Azad İran
5.95K subscribers
34.2K photos
21.3K videos
15 files
9.38K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇵🇰 Pakistanın şimalında siyasi toplantının keçirildiyi məkanda törədilən terror aktı nəticəsində ölənlərin sayı 40-a çatıb, onlarla insan yaralanıb. 🔥😱😢

افزایش شمار کشته شدگان انفجار پاکستان به ۴۰ نفر

#Pakistan #terror
👎2
🇮🇷 İranın Təhsil Nazirliyi işə qəbul və karyera üçün məcburi hicabı şərt qoyur 🔥

“İSNA” xəbər ajansı yazıb ki, parlamentdə baxılan “İffət və hicab mədəniyyətinin təbliği yolu ilə ailəyə dəstək” qanun layihəsinə əsasən, İranın Təhsil Nazirliyi işə götürmək, vəzifəsini yüksəltmək, rütbə vermək, təyin etmək və işçilərin məşğulluq imtiyazlarından istifadə etmək üçün "İffət və hicaba əməli bağlılığı” şərt kimi qoymağa borcludur.

#İran #təhsil #hicab
👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Güney Azərbaycanın Ərəblər (Poldəşt) şəhərində Aşura günü yerli fermerlər fəryad edərək molla rejimi tərəfindən çayların qarşısının kəsilməsinə etiraz ediblər 🔥

🔴دادخواهی کشاورز پلدشتی در روز عاشورا

عوامل حکومت در منطقه آب نهرها را به روی کشاورزان بسته‌اند

#Güney_Azərbaycan #Poldəşt #etiraz
👍3
🇮🇷🇸🇾 Suriyanın xarici işlər naziri Feysəl Miqdad onu müşayiət edən iqtisadiyyat naziri Məhəmməd Samer Əl_Xəlil və rabitə naziri İyad Əl-Xətib ilə birlikdə Tehrana səfər edib.

Səfərdə məqsəd İran prezidenti İbrahim Rəisinin bu ölkəyə səfəri zamanı İran və Suriya arasında əldə olunmuş razılaşmaları yerinə yetirməkdir.

#Suriya #İran
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Məşhəddə yerüstü keçiddə molla rejiminə qarşı şüar yazılmış poster asılıb 🔥

"Əxlaq polisinin cavabı atəş, yumruq və fəryaddır!"

نص
ب بنر از پل عابر پیاده واقع در بزرگراه علی در مشهد

جواب گشت ارشاد؛ آتش و مشت و فریاد

شنبه ۷ مرداد ۱۴۰۲

#İran #Əxlaq_polisi #poster
👍4
🇮🇷🇦🇿 İranın Azərbaycanla dəmir yolu vasitəsilə mal mübadiləsi 63% artıb

İranın “Şimal Dəmiryolu 2” İdarəsinin rəisi Qulamhüseyn Vələdi İranla Azərbaycan arasında Astara sərhəd terminalı vasitəsilə dəmir yolu ilə mal mübadiləsində 63% artım olduğunu bildirib.

Onun bildirdiyinə görə, Astara dəmir yolu terminalı ilə Azərbaycanla ümumilikdə 225 min 982 ton mal mübadiləsi aparılıb ki, bu da ötən il mübadilə edilən 138 min 530 ton malla müqayisədə 63% artım deməkdir.

Əsas tranzit malları un, darı, arpa, buğda, kimyəvi maddələr, çınqıl, sənaye torpağı, odun və taxta olub.

#İran #Azərbaycan #tranzit #Astara #dəmir_yolu
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Güney Azərbaycanın Urmu-Salmas magistralında yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində iki nəfər həyatını itirib 🔥🤬🚗🚚

تصادف مرگبار کامیون با خودروی سواری پژو ۴۰۵ در جاده اورمیه- سلماس متاسفانه با دو فوتی
۱۴۰۲/۰۵/۰۸

#Güney_Azərbaycan #Urmu #Salmad #avtoqəza
👍2🤬1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranın Bəndər-Abbas şəhərində məcburi hicabdan imtina edən qadın molla rejiminə qarşı mədəni itaətsizlik kampaniyasına dəstək verib🔥

بندرعباس - موتور سواری یک زن بدون حجاب و حمایت یک مرد با گفتن نه به حجاب اجباری، زن زندگی آزادی
مرداد ۱۴۰۲

#İran #məcburi_hicab #mədəni_itaətsizlik
👍3
Təbriz səması bu dəqiqələrdə⚡️🌩💥
İldırım, şimşək

آسمان تبريز، هم اكنون
وقوع پی در پی رعدو و برق و اصابت صاعقه

#Təbriz #şimşək #ildırım
👍4
Bu dəqiqələrdə Güney Azərbaycanda repressiv qüvvələr Ağdərə kəndində yaşayan etirazçı əhaliyə qarşı repressiya həyata keçirmək üçün Soyuqbulaq (Mahabad) şəhərindən Tikantəpə (Təkab) şəhəri istiqamətinə göndərilir 🔥🤬

