Azad İran
5.65K subscribers
38.5K photos
22.9K videos
15 files
9.49K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 SEPAH Hörmüz boğazında dörd gəmini dayandırdığını açıqlayıb 🌊🚢

SEPAH bu gün yaydığı bəyanatda Hörmüz boğazında naviqasiya sistemlərini söndürərək boğazın nəzarət orqanlarının xəbərdarlıqlarına məhəl qoymadan “təhlükəli” marşrutla hərəkət etməyə çalışan dörd gəminin dayandırıldığını bildirib.

Bəyanata görə, həmin gəmilərdən ikisi hərəkət zamanı qəzaya uğrayaraq saxlanılıb, digər iki gəmi isə sonradan marşrutlarını davam etdirmək qərarı verib.

SEPAH-ın Dəniz Qüvvələri iddia edib ki, “Amerikalıların təsiri altında olan və təhlükəsiz olmayan marşruta daxil olan gəmilər mütləq qəzaya uğrayacaq”.

#İran #SEPAH #Hörmüzboğazı #gəmi

Kanala abunə olun
🤬3
🇺🇸 Tramp: 🇮🇷 İran 🇷🇺 Rusiya sanksiyaları qanun layihəsinə daxil edilməlidir

ABŞ prezidenti Donald Tramp bu gün Truth Social platformasında paylaşım edərək Respublikaçıları İranın da Rusiya ilə bağlı sanksiyalar qanun layihəsinə daxil edilməsinə çağırıb.

Tramp paylaşımında yazıb:

“Respublikaçılar İranı Rusiya sanksiyaları qanun layihəsinə daxil etməlidirlər. Lindsi (Qrem) də məhz bunu istəyirdi və bu, baş verməlidir. VACİBDİR!!!”

#ABŞ #DonaldTramp #İran #sanksiya

Kanala abunə olun
2
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 Əraqçı: “Müctəba Xamenei ilə yalnız seçilmiş şəxslər görüşə bilir” 👳‍♂️ 🗣️

İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, Müctəba Xameneyinin yeni ali lider təyin olunmasından sonra onunla hələ şəxsən görüşməyib.

Əraqçı müsahibəsində qeyd edib ki, Müctəba Xameneyi ilə görüşmək yalnız “seçilmiş bir neçə nəfər” üçün mümkündür və bu görüşlər məhdud sayda şəxslə keçirilir.

Nazir yeni ali liderlə indiyədək heç bir şəxsi görüşünün olmadığını da vurğulayıb.

#İran #Əraqçı #MüctəbaXameneyi #görüş

Kanala abunə olun
🤮4😁1
İsrail mənbəsi: “🇮🇷 Müctəba Xameneyi İranda deyil” 👳‍♂️🤔

İsrail təhlükəsizlik mənbəsinin Al Hadath telekanalına verdiyi məlumata görə, İranın ali lideri Müctəba Xameneyi hazırda ölkə xaricindədir və onun adından yayımlanan açıqlamaların SEPAH komandanı Əhməd Vəhidi və digər yüksək vəzifəli korpus rəsmiləri tərəfindən hazırlandığı iddia olunur.

Məlumata görə, Müctəba Xameneyinin İranda olmaması ölkə rəhbərliyi daxilində ciddi idarəetmə böhranı və dərin fikir ayrılıqlarının göstəricisidir.

Həmin mənbə, habelə, İranın mərhum ali lider Əli Xameneyinin qisasını almaq məqsədilə Təl-Əvivdə yüksək vəzifəli İsrail rəsmilərinə qarşı sui-qəsd planlaşdırdığını iddia edib. Bildirilir ki, ABŞ İranın İsrailə hücum etməsinə baxmayaraq, İsrailin hücum əməliyyatlarında birbaşa iştirakını istəmir. (Euronews)

ادعای یک مقام‌ امنیتی اسرائیل: «مجتبی خامنه ای در ایران است»

#İran #MüctəbaXameneyi

Kanala abunə olun
👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸 CENTCOM: 🇮🇷 İrana qarşı səkkizinci gecə hava zərbələri həyata keçirildi ⚠️

Bu gün ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) yaydığı açıqlamada İrana qarşı ardıcıl səkkizinci gecə həyata keçirilən hava əməliyyatlarının başa çatdığını bildirib.

