Azad İran
5.78K subscribers
36.1K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Ümumdünya #Azad_İran Konfransından görüntülər 🔥

تصاویر دیگری از کنفرانس جهانی ایران آزاد ۲۰۲۳

#Azad_İran_konfransı
🔥4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranın Sistan və Bəluçistan əyalətinin Hirmənd bölgəsində baş verən qum fırtınasından görüntülər🔥😱

طوفان گردوخاک در سیستان و بلوچستان

#İran #Sistan_Bəluçistan #Hirmənd
😱2
🇮🇷 İranda uşaq qatili olan terrorçu Qasım Süleymaninin təsviri inqilabçı gənclər tərəfindən boya ilə yararsız hala salınıb 🔥

رنگی کردن چهره تروریست بچه‌کُش قاسم کتلت توسط جوانان انقلابی

#İran #Qasım_Süleymani
👏5
Güney Azərbaycanın Nəmin bölgəsinin Durcun kəndində İran istehsalı olan "Samand" markalı minik avtomobili aşıb, 2 nəfər xəsarət alıb 🚗😢

واژگونی سواری سمند در نمين حوالی روستای دورجون با دو مصدوم
۱۴۰۲/۰۴/۱۰

#Ərdəbil #avtoqəza
😢3
🇮🇷🇦🇲 İranın Ermənistandakı səfiri bu yaxınlarda iranlı məhbusların ölkəsinə təhvil verilməsinə görə Ermənistanın ədliyyə nazirinə təşəkkür edib

İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zuhuri bu ölkənin ədliyyə naziri Qriqor Minasyanla görüşüb, danışıqlar aparıb.

Görüşdə İran səfiri Abbas Zuhuri son illərdə iki ölkə arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın səviyəsinin yaxşılaşdığını qeyd edərək, iranlı məhbusların təhvil verilməsində Ermənistan Ədliyyə Nazirliyinin köməyinə görə minnətdarlığını bildirib.

#İran #Ermənistan
🤮2👍1🤬1
🇮🇷🇦🇲 İranın Ermənistana təyin olunan yeni səfiri fəaliyyətə başlayır

İranın Suriyadakı keçmiş səfiri Mehdi Sübhani diplomatik missiyasını davam etdirmək üçün Ermənistana gedir.

Sübhani əvvəllər İran Xarici İşlər Nazirliyinin Strateji Planlaşdırma və Monitorinq İdarəsinin rəisi, İranın Pakistanın Karaçi şəhərindəki baş konsulu, İran XİN-nin Qərbi Asiya Baş İdarəsinin rəis müavini, ölkəsinin Türkmənistan və Ukraynadakı səfirlərinin müavini olub.

#İran #Ermənistan #səfir
🇮🇷 İran polis komandanlığının zabiti Cavad Kərimi etirazçı gənclər tərəfindən güllələnərək öldürülüb 🔴😱🔥

یک مامور فراجا در بافت به نام جواد کریمی توسط جوانان معترض به رگبار بسته و کشته شد

#İran #molla_rejimi
👍9🔥1🤔1
🇮🇷 “Devrilənədək qiyam” haker qrupu İranın məxfi dövlət sənədini ifşa edib❗️

İranın Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Şamxani “xalqı inandırmaq üçün Büdcə Proqramı Təşkilatı vasitəsilə ümidverici mesajların çatdırılması” barədə saxta əsaslandırmaların aparılması üçün Əli Xameneiyə və İbrahim Rəisiyə məxfi məktub ünvanlayıb.

#İran #məxfi_sənəd
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranın Sefid-Abe-Nəhbəndan yolunda ailəsini dolandırmaq üçün yanacaq daşımaqla məşğul olan işsiz etnik bəluç molla rejiminin repressiv hərbi qüvvələri tərəfindən döyülərək həbs edilib 😡

ضرب و شتم و بازداشت یک سوختبر بلوچ توسط نیروهای نظامی در محور سفید_آبه _ نهبندان

#İran #azadlıq #molla_rejimi
🤬2🔥1
🇮🇷 Tehranın Evin zindanında məhbusların acınacaqlı vəziyyəti 😱😢

Burada siyasi və yoxsul məhbuslar pis, varlı məhbuslar yaxşı yaşayır.

