Azad İran
5.78K subscribers
36.2K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
TƏCİLİ:
🇮🇱🇮🇷 Mossad İranın mərkəzində SEPAH-ın yüksək rütbəli kəşfiyyat zabitini dindirdi

İsrail hökuməti cümə axşamı bildirib ki, İrandakı Mossad agentləri Kiprdə israillilərə hücum etmək üçün İranın hazırladığı sui-qəsd əməliyyatını koordinasiya etməkdə şübhəli bilinən şəxsi həbs etmək üçün əməliyyata başlayıblar!

Mossad öz bəyanatında həmin şəxsin Yusif Şahbazi Abbas Əlilu olduğunu bildirərək əlavə edib ki, o, SEPAH-ın yüksək rütbəli rəsmi şəxsləri tərəfindən ətraflı təlimatlar və silahlar alıb.

Mossad Şahbazini İranın daxilində həbs etməklə onu dindirə bilib və hətta onun etiraf videosunu da yayımlayıb.

İsrail istənilən vaxt həm hərbi, həm də kəşfiyyat baxımından molla rejiminin absurd nüfuzunu yerlə yeksan edir!

بازجویی موساد از یک عضو ارشد سازمان اطلاعات سپاه در قلب ایران - تهران

#İsrail #SEPAH #Mossad
👍4
🇺🇦🇷🇺🇮🇷 Ukrayna Ordusunun Hərbi-Hava Qüvvələrinin sözçüsü İqnat bildirib ki, İran Rusiyanı təkcə İranın “Şahid” dronları ilə deyil, digər növ PUA-ları ilə də təmin edə bilər.

Onun sözlərinə görə, bu, "Mohacer-6" pilotsuz uçan aparatı ola bilər ki, onun özəlliyi sayı 4-ə qədər idarə olunan sursat daşımaq qabiliyyətinə malik olmasıdır.

#İran #Rusiya #dron #Ukrayna #müharibə
1
🇮🇷 Əhvazda Sosial Təminat İdarəsinin pensiyaçıları etiraz akaiyası keçiriblər🔥

اهواز - تصاویری از تجمع اعتراضی بازنشستگان تأمین اجتماعی

یکشنبه، ۱۱ تیر ۱۴۰۲

#İran #Əhvaz #etiraz
🔥1
🇮🇷🇦🇿 İran xarici işlər nazirinin müavini Azərbaycana səfər edib

İranın xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Rza Nəcəfi sabah başlayacaq Qoşulmama Hərəkatının yüksək səviyyəli ekspertlərinin 2 günlük iclasında iştirak etmək üçün bazar günü ekspertlərdən ibarət nümayəndə heyətinin rəhbəri qismində Bakıya gedib.

Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin görüşü də bu həftənin çərşənbə və cümə axşamı günlərində Bakıda keçiriləcək.

#İran #Azərbaycan
🤬3🤮1
🇮🇷 ETTELAAT Nazirliyi Mazandaran əyalətində 4 vətəndaşı həbs edib 🛑

İranda İnsan Haqları Təşkilatının verdiyi xəbərə görə, ETTELAAT (Kəşfiyyat və Təhlükəsizlik) Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi Mazandaran əyalətinin Kəlarabad, Səlmanşəhr, Abbasabad və Tonekabon şəhərlərində "dövlət əmlakını dağıtmaq və kustar üsulla hazırlanan qumbaralardan istifadə etmək" ittihamı ilə adları açıqlanmayan 4 nəfəri həbs edib.

Məlumatda həmin şəxslərin kimliyi və həbs olunmalarının dəqiq tarixi qeyd edilmir.

Təqsirləndirilən şəxslərin vəkilləri ilə görüşün mümkün olmaması və məhkəmə prosesində digər tələbləri yerinə yetirməsinə imkan verilməməsi Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 9-cu maddəsini pozur.

#İran #Mazandaran #həbs #ETTELAAT
👍2🤬1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷 İranın Şuştər şəhərində Sosial Təminat İdarəsinin  təqaüdçüləri məişət şəraitinin pis olmasına və onların tələblərinə diqqət yetirilməməsinə etiraz ediblər 🔥

Etirazçı təqaüdçülərin şüarları:

"Bazara kəskin inflyasiya hakim olub! Biz təqaüdçülər öz haqqımızı tələb edirik! İnflyasiya, bahalıq, xalqın canına qənim kəsilmiş bəladır! Nə vaxdadək başı aşağı? Ya ölüm, ya da həyat! Təqaüdçü ölər, zülmə baş əyməz!"


