Azad İran
5.65K subscribers
38.6K photos
22.9K videos
15 files
9.49K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Azad İran
Photo
🇮🇷 Buşehr sakinləri SEPAH-ın vurduğu 🇺🇸 ABŞ-yə məxsus MQ-9 dronunun qalıqlarını daşıyırlar 🔥

Xatırladaq ki, İran ordusu ölkənin hava hücumundan müdafiə sistemlərinin ABŞ tərəfindən İslam Respublikasına doğru atılan qanadlı raketini vurduğunu bildirib.

#İran #raket #dron #ABŞ

Kanala abunə olun
🔥21
🇺🇸 ABŞ 🇮🇷 İrandan gələn təhdidlər fonunda Yaxın Şərqə əlavə qırıcılar və yanacaqdolduran təyyarələr göndərir 🛩✈️

ABŞ İranla gərginliyin artması fonunda Yaxın Şərqə daha çox hərbi təyyarə göndərir.
Bu barədə "The New York Times" qəzeti amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, bölgəyə F-16 və F-35 qırıcıları, həmçinin əlavə yanacaqdolduran təyyarələr gələcək.
Onların məhz harada yerləşdiriləcəyi hələlik məlum deyil.

Qeyd olunur ki, bu, Vaşinqtonun İslam Respublikasına qarşı zərbələri gücləndirə biləcəyinin növbəti göstəricisidir.

#ABŞ #İran

Kanala abunə olun
4👎1🔥1
🚨SON DƏQİQƏ

🇮🇷 İranın Savə şəhərindən raket atılır
🚀🔥

🇺🇸 ABŞ-nin bölgədəki obyektləri İran tərəfindən raketlərlə hədəfə alınır.

هم‌اکنون پرتاب موشک از ایران
شلیک پر حجم موشک از ایران علیه منافع آمریکا در منطقه

#İran #ABŞ #raket

Kanala abunə olun
👏5🤬31🔥1
🇮🇷🇺🇸 Əraqçı: "Uğur şansı 10% olsa belə, danışıqlar aparmağa çalışmalıyıq"

İran yeni bir müharibə dalğası gözləntilərinə baxmayaraq, ABŞ ilə danışıqları bərpa etməyə razı olub.

İranın xarici işlər naziri Abbas Əraqçı bildirib: “Müharibənin öz bədəli olduğu üçün, uğur qazanmaq ehtimalı cəmi 10% olsa belə, danışıqlar aparmağa çalışmalıyıq”.

Onun sözlərinə görə, İslam Respublikasının Silahlı Qüvvələri öz döyüş hazırlığını danışıqların nəticələrinə bağlamayıb və hərbi qarşıdurmanın yenidən başlaya biləcəyi ehtimalından çıxış edib.

Nazir qeyd edib ki, fevralın 28-də keçmiş ali rəhbər Xameneyinin iqamətgahına zərbə endirilməsi "təhlükəsizlik sistemindəki boşluq" ucbatından mümkün olub.

"Bu boşluq hələ də mövcuddur və təkcə təhlükəsizlik məsələlərinə deyil, həm də qərarların qəbulu prosesinə təsir göstərir", — deyə o əlavə edib.

#İran #XİN #Əraqçı #danışıqlar #ABŞ

Kanala abunə olun
😁3
📌 Təbrizdə 13 yaşlı yeniyetmənin orqanları bağışlandı; Ehtiyacı olan xəstələrə yeni bir həyat 🏥😢

İmam Rza adına Tədris-Müalicə Mərkəzinin Orqan Nəqli və Tədarükü Mərkəzinin məsul şəxsi Təbrizdə 13 yaşlı yeniyetmənin orqanlarının bağışlandığını bildirib.

Onun sözlərinə görə, yeniyetmənin ailəsinin razılığı ilə, bir neçə xəstənin həyatını xilas etmək üçün onun bədən üzvləri ehtiyacı olan şəxslərə nəql edilmək üzrə bağışlanıb.