CENTCOM-un məlumatına görə, zərbələr İranın sahil müşahidə obyektlərini, hava hücumundan müdafiə sistemlərini, dəniz qüvvələrinə aid infrastrukturu, eləcə də raket və pilotsuz uçuş aparatları üçün istifadə olunan anbarları hədəf alıb.

Komandanlıq əlavə edib ki, ABŞ qüvvələri İordaniyada Amerika hərbçilərinə qarşı hücumlarda iştirak etdiyi bildirilən SEPAH qüvvələrini də hədəfə alıb. (Əl-Ərəbiyyə)

سنتکام: دور تازه حملات به اهدافی در ایران تکمیل‌ شد

#ABŞ #CENTCOM #havazərbələri #İran

Kanala abunə olun
3🔥2
🇮🇷 Tehranda 500-dən çox dövlət müəssisəsinin elektrik enerjisi kəsilib 🔌⚡️

Tehranda yay mövsümündə enerji istehlakına nəzarət kampaniyası çərçivəsində, müəyyən edilmiş limitləri aşdıqlarına görə 500-dən çox dövlət müəssisəsinin elektrik təchizatı avtomatik olaraq dayandırılıb.

ISNA-nın məlumatına görə, Tehran Elektrik Paylayıcı Şəbəkə Şirkətinin baş direktoru Mahmud Mahmudi bildirib ki, yay aylarında elektrik enerjisinə tələbatın artması səbəbindən dövlət müəssisələrinin enerji istehlakı daimi nəzarət altındadır.

Onun sözlərinə görə, bu məhdudiyyətlər müəssisələrin enerji istehlakı müəyyən olunmuş normaya qayıdana qədər qüvvədə qalacaq.

Mahmudi dövlət müəssisələrinə işıqlandırmadan növbəli şəkildə istifadə etməyi, enerjiyə qənaət edən lampalara keçməyi və mümkün olan yerlərdə avtomatlaşdırılmış işıqlandırma idarəetmə sistemləri quraşdırmağı tövsiyə edib.

#İran #enerjiqıtlığı

Kanala abunə olun
🔥31😱1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran 🇺🇸 ABŞ dronunu vurub 🚀✈️

İran mediası ölkənin cənubunda Ordunun Hərbi Dəniz Qüvvələrinin hava hücumundan müdafiə sistemi (HHM) bir ədəd Lukas pilotsuz uçuş aparatını məhv etdiyini bildirir.

#İran #ABŞ #dron

Kanala abunə olun
👍2😁2🔥1
🇰🇼 Kuveyt və 🇯🇴 İordaniya 🇮🇷 İranın hücumlarına cavab verməyə hazır olduqlarını bildirdilər

İordaniya və Kuveytin XİN rəhbərləri Səfədi və əs-Sabah arasında telefon danışığı baş tutub.

Tərəflər İranın region ölkələrinə etdiyi hücumları müzakirə ediblər.

Hər iki tərəf öz ölkəsinin suverenliklərini qorumaq, həmçinin təhlükəsizlik və sabitliyi təmin etmək üçün bütün zəruri tədbirləri görmək barədə tam hüquqlarını təsdiqləyiblər.

Bundan əlavə, regiondakı son hadisələr, xüsusilə gərginliyin hazırkı eskalasiyası və onun fəsadları, eləcə də diplomatik həll yollarına töhfə vermək üçün göstərilən səylər ətrafında fikir mübadiləsi aparılıb.