تجمع اعتراضی بازنشستگان تأمین اجتماعی شوشتر

بازنشستگان تأمین اجتماعی شوشتر در اعتراض به وضعیت نامناسب معیشتی و عدم رسیدگی به خواسته‌هایشان مجدداً مقابل سازمان تأمین اجتماعی این شهر دست به تجمع زدند.

بازنشستگان شوشتر شعارهایی از جمله:
تورم اسفبار/حاکم شده بر بازار
مابازنشستگانیم؛دنبال حقمانیم
تورم؛گرانی؛ بلای؛ جان مردم
تاکی سرافکندگی؛یامرگ یازندگی
بازنشسته می میرد؛ذلت نمی پذیرد
اجرای همسان سازی؛بدون حقه بازی
و... را سر می‌دادند.
یکشنبه ۱۱ تیرماه
#İran #Şuştər #etiraz
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Güney Azərbaycanda Qurban bayramında səsləndirilən “Can Azərbaycan” şeiri 🇦🇿✌️

جان آذربایجان در جشن بزرگ عید قربان

#Güney_Azərbaycan #can_Azərbaycan
13
🇮🇷🇦🇿 Xameneyinin müşaviri İran-Azərbaycan əlaqələri haqda Azərbaycan rəsmilərinə qarşı kinayəli fikir səsləndirib 🔥

İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti İranın Azərbaycanla əlaqələri ilə bağlı deyib:

"Bizim Azərbaycan xalqı ilə heç bir problemimiz yoxdur və bir-birimizə qarşı tam qohumluq hissi var. Bu qədər ortaq cəhətləri olan xalqlar azdır və ümid edirik ki, bu ölkənin rəsmiləri tərəflər arasında qardaşlıq münasibətlərinin və ümumi cəhətlərin dərinliyini anlayacaq və İranın heç vaxt iki qonşu dövlət və qardaş ölkənin münasibətlərində gərginlik yaratmasını qəbul etməyəcəyini biləcəklər".

علی
اکبر ولایتی درخصوص روابط ایران با جمهوری آذربایجان گفت: ما با ملت آذربایجان هیچ مشکلی نداریم و کاملا نسبت به یکدیگر احساس خویشاوندی داریم. کمتر دو ملتی وجود دارد که این همه مشترکات داشته باشند و امیدواریم که مسئولین آن کشور عمق روابط برادرانه و مشترکات دو طرف را درک کنند و بدانند که ایران هیچ گاه تحمیل تشنج در روابط دو کشور همسایه و برادر را نمی پذیرد.

#İran #Azərbaycan
🤔3👎2
🇮🇷🇷🇺 İran və Rusiya daha çox şəhərdən uçuşları artırmağı planlaşdırır 🛫

“İRNA”nın məlumatına görə, İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Məhəmməd Məhəmmədi Bəxş deyib:

“İran və Rusiya arasında daha çox şəhərdən uçuşların artırılması nəzərdə tutulur”.

#İran #Rusiya #əməkdaşlıq
🇮🇷 İranda təqaüdçülər etiraza qalxdı 🔥

Dünən Şuştər şəhər Sosial Təminat Fondunda çalışmış təqaüdçülər minimum əməkhaqqı üçün Ali Əmək Şurasının təsdiq etdiyi 27%, digər əmək haqqı səviyyələrində isə 21% artımı qeyri-kafi hesab edərək deyirlər:

“Bu faiz artımları inflyasiya və məişət səbətinə uyğun gəlmir və son dərəcə qeyri-adekvatdır”.

Onlar “Sosial təminat haqqında” qanunun 96-cı maddəsinə əsasən təqaüdlərin artırılmasını tələb edərək bildiriblər:

“Təqaüdçülərin maaşları yaşayış xərclərinə görə artırılmalıdır!”.


ran #Şuştər #etiraz #təqaüd
🇮🇷🇦🇿 İran xarici işlər naziri Azərbaycana gedir: Gündəlikdə hansı məsələlər var?

Arsheh Online saytının xəbərə görə, 5-6 iyul tarixlərində Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin görüşünün Bakıda keçirilməsi planlaşdırılır.

“Fars News”un əldə etdiyi məlumata əsasən, İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Bakıda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.

#İran #Azərbaycan #Qoşulmama_Hərəkatı
👍1👏1
🇮🇷 İranın su ehtiyatları ilə bağlı narahatlığı artıb❗️

“Qarşıda bizi su böhranı gözləyir”.

“T
asnim News” xəbər verir ki, Tehranın narahatedici statistik göstəricilərinin yayılmasından sonra, yeni dərc edilən statistikada İranın əksər şəhərlərində su böhranının hökm sürdüyü və iranlıların bu yayı çətin keçirəcəyi açıqlanıb.

