Azad İran
5.67K subscribers
37.5K photos
22.4K videos
15 files
9.47K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇦Ukrayna istehsalı olan kamikadze dronunun sınaq mərhələsi

Rusiya-Ukrayna müharibəsində dronlar təsirli rola malikdir

تصویری از پهپاد انتحاری ساخت اوکراین در مرحله تست

#Ukrayna #dron
👍3
🇮🇷🇦🇲Təbriz Universiteti erməni tədqiqatçılara xüsusi mükafat verib

Qatı anti-Azərbaycan və ermənipərəst mövqeyi ilə tanınan iranlı ekspert Salar Seyfəddini özünün Tvitter hesabında yazıb:

“Ermənistandan olan tədqiqatçılara Təbriz Universitetinin xüsusi mükafatı verilib. Təbriz Universiteti özünün xüsusi mükafatını (Şəhriyar mükafatı) Ermənistanın iki görkəmli qafqazşünasına təqdim edib.

Professor Qarnik Gevorgyan və professor Gevork Asaturyan Təbriz Universitetinin mükafatına layiq görülüblər”.
👎4🤮4
İrana "iphone 14" idxalı qadağan edildi 🇮🇷📱

Belə ki, hətta İrana qonaq gələn xarici vətəndaş da öz şəxsi istifadəsi üçün belə "iphone 14" mobil telefonunu özü ilə gətirə bilməz.

Bu barədə SEPAH-ın baş komandanının müşaviri və bu hərbi qurumun uzun illər Kəşfiyyat İdarəsinin rəisi olmuş Hüseyn Taib bildirib.
👍1
Güneyli millət vəkili hökuməti tənqid atəşinə tutdu: "Bahalıq, inflyasiya tüğyan edir"

Bostanabad (Ocan) şəhərinin İran parlamentindəki deputatı Qulamrza Nuri Qızılca hakimiyyətin iqtisadi siyasətini kəskin tənqid edib.

Millət vəkili hökumətin iqtisadi məsələlərlə bağlı parlamentə heç bir konkret və aydın proqram təqdim etmədiyini bildirib.

Onun sözlərinə görə, hökumət üzvləri müxtəlif sahələrdə şifahi şəkildə verdikləri eyni şüarları təkrar edirlər.

"Artıq xalqın qarşısına çıxmağa üzümüz yoxdur. Vətəndaşlarla danışmağa söz tapmırıq. Bahalıq, inflyasiya tüğyan edir. Məsul şəxslər isə özlərini bilməməzliyə vurub, laqeydlik göstərirlər",-deyə, millət vəkili bildirib.

Yeni dövlət büdcəsinin acınacaqlı vəziyyətdə olduğunu deyən Nuri Qızılca bunu durğunluğa gətirib çıxaracaq inflyasiya büdcəsi adlandırıb.

"Nəyəsə ümid etməyə dəyməz, bu büdcə praktiki olaraq heç bir göstəricini yaxşılaşdırmayacaq", - deyə o, xəbərdarlıq edib.
🔥2👍1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷İranda qadın və kişilər üçün ayrı-ayrı təmir sexi də ortaya çıxdı

Bu yaxınlarda İran teleradiosu xanımlar üçün xüsusi təmir emalatxanasının fəaliyyətə başlaması ilə bağlı ətraflı reportaj hazırlayıb ki, bu da keçmiş prezident Həsən Ruhaninin 2016-cı ildəki xəbərdarlıq sözlərini xatırladır.

Qeyd edək ki, Həsən Ruhani 2016-cı ildə demişdi: Mən bu insanları tanıyıram, hakimiyyətə gəldikdə, səkilərə divar çəkib piyada gedən qadın və kişilər üçün ayrıca səki salacaqlar".
😁5
🇮🇷🇦🇿İran rəsmisi: "Azərbaycan səfirliyinə hücum dosyesi məxfidir"

İran İslam Respublikası Məhkəməsinin sözçüsü Məsud Sitayişi keçirdiyi mətbuat konfransında deyib: “Azərbaycan səfirliyinə hücumla bağlı dosye məxfi xarakter daşıyır”.

O, əlavə edib: “Bu iş ibtidai istintaq mərhələsindədir və konfidensial xarakter daşıyır. Məsələnin müxtəlif aspektləri və cəhətləri çox diqqətlə və peşəkarcasına araşdırılır və müvafiq qərarlar verildikdən sonra ictimaiyyətə məlumat veriləcək".(Etemad Online)
🇮🇷🇨🇳İranlı nazir: "İran, Çinlə 20 iqtisadi memorandum imzalayacaq"

Bir çox iranlı ekspert və iqtisadiyyatçı Tehranın Pekinlə 25 illik anlaşma imzalamasını tənqid edib və bu razılaşma nəticəsində İranın Çinin müstəmləkəsinə çevriləcəyi qənaətində olarkən, İranın İqtisadiyyat naziri Ehsan Xanduzi deyib ki, prezident Rəisinin Pekinə səfəri zamanı İran və Çin arasında 25 illik əməkdaşlıq sənədinin həyata keçirilməsi üçün 20-yə yaxın memorandum tamamlanacaq.

