Azad İran
5.95K subscribers
34.2K photos
21.3K videos
15 files
9.38K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranda sosial təminat sahəsində çalışmış təqaüdçülər etiraz aksiyası keçiriblər 🔥

Şuş şəhərində bir qrup təqaüdçü həyat şəraitlərinin pis olmasına və hökumətin onların problemlərinə biganə yanaşmasına etiraz olaraq yenidən aksiyaya başlayıblar.

Etirazçıların şüarı:

“Zülm yetər, süfrəmiz boşdur!”

تج
مع اعتراضی بازنشستگان تأمین اجتماعی شوش
شعار معترضین: «ظلم و ستم کافیه، سفره ما خالیه»

#İran #Şuş #təqaüdçü #sosial_təminat #etiraz
👍1
🇮🇷 İranda “Hicab və İffət Qanunu”layihəsinə qarşı tənqidlər artıb 👨‍⚖️

Məhkəmə orqanları tərəfindən hazırlanaraq parlamentə təqdim edilən bu qanun layihəsinin təfərrüatlarının dərc edilməsi hazırda hüquqşünaslar, siyasi və ictimai fəallar arasında böyük tənqid dalğasına səbəb olub.

Qanun layihəsində qadınlara qarşı misli görülməmiş cəza və tədbirlər nəzərdə tutulur və əslində insanlar arasında ayrı-seçkiliyin yayılmasına səbəb olacaq.

Qeyd edək ki, layihədə təkcə hicab qanunlarına riayət edən qadınların işə götürüləcəyi geniş müzakirə mövzularından biridir.

Xatırladaq ki, sözügüdən qanun layihəsi 70 maddə və 5 fəsildən ibarətdir.

#İran #məhkəmə #məcburi_hicab #qanun #layihə
🇮🇷 İranın radikal mollası: “Biz inqilab etdik ki, hicab cəmiyyətə hakim olsun” 🙄

Tehran şəhərinin cümə imamı Əhməd Xatəmi deyib:

“Ailələr hicabın keşikçisi olmalıdır. Düşmən hicab taxmamağı normallaşdırmaq istəyir, amma biz inqilab etdik ki, hicab (qadınlara) hakim kəsilsin”.

“Hicablı və hicabsız hər kəs başa düşsün ki, ölkədə hicab qanunları yumşalmayacaq və hicabsız qadınlara yer olmayacaq”-deyə, ultra mühafizəkar din xadimi əlavə edib.

#İran #molla_rejimi #inqilab
🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranın Kermanşah əyalətində də sosial təminat sahəsində çalışmış təqaüdçülər etiraz aksiyası keçiriblər 🔥

Etirazçıların şüarları: “Bazara kəskin inflyasiya hakim olub!”, “Yoxsulluq və korrupsiyaya qarşı etiraz birliyi!”

تج
مع اعتراضی بازنشستگان تأمین اجتماعی کرمانشاه

#İran #Kermanşah #etiraz
👍1
🇮🇷 İranlı nazir incəsənət xadimlərinə xəbərdarlıq edib❗️

“Etirazlar zamanı tanınmış mədəniyyət və incəsənət xadimləri İslam Respublikasına qarşı mübarizənin bayraqdarı olublar”.

Bunu deyən İranın mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmaili bildirib ki, ümummilli etirazlar zamanı görkəmli mədəniyyət və incəsənət xadimləri İran hakimiyyətinə qarşı mübarizədə aparıcı rol oynayıblar, buna görə nazirlik onların mədəniyyət sahəsində fəaliyyətini qadağan edib.

O, etirazçıları ötən ilin "fitnəkarları" adlandırıb və onlara tətbiq edilən qadağaların artacağını vurğulayıb.

#İran #mədəniyyət_nazirliyi #incəsənət_xadimi #etiraz
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran xəstəxanalarında anti-sanitar vəziyyət hökm sürür 🏥🎥

Fars əyalətinin Fəsa şəhərində Vəli-Əsr xəstəxanasının dam örtüyündən su axır. Xəstəxana rəhbərliyi isə bu problemi özünəməxsus yollarla həll edir.

‎فیلمی از وضعیت غیر بهداشتی بیمارستان ولیعصر شهرستان فسا در استان فارس

#İran #xəstəxana #anti_sanitariya
😱1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İranda oğlan şagirdə təcavüz etmək istəyən Bəsic bazasının rəhbəri tutuldu 🔴

Şadqan şəhərində yarıhərbi və radikal Bəsic bazasının rəhbəri və Xomeyni adına orta məktəbin katibi Əmir Vəlizadə bir şagirdi zorlamaq istəyərkən şəhərin gəncləri tərəfindən yaxalanıb.

#İran #Bəsic #təcavüz
👎1🤬1
🇮🇷 İranda azadlıqsevər insanlar əsginazların üzərinə anti-hökumət şüarları yazmağa davam edirlər 💵✍️

“Xameneyiyə ölüm olsun!”,
“Diktatora ölüm olsun!”


