Azad İran
5.65K subscribers
38.4K photos
22.8K videos
15 files
9.49K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇹🇷🇦🇿Ərdoğan Azərbaycanın Tehrandakı səfirliyinə “dəhşətli” hücumu pisləyib
13👍5👎2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷Xomeyninin Qumdakı evinə əldəqayırma bomba ilə hücum və partlayış anı🔥

İranın Qum şəhərində etirazçı gənclər Xomeyninin evinə əldəqayırma bomba ilə hücum ediblər. Hücum hökumət qüvvələrinin Xomeyninin 1979-cu ildə İrana qayıdışının ildönümü ilə bağlı “Dəhe-e Fəcr” dövlət tədbirinə görə tam hazırlıq vəziyyətinə gətirildiyi bir vaxta təsadüf edir.

Molla rejimindən narazı gənclər habelə “Dəccal Xameneiyə ölüm olsun!” şüarı səsləndiriblər.
👍22🤬1
🇮🇷🇦🇿İran prezidenti Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumun hərtərəfli araşdırılmasına göstəriş verib

İRNA-nın xəbərinə görə, İran prezidentinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə silahlı hücumun hərtərəfli araşdırılması ilə bağlı prezidentin göstərişi barədə məlumat verib.

Məhəmməd Cəmşidi özünün "Tvitter" səhifəsində yazıb: "Qardaşımız və qonşu ölkə olan Azərbaycan Respublikasının səfirliyinə hücumla bağlı faciəvi hadisəni pisləyirik. Prezident Rəisi bu xoşagəlməz xəbəri eşidəndən dərhal sonra məsələnin hərtərəfli araşdırılmasına göstəriş verərək Azərbaycan hökumətinə, xalqına və mərhum diplomatın yaxınlarına başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb".

تهران- ایرنا- معاون سیاسی رئیس جمهور از دستور رئیس جمهور برای بررسی همه‌جانبه موضوع حمله مسلحانه به سفارت جمهوری آذربایجان در تهران خبر داد.
🤬12👍2🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷🇦🇿Azərbaycanın səfirliyinə hücum edən terrorçu İran mediasına müsahibə verib

İlkin açıqlamalarına görə, həmin şəxs Şərqi Azərbaycan vilayətinin Mərənd şəhərindəndir. Onun həyat yoldaşı səfirlik vasitəsilə Azərbaycana aparılıb.

Terrorçu iddia edir ki, səfirliyə müraciət etməsinə baxmayaraq, ona heç bir şəkildə cavab verilməyib və bu səbəbdən o, belə bir addım atmağa və guya xanımının məhv etdiyi onun həyatını geri qaytarmağa qərar verib.

اظهارات مهاجم حادثه سفارت جمهوری آذربایجان

#İran #Azərbaycan #səfirlik #terror
🤬13👍3
Azad İran pinned a video
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷İranın hökumət mediası terrorçunun müsahibəsini təqdim edir

Hücum edən şəxs deyir: "Mən deyirəm ki, həyat yoldaşım könüllü şəkildə səfirlikdən çölə çıxmalıdır.
Bu gün mənimlə yaşamaq istəmirsə, mən onun pasportunu da əlindən alaram. Mənim sözüm budur".

Jurnalist: "Səfirliyə məhz həyat yoldaşını xilas etmək üçün hücum etdin? "

Cavab: "Bəli, yalnız onu xilas etmək üçün. Demirəm ki gəlib mənimlə yaşasın...".

اظهارات مهاجم مسلحانه که کارمندان سفارت جمهوری آذربایجان را به رگبار بست
🤮11🤬7👎2
🇵🇰🇦🇿Pakistanın İrandakı səfirliyi bugünkü terror hücumu ilə bağlı Azərbaycana başsağlığı verib

تسلیت سفارت پاکستان در تهران به جمهوری آذربایجان

#Pakistan #səfirlik #Azərbaycan
👍125
🇮🇷İranda hər gün təyyarə ilə dilənməyə gedən qadın həbs edildi😱

Hər gün təyyarə ilə İsfahandan Tehrana gedən və geri qayıdan qadın sərnişin polis tərəfindən həbs edilib və araşdırmadan sonra məlum olub ki, bu qadın hər gün Tehrana dilənməyə gedir.

"Hamshahri Online" saytının xəbərinə görə, hər gün təyyarə ilə İsfahandan Tehrana gedən və geri qayıdan qadını şübhələnərək təqib edərkən polis maraqlı məlumat əldə edib.

Araşdırmalar zamanı məlum olub ki, bu qadın hər gün birbaşa təyyarə ilə Tehrana dilənmək üçün gedir, bir neçə saatdan sonra yaşadığı şəhərə geri qayıdır və gündə 5 milyon tümən pul yığırmış.

دستگیری مسافر زنی که هر روز با هواپیما برای گدایی به تهران می‌رفت!
😁4😱4👍2
🇺🇸🇦🇿ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycanın Tehrandakı səfirliyində baş verən faciəli hadisədən şok keçirdiyini bildirərək başsağlığı verib:

"ABŞ səfirliyi azərbaycanlı həmkarlarımıza və onların ailələrinə başsağlığı verir. Azərbaycanın Tehrandakı səfirliyində Orxan Əsgərovun ölümü və digərlərinin yaralanması ilə nəticələnən faciəvi hadisə bizi dərindən kədərləndirdi".