Bildiyiniz kimi, 1979-cu ildə baş tutmuş İran inqilabının rəhbərləri ölkəni guya amerikalılara həvalə etməsi ilə bağlı Pəhləvi rejimini tənqid edirdilər. İnqilabçıların əsas şuarı: "Nə şərqi, nə qərbi- islam respublikası" idi.

Bəs görəsən özünü müstəqil islam respublikası adlandıran İranda nə baş verir. İranlı ekspertlərin əsas narahatçılığı da bundan ibarətdir ki, İranın Çin ilə yaxınlaşması ABŞ-a inad olaraq baş tutur ki, bu da ölkəni Çinin müstməkəçisinə gətirib çıxaracaq.
👍1🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷İranın Kərəc şəhərində etirazçı gənc Xomeyni, Xameneyi və Qasım Süleymaninin şəkilləri olan baneri yandırıb.🔥✌️
👍8
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷TƏCİLİ:
Tehranda tikilməkdə olan binada güclü partlayış baş verdi: 4 fəhlə yanaraq öldü
🔥

Tehran Yanğınsöndürmə İdarəsinin sözçüsü Calal Məleki bu gün mətbuata açıqlamasında Tehranda tikilməkdə olan Park Way
binasında baş verən partlayış nəticəsində 4 fəhlənin öldüyünü bildirib.

Onun sözlərinə görə, ilkin fərziyələrə əsasən, hadisəyə səbəb qaz sızması olub.
😱3
🇮🇷🇦🇿İran və Azərbaycanın baş prokurorları arasında mühüm telefon danışığı: Azərbaycanın Tehrandakı səfirliyinə hücum müzakirə edilib

“Mashreg News” xəbər verir ki, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum hadisəsinin müxtəlif aspektləri araşdırıldıqdan sonra İran İslam Respublikasının Baş prokuroru azərbaycanlı həmkarına zəng vuraraq ikitərəfli maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Səfirliyə hücumun müxtəlif təfərrüatları və aspetlərinin İranın məhkəmə və siyasi orqanları tərəfindən araşdırıldığını və təqib edildiyini bildirən Müntəziri iddia edib: “İran İslam Respublikası bu hadisənin əvvəlindən məsələyə müdaxilə edib və onun müxtəlif aspektlərini araşdıraraq təqib edib, diplomatiya, əməkdaşlıq və ikitərəfli qarşılıqlı fəaliyyət yanaşması əsasında hadisəyə mərhələ-mərhələ aydınlıq gətirməyə çalışıb...”.
🤮7
🇬🇧🇮🇷Böyük Britaniya İranın husiləri silahla təmin etməsinə dair sübutları təqdim edib

Britaniya ələ keçirdiyi mikro-dronun sərt diskinin müayinələrinə əsaslanan məlumatları paylaşaraq, İranın Yəmənin Husi qruplaşmasına qabaqcıl silahlar verdiyini ilk dəfə açıqlayıb.

Məlumatda deyilir ki, Britaniya Hərbi Dəniz Qüvvələri bu kvadrokopteri keçən il Oman dənizində sürətli qayıqlar üzərində kəşfiyyat uçuşları edərkən ələ keçirib.

Böyük Britaniyanın Müdafiə Nazirliyi bazar ertəsi bildirib ki, İranın BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmasının sübutu kimi bu silahları və digər faktları BMT-yə təqdim edib.

Məlumata görə, britaniyalı mütəxəssislər kvadrokopterin yaddaşından silinməyən məlumatı deşifrə edib və onun Tehranın qərbindəki SEPAH-ın Aerokosmik bazasında 22 sınaq uçuşunu qeydə aldığını müəyyən ediblər.

Kəşfiyyat uçuşları üçün nəzərdə tutulan bu kommersiya tipli mikro-dron içərisində bir sıra artilleriya silahları və İran istehsalı idarə olunan raketlərin hissələrinin olduğu yük arasında tapılıb.
👍5👎1😁1
Güney azərbaycanlı hüquqşünas Sina Yusefi tvitində İran rejiminin təhlükəsizlik aparatının etirazçılara və son etirazlarda həbs olunanlara qarşı törətdiyi cinayətlər haqda yazıb

Yusefi bildirib ki, İranın ETTELAAT Nazirliyi təqsirləndirilənlərin cinayət işinə “bu təqsirləndirilən şəxsin cəzalandırılmasına heç bir maneə yoxdur” cümləsini daxil etməklə onların edamına və məhkəmə orqanları tərəfindən cəzalandırılmasına yol açır.

Hüquqşünasın fikrincə, Seyid Məhəmməd Hüseyninin edam edilməsinə səbəb də həmin ifadə olub.

Bu azərbaycanlı hüquqşünas İslam Respublikası məhkəmələrində hələ də işi bağlanmamış qalan insanlara məsləhət görüb ki, bu məlumatları mediada işıqlandırmaqdan qorxmasınlar.

سینا یوسفی وکیل آزربایجانی در توییتی از جنایات دستگاه های امنیتی رژیم ایران علیه معترضان و بازداشت شدگان اخیر پرده برداشت.