اهدای اعضای بدن نوجوان ۱۳ ساله در تبریز؛ زندگی دوباره برای بیماران نیازمند

#Təbriz #yeniyetmə #orqanbağışlanması

Kanala abunə olun
1👎1👏1
🇶🇦 Qətər 🇮🇷 İranda saxlanılan yəhudilərin azadlığı üçün gizli danışıqlar aparır

🇮🇱 İsrailin KAN telekanalı xəbər verib ki, Qətər İranda saxlanılan yəhudi məhbusların azad edilməsi məqsədilə Tehranla gizli danışıqlar aparır.

Məlumata əsasən, Doha bu təşəbbüslə Vaşinqtonun rəğbətini qazanmağa çalışır.

Danışıqlar son dövrlərdə müxtəlif ittihamlarla, o cümlədən İran hakimiyyətini tənqid etdikləri bildirilən beş yəhudi ilə bağlıdır.

Mənbələr əlavə ediblər ki, Qətər eyni zamanda İranda saxlanılan ABŞ vətəndaşlarının azad edilməsi istiqamətində də diplomatik səylər göstərir. (Amerikanın Səsi)

شبکه خبری اسرائيلی: قطر برای آزادی چند شهروند یهودی ایرانی که جمهوری اسلامی آن‌ها را بازداشت کرده است تلاش می‌کند

#Qətər #İran #yəhudiməhbuslar #azadlıq

Kanala abunə olun
🤔1
🇮🇷 İranda ardıcıl zəlzələlər olub ⚡️

Bu gün Kermanşah əyalətinin Kozəran bölgəsində Rixter cədvəli üzrə 5,7 bal gücündə ikinci zəlzələ qeydə alınıb.

Məlumata görə, yeraltı təkan səhər saat 07:18-də baş verib. Zəlzələnin ocağı 13 kilometr dərinlikdə yerləşib.

Bildirilib ki, bu zəlzələ eyni ərazidə cəmi beş dəqiqə əvvəl baş vermiş 5,2 bal gücündə yeraltı təkandan sonra meydana gəlib.

Zəlzələlər Kermanşah şəhərində və ətraf yaşayış məntəqələrində güclü hiss olunub. Hadisə nəticəsində sakinlər ehtiyat məqsədilə ev və binaları tərk ediblər.

Hazırda zəlzələ nəticəsində dağıntı və ya insan itkisi barədə rəsmi məlumat yoxdur. Qiymətləndirmə və xilasetmə qrupları hadisə bölgəsinə cəlb edilib. (IRNA)

زمین‌لرزه‌ای با شدت ۵.۷ ریشتر کرمانشاه را دوباره لرزاند

#İran #Kermanşah #zəlzələ

Kanala abunə olun
🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Tramp 🇮🇷 İranın hücumlarında ölən hərbçilərin sayını açıqlayıb 👮‍♂️🚀

Dünən ABŞ prezidenti Donald Tramp çıxışında İranla əlaqəli son hücumlarda həlak olan ABŞ hərbçilərinin xatirəsini yad edərək, Amerika qüvvələrinin növbəti hava zərbələrini onların şərəfinə həyata keçirdiyini bildirib.

Tramp əvvəlcə hücumlarda iki amerikalı hərbçinin öldüyünü düşündüklərini, ancaq sonradan həlak olanların sayının üçə çatdığını deyib.

“İranın hücumlarında iki nəfərin öldüyünü düşünürdük, amma üç nəfər həlak olub. Biz bu gecə yenidən İrana güclü zərbələr endirdik. Və biz bunu, çox güman ki, onların – artıq üç nəfərin – şərəfinə etdik”, - deyə, Tramp bildirib.

ترامپ: فکر می‌کردیم دو نفر [نیروی نظامی آمریکا] در حملات ایران کشته شده‌اند، اما سه نفر بودند!

#ABŞ #Tramp #hərbçi #İran #hücum

Kanala abunə olun
5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 ABŞ Təbrizi vurub 🚀🔥

Bu gün səhər saatlarında ABŞ-nin hücumlarından sonra Təbrizdə hərbi bazalara da zərbə endirildiyi bildirilib.