Statistikaya görə, içməli su təchizatı və kənd təsərrüfatı üçün bəzi vacib bəndlərdə su ehtiyatlarının vəziyyəti çox əlverişsizdir. Belə ki, İran üzrə ən mühüm su təchizatı bəndləri arasında 9 əsas bəndin su ehtiyatları 20%-dən aşağıdır və bu bəndlərdə su ehtiyatları 80%-dən çoxu boşdur.

#İran #su_qıtlığı #böhran
🇮🇷 İranlı deputat ölkədə hərbi personalın çoxluğunu tənqid edib ❗️

Millət vəkili Cəlil Rəhimi Cəhanabadi deyib:

“Ölkə sanki kazarmaya çevrilib”.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Cəlil Rəhimi Cəhanabadi hərbçilərin ölkənin icra strukturlarında kütləvi təyinatını tənqid edərək deyib:

“İran xalqı parlament və hökumətdən məyusdur”.


#İran #parlament #molla_rejimi #tənqid
🔥1
🔴 Güney Azərbaycanın 2 milli fəalı həbs və cərimə edildi 😱😡

Şərqi Azərbaycan əyalətinin Apellyasiya Məhkəməsi Marağa və Sulduz şəhərlərində yaşayan azərbaycanlı fəallar Muxtar İbrahimi və Seyid Musa Ziya Gərgərini həbs və pul cəzasına məhkum edib.

Apellyasiya Məhkəməsinin qərarına görə, Muxtar İbrahimi "rejimə qarşı qruplaşma yaratmaq" ittihamı ilə 1 il həbs, Seyid Musa Ziyagərgəri isə "rejimə qarşı təbliğat aparmaq" ittihamı ilə 6 milyon tümən (243 ₼) cərimə cəzasına məhkum edilib.

#Güney_Azərbaycan #molla_rejimi #milli_fəal #etiraz #həbs #cərimə
👍1🤬1
🇮🇷 İranda etirazçı həbsdən azad olduqdan sonra intihar edib 😱😢

İranda insan haqları mənbələrinin verdiyi məlumata görə, İlam əyalətində Mehdi Sadiqi adlı etirazçı həbsdən çıxdıqdan sonra intihar edib.

"Hengaw" saytı xəbər verir ki, Mehdi Sadiqi azadlığa çıxdıqdan sonra həbsxananda üzləşdiyi amansız işgəncələr və özünün ağır psixoloji vəziyyəti barədə məlumat verib.

25 yaşlı Mehdi Saqidi iyulun 1-də altı aylıq həbs müddəti başa çatdıqdan sonra Tehranda intihar edərək həyatına son qoyub.

Qeyd edək ki, bu, İranda azadlığa çıxan məhbusların ilk intihar cəhdləri deyil.

#İran #molla_rejimi #həbs #işgəncə #intihar
👍1🤬1
Media is too big
VIEW IN TELEGRAM
Güney Azərbaycanın Zəncan əyalətində ənənəvi Türk festivalı maliyyə çatışmazlığı bəhanəsi ilə ləğv edildi 😱😡

Bundan öncə Güney Azərbaycanın Urmu şəhərində molla rejimi Şəhriyar teatrını, daha sonra isə Azərbaycan milli rəqs və geyimlərinin nümayiş olunduğu restoranı bağlamışdı.

لغو جشنواره آیین های سُنتی تورکی در شهر زنجان

#İran #Türk #festival #ləğv
🤬5👍1😱1
🇮🇷 İranın paytaxt və digər şəhərlərində bir sıra kafelər yenidən bağlandı

Məcburi hicabı tətbiq etmək üçün hökumət təzyiqlərini gücləndirən İaşə Obyektlərinə Nəzarət İdarəsinin əməkdaşları müxtəlif şəhərlərdə, o cümlədən Bəndər Abbas, Məşhəd, Tehran, İslamşəhr, Eştehard, Pərənd, Rəşt və Motel-Qu şəhərlərindəki ticarət və istirahət zonalarını, xüsusilə də, fəaliyyət göstərən onlarla kafeni bağlayıb.

Hormozqan əyalətinin mərkəzi Bəndər Abbas şəhərində polis qərargahının nəzarət şöbəsi məcburi hicab taxmaqdan imtina edən qadınların olması səbəbindən bağlanan kafelərin siyahısını açıqlayıb.

#İran #məcburi_hicab #molla_rejimi #azadlıq
🔥2👍1