اد
امه شعار نویسی مردم آزادیخواه بر روی اسکناس

#İran #əsginaz #şüar #etiraz
👍4
🇮🇷 İranda avtomobillərin texniki baxış mərkəzlərində qadın və kişilər üçün ayrıca bölmələr yaradılıb 😱🚗

Məlumata görə, Tehranda avtomobillərin texniki baxış qərargahının rəisi Şadi Maliki bu ay kişilər üçün xüsusi texniki baxış xəttinin işə salındığını bildirib. O, qadınlar üçün isə texniki baxış mərkəzlərinin keçən ay işə başladığını qeyd edib.

Tehranda nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üzrə qərargah paytaxt bələdiyyəsinin nəzarəti altında fəaliyyət göstərir. Ötən aylardan bəri Tehran Bələdiyyəsi qadın və kişiləri əvvəlkindən daha ciddi şəkildə ayırmaq planını həyata keçirməyi qarşısına məqsəd qoyub.

Qeyd edək ki, bundan öncə metroda kişi və qadın vaqonlarını ayıran pərdələrin quraşdırılması da mübahisələrə səbəb olmuşdu.

#İran #qadın #kişi #texniki_baxış
😱1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranın Gəçsaran şəhərində yerləşən neft şirkətinin işçiləri ağır iş şəraiti və əməkhaqlarının yetərsiz olmasına etiraz olaraq işi dayandırıb və tətilə çıxıblar 🔥

یکشنبه ۸ مرداد ۱۴۰۲

اعتصاب کارکنان بهره برداری نفت وگاز گچساران به نحوه اجرای ماده ۱۰

#İran #neft_sənayesi  #etiraz #tətil
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İran metrosunda daha bir hökumət muzdlusu cəsur qadınların qəzəbinə tuş gəldi 🔥

Hökumət muzdlusu olan bu qadın metroda bəzi hicabsız cavan qızların görüntülərini çəkərkən, qadınlar ona reaksiya verib və telefonunu alıblar. Lakin qadın heç bir video çəkmədiyini inadla israr edir.

مواجه یکی دیگر از مزدوران دولتی در متروی ایران با خشم زنان دلیر

#İran #metro #məcburi_hicab #qadın
👍2
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 Rəşt şəhərində Sosial Təminat İdarəsinin pensiyaçıları etiraz aksiyası keçiriblər 🔥

Narazı pensiyaçılar müftəxor mollalara xitabən şüar səsləndiriblər: "Ölkəni qarət etdilər, bizi çarəsiz hala saldılar!"

یکشنبه ۸ مرداد ۱۴۰۲
رشت:
تجمع اعتراضی بازنشستگان تامین اجتماعی

کشور را غارت کردند،
ما را بیچاره کردند

#Rəşt #pensiyaçılar #etiraz
🔥1
🇮🇷 İranda restoran sahibləri müflisləşmək üzrədir/ satışlar yarı-yarıya azalıb 🔥🍽🍨🌮🌯

İranın Restoranlar Birliyinin rəhbəri Əliəkbər Rəhbəri deyib: "Son iki ildə restoran sahibləri böhran vəziyyətinə düşüb, bunun ən əsas səbəbi isə ölkə iqtisadiyyatında inflyasiya səviyyəsinin yüksəlməsi və nəticədə qiymətlərin, xüsusilə də ərzaq məhsullarının bahalaşmasıdır. Restoran biznesi ilə məşğul olanlar iki aydan tez müddətə qiymət artımını tələb edə bilməz, halbuki düyü, ət, toyuq əti, yağ və s. qiymətləri sabit deyil. Əsas malların qiymətinin qalxması və insanların alıcılıq qabiliyyətinin azalması restoran sahiblərinin satışlarının ən azı 50% azalmasına səbəb olub".

#İran #inflyasiya #bahalıq #restoran #müflisləşmə
🔥1
🇮🇷 İsfahan poladəritmə zavodunun təqaüdçüləri yoxsulluq, məhrumiyyət, korrupsiya, inflyasiya və bahalaşan qiymətlərə etiraz əlaməti olaraq Pensiya Fondu qarşısında etiraz aksiyası keçiriblər 🔥

🔥اصفهان - تجمع اعتراضی بازنشستگان فولاد اصفهان مقابل صندوق بازنشستگی در اعتراض علیه فقر، محرومیت،فساد، تورم و گرانی

#İsfahan #etiraz #inflyasiya
👍1
🇵🇰 Pakistanın şimalında siyasi toplantının keçirildiyi məkanda törədilən terror aktı nəticəsində ölənlərin sayı 40-a çatıb, onlarla insan yaralanıb. 🔥😱😢

افزایش شمار کشته شدگان انفجار پاکستان به ۴۰ نفر

#Pakistan #terror
👎2
🇮🇷 İranın Təhsil Nazirliyi işə qəbul və karyera üçün məcburi hicabı şərt qoyur 🔥

“İSNA” xəbər ajansı yazıb ki, parlamentdə baxılan “İffət və hicab mədəniyyətinin təbliği yolu ilə ailəyə dəstək” qanun layihəsinə əsasən, İranın Təhsil Nazirliyi işə götürmək, vəzifəsini yüksəltmək, rütbə vermək, təyin etmək və işçilərin məşğulluq imtiyazlarından istifadə etmək üçün "İffət və hicaba əməli bağlılığı” şərt kimi qoymağa borcludur.

#İran #təhsil #hicab
👎1