Azad İran
5.77K subscribers
36.2K photos
22K videos
15 files
9.43K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 Ərak və Sınandaş (Sənəndəc) şəhərlərində əhali küçələrdə "Bu il qan ilidir, Seyid Əli (Xameneyi) devrilməlidir" şüarı səsləndirir 🔥

Tehranda isə repressiv hökumət qüvvələri inqilabçılara repressiya həyata keçirmək üçün səfərbər olunublar. 🔥🤬

لشکرکشی اوباش خامنه ای برای مقابله با دژمن

تهران نارمک
۲۵ شهریور ۱۴۰۲

#Tehran #Ərak #Sınandaş #Sənəndəc #qiyam #repressiv_qüvvələr
🔥52👍1😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) şəhərində inqilabçı gənclər yolları bağlayıblar 🔥

🔥مهاباد - ایجاد راهبندان با آتش
۲۵ شهریور ۱۴۰۲

#Qərbi_Azərbaycan_əyaləti #Soyuqbulaq #Mahabad #qiyam
👍113🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranda hökumət qüvvələri etirazçıya hücum ediblər 😱😡

Molla rejiminə xidmət edən repressiv qüvvələr ötən ilki inqilabın ildönümündə etirazçılardan birinə hücum edərək zorakılıq göstəriblər.

#İran #molla_rejimi #Məhsa_Əmini #qətl #xalq #etiraz
🤬5😢1
Urmu gölündən geriyə qalan səhralıq 😱😢

İran hökuməti senzura yolu ilə Urmu gölünün qurudulması planını tamamlamaq üçün hər cür səy göstərib və gölün qəsdən qurudulmasına etiraz edənləri xain adlandırıb.

#Urmu_gölü #etiraz
🤬4
🇮🇷 Ərak şəhərində dünən gecə əhali küçələrə axışaraq etiraz şüarları səsləndirib:

“Xameneyiyə ölüm olsun!” “Diktatora ölüm olsun!” 🔥

اراک؛ شنبه ۲۵ شهریور

#İran #molla_rejimi #etiraz #şüar
🔥4
🇮🇱🇮🇷 İsrail kəşfiyyatı: “İran Suriyanın mülki vətəndaşları arasında silah gizlədir” 🔥

İsrail kəşfiyyatı iddia edir ki, SEPAH-ın xüsusi bölməsi olan "İmam Hüseyn" diviziyası Suriyada yaşayış məhəllələrində və futbol meydançalarında gizli şəkildə qabaqcıl silahlar saxlayır.

Məlumata görə, sözügedən diviziya pilotsuz uçuş aparatı və raket arsenalı ilə təchiz edilmiş 1000 təcrübəli silah mütəxəssisindən və 5000 əcnəbi muzdludan ibarətdir.

Diviziya Nigeriya, Mali, Niger, Livan və Əfqanıstandan olan əcnəbi muzdlu döyüşçülərdən təşkil edilib və onlar döyüşmək üçün ilk növbədə, dini müharibəyə yönəlmiş təlimlər keçiblər.

#İran #İsrail #SEPAH #diviziya
👍2👎1
🇮🇷 İranda onlarla etirazçı həbs edildi ✌️

Məhsa Əmininin ölümünün ildönümü ilə eyni vaxtda Tehran, Kərəc, Sınandaş (Sənəndəc), Təbriz, İsfahan və bir sıra şəhərlərdə keçirilən aksiyalarda onlarla etirazçı həbs olunub.

İran hökumətinə bağlı bir sıra xəbər agentlikləri bu həbsləri təsdiqləsə də, etirazçıları “iğtişaş və vandalizm”də ittiham ediblər.

Qeyd edək ki, tutulan etirazçıların dəqiq sayı hələlik açıqlanmayıb.

#İran #molla_rejimi #Məhsa_Əmini #etirazçı #həbs
🔥3
🛑 Güneyli etirazçılar həbs edildi 😱😡

İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) məmurları Ərbədil şəhərində iki nəfəri həbs edib.

Ərdəbil əyalətinin Ümumi və İnqilab prokuroru Cəlal Afaqi deyib:
“Bu iki şəxs Ərdəbil əyalətinin ETTELAAT İdarəsinin əməkdaşları, Prokurorluğun qərarı və çıxarılan məhkəmə hökmü ilə milli təhlükəsizliyə qarşı fəaliyyət ittihamı ilə həbs ediliblər”.

Həbs olunanların kimliyi və harada olduğu barədə məlumat verilmir.

#Ərdəbil #ETTELAAT #etirazçı
🤬5
🇮🇷 İranda ikili vətəndaşlığı olan şəxs həbs edildi

Məhsa Əmininin ölümünün birinci ildönümündə İranda yüksək təhlükəsizlik tədbirlərinin görüldüyü bir vaxtda hökumətə yaxın xəbər agentlikləri daha bir ikili vətəndaşın Kərəc şəhərində “iğtişaşlar törətməyə cəhd” də ittiham edilərək SEPAH tərəfindən həbs edildiyini xəbər veriblər.

Hökumət mediası bildirib ki, şəxsiyyəti hələ ki, məlum olmayan şəxs saxlanıldıqda üzərində bir neçə smartfon və külli miqdarda dollar aşkarlanıb.

#İran #SEPAH #həbs
👍1👎1
🇮🇷 Məhsa Əmininin öldürülməsindən öncə və sonra hökumət edamlarının statistik müqayisəsi 📈

İranın Açıq Məlumat Bazasının (Iran Open Data) statistik araşdırmalarına görə, #Məhsa_Əmininin öldürülməsindən bir il sonra, yəni 2022-ci il 17 sentyabrdan 2023-cü il 1 sentyabra qədər ölkədə 654 nəfər edam edilib.