هم اکنون مهاباد اعزام نیروهای سرکوبگر از مهاباد بە تکاب برای سرکوب مردم معترض روستای اقدرە
#Güney_Azərbaycan #repressiv_qüvvələr
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Tehranda xalqa divan tutan radikal və yarımhərbi "Bəsic" qüvvələrinə məxsus baza narazı gənclər tərəfinfən yandırıldı 🔥💥

تهران - تابلو پایگاه بسیج سپاه‌پاسداران به آتش کشیده شد.

#Tehran #Bəsic #baza
👏2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Molla rejimi subsidiya ilə satdığı malı vətəndaşları aldadaraq bazar qiymətindən də baha satır 🔥🤬

روش جدید کلاهبرداری دولت ایران از شهروندان

#İran #bahalıq
🤬2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranın Kaşan şəhərində uzun illərdən bəri mənzil növbəsi gözləyən vətəndaşlar mənzillərin tikintisinin davam etməməsinə etiraz olaraq aksiya keçiriblər🔥

کاشان - تجمع اعتراضی متقضیان مسکن ملی در کاشان
یکشنبه، ۸ مرداد۱۴۰۲

#İran #Kaşan #etiraz
👍2
🇮🇷 Sistan və Bəluçistan əyalətində yağan güclü leysan çayların daşaraq avtomobilləri aparmasına səbəb olub ⚡️🌧🌊

خسارات سنگین جانی و مالی سوختبران در پی گرفتار شدند در سیلاب جنوب بلوچستان

#İran #daşqın
🔥1
🇮🇷 Neftlə zəngin ölkənin yoxsul vətəndaşı zibil qutularında yemək axtarır 😱😢🤬

زباله گردی

#İran #yoxsulluq
😢2😁1
🇮🇷 İranlı deputat: “Hökumət qiymətləri endirəcəyini deməyib, inflyasiyanın qarşısını alacağını bildirib” 🤔

“Shargh Daily” saytı məlumat verir ki, İran parlamentinin Proqram və Büdcə Komissiyasının üzvü Cəfər Qaderi əhalinin inflyasiyanın azalmasını hiss etməməsi ilə bağlı iddia edib:

“Düzdür, İranda inflyasiya yüksəkdir, lakin nisbətən aşağı düşür və hökumətin atdığı addımlar da buna sübutdur”.

O, əhalinin kəskin etirazlarına da toxunub:

“Qiymət artımı inflyasiyadan fərqlidir. Hökumət deməyib ki qiymətləri aşağı salacam, inflyasiyanı cilovlayacağını bildirib”.


Qeyd edək ki, deputat inflyasiyanın İranda azaldığını vurğulasa da, statistikada heç bir azalma yoxdur.

#İran #parlament #deputat #inflyasiya
😁4
🇮🇷 İranlı professor: “Qanunverici orqanın etibarını zədələyən qanun qəbul etməyin!”

Hüquq və kriminologiya üzrə professor Əli Nəcəfi Təvana “Şərq” qəzetinə müsahibəsində deyib:

“Niyə bizim parlament və millət vəkilləri hicab və iffətlə bağlı ziddiyətlərə diqət yetirməzdən öncə həmişə əllərindəki səlahiyyətlərlə insanları bir şeyə məcbur etməyə çalışırlar?”

O, “Hicab və İffət Qanunu” layihəsinin insanların şəxsi həyatına qədər qarışmasına sərt reaksiya verib.

Professorun fikrincə, heç kəs insanların hicab məsələsinə qarışa bilməz.

#İran #məcburi_hicab #qanun #etiraz
🇮🇷 İranlı məşhur futbolçu prezident Rəisini ələ salıb 😂

İranın “Persepolis” futbol klubunun məşhur keçmiş oyunçusu Cavad Kazemiyan “İnstagram” hesabında hökumət sözçüsü Əli Bəhadori Cəhrominin İran prezidenti İbrahim Rəisinin xalqın problemlərinə görə yuxusuz qalması ilə bağlı iddialarını ələ salıb.

Hökumət sözçüsünün açıqlaması:

“Ölkədə hər hansı məhsul bahalaşanda, prezident İbrahim Rəyisi narahatlıqdan gecə yata bilmir”.

Məşhur futbolçu isə prezidentin iki müxtəlif xarici görünüşünü əks etdirən şəklini paylaşaraq, bunu “yuxusuzluğun əlamətləri” adlandırıb.

کنایه تند و تیز و جنجالی جواد کاظمیان به رئیسی

#İran #İbrahim_Rəisi #futbolçu
😁4