Azad İran
5.78K subscribers
36.2K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷 İran parlamentinin sədri məcburi hicab qanununa riayət etməyənləri hədələdi 🤬

Məhəmməd Baqir Qalibaf deyib: "Hicab məsələsində Allahın hökmünə qarşı çıxan və normaları pozanlara qarşı ciddi mübarizə aparılacaq. Parlament ən qısa zamanda "iffət və hicab"a dair qanun layihəsini qəbul edəcək!"

قالیباف:
در موضوع حجاب با کسانی که با حکم خدا مقابله کرده و پرده دری کنند باید قاطعانه برخورد شود.
مجلس در کمترین زمان ممکن لایحه عفاف و حجاب را دنبال می کند.

#İran #molla_rejimi #məcburi_hicab #Qalibaf
👍2🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 İranın Buşehr əyalətinin Cəm qəsəbəsində Xameneyi və Xomeyninin şəkilləri yapışdırılmış molla rejiminin icra hakimiyyətinin binası azadlıqsevərlər tərəfindən partladılaraq yandırılıb 💥🔥

تهاجم و انفجار در فرمانداری رژیم در شهرستان جم

تهاجم و انفجار در فرمانداری رژیم با تصاویر منحوس خمینی و خامنه ای در شهرستان جم در استان بوشهر

#İran #Məşhəd #Xameneyi #Xomeyni #molla_rejimi
👎1🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷 Tehranın İranşəhr qəsəbəsində molla rejiminin məmurları üç yeniyetməni döyərək həbs ediblər 🤬

Cümə günü də 20 nəfər etnik bəluç həbs edilərək naməlum yerə aparılıb.

ضرب و شتم و بازداشت سه نوجوان در ایرانشهر

شامگاه شنبه سوم تیرماه ۱۴۰۲، سه نوجوان در چهارراه پاستور ایرانشهر توسط ماموران امنیتی مورد ضرب و شتم قرار گرفته و دستگیر شدند.
لازم به ذکر است که روز جمعه نیز حدود ۲۰ تن از شهروندان بلوچ دستگیر و به محل نامعلومی منتقل شده اند

#İran #molla_rejimi #gənc #bəluç #həbs
👍2🤬2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ərdəbil əyalətində Xalxal şossesinin Mikayılabad kəsişməsində avtoqəza nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb🚗🤬

تصادف رخ به رخ در جاده خلخال محدوده سه راهی میکائیل آباد متاسفانه با یک فوتی و چند مصدوم
۱۴۰۲/۰۴/۰۴

#Güney_Azərbaycan #Ərdəbil #avtoqəza
🤬1😢1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
TƏCİLİ
Qərbi Azərbaycan əyalətinin Sulduz (Nəqədə) qəsəbəsindəki bazarda qaz balonları saxlanılan anbarda yanğın baş verib, əhali yanğını söndürmək üçün yardım istəyir 🔥🤬

فوری: مردم بازارچه امین نقده میگویند که نیازفوری به کمک برای خاموش کردن آتش دارند
یکشنبه، ۴ تیر ۱۴۰۲
#Qərbi_Azərbaycan_əyaləti #Nəqəde
👍2🔥1😢1
🇮🇷 İranda gənc qızların mollalara olan münasibəti 👳‍♂

#İran #molla_rejimi #etiraz
5
🇺🇸🇬🇧🇫🇷 ABŞ, Britaniya və Fransa BMT-ni Ukrayna müharibəsində İran dronlarından istifadə ilə bağlı təcili araşdırma aparmağa çağırıb

ABŞ, Britaniya və Fransa BMT-ni Rusiyanın Ukrayna müharibəsində yüzlərlə İran dronundan istifadəsi ilə bağlı təcili araşdırma aparmağa çağırıb.

Rusiyanın bu addımının BMT sanksiyalarının pozulması olduğu qeyd olunub.

🔴 آمریکا، بریتانیا و فرانسه از سازمان ملل متحد خواستند فورا درباره استفاده روسیه از صدها پهپاد ایران در جنگ اوکراین که ناقض تحریم‌های سازمان ملل هستند، تحقیق کند.

#BMT #sanksiya #Ukrayna #müharibə #Rusiya #İran #dron
👍1
🇮🇷🇷🇺🇺🇦 İyunun 24-də Tehrandan gələn yük təyyarəsi Moskvanın Vnukovo hava limanına enib 🔥

Bu barədə Ukraynanın "Telegram" kanalları məlumat verir.