“X” platformasında paylaşılan məlumatlara görə, hücum zamanı şəhərdə yerləşən raket bazası hədəfə alınıb.

İran rəsmiləri və rəsmi qurumlar isə indiyədək hadisə və mümkün ziyanın miqyası ilə bağlı hər hansı açıqlama verməyiblər.

حمله آمریکا به پایگاه موشکی در تبریز

#ABŞ #Təbriz #raketbazası #hücum

Kanala abunə olun
👎1🔥1
TƏCİLİ 🚨

Hörmüz boğazında iki neft tankeri partlayıb 🌊🚢💥

Bu gün 🇮🇷 İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında iki neft tankerinin partladığını açıqlayıb.

SEPAH-ın yaydığı bəyanata görə, tankerlər ABŞ ordusunun təhriki ilə Hörmüz boğazının cənub hissəsində yerləşən təhlükəsiz marşrutu tərk edərək təhlükəli istiqamətdə hərəkət etməyə çalışıb və nəticədə partlayış baş verib.

Bəyanatda, habelə, qeyd olunub ki, "təcavüzkar ordu bu qanunsuz pozuntuya görə cəza əməliyyatımıza hazır olmalıdır". (IRNA)

دو نفتکش در مسیر ناایمن تنگه هرمز منفجر شدند

#İran #SEPAH #Hörmüzboğazı #nefttankeri #partlayış

Kanala abunə olun
🔥21
🇺🇸 ABŞ-nin 🇮🇷 İrana qarşı yeni hava əməliyyatı başa çatıb 🚀💥🔥

Bu gün ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, Şərq vaxtı ilə saat 22:00-da İrana qarşı ardıcıl doqquzuncu gecə hava əməliyyatını başa çatdırıb.

Komandanlığın məlumatına görə, əməliyyat zamanı İranın Hörmüz boğazından keçən ticarət gəmiləri və mülki dənizçilərə hücum imkanlarını zəiflətmək məqsədilə onun hərbi komandanlıq mərkəzləri, hava hücumundan müdafiə sistemləti və sahil müşahidə mövqeləri, dəniz qüvvələrinə aid obyektlər, raket və pilotsuz uçuş aparatlarının buraxılış məntəqələri, eləcə də rabitə şəbəkələri hədəfə alınıb.

CENTCOM vurğulayıb ki, əməliyyatlar ABŞ prezidenti Donald Trampın birbaşa göstərişi ilə həyata keçirilib.

Bəyanatda həmçinin qeyd olunub ki, ABŞ qüvvələri bölgədə ən yüksək döyüş hazırlığı səviyyəsində qalır və verilən tapşırıqları yerinə yetirməyə hazırdır.

سنتکام موج حملات آخر هفته علیه ایران را به پایان رساند

#ABŞ #CENTCOM #İran #hücum

Kanala abunə olun
1👍1
🇮🇶 İraqın baş naziri 🇮🇷 İrana səfər edəcək 🛬

İraqın baş naziri Əli əl-Zeydinin bu həftə sonu İranın paytaxtı Tehrana səfər edəcəyi bildirilir.

Məlumata görə, səfər Bağdadın bölgədə artan gərginliyi azaltmağa yönəlmiş diplomatik təşəbbüslərinin tərkib hissəsidir.

Mənbələrin sözlərinə görə, əl-Zeydi Tehranda İran və ABŞ arasında davam edən hərbi gərginliyin azaldılması, eləcə də iki ölkə arasında dialoq kanallarının açılması ilə bağlı İraqın təşəbbüsünü təqdim edəcək.

Bildirilir ki, İraqın baş naziri bu təşəbbüsü ötən həftə Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşü zamanı da müzakirə edib və ABŞ tərəfi bunu böhranın dərinləşməsinin qarşısını ala biləcək addım kimi dəyərləndirib.