Evin zindanının 4-cü kolonunda adının çəkilməsini istəməyən siyasi məhbusun “Amerikanın Səsi”nə verdiyi məlumatda deyilir:

“Evin həbsxanasının 4-cü kolonunda cəza çəkən siyasi və aşağı səviyyəli məhbuslar pis vəziyyətdə, imkanlı məhbuslar isə lüks şəraitdə yaşayırlar”.


O, əlavə edib: “İslam Respublikası hökuməti siyasi məhbuslara təzyiqləri gücləndirib. Sözügedən kolonun 1 saylı bölməsində "xarici ölkələrlə əlaqədə və casusluqda" ittiham olunan 40-a yaxın siyasi məhbus, qalan bölmələrdə isə maliyyə ittihamları əsasında həbs edilən məhbuslar, üçüncü bölmədə isə 50-dən çox məhbus saxlanılır. Siyasi məhbuslar sıxlığı yüksək olan dörd otaqda saxlanılır və standartdan kənar dözülməz şəraitdə qalırlar”.

#İran #zindan #məhbus
🤬1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Zahidanda etnik bəluç uşaq yoxsulluq ucbatından yalın ayaqla gəzir 😢

تصویری دردناک از وضعیت پای کودکان خردسال بلوچ

#İran #səfalət #uşaq
😢4
🇮🇷 İran cəmiyyətinin yarısı mənzil yoxsulluğundan əziyyət çəkir 🏠

Dərc edilmiş statistik məlumatların icmalı göstərir ki, ölkədə orta hesabla ailələrin 50%-dən çoxu evsizlikdən əziyyət çəkir və inflyasiyanın artım tendensiyası davam edir. Bu isə daha çox əhalini evsizlik həddinin altına sürükləyir.

“Eco Iran” saytının yaydığı hesabatda qeyd edilir ki, hazırda Tehranda ailələrin 90%-i mənzil yoxsulluğu ilə üzləşib. Tehrandan sonra Əlborz və Gilan əyalətləri müvafiq olaraq 85% və 75% əhalinin evsizliyi üzrə növbəti yerləri bölüşür.

#İran #Tehran #mənzil #yoxsulluq
🤬3👍1
🇮🇷 İranda qanuni azadlıqlar son 40 ilin ən aşağı səviyyəsinə çatıb 📉

İranda yaşayan hüquqşünas Kambiz Novruzi deyir ki, İranda qanuni azadlıqların vəziyyəti çox zəif və aşağı səviyyədədir və İranda insanların hüquqları son 40 ildə ən aşağı səviyyəyə çatıb.

İslam Respublikasının avtoritar mahiyyətinə işarə edən
hüquqşünas, insanların şəxsi həyatının hər küncünə qarışmaq, əmr vermək və qadağan etmək istəyən hökumətin “ciddi”, amma “qüsurlu” qanunları olduğunu deyib.

#İran #azadlıq #molla_rejimi
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇨🇦 Kanadanın keçmiş baş naziri Stiven Harperin şənbə günü Parisdə molla rejiminə qarşı təşkil edilən #Azad_İran toplantısında çıxışı:

"İran rejiminin dünyadakı səfirlikləri bağlanmalıdır!"

ran #Azad_İran #Kanada #molla_rejimi #etiraz
5👍1
🇮🇷 Hormozqan əyalətində zəlzələ olub 🔴

Hormozqan əyalətinin Bəndər-Abbas şəhərinin qərbində yerləşən Bəndər-Kəng bölgəsində Rixter cədvəli üzrə 4 bal gücündə zəlzələ baş verib.

Zəlzələ bu gün təxminən saat 12:37 radələrində Yerin 11 km dərinliyində qeydə alınıb.

#İran #Hormozqan #zəlzələ