Azad İran
5.64K subscribers
38.6K photos
22.9K videos
15 files
9.49K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranın 🇰🇼 Küveytə raket zərbəsinin nəticələri 🚀🔥

İran raketləri Küveyti hədəf almasından sonra Küveytin əs-Subiyə elektrik stansiyasında yanğınlar səngimir.

#İran #Küveyt #yanğın

Kanala abunə olun
👍5👎41🤮1
🇮🇷 İranın qərbində 🇺🇸 ABŞ-yə məxsus raket və dron vuruldu 🚀🔥✈️

İran ordusu xəbər verir ki, ölkənin hava hücumundan müdafiə sistemləri ABŞ tərəfindən İslam Respublikasına doğru atılan qanadlı raketi vurub.

Digər bəyanatda isə bir neçə saat öncə İranın qərbində ABŞ-yə məxsus "MQ-9" tipli PUA-nın vurulduğu bildirilir.

Bundan əlavə, bu gün səhər saatlarında İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) ötən gecə İranın cənubundakı döyüş əməliyyatları zonasında "casusluq edən" ABŞ kəşfiyyat dronunu vurduğunu bəyan etmişdi.

#İran #zərbə #ABŞ #raket #dron

Kanala abunə olun
👍4
🇮🇷 İran etiraz iştirakçılarının edamını davam etdirir: daha iki nəfər dar ağacından asılıb 😱😢

İranın məhkəmə hakimiyyəti 2025-ci ilin dekabrı - 2026-cı ilin yanvarında ölkədə baş verən kütləvi etirazlarda iştirak etmiş daha iki nəfər barəsində asılmaqla edam hökmünün icra edildiyini açıqlayıb.
İran tərəfinin bəyanatına əsasən, Erfan Əsfəndiyari və Məhəmməd Məhəmmədi "polis əməkdaşlarını kəndirlə işıqfora bağlamaqda, onlara daş ataraq xəsarət yetirməkdə, daha sonra isə üzərilərinə yanacaq tökərək yandırmaqda" təqsirli biliniblər.

İttiham aktında həmçinin qeyd olunub ki, həmin şəxslər "hadisə yerini videoya çəkərək" görüntüləri xarici telekanallara göndəriblər.
Lakin bəyanatda onların həbs olunma və məhkəmə tarixləri qeyd edilməyib.

#İran #edam #ittiham

Kanala abunə olun
👍1👎1
🇮🇷 İran 🇯🇴 İordaniyanın Əqəbə limanına zərbələr endirib 🚀💥🔥

🇰🇼 Küveytdə ABŞ tərəfindən idarə olunan ATACMS yer-yer tipli raket sistemi də İran raketləri ilə sıradan çıxarılıb.

#İran #zərbə #İordaniya #Küveyt #ABŞ #raketsistemi #ATACMS

Kanala abunə olun
👍3🔥2
🚨TƏCİLİ

🇮🇷 İran səfiri 🇯🇴 İordaniya XİN-ə çağırıldı 🔥

İordaniya və 🇰🇼 Küveyt 🇮🇷İranın raket zərbələrini pisləyib.

İranın İordaniya ərazisinə endirdiyi raket zərbələrindən sonra İordaniya Xarici İşlər Nazirliyi bu gün İslam Respublikasının Ammandakı səfirliyinin müvəqqəti işlər vəkilini çağırıb.

İordaniya XİN ona “İran rejiminin Haşimilər Krallığı olan İordaniya ərazisinə etdiyi qəddar və əsassız hücumlar”, habelə “İranın rəsmi hakimiyyət orqanlarının bu ölkəyə qarşı təxribat xarakterli və qızışdırıcı bəyanatları” ilə bağlı kəskin etiraz notası təqdim edib.
Bundan əvvəl Küveyt də rəsmi bəyanat yayaraq İranın addımlarını pisləyib.

