan #əməkdaşlıqlayihələri

🇮🇶 İraqda öldürülən 🇮🇷 SEPAH zabitlərinin cənazələri İrana gətirilib ⚰️👮♂️
Bu gün ABŞ və Səudiyyə Ərəbistanının İraqdakı son hücumları nəticəsində həlak olan İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) beş zabitinin cənazəsi Mehran sərhəd-keçid məntəqəsi vasitəsilə İrana gətirilib.
Bu barədə İranın Məhkəmə-Ədliyyə Sisteminin mətbu orqanı olan Mizan xəbər agentliyi məlumat yayıb.
Agentlik sərhədə İran bayrağına bükülmüş tabutların gətirildiyini əks etdirən fotolar dərc edib. Ancaq ölən beş nəfərin adlarını açıqlamayıb və daha əvvəl dörd SEPAH zabitinin həlak olması barədə yaydığı məlumatla bağlı uyğunsuzluğa aydınlıq gətirməyib.
İran mediası bundan öncə həlak olan dörd nəfərin Əli Əsğər Astane, Əbülfəzl Motəqqi, Murtuza Əkbəri, Əmir Abbas Dirhəmforuş və Məhəmməd Rüstəmi olduğunu bildirmişdi.
Qeyd olunub ki, onlar SEPAH-ın Qüds qanadının üzvləri olub və Ərbəin ziyarətinə hazırlıq çərçivəsində təhlükəsizlik tapşırıqlarını yerinə yetirirdilər.
#İran #SEPAH #zabit #ölüm #cənazə

👍1🔥1
Bu dəfə Hörmüzün taleyi cümə xütbəsində həll edildi 👳♂️🌊
Bu gün Təbriz şəhərinin cümə imamı Əhməd Mütəhhəri-Əsl cümə namazı xütbəsində bölgədəki vəziyyət və Hörmüz boğazı ilə bağlı açıqlama verib.
O bildirib ki, İran həmişə qonşuları ilə sülh və mehriban qonşuluq münasibətlərinin tərəfdarı olub, ancaq regiondakı şərait dəyişib.
"Hazırda ya regiondakı bütün ölkələr təhlükəsizlik, sülh və sabitlik şəraitində yaşayacaq, ya da heç bir ölkə davamlı təhlükəsizlik və əmin-amanlıqdan faydalana bilməyəcək", – deyə cümə imamı vurğulayıb.
Hökumət mollası bildirib ki, Hörmüz boğazının vəziyyəti "heç vaxt müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq" və əlavə edib ki, İranın ali rəhbəri və ölkə rəsmiləri bu mövqeyi dəfələrlə bəyan ediblər. (ISNA)
#İran #hökumətmollası #Hörmüzboğazı #təhlükəsizlik

❤1
🇮🇷 İran Hörmüz boğazının tamamilə bağlandığını elan etdi 🌊
İranın Fars Körfəzi Su Yolları İdarəetmə Təşkilatı (PGSA) Hörmüz boğazı vasitəsilə gəmilərin hərəkətinin tamamilə dayandırıldığını bəyan edib.
"Çoxsaylı suallarla bağlı diqqətinizə çatdırırıq: 🇺🇸 ABŞ Silahlı Qüvvələrinin regionda davam edən "təcavüzkar" əməlləri səbəbindən Hörmüz boğazından keçid hazırda bağlıdır", — deyə məlumatda bildirilir.
Qeyd olunur ki, bütün müraciətlərə növbəli şəkildə baxılacaq və sabitlik və asayiş bərqərar olan kimi icazələr tədricən veriləcək.
#İran #ABŞ #Hörmüzboğazı

❤1🔥1
🇮🇷 İranda SEPAH qüvvələri bir nəfəri güllələyərək öldürüb ⚫
"Hengaw" hüquq müdafiə təşkilatının məlumatına görə, Məhabaddan olan Əhməd İsmaili Bukan şəhərində SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) hərbçilərinin atəş açması nəticəsində həlak olub.
Bildirilir ki, hadisə Bukan — Şahindej (Bəykəndi-Sayınqala) yolundakı nəzarət-buraxılış məntəqəsində baş verib.
"Hengaw" təşkilatının iddiasına görə, şəxsin ölümündən sonra güc strukturlarının əməkdaşları onun cəsədini götürərək qohumlarına təhvil verməyiblər.
SEPAH-ın "Həmzə Seyyid əş-Şühəda" qərargahı həlak olan şəxsin adını çəkmədən Bukanda motosikletlə hərəkət edən silahlı "terrorçu"nun zərərsizləşdirildiyini bəyan edib.
بوکان؛ جانباختن سید احمد اسماعیلی در جریان تیراندازی نیروهای سپاه پاسداران و ربودن پیکر وی
#İran #Bukan #SEPAH

👎1
🇬🇧🇮🇷 Böyük Britaniya və İranın xarici işlər nazirləri arasında telefon danışığı baş tutub ☎️
Söhbət zamanı nazirlər ikitərəfli münasibətləri, həmçinin regionda və dünyada baş verən son hadisələri müzakirə ediblər.
#İran #XİN #Əraqçı #BöyükBritaniya