#Küveyt #İordaniya #İran

Kanala abunə olun
👍5😁41
KİV 🇯🇴 İordaniyanın Əqəbə şəhərində 🇮🇷 İran raketinin vurulma anının görüntülərini dərc edib 🚀🔥

Bildirilir ki, kadrlar yaxınlıqda yerləşən 🇮🇱 İsrailin Eylat şəhərindən çəkilib.

Bundan başqa, Eylatın şimal hissəsinə raket qalıqlarının düşdüyü bildirilir.

Xəsarət alan yoxdur.

#İran #rakethücumu #İordaniya

Kanala abunə olun
👍3👎2🔥1
🇮🇷 İranın 🇺🇸 ABŞ-nin obyektlərinə raket və dron zərbələrinin peyk görüntüləri 🛰🚀🔥

Hücum edilən obyektlər aşağıdakılardır:
🇧🇭 Bəhreyndə ABŞ ordusuna aid “Battleco” şirkətinin komanda və idarəetmə mərkəzi, eləcə də süni intellekt və məlumat mərkəzi;

🇶🇦 Qətərdə yerləşən ABŞ-nin Əl-Udeyd Hərbi Hava Bazasındakı CENTCOM-un əsas logistika anbarı.

#İran #raket #dron #zərbə #ABŞ #hərbibaza #Qətər #Bəhreyn

Kanala abunə olun
🔥32
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranın 🇰🇼 Küveytə raket zərbəsinin nəticələri 🚀🔥

İran raketləri Küveyti hədəf almasından sonra Küveytin əs-Subiyə elektrik stansiyasında yanğınlar səngimir.

#İran #Küveyt #yanğın

Kanala abunə olun
👍5👎41🤮1
🇮🇷 İranın qərbində 🇺🇸 ABŞ-yə məxsus raket və dron vuruldu 🚀🔥✈️

İran ordusu xəbər verir ki, ölkənin hava hücumundan müdafiə sistemləri ABŞ tərəfindən İslam Respublikasına doğru atılan qanadlı raketi vurub.

Digər bəyanatda isə bir neçə saat öncə İranın qərbində ABŞ-yə məxsus "MQ-9" tipli PUA-nın vurulduğu bildirilir.

Bundan əlavə, bu gün səhər saatlarında İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) ötən gecə İranın cənubundakı döyüş əməliyyatları zonasında "casusluq edən" ABŞ kəşfiyyat dronunu vurduğunu bəyan etmişdi.

#İran #zərbə #ABŞ #raket #dron

Kanala abunə olun
👍4
🇮🇷 İran etiraz iştirakçılarının edamını davam etdirir: daha iki nəfər dar ağacından asılıb 😱😢

İranın məhkəmə hakimiyyəti 2025-ci ilin dekabrı - 2026-cı ilin yanvarında ölkədə baş verən kütləvi etirazlarda iştirak etmiş daha iki nəfər barəsində asılmaqla edam hökmünün icra edildiyini açıqlayıb.
İran tərəfinin bəyanatına əsasən, Erfan Əsfəndiyari və Məhəmməd Məhəmmədi "polis əməkdaşlarını kəndirlə işıqfora bağlamaqda, onlara daş ataraq xəsarət yetirməkdə, daha sonra isə üzərilərinə yanacaq tökərək yandırmaqda" təqsirli biliniblər.

İttiham aktında həmçinin qeyd olunub ki, həmin şəxslər "hadisə yerini videoya çəkərək" görüntüləri xarici telekanallara göndəriblər.
Lakin bəyanatda onların həbs olunma və məhkəmə tarixləri qeyd edilməyib.

#İran #edam #ittiham

Kanala abunə olun
👍1👎1
🇮🇷 İran 🇯🇴 İordaniyanın Əqəbə limanına zərbələr endirib 🚀💥🔥

🇰🇼 Küveytdə ABŞ tərəfindən idarə olunan ATACMS yer-yer tipli raket sistemi də İran raketləri ilə sıradan çıxarılıb.

#İran #zərbə #İordaniya #Küveyt #ABŞ #raketsistemi #ATACMS

Kanala abunə olun
👍3🔥2