This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ərdəbildə güneyli milli fəallar vətənpərvər şüar yazılmış poster asıblar✌️
"Azadlıq üçün bir kərə yüksələn bayraq min ildən sonra da enməz!"
نصب پارچه نوشته،
"آزادلیق اوچون بیرکره یوکسلن بایراق
مین ایلدن سونرادا یئنمز"
در اردبیل توسط فعالین ملی آزربایجان
#Ərdəbil #azadlıq #milli_fəallar

❤12👍3👎3
🇮🇷Tehranda qadın geyimləri satan mağazalar bağlandı
Tehranda onlarla mağazının fəaliyyəti qadın geyimləri satdıqlarına görə dayandırılıb. Bu barədə sosial media fəalları və mağaza sahibləri məlumat yayıb.
Onların sözlərinə görə, Tehran polisi qadın şalvarlarının satışını İslam qaydalarına zidd hesab etdikləri üçün mağazaları bağlayıb və bütün malları müsadirə edib.
فروشگاه های پوشاک زنانه در تهران پلمب شدند

🤬6👍1
🇮🇷İranda 8 məhbus edam edilib😢
8 məhbusun edam xəbəri hələlik İran mediası və ya rəsmi mənbələri tərəfindən açıqlanmayıb.
Yanvarın 24-ü çərşənbə axşamı Kərəc və Həmədan şəhərlərinin mərkəzi zindanlarında qəsdən adam öldürmə və narkotik maddələrin satışında ittiham olunan ən azı 8 məhbusun edam hökmü icra olunub.
Qeyd edək ki, son həftələrdə ölkədə cinayətlərin azaldılması təlimatına uyğun olaraq ölüm hökmlərinin icrası daha sürətlə həyata keçirilir.
İran hökumətinin şəffaf olmadığı üçün edamların faktiki sayını öyrənmək çətindir və bu rəqəm, şübhəsiz ki, insan haqları təşkilatlarının açıqladığı rəqəmlərdən qat-qat çoxdur.
Ölüm hökmlərinin verilməsi və icrası insan hüquqlarına dair beynəlxalq sənədləri, o cümlədən İnsan Hüquqları haqqında Ümumi Bəyannaməni, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın müddəalarını pozur.
اجرای حکم ۸ زندانی در کرج و همدان
#İran #edam

🤬10👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷Kərəcdə gənc etirazçılar “Bəsic” qüvvələrinin bazasına Molotov kokteyli ataraq od vurdular🔥✊
Yanvarın 25-i gecə saatlarında İranın Kərəc şəhərində molla rejimindən narazı etirazçılar xalqa divan tutan yarımhərbi və qaniçən “Bəsic” qüvvələrinin bazasına Molotov kokteylləri ilə hücum ediblər.
فیلم پرتاب کوکتل مولوتف به پایگاه بسیج در کرج توسط جوانان معترض
#İran #Bəsic #etirazçılar #molotov_kokteyli

👍6
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷🇦🇿İran SQ-nin Ədliyyə Təşkilatının sədri İran-Azərbaycan sərhədinə baş çəkib
Mehr News xəbər verir ki, İran Silahlı Qüvvələrinin Ədliyyə Təşkilatının rəhbəri Əhmədrza Purxaqan yanvarın 25-də Ərdəbilə iki günlük səfər çərçivəsində İran-Azərbaycan ümumi sərhədinin sıfır nöqtəsinə baş çəkib.
O, habelə Parsabad-Muğan sərhəd alayının tərkibinə daxil olan Qarabağ sərhəd zastavasında və Aslandüz sərhəd dəstəsində olub.
بازدید رئیس سازمان قضایی نیروهای مسلح از مرز ایران و آذربایجان
#İran #Azərbaycan #sərhəd

😁2🤮2
Azərbaycanlı fəal Təbriz zindanında aclıq aksiyası keçirir😔✌️
Təbriz həbsxanasında saxlanılan azərbaycanlı milli fəal Pejman İslami 4 aylıq həbsdən sonra qeyri-müəyyən vəziyyətdə saxlanılmasına etiraz olaraq yanvarın 23-dən aclıq aksiyasına əl atıb.
Ona qarşı “İran rəhbərini təhqir etmək” və “ümumi əmlakı dağıtmaq” ittihamları irəli sürülüb və ailəsinin səylərinə baxmayaraq, işə baxan hakim milli fəalı zaminə buraxmaqdan imtina edir.
Qeyd edək ki, Pejman İslami daha öncə qeyri-müəyyən vəziyyətdə saxlanılması davam edərsə və girov qarşılığında zaminə buraxılmazsa, yanvarın 23-dən aclıq aksiyasına başlayacağını açıqlamışdı.
پژمان اسلامی فعال آذربایجانی در زندان تبریز اعتصاب غذا کرد
#Təbriz #milli_fəal #həbs #aclıq_aksiyası