📌 Təbrizli müəllimə həbs cəzası verildi 🤬✊
Təbrizli müəllim və ictimai fəal Bəhram Yəqubi 8 ay müddətinə azadlıqdan məhrum edilib. Bu haqda yerli mənbələr məlumat yayıb.
O, "sosial mediada dövlət quruluşuna qarşı təbliğat aparmaq"da günahlandırılıb.
Bəhrami bundan öncə də dinc mədəni fəaliyyətlərinə və müəllimlərin hüquqlarını müdafiə etdiyinə görə təqib və basqılarla üzləşiıb, 2024-cü ilin iyul ayında isə işdən qovulub. (Hengaw)
بهرام یعقوبی، از اعضای کانون صنفی فرهنگیان به هشت ماه حبس محکوم شد
#Təbriz #müəllim #ictimaifəal #həbs

🤬1
🇰🇼🇮🇷 Küveyt: "İran dronları məhv edilib" ✈️💥
Küveyt Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Səud Əbdüləziz əl-Oteybi bildirib ki, cümə axşamı ölkənin Silahlı Qüvvələri Küveytin hava məkanında bir neçə düşmən dronlarını aşkar edərək məhv edib.
"X" sosial şəbəkəsində dərc olunan bəyanatda bildirilir ki, "İranın cinayətkar təcavüzü" nəticəsində bir sıra mühüm və hərbi obyektlər hədəfə alınsa da, bütün səma hədəfləri vaxtında tutularaq məhv edilib.
Müdafiə Nazirliyinin rəsmisinin sözlərinə görə, mərmilərin qalıqlarının düşməsi maddi zərərə səbəb olsa da, həlak olan və xəsarət alan yoxdur.
Daha öncə İran ordusu Amerika hərbçilərinin yerləşdiyi Əhməd əl-Cabir aviabazasına kamikadze dronları ilə zərbə endirdiyini bəyan etmişdi.
#Küveyt #zərbə #İran #dron

👍1
Politico: "🇪🇺 Avropa 🇮🇷 İranla münaqişəyə cəlb olunmaqdan yayınmağa çalışır" 🔥
Nəşrin məlumatına görə, Avropa liderləri 🇺🇸 ABŞ tərəfindən İran ətrafındakı vəziyyətə daha fəal müdaxilə etmək barədə yeni tələblərin gələcəyindən ehtiyat edərək Donald Trampın diqqətini cəlb etməməyə çalışırlar.
#Avropa #ABŞ #İran #münaqişə

This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸🇮🇷 Tramp: "İranın dron istehsalı imkanları sıfıra endirilib" 🗣
▪️"Onların hələ də raketləri var, ancaü bunların sayı dörd-beş ay əvvəlki ilə müqayisədə xeyli azdır;
▪️İstehsal gücləri praktiki olaraq məhv edilib;
▪️Dron istehsalı imkanları da demək olar ki, sıfıra endirilib;
▪️Lakin müəyyən potensialları hələ də qalmaqdadır" ,- deyə ABŞ prezidenti bəyan edib.
#ABŞ #Tramp #İran #raket #dron

❤5🤮2🔥1😁1
🇮🇷 İran Ümumdünya Süni İntellekt Sahəsində Əməkdaşlıq Təşkilatının üzvü oldu
İran nizamnamə sənədini imzalayaraq rəsmən Ümumdünya Süni İntellekt Sahəsində Əməkdaşlıq Təşkilatının (WAICO) təsisçi ölkələri sırasına daxil olub.
Qeyd olunur ki, sənədə müvafiq imzanı İranın 🇨🇳 Çindəki səfiri Bəxtiyar atıb.
Beləliklə, Tehran yeni yaradılmış strukturdakı tamhüquqlu üzv statusunu hüquqi cəhətdən təsbit edib.
WAICO (World Artificial Intelligence Cooperation Organization) — 16 iyul 2026-cı il tarixində Şanxayda 29 təsisçi dövlətin iştirakı ilə yaradılmış hökumətlərarası təşkilatdır.
Məqsəd və vəzifələri bunlardır: süni intellekt sahəsində milli siyasət və standartların əlaqələndirilməsi, inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və Qlobal Cənuba yönəlmə, həmçinin bəşəriyyətin rifahı naminə süni intellektin təhlükəsiz, ədalətli və nizamlı inkişafına kömək etmək.
#İran #süniintellekt #Çin