اردن کاردار جمهوری اسلامی را احضار کرد؛ کویت علیه رژیم ایرلن بیانیه داد

#İordaniya #etiraz #Küveyt #İran #hücum #YaxınŞərq

Kanala abunə olun
👍3👎1
Azad İran
Photo
🇮🇷 Buşehr sakinləri SEPAH-ın vurduğu 🇺🇸 ABŞ-yə məxsus MQ-9 dronunun qalıqlarını daşıyırlar 🔥

Xatırladaq ki, İran ordusu ölkənin hava hücumundan müdafiə sistemlərinin ABŞ tərəfindən İslam Respublikasına doğru atılan qanadlı raketini vurduğunu bildirib.

#İran #raket #dron #ABŞ

Kanala abunə olun
🔥21
🇺🇸 ABŞ 🇮🇷 İrandan gələn təhdidlər fonunda Yaxın Şərqə əlavə qırıcılar və yanacaqdolduran təyyarələr göndərir 🛩✈️

ABŞ İranla gərginliyin artması fonunda Yaxın Şərqə daha çox hərbi təyyarə göndərir.
Bu barədə "The New York Times" qəzeti amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, bölgəyə F-16 və F-35 qırıcıları, həmçinin əlavə yanacaqdolduran təyyarələr gələcək.
Onların məhz harada yerləşdiriləcəyi hələlik məlum deyil.

Qeyd olunur ki, bu, Vaşinqtonun İslam Respublikasına qarşı zərbələri gücləndirə biləcəyinin növbəti göstəricisidir.

#ABŞ #İran

Kanala abunə olun
4👎1🔥1
🚨SON DƏQİQƏ

🇮🇷 İranın Savə şəhərindən raket atılır
🚀🔥

🇺🇸 ABŞ-nin bölgədəki obyektləri İran tərəfindən raketlərlə hədəfə alınır.

هم‌اکنون پرتاب موشک از ایران
شلیک پر حجم موشک از ایران علیه منافع آمریکا در منطقه

#İran #ABŞ #raket

Kanala abunə olun
👏5🤬31🔥1
🇮🇷🇺🇸 Əraqçı: "Uğur şansı 10% olsa belə, danışıqlar aparmağa çalışmalıyıq"

İran yeni bir müharibə dalğası gözləntilərinə baxmayaraq, ABŞ ilə danışıqları bərpa etməyə razı olub.

İranın xarici işlər naziri Abbas Əraqçı bildirib: “Müharibənin öz bədəli olduğu üçün, uğur qazanmaq ehtimalı cəmi 10% olsa belə, danışıqlar aparmağa çalışmalıyıq”.

Onun sözlərinə görə, İslam Respublikasının Silahlı Qüvvələri öz döyüş hazırlığını danışıqların nəticələrinə bağlamayıb və hərbi qarşıdurmanın yenidən başlaya biləcəyi ehtimalından çıxış edib.

Nazir qeyd edib ki, fevralın 28-də keçmiş ali rəhbər Xameneyinin iqamətgahına zərbə endirilməsi "təhlükəsizlik sistemindəki boşluq" ucbatından mümkün olub.

"Bu boşluq hələ də mövcuddur və təkcə təhlükəsizlik məsələlərinə deyil, həm də qərarların qəbulu prosesinə təsir göstərir", — deyə o əlavə edib.

#İran #XİN #Əraqçı #danışıqlar #ABŞ

Kanala abunə olun
😁3
📌 Təbrizdə 13 yaşlı yeniyetmənin orqanları bağışlandı; Ehtiyacı olan xəstələrə yeni bir həyat 🏥😢

İmam Rza adına Tədris-Müalicə Mərkəzinin Orqan Nəqli və Tədarükü Mərkəzinin məsul şəxsi Təbrizdə 13 yaşlı yeniyetmənin orqanlarının bağışlandığını bildirib.

Onun sözlərinə görə, yeniyetmənin ailəsinin razılığı ilə, bir neçə xəstənin həyatını xilas etmək üçün onun bədən üzvləri ehtiyacı olan şəxslərə nəql edilmək üzrə bağışlanıb.

