Azad İran
5.77K subscribers
36.2K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İsfahanda molla rejiminə məxsus məktəbin giriş qapısı üzərindəki lövhə etirazçılar tərəfindən yararsız hala salınıb🔥

اصفهان
کمپین تخریب و پاکسازی نمادهای رژيم خونریز ولایت فقیه

#İran #İsfahan #molla_rejimi
🔥2
🇮🇱🇷🇺🇮🇷 Netanyahu Moskvaya İranla bağlı narahatlığını bildirib❗️

İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib ki, İsrail Rusiyanın İslam Respublikası ilə hərbi əməkdaşlığı barədə narahatlığını Moskvaya çatdırıb.

Bu gün “Wall Street Journal” nəşrinə müsahibəsində Netanyahu müxtəlif mövzulardan, xüsusilə də İsrailin İslam Respublikasından gələn təhdidlərlə bağlı narahatlığından danışıb.

#İran #İsrail #Rusiya #əməkdaşlıq
👍1
🇮🇷 “Devrilənədək qiyam” haker qrupu ETTELAAT Nazirliyinin sənədini ifşa edib 🔥

Sənədin məzmunu “iğtişaşlarda iştirak edən etiraçılara qarşı odlu silahdan istifadə edilməsi” barədədir.

خبر بولتن وزارت اطلاعات
در مورد تغییر الگوی آشوب به استفاده از سلاح گرم

#İran #ETTELAAT #etiraz
🔥2
🇮🇷🇹🇷 Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

Telefon danışığı zamanı ikitərəfli əlaqələr və gündəlikdəki regional məsələlər müzakirə olunub.

#İran #Türkiyə
👎1🤔1
🇮🇷🇺🇸 İrandakı hakim rejimin ABŞ ilə danışıqları dayandırıldı

"Middle East Eye" nəşri İran və Amerika arasındakı danışıqların məhbus məsələsi ilə bağlı fikir ayrılığı səbəbi ulə dayandırıldığını iddia edib.

Məlumatda İran və ABŞ arasında müvəqqəti nüvə sazişi ilə bağlı danışıqların ikili vətəndaşlığı olan məhbusların azadlığa buraxılmasına dair fikir ayrılıqları ucbatından təxirə salındığı iddia edilib.

"Middle East Eye" İrandakı mənbələrinə istinadən iddia edir ki, ABŞ hökuməti dördüncü məhbusun azadlığa buraxılmasını istəyir və İran rəsmiləri bu məsələ ilə razılaşmırlar.

میدل‌ایست آی: مذاکرات رژیم حاکم بر ایران و آمریکا متوقف شد

#İran #Amerika #danışıqlar
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranın Səravan şəhəri; insanlar çörək almaq üçün gecə saatlarında uzun-uzadı növbədə dayanırlar🔥🍞

تصاویری از صف‌های طولانی شبانه مردم سراوان برای تهیه نان!

#İran #çörək #növbə
🔥1
🇮🇷 Kərəcdə yerləşən Qızılhisar zindanında yanğın baş verib 🔥🤬

"Hengaw" insan haqları təşkilatı bildirilib ki, Qızılhisar zindanı ərazisində yanğın olub və yanğının söndürülməsi gecikdiyi üçün həbsxananın 14-cü kamerasının bir hissəsi yanıb.

#Qızılhisar #zindan #yanğın
🔥3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Qərbi Azərbaycan əyalətinin Sınandaş (Sənəndəc) şəhərində molla rejiminin məmurları xırda ticarətlə məşğul olan vətəndaşın satış köşkünü vəhşicəsinə dağıdaraq onun bütün mallarını məhv ediblər. 🔥🤬

سنندج
امروز صبح ماموران شهرداری به دکه یکی از کاسبان این شهر به نام افشین یورش بردند، دکه و تمام وسایل داخل دکه را به وحشیانترین شیوه نابود کردند.

#Sınandaş #molla_rejimi
🔥2🤯1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranın Zahidan şəhərində su böhranı yaşanır, insanlar su almaq üçün saatlarla uzun növbələrdə gözləyir🤬💧

مردم برای آب هم صف ایستادن

#İran #Zahidan #su_böhranı
🤬1
Güney Azərbaycanda adları farslaşdırılan yerlərin xəritəsi 🗾🤬

İndiyə kimi 628 qədim türk toponimi dəyişdirilərək fars adlarla əvəzlənib.

نقشه اسامی جغرافیایی که از ترکی به فارسی تغییر داده شده است

#Güney_Azərbaycan #fars #türk
🤬7
🇮🇷 “İslam Respublikası” qəzeti İran mollasına kinayə ilə: “İnsanların tikəsini sayırsan?”

İran Məsləhət Şurasının üzvü Qulamrza Mesbahi Müqəddəm bu yaxınlarda inflyasiya barədə cəfəng fikirlər söyləyib:

“İnflyasiyanın əsas səbəbi insanların inflyasiya ilə bağlı gözləntiləridir. Çinlilər gündə bir-iki dəfə yeməkdən razıdır və doyurlar, amma bizim xalq belə deyil!"

“İslam Respublikası” qəzeti isə cavabında yazıb:

“Kiçik ölkələrini böyük edən o iri adamlar da quzu qovurub, süfrəyə qoyurlar. Yaxşı yeyib yaxşı da işləyirlər, amma bizim bəzilərimiz hələ də camaatın süfrəsində tikələrini saymaqla məşğuluq. Bəzilərinin tikələrini saymaqla yoxsulluğu aradan qaldırmaq mümkün deyil”.