Məhsa Əmini öldürülməzdən öncə 2017-ci ildən 2022-ci ilə qədər edamların illik orta göstəricisi isə 374 nəfərdir.

Qeyd edək ki, Məlumat Bazasının hesabatına əsasən, cari ildə edam sayının 721-ə çatacağı gözlənilir.

#İran #molla_rejimi #edam #statistika
🤬4
Qrossi: “🇮🇷 İran agentliyin bir sıra müfəttişlərinin lisenziyasını ləğv edib”

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən deyib:
“İran beynəlxalq agentliyin bir sıra təcrübəli müfəttişlərinin bu ölkənin nüvə proqramını yoxlamaq üçün lisenziyalarını ləğv edib”.


Qrossi İranın bu addımını qətiyyətlə pisləyən bəyanat yayıb və bildirib ki, müfəttişlər bu sahədə ən təcrübəli ekspertlərdəndir.

İran XİN-nin sözçüsü Naser Kənani isə iddia edib ki, müfəttişlərə qarşı bu addımın səbəbi “Hərtərəfli Birgə Fəaliyyət Planı”na üzv olan ABŞ və Avropa ölkələrinin sözügedən agentliyin Müdirlər Şurasının məkanından öz siyasi məqsədləri üçün sui-istifadə cəhdi olub.

#İran #MAQATE #müfəttiş #lisenziya #ləğv
1
🇦🇿🇮🇷 Azərbaycan və İran xarici işlər nazirləri arasında telefon danışığı olub ☎️

“Tasnim News” xəbər verir ki, bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı baş tutub.

Nazirlər gündəlikdə duran
ikitərəfli və regional məsələləri, eləcə də post-münaqişə dövründə cari regional vəziyyəti müzakirə ediblər.

Telefon danışığı zamanı, Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri arasında keçirilmiş son görüşlərdən irəli gələn məsələlər və atılacaq növbəti addımlar nəzərdən keçirilib.

#Azərbaycan #İran #XİN
🇮🇷 SEPAH-a yaxın media: “Əxlaq polisi uğursuz oldu və effektiv deyil”❗️

“Didban-e İran” saytı xəbər verir ki, İslam İnqilabının Keşikçiləri Korpusuna (SEPAH) yaxın mətbu orqanı “Əxlaq” polisi layihəsinin uğursuzluğunu müzakirəyə çıxararaq yazıb:
“Əxlaq" polisini qanunun zəmanət strukturu xaricində mədəni fəaliyyət kimi görsək, buna çoxlu tənqid, çağırış və habelə şübhələr də əlavə etmək olar”.


“Buna düzgün və ağıllı istiqamət verilmədikcə effektiv olmayacaq, eləcə də qarşıdurmalara səbəb olacaq” - yazıda qeyd edilib.

#İran #SEPAH #Əxlaq_polisi
Guneylilər arasında ən populyar adlar hansıdır?

Zəncan əyalətinin Qeydiyyat İdarəsinin rəisi Mehdi Jaləçian deyib ki, zəncanlılar arasında ən məşhur adlar Ayhan və Fatimədir.

Onun sözlərinə görə, bu ilin ilk 5 ayında yeni doğulmuş oğlan uşaqları üçün ən çox seçilən adlar Ayhan, Əmirabbas, Əmirəli, Hüseyn və Əmirhüseyn olub.

“Habelə qız uşaqları üçün Fatimə, Mahlin, Zəhra, Reyhanə və Aysan adları daha çox seçilib”,- deyə, o, əlavə edib.

Qeyd edək ki, bu ilin ilk 5 ayı ərzində sözügedən əyalətdə 5 min 701 azərbaycanlı körpə dünyaya gəlib. (GADTB)

#Zəncan #uşaq #ad #Türk
👍3
🇮🇷 Molla rejiminin daha bir repressiv muzdlusu öldürüldü 🔥

İran hökumətinin xəbər agentlikləri Fars əyalətinin Nurabad Məməsəni bölgəsində dünən silahlı hücum zamanı radikal və repressiv Bəsic qüvvələrinun daha bir üzvünün öldürülməsini təsdiqləyib.

Məlumata görə, silahlı hücum zamanı üç nəfərin yaralandığı da bildirilib.

#İran #molla_rejimi #Bəsic
🔥5👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Tehranda sərnişin avtobusunda insanlar hökumət əleyhinə şüar səsləndirib:

“Top, tüfəng, tank ola, molla gərək rədd ola!” 🔥

شعارهای مردم مبارز و میهن‌دوست بر علیه جمهوری اسلامی در اتوبوس مسیر انقلاب به آزادی در تهران

#İran #Tehran #molla_rejimi #etiraz
👍4🔥2
🇮🇷 SEPAH körfəzdə daha iki neft tankerini ələ keçirdi 🚢

SEPAH-ın Hərbi Dəniz Qüvvələri son iki gündə İran körfəzi sularında iki xarici neft tankerini ələ keçirdiyini və gəmilərin 37 ekipajını həbs etdiyini iddia edib.

SEPAH-ın Üçüncü Dəniz Bölgəsi komandanının müavini Məhəmməd Şərif Şirəli bildirib ki, bu iki gəmi Panama və Tanzaniya bayraqları altında iki neft tankeri olub.

Lakin ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndə yerləşən beşinci donanmasının sözçüsü Timoti Havkins bildirib:
“Bu iddianın doğruluğu şübhə doğurur. Beşinci Donanma İran hökumətibin yaydığı xəbərlərdən agahdır, lakin onun həqiqiliyinə dair heç bir əlamət yoxdur”.


#İran #SEPAH #neft_tankeri
😁1