Azad İran
5.78K subscribers
36.2K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷Məşhəddə narazı təqaüdçü səlahiyyətlilərə səsləndi: “Siz oğrusunuz. Bizim haqqımızı yemisiniz!”

Yanvarın 23-də Xorasan-e Rəzəvi əyalətində də pensiyaçılar etiraz aksiyası keçiriblər. Təqaüdçülərdən biri tələblərinin rəsmi qurumlar tərəfindən cavabsız qalmasından, hara və kimə etiraz edəcəklərini bilmədiklərindən şikayətlənib:

“Vilayət başçısından tutmuş digər səlahiyyətləri şəxslərə qədər hamısı SEPAH tərəfindən təyin olunublar. Parlamentə qədər bütün qurumlara müraciət etsək də, nəticəsi yoxdur”.

“Siz oğrusunuz. Bizim haqqımızı yemisiniz!”,-deyə o, sonda fəryad edib.

یک بازنشسته در مشهد خطاب به مسئولان: شما دزدید؛ حق ما را خورده‌اید
👏4
🇺🇸🇮🇷ABŞ SEPAH-ın maliyyə resursları haqqında məlumat üçün 15 milyon dollar mükafat təyin edib

ABŞ Dövlət Departamentinin Diplomatik Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən “Ədalət üçün mükafat” proqramı İran İnqilabının Keşikçiləri Korpusunun maliyyə şəbəkələri haqqında məlumat qarşılığında 15 milyon dollar mükafat təyin edib.

Sözügedən proqram çərşənbə axşamı ərəbcə Twitter səhifəsində yazıb: "İran bu qədər silahı necə alıb Yəmənə göndərə bilər?"

"Bu yük SEPAH tərəfindən husilərə göndərilib?"-, deyə tvitin davamında deyilir.

آمریکا ۱۵ میلیون دلار جایزه برای دریافت اطلاعات پیرامون‌ منابع مالی سپاه تعیین کرد

#ABŞ #SEPAH #maliyyə_resursları #mükafat
👍4
🇬🇪🇮🇷Gürcüstanda İran etirazçılarına dəstək aksiyası keçirilib

Yanvarın 24-də Gürcüstanın paytaxtı Tiflis şəhərində İran etirazçılarına dəstək aksiyası keçirilib.

Bu ölkədə siyasi qaçqın olan iranlıların təşkilatçılığı ilə baş tutan aksiyada Gürcüstan, Rusiya və Ukrayna vətəndaşları da iştirak edib.

Dəstək aksiyasına qoşulanlar Tehran hakimiyyətinə qarşı şüarlar səsləndirib, repressiyaları pisləyən bəyanat oxuyublar. (Axar.az)

برگزاری تجمع اعتراضی درحمایت از معترضان ایرانی در گرجستان
👏6
Azad İran pinned a photo
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷Ötən gecə İranda xalqa qan udduran SEPAH muzdlusunun evi etirazçılar tərəfindən yandırılıb🔥(GuneyAZfront)

به آتش‌کشیدن خانه مزدور سپاه توسط‌ معترضان

 #İran #SEPAH #etirazçılar
👍5
🇦🇹🇮🇷Hesabat: "Avstriya İran casusları və təhlükəsizlik orqanları üçün “cənnət”ə çevrilib"

Avstriyanın təhlükəsizlik xidməti yaydığı hesabatda ölkədə ən çox casusluq fəaliyyətinin İran, Rusiya və Çin tərəfindən həyata keçirildiyini açıqlayıb.

Avstriyanın Qanun Müdafiəsi və Terrorizmlə Mübarizə Təşkilatı bildirib ki, İran rejimi Avstriyada geniş miqyasda casusluq fəaliyyətləri həyata keçirir və Avropanın mərkəzində yerləşən bu ölkə İran casuslarının fəaliyyəti üçün “cəlbedici” yer satılır.

“Jerusalem Post” qəzeti sözügedən qurumun son hesabatına istinadən yazıb ki, Avstriyada casusluq cinayətləri və cinayətkarlara qarşı qeyri-çəkindirici və yüngül cəzalar tətbiq edildiyi üçün bu ölkə İran, Çin və Rusiyanın casusluq fəaliyyəti üçün cənnətə çevrilib.