Mənbələrin iddiasına görə, əl-Zeydi Tehrandakı görüşlərdə yaxın vaxtlarda Bağdadda İran və ABŞ rəsmilərinin birbaşa görüşünün keçirilməsi təklifini də gündəmə gətirəcək. (Mehr News)

#İraq #başnazir #İran #səfər

Kanala abunə olun
🤔21
🚨SON DƏQİQƏ

🇮🇷 İranda daha bir din xadimi öldürüldü 👳‍♂️🔥


Bu gün səhər saatlarında Sistan və Bəluçistan əyalətinin Mircavə şəhərində sünni din xadimi Məhəmməd Ənvər Rigi naməlum silahlı şəxslərin hücumu nəticəsində həyatını itirib.

Məlumata görə, o, sözügedən şəhərdəki Əli ibn Əbu Talib məscidinin cümə imamı olub. Bildirilib ki, Məhəmməd Ənvər Rigi aldığı güllə yaralarından hadisə yerində ölüb.

Hadisəni törədən şəxslərin kimliyi və hücumun motivi barədə hələlik rəsmi açıqlama verilməyib. Təhlükəsizlik orqanlarının hadisə ilə bağlı araşdırma apardığı bildirilir. (Fars News)

محمد انور ریگی امام جمعه اهل سنت میرجاوه ترور شد

#İran #dinxadimi #silahlıhücum #ölüm

Kanala abunə olun
👎3🤬1
🇮🇷 İran və 🇦🇿 Azərbaycan arasında yeni hava marşrutu istifadəyə verilib 🛬

Dünən İran Hava Yolları Şirkəti Təbriz–Bakı–Məşhəd marşrutu üzrə ilk müntəzəm uçuşunu həyata keçirib.

Məlumata görə, bazar günündən etibarən hər həftə icra olunacaq yeni reys Azərbaycan vətəndaşlarının Məşhədə ziyarət səfərlərini asanlaşdırmaq, eyni zamanda İran və Azərbaycan arasında hava əlaqəsini genişləndirmək məqsədi daşıyır.

Şirkətdən bildirilib ki, yeni marşrut şirkətin beynəlxalq uçuş şəbəkəsinin genişləndirilməsi proqramı çərçivəsində istifadəyə verilib və Nəcəf–Məşhəd, İstanbul–Məşhəd kimi ziyarət reyslərinə əlavə olunub.

Şirkət, habelə, bazar ertəsi və cümə axşamı günləri Tehran–Bakı və Bakı–Tehran istiqamətlərində müntəzəm uçuşların həyata keçirildiyini açıqlayıb. Bildirilir ki, bu addım iki ölkə arasında turizm, ticarət və mədəni əlaqələrin inkişafına töhfə verməyi hədəfləyir. (Nasr News)

نخستین پرواز برنامه‌ای هما در مسیر تبریز–باکو–مشهد انجام شد

#İran #Azərbaycan #TəbrizBakıMəşhəd #uçular

Kanala abunə olun
👎3
🇮🇷 İranın 🇦🇲 Ermənistandakı səfirliyi KARİKATURA paylaşdı 🤔

Dünən ABŞ-nin müharibə naziri Pit Heqset X platformasında İranın hücumları nəticəsində həlak olan Amerika hərbçiləri ilə bağlı paylaşım edərək, “Tanrı sizi qorusun, qəhrəmanlar. Onların fədakarlığı qətiyyətimizi daha da artırır” ifadəsini işlədib.

Buna cavab olaraq, İranın 🇦🇲 Ermənistandakı səfirliyi sosial şəbəkədə karikatura paylaşıb.

Karikaturada İran sərhədinə doğru irəliləyən üç əsgər təsvir olunur. Onlardan biri İsrail, ikisi isə ABŞ bayrağı ilə göstərilib. Növbəti səhnədə isə sərhəddən geri qayıdan iki əsgərin ABŞ bayrağına bükülmüş tabutu daşıdığı əks olunub. (ILNA)

#İran #Ermənistan #səfirlik #karikatura #ABŞ #müharibə
😁6