Bildirilir ki, təyyarənin göyərtəsində çox güman ki, hərbi təyinatlı yük, daha dəqiq, İran istehsalı olan "Şahed" PUA-ları olub.

Qeyd edək ki, bundan öncə Ukraynanın "Cənub" Müdafiə Qüvvələrinin sözçüsü Natalya Qumenyuk Rusiyanın yeni raket-dron hücumlarına hazırlaşdığını bildirmişdi.

#Rusiya #İran #dron #Ukrayna #müharibə
👎1🤔1
🇮🇷 İran polisinin hücumu bir gəncin ölümü ilə nəticələndi 😢🤬

İyulun 23-ü axşam saatlarında Məşhədin Abadgəran turizm kompleksində keçirilən şənlik polis qüvvələri tərəfindən faciəyə çevrilib.

İslam Respublikası polis qüvvələrinin Məşhəd şəhərində qadınlarla kişilərin qatıldığı qarışıq şənliyə hücumundan sonra polislərdən qaçmağa çalışan gənc binanın 6-cı mərtəbəsindən yıxılaraq ölüb.

Verilən məlumata görə, turizm kompleksi xüsusi məhkəmənin göstərişi ilə bağlanıb.

#İran #Məşhəd #qətl
😢1
🇮🇷 İranın "Fars" əyalətində zəlzələ baş verib 🔴

Fars əyalətinin Əfzər şəhərində dünən axşam saatlarında Rixter cədvəli üzrə 4,1 bal gücündə zəlzələ qeydə alınıb. (Khabar Online)

#İran #Fars #zəlzələ
😱1
🔴 Təbrizli həkim həbs edildi 😢😡

Azərbaycanlı həkim Əsədullah Əsədi İran təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.

Oğlu Babək Əsədinin “İnstagram”da paylaşdığı məlumata görə, Təbriz şəhərində həkim işləyən Əsədullah Əsədi iyunun 24-ü divara anti-hökumət şüarı yazdığı üçün təhlükəsizlik qüvvələri tərəfindən tutulub və dünən Təbriz Mərkəzi Həbsxanasına köçürülüb.

Qeyd edək ki, Əsədullah Əsədi siyasi mövqeyinə görə indiyədək bir neçə dəfə həbs olunub.

#Təbriz #molla_rejimi #həbs
👍1🤬1
🇮🇷 İranda istirahət zonalarında “məcburi hicab”ın tətbiqi üçün patrul xidmətlərinin sayı artırılıb ❗️

Yayın gəlişi ilə İranın polis qüvvələrinin baş komandanı Əhməd Rza Radan hicaba riayət etməyən qadınları növbəti dəfə hədələdiyi bir vaxtda, çimərliklərdə və parklarda patrul fəaliyyətlərinin genişlənidirildiyi bildirilib.

Əhməd Rza Radan qeyd edib: “Bəzi anormal və qanunu pozan insanların xalqımızın dini dəyərlərinə və təhlükəsizliyinə istehza edə bilməsi yol verilməzdir”.

#İran #məcburi_hicab #molla_rejimi
👍1🤬1
🔴 Ərdəbildə evlilik və boşanma arasında rəqabət artıb 📊😱

“Hər 27 evliliyə 10 boşanma düşür".

Ərdəbil əyalətinin Ədliyyə İdarəsinin rəis müavini Yusif Xodadadi deyib:

“Ərdəbil əyalətində 27 nikahdan 10-u sonradan boşanma ilə nəticələnir”.

ran #Ərdəbil #nikah #boşanma
😱1😢1
🇷🇺 Vaqner üsyanının nəticələri: Zənginlər Rusiyanı tərk edir?

Rusiyanın cənubundakı Rostov-na-Donu şəhərinin Vaqner silahlıları tərəfindən ələ keçirilməsi xəbərindən sonra Rusiya hökumətinə yaxın bəzi varlı oliqarxlar ölkəni tərk edib.

Sadə insanlar isə təyyarə bileti tapmaqda çətinlik çəkir, həmçinin ölkənin rublu da ucuzlaşıb.

#Rusiya #Vaqner
👍1
🇮🇷 İran mollaları xalqı gündə bir dəfə yemək yeməyə çağırır 😱🤬

Konstitusiyaya Nəzarət Şurasının 91 yaşlı sədri Əhməd Cənnəti:

“İnsanların gündə bir dəfə yemək yeməsində nə problem var?!“

Məşhəd şəhərinin cümə imamı (İran prezidentinin qaynatası) Seyid Əhməd Ələmulhuda:

“Toyuq əti yerinə başqa bir şey yeyin, bişmiş soğan yeməyi unutmusunuz, gərək yemək proqramınız əvvəlki kimi eyni olsun?!”