Hesabata görə, İranın təhlükəsizlik və kəşfiyyat orqanları bir neçə ildir ki, Avstriyada casuslar şəbəkəsi yaradıb. SEPAH-ın Qüds qanadı xaricdəki fəaliyyətlərinə görə xarici casusluq əməliyyatlarında və məlumatların toplanmasında mühüm rol oynayıb.(Əl-Ərəbiyyə)
👍3🤬1
🇮🇷İran parlamentinin 237 deputatı Qurani-Kərimin yandırılmasını pisləyən bəyanat imzalayıb

بیانیه 237 نماینده مجلس ایران درباره هتک حرمت قرآن کریم

#İran #parlament #Quran
🤮3👍1😱1
🇮🇷İranda Məhsa Əminin öldürülməsindən sonra başlanan hərəkat qadınların məcburi hicabdan imtina etməsinə səbəb olub✌️

Tehranda ictimai yerlərdə hicabdan imtina edən qadınların sayı artmaqdadır.

حضور زنان بدون #حجاب_اجباری در خیابان‌ها ادامه دارد.

#İran #qadınlar #məcburi_hicab #imtina
👍52
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷İranın Bəndər-Xomeyni şəhərində yerləşən neft-kimya zavodunun işçiləri 4 gündür işi dayandıraraq tətil keçirirlər

‏ چهارمین روز اعتصاب کارکنان پتروشیمی بندر خمینی

چهارشنبه ۵ بهمن ۱۴۰۱

#İran #zavod #tətil
👍6🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷İranın Hormozqan əyalətinin Hacıabad qəsəbəsində dizel yanacağı almaq üçün yük maşınlarının uzun növbələri yaranıb.

صف طولانی کامیونها برای خرید سوخت در حاجی آباد هرمزگان

#İran #yanacaq_çatışmazlığı
🔥2👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷İranın Əsəluye şəhərində yerləşən Pars limanında gəmi batıb🚢

Yerli hakimiyyət orqanlarının məlumatına görə, “Anil” adlı gəmi Tanzaniyaya məxsus olub. Pars Enerji Zonasının təhlükəsizlik, ətraf mühit, passiv müdafiə və böhran idarəsinin rəhbəri gəminin batmasına konteynerlərin yanlış yerləşdirilməsinin səbəb olduğunu bildirib

غرق شدن یک #کشتی در بندر پارس؛ به گفته مقام‌های محلی، این کشتی به نام «آنیل» و متعلق به کشور تانزانیا بوده است.

#İran #liman #gəmi
😁3👍1
🇮🇷🇫🇷Daha bir iranlı idmançı Fransada sığınacaq aldı✌️

Yanvarın 20-dən 23-dək Parisdə açıq karate yarışları keçirilib və bu yarışlarda İrandan 5 karateçi iştirak edib.

Yarışın sonunda 75 kq çəki dərəcəsində olan karateçi Fərzad Rüstəmi İrana qayıtmaqdan imtina edib.

یک ورزشکار ایرانی دیگر پناهنده شد

#İran #Fransa #idmançı #sığınacaq
👍6🔥2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇶🇮🇷İraq xalqı İrana qanunsuz dollar ötürülməsinə qarşı genişmiqyaslı etiraz aksiyası keçirib

Aksiyanın məqsədi həm də İranın İraqın daxili işlərinə müdaxiləsinə son qoyulmasına çağırışdır.

تظاهرات عظیم مردم عراق در اعتراض به قاچاق دلار به ایران و نفوذ مخرب جمهوری شیطانی در کشورشان

چهارشنبه ۵ بهمن ۱۴۰۱

#İraq #İran #etiraz
👍11
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷İran hökuməti sənaye müəssisələrində mazut yandıraraq havanı zəhərləyir

تداوم مازوت سوزی در نیروگاه‌ها؛ فردیس جاده ملارد، نیروگاه منتظر قائم

#İran #mazut #ekologiya
🤬3🔥2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷İranın Kerman şəhərində də yük maşınları dizel yanacağı almaq üçün uzun sıraya düzülüblər

صف طولانی کامیون‌ها برای دریافت #گازوئیل، #کرمان.

🔸چهارشنبه ۵ بهمن ماه ۱۴۰۱

#İran #Kerman #dizel_böhranı
🔥3
🇮🇷İslam Respublikası son sanksiyalara və Qərb ölkələrinin İrana qarşı koordinasiyasına cavab olaraq, "Charlie Hebdo" jurnalının baş redaktoru, Paris meri, Avropa İttifaqı və Böyük Britaniyanın 34 şəxsinə və qurumuna sanksiya tətbiq edib.