#İran #səfalət #molla_rejimi #inflyasiya
👍4
🇮🇷 İran mollası Qərb qadınına da məcburi hicab bağlatdırmaq istəyir 😂

İranın Latın Amerikası üzrə Təbliğatçılar Tədris Mərkəzinin təsisçisi və din müəllimi Möhsün Müctəhidzadə deyib:

“Biz heç vaxt qadınlarımızın başından hicabın götürülməsinə icazə verməyəcəyik və eyni zamanda, bütün səylərimiz qərbli qadınları da hicablı etməkdir!”.

#İran_mollası #məcburi_hicab #Qərb
😁3
🇮🇱🇺🇦🇮🇷 Netanyahu deyib ki, İsrail İranın əlinə keçmək ehtimalı olduğu üçün Ukraynaya "Dəmir Qübbə" verməyəcək

"Ukraynaya verəcəyimiz sistemlərin İranın əlinə keçməsi və İsrailə qarşı istifadə edilən İsrail sistemləri ilə üz-üzə qalacağımız ehtimalından da narahat olduğumuzu başa düşmək vacibdir"-deyə İsrailin baş naziri Netanyahu bildirib. (jns.org)

#İsrail #İran #Ukrayna
👍2
🇮🇷 Kerman əyalətinin Rigan-İranşəhr şossesində “Peugeot 405” markalı avtomobil dəvə ilə toqquşdu: 4 ölü, 2 yaralı 😱🚗🐫

#İran #avtoqəza #dəvə
😱2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranın Rəfsəncan şəhərində molla rejiminin təbliğat lövhəsi azadlıqsevərlər tərəfindən sökülüb 🔥

کمپین سراسری تخریب و پاره کردن تصاویر منحوس سمبلهای دیکتاتوری

#İran #Rəfsəncan #molla_rejimi
👍3
🇮🇷 SEPAH Rusiya və Hizbullah üçün dron istehsal edir 🔥😡

“İran İnternatioanl”ın məlumatına görə, SEPAH-a (İslam İnqilabı Keçikçikləri Korpusu) bağlı “TIC” şirkəti Hizbullah və Rusiya üçün raket və pilotsuz təyyarələr istehsal edən daha bir şirkətdir.

“LabDookhtegan” qrupunun bu barədə açıqlamasından sonra, “TIC” şirkəti raket istehsalı üzrə təlimlər keçirməsinin ardınca, Rusiya və Hizbullah qüvvələrinə həmin dronlardan istifadəni təklif edib.

#İran #SEPAH #dron #terror
🤬3
Güney Azərbaycanın Salmas şəhərində "Peugoet" və "Pride" markalı minik avtomobilləri toqquşub 🚗😢

تصادف شدید داخل شهری در سلماس

#Güney_Azərbaycan #Salmas #avtoqəza
😱2
🇺🇸🇮🇷 ABŞ-ın Enerji İnformasiya Administrasiyası: “İranın neft gəlirləri ixrac həcminin artmasına baxmayaraq azalır” 📉

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının yeni qiymətləndirməsi göstərir ki, İranda neft ixracının pik həcminə baxmayaraq, bu sahənin gəlirləri azalıb.

Dünən sözügedən qurumun saytında dərc olunan hesabata görə, sanksiyalardan yayınma xərcləri istisna olmaqla, İranın neft məhsulları ixracından əldə etdiyi ümumi gəlir bu ilin ilk 5 ayında 18 milyard dollar (30.6 milyard AZN) təşkil edib.

#İran #Amerika #neft #ixrac #gəlir
🇮🇷 İranda qadın tələbə fəal yenidən həbs edildi 😡

İranda İnsan Haqları Təşkilatı “HRANA”nın məlumatına görə, Armita Pavir adlı qadın tələbə dünən öz şəxsi evində təhülkəsizlik qüvvələri tərəfindən zorakılıqla tutulub və naməlum yerə aparılıb.

Xatırladaq ki, Armita Pavir Ukraynanın mülki təyyarəsinin 2020-ci ilin yanvarın 3-də SEPAH tərəfindən raketlə partladılmasına etiraz etdiyinə görə 1 il təhsildən məhrum edilmişdi.

#İran #etiraz #azadlıq #molla_rejimi
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Tehranda mebel sexində 4 gəncin ölümü ilə nəticələnən güclü yanğın olub

جزئیات آتش‌سوزی یک کارگاه مبل در تهران که منجر به فوت ۴ مرد جوان شد

#İran #Tehran #yanğın
1
🇮🇱🇮🇷 İsrailin müdafiə naziri: “İranın sərhədlərimizin yaxınlığında at oynamasına dözməyəcəyik”

İsrailin müdafiə naziri Yoav Qallant vurğulayıb ki, İsrail İranın ölkə sərhədləri yaxınlığında təsirini genişləndirmək cəhdlərinə dözməyəcək.

O, həmçinin deyib ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün İsrailin “masa üzərində bütün variantları var”.

Yoav Qallant dünən İsrail Hərbi Hava Qüvvələri zabitlərinin məzuniyyət mərasimindəki çıxışında deyib:

“Biz İranın bölgəmizdə at oynatmaq cəhdlərinə dözməyəcəyik. Biz onlara qarşı tədbir görəcəyik və hücumumuzla onları İsrail sərhədindən minlərlə kilometr uzaqlaşdıracağıq”.

#İran #İsrail
👍2😁1