Azad İran
5.78K subscribers
36.1K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🔴 Sistan və Bəluçistan əyalətində zəlzələ baş verib

Sistan və Bəluçistan əyalətinin Nüsrətabad şəhərində Rixter cədvəli üzrə 4,4 bal gücündə zəlzələ qeydə alınıb.

#İran #Sistan #Bəluçistan #zəlzələ
🇮🇷 İranda naməlum silahlı şəxslər tərəfindən etnik bəluç uşaq öldürülüb 😢😱

Dünən İranşəhr şəhərinin Bağdaniyyə kəndində naməlum silahlı şəxslər tərəfindən açılan atəş nəticəsində bəluç əsilli uşaq həlak olub.

Həmin vətəndaşın Bağdaniyyə kənd sakini 18 yaşlı Fərdin Zərdkuhi Nurəddin oğlu olduğu bildirilir.

Məlumata görə, silahlı şəxslərin gülləsi həmin uşağın başına dəyib.

Hələ ki, hücum edənlərin kimliyi barədə məlumat yoxdur.

#İran #qətl #uşaq
👍1😢1
🇮🇷 İranda beş tələbə iki semestr təhsildən məhrum edilib 😡

Əvvəllər 2022-ci ilin ümumxalq etirazlarında həbs edilən Kirmanşahın Razi Universitetinin beş öyrəncisi iki semestr təhsildən məhrum edilib.

İntizam Komitəsinin qərarı ilə Kamyab Rəhmani, Əli Səidi, Məhəmməd Muradi, Səid İrannejad, Əlireza Naderi və Ramin Həbibi iki semestr təhsildən məhrum edilib.

Onlar 2022-ci ilin noyabrında həbs olunublar.

#İran #həbs #tələbə
🤬1
🇪🇺🇮🇷 Avropa Parlamenti nümayəndəsinin İranın tələbinə cavabı❗️

Almaniyanın Avropa Parlamentindəki nümayəndəsi Hanna Nyuman İslam Respublikasının İsveçin Tehrandakı səfirliyinə yazdığı məktubun mətnini dərc edərək bildirib ki, İranda insan haqlarının pozulması ilə bağlı tənqidinə son qoyulması tələb edilib.

İran Xarici İşlər Nazirliyi bu məktubda Hanna Nyumanın İran prezidenti İbrahim Rəisinin inqilabın əvvəlində minlərlə insanın edam edilməsinə görə məsuliyyət daşıması ilə bağlı açıqlamalarını “qərəzli və təxribat xarakterli” adlandırıb.

Hanna Nyuman isə İranın bu tələbinə cavab olaraq “davam edəcəyəm” deyib.

#İran #Avropa_Parlamenti #tənqid
🇮🇱🇮🇷 İsrail mediası İran haker qruplarının hədəfinə çevirlib 📵

İslam Respublikası ilə əlaqəli bir qrup hökumət hakeri və əvvəllər “Charming Kitten”, “Imperial Kitten” və “Tortoiseshell” kimi tanınan “APT35” haker qrupun alt dəstəsi öz istifadə imkanlarını yeniləyib.

Həmin qruplar İsrail vətəndaşları da daxil olmaqla müxtəlif istifadəçi hesablarına və e-poçtlara qarşı “nizə fişinq”(qlobal şəbəkədə balıq ovunu xatırladan fırıldaqçılıq növü) kimi tanınan bir sıra hədəflənmiş aldadıcı hücumlar törədiblər.

ABŞ-ın Virciniya ştatında yerləşən təhlükəsizlik şirkəti “Volexity” bildirib ki, sözügedən qrup bir israilli jurnalistə fişinq hücumları halında “Qaralama hesabat” başlığı altında sıxılmış fayl (RAR) göndərib.

#İran #İsrail #media #fishing
🇮🇷 İranda bıçaqlı şəxslər konsertə hücum çəkdi 😱🔥

Dünən axşam saatlarında bir qrup şəxs soyuq silahlarla Sircan şəhərində Gerşa Rezayinin konsertinə hücum edib və iki nəfəri yaralayıb.

Pop ifaçısı naməlum şəxslərin hücumunu “rüsvayçılıq” adlandırıb və onlara qarşı “hüquqi tədbir görülməsini” tələb edib.

Qeyd edək ki, ötən həftə qondarma “Xodsər” adlı qüvvə Lian qrupunun konsertinə hücum edib.

#İran #terror #konsert
🤬1
🇮🇷 İran deputatı dərman qıtlığı barədə xəbərdarlıq etdi❗️

İran parlamentinin Səhiyyə və Müalicə Komissiyasının Rəyasət Heyətinin üzvü Məhəmmədəli Bəndpey səhiyyənin böhrana çevrilməsi ilə bağlı xəbərdarlıq edərək, İranda nadir dərmanların sayının 200-dən çox olduğunu bildirib.

O, ILNA-ya verdiyi müsahibədə xəbərdarlıq edib ki, ölkədə dərman çatışmazlığına çarə tapılmasa, bu, sosial, siyasi, iqtisadi, səhiyyə və tibbi böhrana çevrilə bilər.

#İran #sağlamlıq #təbabət #dərman
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔴 Xalxal şəhərinin Nemhil kəndində əkinçilərin acınacaqlı vəziyyəti 😱😢🤬

این وضعیت کشاورزان روستای نمهیل از توابع شهرستان خلخال هست

#İran #Xalxal #etiraz
🤬1
🇺🇦🇷🇺🇮🇷 Bu ilin iyun ayı ərzində Ukraynanın Hava Hücumundan Müdafiə Sistemləri 160 ədəd İran istehsalı Shahed-136/131 dronunu məhv edib.