İran Məsləhət Şurasının üzvü Qulamrza Mesbahi Müqəddəm:

“Çinlilər gündə bir-iki dəfə yeməklə doyurlar, amma bizimkilər belə deyil!”


ran #molla_rejimi
👍2🤬1
🇮🇷🇫🇷 İrandan Fransaya sərt xəbərdarlıq ❗️

İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani Fransaya müraciət edib: “Fars körfəzinin adını düzgün deyin!”

Fransa Xarici İşlər Nazirliyi tvitində Avropa Birliyinin Fars körfəzindəki yeni nümayəndəsinə uğurlar arzulayıb və İranı bölgədə qeyri-sabitlik mənbəyi adlandırıb və Fars körfəzi əvəzinə “körfəz” sözünü işlədib.

İran XİN sözçüsü isə Fransaya cavab olaraq deyib:

“Əgər Fars körfəzini nəzərdə tutursunuzsa, onun adını düzgün tələffüz edin. Fransa Fars körfəzindən kilometrlərlə uzaqdadır”.

#İran #Fransa #Fars_körfəzi
😁2
🇮🇷 İranda gənc müəllim güllələndi 😱 😢

Dünən Rask şəhərində Malik Ehsan Abadiyan adlı etnik bəluç gənc naməlum silahlı şəxslər tərəfindən öldürülüb.

Deyilənə görə, Ehsan Abadianın heç kəslə şəxsi problemi olmayıb və müəllim kimi fəaliyyət göstərib.

#İran #Rask #qətl
🤬2👍1
Media is too big
VIEW IN TELEGRAM
Güney Azərbaycanın Əhər şəhərində silsilə yanğınlar başlayıb ⛰️🔥

Əhər şəhərinin Ələli kəndində yerləşən Qaradağ meşə sahəsində baş verən yanğında təəssüf ki, ərazinin bir neçə hektarlıq otlaq sahəsi yanıb.

Əhalinin iştirakı ilə yanğının qarşısı alınıb.

آغاز آتش سوزی های سریالی مناطق جنگلی قاراداغ از شهرستان اهر

در آتش سوزی جنگل های قاراداغ در روستای آللی شهرستان اهر متاسفانه چندین هکتار از مراتع مشجر طبیعت قاراداغ در آتش سوخت.

این آتش سوزی با حضور موثر نیروهای مردمی مهار شد.

#İran #Əhər #yanğın
😱1
🇮🇷 “Ölkədə 180-ə yaxın dərman çatışmazlığı var”- İran deputatı 💊

İran parlamentinin Səhiyyə Komissiyasının sədri Hüseynəli Şəhriyari ölkədə dərman çatışmazlığına toxunaraq deyib:

“Komissiyanın hesabatında 131 adda dərmanın olmadığını bildirsək də, faktiki olaraq, 180-ə yaxın dərman preparatı yoxdur və bu siyahı təəssüf ki, artacaq”.

#İran #dərman #qıtlıq
🤬1
🇮🇷 İranda ölümcül saxta içkilərin yeni dalğası ☠️

İranda saxta içkilərin istehsalından yaranan yeni zəhərlənmə dalğasının davam etdiyi bir vaxtda bu dəfə Pərənd, Robat Kərim, Ramsər və Amul şəhərlərində 10 nəfərin öldüyü təsdiqlənib.

Tehran əyalətinin Robat Kərim şəhərinin başçısı Ümid Əhmədi dünən axşam bu şəhərlə yanaşı Pərənd bölgəsində də ən azı 22 nəfərin spirtli içkidən zəhərləndiyini bildirib və deyib:

“Son 4 gün ərzində 7 nəfər də saxta içki qəbul etdiyi üçün ölüb”.

#İran #ölüm #spirtli_içki #zəhərlənmə
😱1
🇦🇲🇮🇷 Ermənistanın baş naziri ilə İran prezidenti arasında telefon danışığı olub

Regional inkişaf, xüsusilə də ölkələr arasındakı münasibətlər müzakirə olunub, qarşılıqlı səfərlərin və yüksək səviyyəli təmasların əhəmiyyəti vurğulanıb. (Sputnik Armenia)

#İran #Ermənistan
👎2🤬2