🤬5
🇮🇷İranda iki sünni din xadimi həbs edildi❌
Yanvarın 24-də Qərbi Azərbaycan əyalətinin Xana (Piranşəhr) şəhərində iki sünni din xadimi həbs olunub.
Yunis Noxah və Seyid Süleyman Əhmədi adlı duhanilər təhlükəsizlik qüvvələri tərəfindən tutularaq naməlum yerə aparılıblar.
Onların həbs səbəbləri və nədə ittiham olunduqları barədə açıqlama verilməyib.
Xatırladaq ki, İran əhalisinin təxminən 10 faizi sünni məzhəbli müsəlmanlardır və onlar bütün sahələrdə Tehran hökumətinin ayrı-seçkiliyi ilə üzləşirlər.(Gunaz)
دو روحانی اهل سنت بنام های یونس نوخواه و سید سلیمان احمدی روز چهارم بهمن ماه در شهر خانا (پیرانشهر) استان آذربایجان غربی بازداشت شدند.
#İran #ruhani #həbs

🤬6👎1
🇮🇳🇦🇲🇮🇷Cənubi Qafqazda Tehran və Dehlinin strateji yaxınlaşmasının səbəbi: Hindistan niyə Ermənistanı dəstəkləyir?
İranın “Tahlil Bazaar” saytı qərəzli yazı dərc edib: “Tehran və Dehli Cənub-Şimal dəhlizi (İNSTC) və İranın dəstəyi ilə Qara dəniz-Fars körfəzi nəqliyyat dəhlizi layihələrində İrəvanın iştirakını fəal təşviq etməyə başlayıblar.
2020-ci il Qarabağ savaşından və Cənubi Qafqazda güc balansının Türkiyənin xeyrinə dəyişməsindən sonra Hindistan Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi vasitəsilə Avropa və Rusiyanın Hindistan limanlarına qoşulması perspektivindən narahatlıq keçirib.
Dehli hesab edir ki, xüsusilə qatı düşməni Pakistanın Ankara ilə yüksək əlaqələri və Qarabağ müharibəsi zamanı İslamabadın Bakıya dəstəyini nəzərə alaraq, bölgədə Türkiyənin nüfuzunun artması bir çox problemlər yarada bilər.
Məhz bu kontekstdə Hindistan İrana qoşularaq münaqişədən və Bakının Zəngəzur dəhlizinin açılması “ambisiyasının” davam etməsindən sonra Azərbaycana kəskin diplomatik mesajlar göndərib.👇👇

Azad İran
🇮🇳🇦🇲🇮🇷Cənubi Qafqazda Tehran və Dehlinin strateji yaxınlaşmasının səbəbi: Hindistan niyə Ermənistanı dəstəkləyir? İranın “Tahlil Bazaar” saytı qərəzli yazı dərc edib: “Tehran və Dehli Cənub-Şimal dəhlizi (İNSTC) və İranın dəstəyi ilə Qara dəniz-Fars körfəzi…
Dehli bir neçə dəfə Bakını öz qüvvələrini Ermənistandan dərhal çıxarmağı və daha çox təxribatdan çəkinməyi çağırıb.
Hindistan Rusiyanın boşluğunu doldurur
Hindistanın regionda qeyri-sabitliyin davam etməsi ilə bağlı narahatlığı əsasən Şimal-Cənub Dəhlizinin (INSTC) təhlükəsizliyinə təhdid qorxusundan qaynaqlanır ki, bu da Hindistan, İran və Ermənistanın Fars körfəzinin Qara dənizlə birləşdirilməsində rolunu vurğulayır.
Yeni yaranmaqda olan Türkiyə-Azərbaycan-Pakistan oxunun onun böyük kommunikasiya layihəsini təhlükə altına atacağından və onların Kəşmir kimi digər bölgələrdə mövqelərinin daha qətiyyətli olacağından narahat olan Hindistan, öz regional geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək üçün İrəvanla silah ticarəti qurmaqla Ukraynada müharibənin yaratdığı boşluğu doldurmaq üçün hərəkətə keçib...".
#Hindistan #Ermənistan #İran