#ABŞ #Azərbaycan #səfirlik
👍64
🇷🇺🇮🇷Putinin strateqi: "Rusiya İrana atom bombası verməlidir!"

Aleksandr Duqin 2021-ci ildə demişdi ki, İran özünü müdafiə etmək üçün nüvə bombası hazırlamalıdır.

"Iranian Watch" saytına görə, İsrailə yaxın "Terror Alarm" internet resursu yazıb: "Rus mütəfəkkiri Aleksandr Duqin Almaniyanın "Leopard" tankının Ukraynaya göndərilməsi ilə bağlı razılaşmaya cavab olaraq demişdi ki, Putin Venesuela və Kubaya silah göndərilməsi əmri verməli və İrana atom bombası verməlidir".

مغز متفکر پوتین: روسیه به ایران بمب اتم بدهد!

#Rusiya #İran #atom_bombası
🤬14👍1👎1
🇮🇷🇪🇸İran səfirinin İspaniya kraliçası ilə əl sıxmaması “iranlıların mərasim salamı”dır?

İran səfiri bu dəfə İspaniyada diplomatik təhqirə yol verib.

İslam Respublikasının səfiri Həsən Qaşqavi Madrid Kral sarayında rəsmi mərasimdə İspaniya kralı VI Felipe ilə əl verib görüşüb, bu ölkənin kraliçası Letisiya Ortiz ilə isə əl vermədən qarşısından sürətlə keçib.

İran səfirinin bu hərəkəti qalmaqala səbəb olub.

Səfirlik açıqlamasında bildirib ki, bu "iranlıların mərasim salamıdır".

بی محلی کردن و دست ندادن قشقاوی با ملکه اسپانیا "سلام تشریفاتی ایرانی" است؟

#İspaniya #İran #səfir
😁7🤬4👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷🇦🇿Azərbaycanın İrandakı səfirliyinə edilən hücumun yeni videosu

فیلم جدید از حمله مسلحانه به سفارت جمهوری آذربایجان

#İran #Azərbaycan_səfirliyi
🤬16👍2🤔2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷İranın Zahedan şəhərində repressiv hökumət qüvvələri etirazçı əhaliyə hücum edib😡

یورش نیروهای امنیتی به مردم معترض زاهدان
🤬12👍4
🇮🇷İranın əyalət mollası: "Baş vermiş hadisə iki ölkə arasında münasibətlərə kölgə salmamalıdır"

Ərdəbilin cümə imamı Ayətullah Seyid Həsən Ameli Ərdəbildə cümə namazı xütbələrində deyib: "Biz bu addımı (Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum) ən kəskin şəkildə pisləyirik, çünki polis və Xarici İşlər Nazirliyi bu hadisənin şəxsi və ailə motivli olduğunu bildirib. Bu hadisə iki ölkə arasındakı münasibətlərə kölgə salmamalıdır".

جمعه اردبیل با محکوم کردن حادثه اخیر سفارت آذربایجان گفت: اتفاق پیش آماده نباید بر روابط بین ایران و آذربایجان سایه بیندازد

#Ərdəbil #əyalət_mollası #Həsən_Ameli
🤬272😁2👍1🤮1
Azad İran pinned a photo
🇮🇷🇦🇿İran XİN başçısı Azərbaycan səfirliyinin silahlı hücum nəticəsində yaralanmış diplomatlarına baş çəkib

“Tasnim News” xəbər verir ki, axşam saatlarında İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Tehranda xəstəxanaya gedərək silahlı basqın nəticəsində yaralanmış Azərbaycan səfirliyinin əməkdaşlarını ziyarət edib.

Nazir daha sonra Azərbaycanın İrandakı səfiri Əli Əlizadə ilə birlikdə mətbuat konfransı keçirib.

عیادت امیرعبداللهیان از مصدومان حادثه تهاجم به سفارت آذربایجان

#İran #Azərbaycan #səfirlik
🤮16👍43🤔2🤬1
🇮🇷Rafael Grossi: "İran bir neçə nüvə silahı istehsal etmək imkanı əldə edib"

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi açıqlamasında İranın bir neçə atom bombası istehsal etmək üçün kifayət qədər zənginləşdirilmiş urana malik olduğunu bildirib və dünyanın bu ölkənin nüvə silahı istehsal etməsinin qarşısını almalı olduğunu vurğulayıb.

Qrossi Avropa Parlamentinə bildirib ki, hazırda İranda 60% konsentrasiyalı 70 kq və 20% konsentrasiya ilə 1000 kq zənginləşdirilmiş uran var.

Fox News-un məlumatına görə, hətta 2015-ci il nüvə sazişindən əvvəl Qərblə əvvəlki gərginliyin pik nöqtəsində belə, İran rejimi heç vaxt uranı indiki səviyyəyə qədər zənginləşdirməmişdi.

رافائل گروسی: ایران توانایی تولید چند سلاح اتمی را به دست آورده است

#İran #atom #Qrossi
🤬7👎5