#Ukrayna #müharibə #Rusiya #İran #dron
👍1
🇮🇷 İranda hicabsız qadınlara qarşı mübarizə qrupu yaradılıb 🔥😡

İranın Qızıl Aypara Təşkilatının məlumatına görə, ölkədə “hicab qaydalarına riayət etməyən qadınlara qarşı mübarizə qrupu” təşkil edilib.

تشکیل گروه مبارزه علیه زنان بی حجاب در ایران

#İran #hicab #azadlıq
🤬3👎2👍1
🇮🇷 İran Xəzər dənizi və Farz körfəzini çirkləndirir❗️

“İRNA”nın məlumatına görə, çirkab suların ölkənin şimal və cənub dənizlərinə axması prosesi nəinki idarə olunmur, hətta ekoloji ekspertlərin fikrincə, bu proses əksinə artıb.

İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının Dənizlərin Çirklənməsinin Tədqiqi və Mübarizə Bürosunun Baş direktoru Ümid Sədiqi Xəzər dənizinə və Fars körfəzinə İranın kanalizasiya və tullantı sularının fasiləsiz daxil olduğunu bildirərək, bunu fəlakətli hesab edib.

#İran #Xəzər_dənizi #Fars_körfəzi #çirklənmə
🤬2👍1😢1
🇮🇷 İranda bir ayda məhbusların sayı 50% artıb❗️

“Hengaw” insan haqları saytı İranda son bir ay ərzində həbslərin sayının əvvəlki ayla müqayisədə 50%-dən çox artdığını açıqlayıb.

Saytın məlumatına görə, iyunda İranın müxtəlif şəhərlərində azı 168 vətəndaş həbs edilib.

Qeyd edək ki, 2022-ci ildən “Qadın, Həyat, Azadlıq” etirazları başlayandan sonra cəmiyyətin müxtəlif təbəqələrində geniş həbs dalğası başlayıb və davam edir.

#İran #həbs #məhbus
🔥1
🇮🇷🇫🇷🇬🇧 Bu dəqiqələrdə Parisdə.molla rejiminə etiraz olaraq keçirilən #Azad_İran beynəlxalq konfransında Britaniyanın sabiq baş naziri Liz Tras çıxış edir

هم اکنون
سخنرانی خانم لیز تراس نخست وزیر پیشین انگلستان در اجلاس جهانی ایران آزاد
۱۰ تیرماه

#Paris #Azad_İran #Liz_Tras
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇫🇷🇮🇷 Parisdə İranın azadlığı uğrunda mitinq keçirilir 🔥

Təşkilatçılar qərargahı Parisdə olan İran Milli Müqavimət Şurası və İran Xalq Mücahidləri Təşkilatının siyasi qoludur.

İyunun 20-də şəhər rəhbərliyi toqquşma qorxusuna görə illik mitinqi qadağan etsə də, təşkilatçılar tədbirin keçirilməsi ilə bağlı razılığa gələ biliblər.

#İran #Paris #azadlıq #mitinq
👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇫🇷🇮🇷🇺🇸 Parisdə keçirilən #Azad_İran mitinqində Amerikanın sabiq vitse-prezidenti Mayk Pens çıxış edir:

"Azad_İran üçün ümidləri söndürmək olmaz!"

س
خنرانی مایک پنس معاون رئیس‌جمهور پیشین آمریکا: امید برای ایران آزاد را نمیتوان خاموش کرد

#Paris #İran #Pens
1👍1
🇮🇷 Quyuların quruması səbəbindən İsfahan əyalətinin 360 kəndi səyyar tankerlərlə su ilə təmin edilir 😱🚰

به علت خشکی چاه ها ۳۶۰ روستای استان اصفهان با تانکر سیار آبرسانی می شود

#İran #İsfahan #su #quraqlıq
😱2👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Tehranda yerləşən "Motel Qu" ticarət mərkəzində şirniyyat mağazası hicabla bağlı mədəni itaətsizlik bəhanəsilə molla rejimi tərəfindən bağlanıb 🔥🤬

پلمب یک شیرینی فروشی در متل‌ قو به دلیل پوشش اختیاری

#Tehran #mədəni_itaətsizlik #məcburi_hicab
🤬2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Tehranın Kianşəhr metrosunda molla rejiminin məmurları hökumət əleyhinə yazılmış şüarları silməyə çalışırlar 🔥

Xəcalət ləkəsi silməklə təmizlənməz!

تلاش ماموران متروی کیانشهر برای پاکسازی شعارهای علیه حاکمیت از دیوارهای مترو

#Tehran #metro #molla_rejimi #şüar
🔥2👍1
🇮🇷 İranın Zabul şəhər həbsxanasında bir məhbus tibbi yardım göstərilməməsi səbəbində ölüb 😢🤬

Zabulun Tağazi zindanında Həsən Haşimi adlı məhbus vaxtında tibb mərkəzə göndərilmədiyi və müalicəsi gecikdirildiyi üçün dünyasını dəyişib.

#İran #məhbus #həbsxana #müalicə #ölüm
🤬2👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Tehranın Çitgər qəsəbəsində basketbol yarışmasında tamaşaçı qismində iştirak edən azadlıqsevər qadınlar molla rejiminə qarşı mədəni itaətsizlik kampaniyasına qoşulublar🔥

چیتگر؛ تماشای مسابقه بسکتبال با پوشش اختیاری
#Tehran #mədəni_itaətsizlik
2🔥1