🤬2
🇮🇷İranda 24 jurnalist hələ də həbsdədir✌️
İranda etiraz aksiyaların başlayandan bu günədək həbs edilən jurnalistlərin 24-ü hələ də həbsxanadadır. Bunu İran Jurnalistlər Birliyi yanvarın 25-də yaydığı bəyanatda bildirib.
Məlumatda son 4 ayda 100-ə yaxın jurnalistin həbs edildiyi, onlardan bir neçəsinin ağır girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxıldığı qeyd olunub.
İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, İranda davam edən etiraz aksiyaları zamanı 79 jurnalist həbsə atılıb.
Tutulan jurnalistlər arasında İran hakimiyyətinə yaxın bir neçə media orqanının, o cümlədən "Şərq" qəzetinin əməkdaşlarının da adı var.
Onların bir neçəsi girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılsalar da, 30 jurnalist hələ də həbsdə saxlanılır.
انجمن صنفی روزنامهنگاران: ۲۴ روزنامهنگار همچنان در زنداناند
#İran #jurnalist #həbs

🤬3
🇮🇷İranlı ekspert səfir Abbas Musəviyə qarşı tvit paylaşıb
Ehsan Movəhhediyan adlı bədnam analitik özünün Tvitter səhifəsində Azərbaycan dövlətini yenidən qərəzli şəkildə “Bakı” adlandıraraq yazıb:
“Diplomatiyanın işə yaradığını iddia edən Bakıdakı səfirimizin bu fotosundan az sonra Bakı mətbuatı Xəzər dənizinin dibinin bölünməsi üçün Türkmənistanla danışıqlar apardığını yazıb. Bu hərəkət Xəzərin hüquqi statusuna ddair konvensiyasının İran tərəfindən ratifikasiya edilmədiyi bir şəraitdə qanunsuzdur və İranı qlobal enerji layihələrindən çıxarmaq üçün növbəti addımdır. Yəqin ki, anlaşılmazlıq olub!”.

👍2🤬2
🇮🇷🇦🇲İranın Əmək Nazirliyi: “Ermənistanla əməkdaşlığa və qarşılıqlı əlaqələri genişləndirməyə hazırıq”
Azərbaycan əleyhinə daim qərəzli yazılar dərc edən İranın “Bultan News” saytının verdiyi xəbərə görə, İranın Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyinin beynəlxalq əlaqələr departamentinin rəisi Həmid Furuzan Ermənistanın Tehrandakı səfiri Arsen Avakyanla görüşdə iki ölkənin tarixi keçmişinə, İranın Ermənistanla konstruktiv və qarşılıqlı mədəni-sivilizasiya əlaqələrinə toxunaraq deyib: “İki ölkə arasında dostluq və daim müsbət yanaşmaya əsaslanaraq irəliləyən münasibətlər mövcuddur”.
Onun sözlərinə görə, İran və Ermənistan arasında təcrübə və peşə biliyi mübadiləsi iki ölkənin müvafiq nazirliklərinin əməkdaşlıq gündəliyinə salına bilər.
“İran İslam Respublikası sosial xidmətlər, sosial təminat və sığorta sahəsində dəyərli təcrübəyə sahibdir və biz bu sahədə də əməkdaşlıq edə bilərik”,-deyə Furuzan iddia edib.

🤮3👎1
Azad İran
🇮🇷🇦🇲İranın Əmək Nazirliyi: “Ermənistanla əməkdaşlığa və qarşılıqlı əlaqələri genişləndirməyə hazırıq” Azərbaycan əleyhinə daim qərəzli yazılar dərc edən İranın “Bultan News” saytının verdiyi xəbərə görə, İranın Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyinin…
Ermənistanın İrandakı səfiri Arsen Avakyan da iki ölkənin şirkətləri arasında ikitərəfli əməkdaşlığa diqqət çəkib.
Sitat: “İranın Əmək Nazirliyində çox yaxşı imkanlar mövcuddur ki, bunlar mübadilələrin artırılması istiqamətində iki ölkənin tələbatına cavab verə bilər”.
“Biz sosial müdafiə məsələsində iki ölkənin öz təcrübəsini bölüşməsində son dərəcə maraqlıyıq”,-deyə erməni səfir bildirib.
#İran #Ermənistan

🤮3👏1
🇮🇷Güneyli jurnalist qadın qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır😔✌️
Əslən azərbaycanlı olan jurnalist və ictimai fəal Nəsim Sultanbəyli artıq 15 gündür ki, Tehranın Evin zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır.
Sosial mediada açıqlama yayan jurnalistin anası qızının iki həftədir həbs edilməsinə baxmayaraq, onun nədə ittiham olunduğu barədə məlumat verilmədiyini bildirib.
Qeyd edək ki, Nəsim Sultanbəyli yanvarın 11-də xaricə getmək üçün Tehran hava limanına getdikdən sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
۱۲ روز است نسیم سلطانبیگی را در انفرادی اوین در بلاتکلیفی نگه داشتهاند
نسیم سلطانبیگی پس از ۱۲ روز هنوز در سلول انفرادی اوین در بازداشت بهسر میبرد و از علت دستگیری او هیچ اطلاعی در دست نیست.