جمهوری اسلامی در واکنش به تحریم‌های اخیر و هماهنگی کشورهای غربی، ۳۴ فرد و نهاد #اتحادیه_اروپا و بریتانیا از جمله سردبیر #شارلی_ابدو و شهردار پاریس را تحریم کرد

#İran #Avropa #sanksiya
😁6👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ərdəbildə güneyli milli fəallar vətənpərvər şüar yazılmış poster asıblar✌️

"Azadlıq üçün bir kərə yüksələn bayraq min ildən sonra da enməz!"

نصب پارچه نوشته،
"آزادلیق اوچون بیرکره یوکسلن بایراق
مین ایلدن سونرادا یئنمز"
در اردبیل توسط فعالین ملی آزربایجان

#Ərdəbil #azadlıq #milli_fəallar
12👍3👎3
🇮🇷Tehranda qadın geyimləri satan mağazalar bağlandı

Tehranda onlarla mağazının fəaliyyəti qadın geyimləri satdıqlarına görə dayandırılıb. Bu barədə sosial media fəalları və mağaza sahibləri məlumat yayıb.

Onların sözlərinə görə, Tehran polisi qadın şalvarlarının satışını İslam qaydalarına zidd hesab etdikləri üçün mağazaları bağlayıb və bütün malları müsadirə edib.

فروشگاه های پوشاک زنانه در تهران پلمب شدند
🤬6👍1
🇮🇷İranda 8 məhbus edam edilib😢

8 məhbusun edam xəbəri hələlik İran mediası və ya rəsmi mənbələri tərəfindən açıqlanmayıb.

Yanvarın 24-ü çərşənbə axşamı Kərəc və Həmədan şəhərlərinin mərkəzi zindanlarında qəsdən adam öldürmə və narkotik maddələrin satışında ittiham olunan ən azı 8 məhbusun edam hökmü icra olunub.

Qeyd edək ki, son həftələrdə ölkədə cinayətlərin azaldılması təlimatına uyğun olaraq ölüm hökmlərinin icrası daha sürətlə həyata keçirilir.

İran hökumətinin şəffaf olmadığı üçün edamların faktiki sayını öyrənmək çətindir və bu rəqəm, şübhəsiz ki, insan haqları təşkilatlarının açıqladığı rəqəmlərdən qat-qat çoxdur.

Ölüm hökmlərinin verilməsi və icrası insan hüquqlarına dair beynəlxalq sənədləri, o cümlədən İnsan Hüquqları haqqında Ümumi Bəyannaməni, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın müddəalarını pozur.

اجرای حکم ۸ زندانی در کرج و همدان

#İran #edam
🤬10👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷Kərəcdə gənc etirazçılar “Bəsic” qüvvələrinin bazasına Molotov kokteyli ataraq od vurdular🔥

Yanvarın 25-i gecə saatlarında İranın Kərəc şəhərində molla rejimindən narazı etirazçılar xalqa divan tutan yarımhərbi və qaniçən “Bəsic” qüvvələrinin bazasına Molotov kokteylləri ilə hücum ediblər.

فیلم پرتاب کوکتل مولوتف به پایگاه بسیج در کرج توسط جوانان معترض

#İran #Bəsic #etirazçılar #molotov_kokteyli
👍6
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷🇦🇿İran SQ-nin Ədliyyə Təşkilatının sədri İran-Azərbaycan sərhədinə baş çəkib

Mehr News xəbər verir ki, İran Silahlı Qüvvələrinin Ədliyyə Təşkilatının rəhbəri Əhmədrza Purxaqan yanvarın 25-də Ərdəbilə iki günlük səfər çərçivəsində İran-Azərbaycan ümumi sərhədinin sıfır nöqtəsinə baş çəkib.

O, habelə Parsabad-Muğan sərhəd alayının tərkibinə daxil olan Qarabağ sərhəd zastavasında və Aslandüz sərhəd dəstəsində olub.

بازدید رئیس سازمان قضایی نیروهای مسلح از مرز ایران و آذربایجان

#İran #Azərbaycan #sərhəd
😁2🤮2