اهدای اعضای بدن نوجوان ۱۳ ساله در تبریز؛ زندگی دوباره برای بیماران نیازمند

#Təbriz #yeniyetmə #orqanbağışlanması

Kanala abunə olun
1👎1👏1
🇶🇦 Qətər 🇮🇷 İranda saxlanılan yəhudilərin azadlığı üçün gizli danışıqlar aparır

🇮🇱 İsrailin KAN telekanalı xəbər verib ki, Qətər İranda saxlanılan yəhudi məhbusların azad edilməsi məqsədilə Tehranla gizli danışıqlar aparır.

Məlumata əsasən, Doha bu təşəbbüslə Vaşinqtonun rəğbətini qazanmağa çalışır.

Danışıqlar son dövrlərdə müxtəlif ittihamlarla, o cümlədən İran hakimiyyətini tənqid etdikləri bildirilən beş yəhudi ilə bağlıdır.

Mənbələr əlavə ediblər ki, Qətər eyni zamanda İranda saxlanılan ABŞ vətəndaşlarının azad edilməsi istiqamətində də diplomatik səylər göstərir. (Amerikanın Səsi)

شبکه خبری اسرائيلی: قطر برای آزادی چند شهروند یهودی ایرانی که جمهوری اسلامی آن‌ها را بازداشت کرده است تلاش می‌کند

#Qətər #İran #yəhudiməhbuslar #azadlıq

Kanala abunə olun
🤔1
🇮🇷 İranda ardıcıl zəlzələlər olub ⚡️

Bu gün Kermanşah əyalətinin Kozəran bölgəsində Rixter cədvəli üzrə 5,7 bal gücündə ikinci zəlzələ qeydə alınıb.

Məlumata görə, yeraltı təkan səhər saat 07:18-də baş verib. Zəlzələnin ocağı 13 kilometr dərinlikdə yerləşib.

Bildirilib ki, bu zəlzələ eyni ərazidə cəmi beş dəqiqə əvvəl baş vermiş 5,2 bal gücündə yeraltı təkandan sonra meydana gəlib.

Zəlzələlər Kermanşah şəhərində və ətraf yaşayış məntəqələrində güclü hiss olunub. Hadisə nəticəsində sakinlər ehtiyat məqsədilə ev və binaları tərk ediblər.

Hazırda zəlzələ nəticəsində dağıntı və ya insan itkisi barədə rəsmi məlumat yoxdur. Qiymətləndirmə və xilasetmə qrupları hadisə bölgəsinə cəlb edilib. (IRNA)

زمین‌لرزه‌ای با شدت ۵.۷ ریشتر کرمانشاه را دوباره لرزاند

#İran #Kermanşah #zəlzələ

Kanala abunə olun
🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 Tramp 🇮🇷 İranın hücumlarında ölən hərbçilərin sayını açıqlayıb 👮‍♂️🚀

Dünən ABŞ prezidenti Donald Tramp çıxışında İranla əlaqəli son hücumlarda həlak olan ABŞ hərbçilərinin xatirəsini yad edərək, Amerika qüvvələrinin növbəti hava zərbələrini onların şərəfinə həyata keçirdiyini bildirib.

Tramp əvvəlcə hücumlarda iki amerikalı hərbçinin öldüyünü düşündüklərini, ancaq sonradan həlak olanların sayının üçə çatdığını deyib.

“İranın hücumlarında iki nəfərin öldüyünü düşünürdük, amma üç nəfər həlak olub. Biz bu gecə yenidən İrana güclü zərbələr endirdik. Və biz bunu, çox güman ki, onların – artıq üç nəfərin – şərəfinə etdik”, - deyə, Tramp bildirib.

ترامپ: فکر می‌کردیم دو نفر [نیروی نظامی آمریکا] در حملات ایران کشته شده‌اند، اما سه نفر بودند!

#ABŞ #Tramp #hərbçi #İran #hücum

Kanala abunə olun
5