🤬6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷Ötən gecə Tehranda “Xameneyiyə ölüm” və “diktatora ölüm” şüarları səsləndirilib✊
Etirazçı tehranlı gənclər gecəni qaranlığın düşməsi ilə anti-hökumət şüarları səsləndirməyə başlayıblar.
Qeyd edək ki, son etirazlarda azyaşlı uşaqların hökumət qüvvələri tərəfindən öldürülməsinə toxunan narazı gənclər habelə "Uşaq qatili hökumətə ölüm olsun" şüarı veriblər.
بانگ شبانه در تهران با شعارهای مرگ بر خامنه ای و مرگ بر دیکتاتور

👍5
Güneyli fəalın taleyindən xəbər yoxdur😔
Qərbi Azərbaycan əyalətinin Sayınqala (Şahindej) şəhərindən olan tanınmış alpinist Babək Qabilnejad barədə məlumat əldə etmək mümkün olmur.
Ötən ilin noyabrın 5-də İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan fəalın nədə ittiham olunduğu və harada saxlanıldığı barədə ailəsinə açıqlama verilmir.
Onunla görüşə və telefon danışığına da icazə verilmir. Bu da ailəsinin fəalın səhhəti ilə bağlı narahatlığına səbəb olub.
Qeyd edək ki, Sayınqaladan olan gənc qız Nəsim Sidqinin oktyabrın 31-də Urmu şəhərində keçirilən etiraz aksiyasında öldürülməsindən sonra bu şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Bir neçə nəfərin həbs edildiyi bildirilir.(Gunaz)
علیرغم گذشت بیش از ۹۰ روز از بازداشت بابک قابل نژاد فعال تورک آذربایجانی در سایین قالا (شاهین دژ) همچنان از علت دستگیری و محل نگهداری وی خبری در دست نیست

🤬2👍1👎1
🇮🇷İran hökumətinə bağlı jurnalust Reza Abbasi "Tvitter" hesabında yazıb:
"Məni nədə ittiham etməyiniz məni maraqlandırmır.
İran rəsmi olaraq Rusiyanı dəstəkləməyə başlamalı, Abrams və Leopard tanklarının göndərilməsinə cavab olaraq Rusiyaya özünün qısa və orta mənzilli raketləri, eləcə də bir neçə növ kamikadze dronlarını verməlidir.
Rusiyanın Ukrayna müharibəsində məğlub olması Şərqin məğlubiyyətinin və Qərbin hökmranlığının başlanğıcıdır".

🤮2👎1
🇫🇷🇮🇷Fransa xarici işlər naziri İranda həbs edilmiş yeddi Fransa vətəndaşının azad edilməsini tələb edib
Fransanın xarici işlər naziri Ketrin Kolona iranlı həmkarı Hüseyn Əmir-Abdullahiyanla telefon danışığında İran həbsxanalarında həbsdə olan “yeddi fransız girovu” azad etməyə çağırıb.
Çərşənbə günü, xanım Kolona "tvitter" hesabında İran xarici işlər naziri ilə telefon danışığında İslam Respublikasından beynəlxalq qanunlara riayət etməyi və İranda "özbaşına" həbsləri dayandırmağı tələb etdiyini bildirib.
Qeyd edək ki, İranda saxlanılan Fransa vətəndaşları arasında 2019-cu ilin iyununda "ölkənin milli təhlükəsizliyinə təhdid" ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilən Fəriba Adelxahı qeyd etmək olar. Digər Fransa vətəndaşı Benjamin Brier 2020-ci ilin mayında casusluq ittihamı ilə həba olunub və 8 il müddətinə azadlıqdan məhrum edilib. Sesil Kohler və Jak Paris də ötən may ayında İranda həbs ediliblər.
وزیر خارجه فرانسه خواستار آزادی «هفت گروگان فرانسوی» در ایران شد
#Fransa #İran

👍3