👍2👎2
The Guardian: "🇸🇦 Səudiyyə Ərəbistanı husilərə qarşı hücuma hazırlaşır" 🔥
Səudiyyə Ərəbistanı 🇾🇪 Yəməndə husilərə qarşı dənizdən və qurudan böyük, əlaqələndirilmiş hərbi əməliyyata hazırlaşır.
Bu barədə Yəmən mənbələrinə istinadən The Guardian məlumat verir.
Qeyd olunur ki, Ər-Riyad Yəmənin mərkəzi hissəsində ehtimal olunan hücum üçün qüvvələrini cəmləşdirir.
Bundan əlavə, səudiyyəlilərin məqsədi Qırmızı dənizin cənub hissəsindəki blokadanı aradan qaldırmaq və maneəsiz neft ixracını bərpa etməkdir.
Husilər isə öz növbəsində Krallığın Yəmənə qoyduğu məhdudiyyətləri ləğv etməsi müqabilində Səudiyyə gəmilərinin dəniz blokadasını dayandırmağa hazır olduqlarını bildirirlər.
Təşkilat nümayəndələri həmçinin vurğulayırlar ki, münaqişə 🇮🇷 İranın maraqları ilə deyil, Yəmənin gələcəyi ilə bağlıdır.
#Husilər #SəudiyyəƏrəbistanı

❤1🔥1👏1
🇮🇱 Mossad 🇮🇷 İranın siyasi və təhlükəsizlik rəsmilərinə 12 saatlıq ultimatum göndərib ⚠️
Son vaxtlar İran mediasında İsrailin xarici kəşfiyyat xidməti olan "Mossad" agentlərinin İran rəsmiləri ilə "bağlantıları" barədə hesabatlar hər zamankından daha çox qabardılıb.
İranın yüksəksəviyyəli kəşfiyyat, təhlükəsizlik və siyasi rəsmiləri dəfələrlə "Mossad"ın İrandakı nüfuz dairəsi barədə danışıb və narahatlıqlarını ifadə ediblər.
Buna baxmayaraq, 12 günlük müharibədən bəri İranın hakimiyyət strukturunda "təhlükəsizlik boşluğu"nun mövcudluğu barədə müzakirələr ictimaiyyətdə kəskinləşib.👇👇👇

🔥3👍1
Azad İran
🇮🇱 Mossad 🇮🇷 İranın siyasi və təhlükəsizlik rəsmilərinə 12 saatlıq ultimatum göndərib ⚠️ Son vaxtlar İran mediasında İsrailin xarici kəşfiyyat xidməti olan "Mossad" agentlərinin İran rəsmiləri ilə "bağlantıları" barədə hesabatlar hər zamankından daha çox…
"Təhlükəsizlik boşluğu" ölkənin ən yüksək qərarqəbuletmə səviyyələrində mühüm məlumatların sızması və zəiflik mənasını verən bir termindir. İran rəsmiləri, o cümlədən İranın xarici işlər naziri Abbas Əraqçı bu termini ABŞ və xüsusilə İsrail kəşfiyyat və təhlükəsizlik xidmətlərinin hakimiyyətin yüksəksəviyyəli rəsmiləri arasına nüfuz etməsinə işarə etmək üçün işlədirlər.
12 günlük müharibədən sonra "Mossad"ın İranın təhlükəsizlik rəsmilərinə qarşı fəaliyyətinin başqa bir tərəfi ortaya çıxdı.
Ölkənin bir sıra siyasi və təhlükəsizlik rəsmiləri "Mossad agentləri"nin onlara zəng etdiyini və onları hədələdiyini bildiriblər. İran mediası bu zəngləri rəsmiləri "təhqir etmək", "güç nümayişi" və İran İslam Respublikasının nüfuzunu sual altına almaq cəhdi kimi qiymətləndirib.
Bununla belə, zəng edənlərin şəxsiyyəti müstəqil şəkildə təsdiqlənməyib və "Mossad" agenti kimi təqdim edilən şəxslərin hamısının həqiqətən bu təşkilatla əlaqəsinin olub-olmadığı məlum deyil.
Son nümunədə, İbrahim Rəisinin hökumətində neft naziri olmuş Cavad Ouci 24 iyul 2026-cı ildə bildirib ki, 14 fevral 2024-cü ildə İranın magistral qaz kəmərlərinin partladılması ilə eyni vaxtda, onun dediyinə görə "Mossad" agenti olan bir şəxs onunla əlaqə saxlayıb.
Ouci deyib ki, zəng edən şəxs təmkinlə onunla bir növ "rəqəmlər oyunu" aparıb və eyni anda ölkənin üç əsas qaz ötürmə xətti bir neçə saniyə fərqlə partladılıb.
اولتیماتوم ۱۲ ساعته موساد به مقامات سیاسی و امنیتی ایران
#İsrail #Mossad #İran

🇮🇷 İran rejimi xalqı qorxutmaq üçün öz qüvvələrini də öldürür 😱🔥👮♂
Bu haqda islahatçı siyasətçi Əli Şəkurirad açıqlama verib.
"Etirazları yatırmağın üsullarından biri də özündən olanlardan qurban verməkdir.
Öz qüvvələrindən qurban yaratmaq onların təzyiq və repressiya üçün layihəsidir.
Yəni Bəsic qüvvəsi öldürülməlidir, polis öldürülməlidir, məscid yandırılmalıdır",- deyə Şəkurirad bəyan edib.
شکوریراد: «کشتهسازی از نیروهای خودی» پروژه امنیتی حکومت است
#İranrejimi #etirazlar #repressiya

🤮2😱1