#Güney_Azərbaycan #hüquqşünas #edam
🇷🇺🇮🇷Rusiya və İran vətəndaşlar üçün viza rejimini ləğv edə bilərlər

İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib ki, Tehran bu təkliflə bağlı Moskvadan cavab gözləyir.

“Belə bir perspektiv var. İran iki ölkə arasında viza rejiminin ləğvi ilə razıdır“, - deyə səfir vurğulayıb (gunaz).

#İran #Rusiya #viza
😁4
Qərbi Azərbaycan əyalətinin Bəykəndi şəhərində yaşayan jurnalist molla rejimi tərəfindən həbs edilib

"Hengaw" İnsan haqları təşkilatının rəsmi saytı Bəykəndi (Bukan) şəhərindən olan jurnalist Siyamənd Mötədinin oğurlanması barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, jurnalist İslam inqilabının ildönümü günü axşam saat 9-da zorakılıqla oğurlanıb.

Təşkilatın bildirdiyinə görə, Mötədi əvvəllər də dövlət qurumları tərəfindən çağırılaraq dindirilib.

Xatırladaq ki, İranın xarici işlər naziri bu yaxınlarda İranda son etirazlar zamanı heç bir jurnalistin həbs olunmadığını iddia etmişdi. Halbuki, reallıq bunun tam əksini göstərir.

وب‌سایت حقوق بشری هه‌نگاو از ربودن #سیامند_مهتدی، روزنامه‌نگار اهل بوکان خبر داد.
🇮🇷İranın Əhvaz şəhərinin cümə imamı Məhəmməd Nəbi Musəvifərd iranlı qadınların hicabdan tamamilə imtina edə bilməsindən narahatlıq keçirdiyini bildirərək qadınları hicaba riayət etməyə məcbur edilməli olduğunu bildirib:

“İnsanlar və sosial xidmət göstərənlər hicabsız qadınlara xidmət göstərməyi dayandırmalıdırlar. İnsanlar hicaba riayət etməyən qadınlara xəbərdarlıq etməli və biganə qalmamalıdırlar, əks halda onlar yayda çılpaq gəzəcəklər” .

امام جمعه اهواز می گوید قبل از اینکه زنان در تابستان "برهنه" بیرون بیایند از حجاب مواظب باشید

#İran #Əhvaz #cümə_imamı #hicab
😁7
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷Türkiyənin zəlzələdən zərər çəkmiş şəhərlərində məscidlər uçduğuna görə, polis maşınlarının səsgücləndiriciləri vasitəsi ilə azan verilir.

در شهرهای آسیب دیده از زلزله در ترکیه، پس از آسیب دیدن مساجد در اثر زلزله ویرانگر، صدای اذان از بلندگوی خودروهای پلیس پخش می‌شود

#Türkiyə #məscid #polis #azan
9
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Xoyda insanlar qan ağlayır:
Şəhid anası olan bu yaşlı və kimsəsiz ananın evinə baxın! Bu vacibdir yoxsa Suriya? Buranı gəlib görmək lazımdır yoxsa Suriyaya getmək? Bu soyuqda bu evdə yaşaya bilərsiniz?!"😢

خشم هموطنان زلزله‌زده خوی از کمک‌های اهدایی جمهوری اسلامی به سوریه در شرایطی که اکثر مردم ایران تحت حاکمیت این نظام فاسد در وضعیت فاجعه‌باری به سر می‌برند.

#Xoy #zəlzələ #Suriya
😢7
🇮🇷İranda ərzaq məhsullarının qiymətində inflyasiya 70%-ə qədər artıb

İslam Respublikasının Statistika Mərkəzi ölkədə inflyasiyanın vəziyyəti ilə bağlı son hesabatında ötən ilin dekabrında şəhər yerlərində istehlak qiymətləri indeksinin ərzaq sektorunda keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 70%-ə çatdığını açıqlayıb.

Hesabata görə, kənd yerlərində inflyasiya 70%-i də keçib.

Bildirilir ki, dekabr ayı ərzində ölkə iqtisadiyyatında qida sektorunda 4,1 faizlik inflyasiya artımı baş verib.

مرکز آمار: "تورم" اقلام خوراکی‌ ۷۰ درصد افزایش یافته است

#İran #ərzaq #inflyasiya
🔥1
🇮🇷Tehranda əlillər etiraz əlaməti olaraq dövlət təşkilatının qapısını palçıqla suvayıblar✌️

Əlillər dövlət məmurlarının onların etiraz aksiyasına əhəmiyyət vermədiklərinə görə, Dövlət Büdcə və Proqram Təşkilatının qapısını palçıqla suvayıb və digər əlilləri də ayağa qalxmağa səsləyən şüarlarla çıxış ediblər.

تجمع و اعتراض معلولان که  دَرِ سازمان برنامه و بودجه را گل گرفتند

معلولان روز گذشته در اعتراض به بی‌توجهی مسئولان نسبت به تجمع خود، درِ سازمان برنامه و بودجه را گِل گرفتند!
👏3