Azad İran
5.67K subscribers
37.5K photos
22.4K videos
15 files
9.46K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
İranın yüksək vəzifəli rəsmisi Fazil Laricaninin Kanadada yaşayan qızı Tahura Ərdəşir Laricaninin hicabsız şəkilləri

عکس های بدون حجاب طهورا ردشیر لاریجانی فرزند فاضل لاریجانی در ونکوور کانادا
😁9🔥2
🇮🇷İranda iki polis əməkdaşı öldürüldü

Bu gün, yanvarın 24-ü, səhər saat 02:00-da Sistan və Bəluçestan əyalətinin Bəmpur şəhərində iki polis əməkdaşı öldürülüb.

“Tasnim News”un xəbərinə görə, bu barədə Sistan və Bəluçestan əyalətinin polis komandanlığından məlumat verilib.

Bildirilib ki, dünən gecə əyalətin Bəmpur bölgə polis idarəsinin polis məmurları patrul missiyasını yerinə yetirərkən silahlı şəxslərin hücumuna məruz qalıb.
Atışma zamanı mayor Muxtar Mömini və leytenant Əbuzər Ümidvar həyatını itirib, daha bir polis nəfəri də yaralanıb.

Hücum edən silahlı dəstə üzvləri hadisə yerindən qaçıb. Faktla bağlı cinayət işi açılıb. Silahlı şəxslərin həbsi üçün xüsusi əməliyyat-axtarış qrupu yaradılıb.

کشته شدن ۲ مأمور پلیس حین درگیری مسلحانه در بمپور
🔥7👍5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷İsfahanda etirazçılar xalqa divan tutan yarımhərbi və radikal "Bəsic" qüvvələrinə məxsus bazaya Molotov kokteylləri ilə od vurdu🔥

اصفهان - به آتش کشیدن پایگاه بسیج با کوکتل مولوتف
👍6
Güneyli fəala həbs cəzası verildi✌️

Güney Azərbaycanın Zəngan şəhərindən olan milli fəal Cəmşid Əşrəfi əyalətin Apellyasiya Məhkəməsi tərəfindən 7 ay həbs cəzasına məhkum edilib.

Məhkəmənin qərarında milli fəalın "Hökumət əleyhinə təbliğat aparmaq"da ittiham olunduğu bildirilib.

"Müttəhimin ali təhsilli olmasını nəzərə alaraq, onun etdiyi əməli bilərəkdən və məqsədli şəkildə etdiyinə qərar verilib", -deyə, məhkəmənin qərarında qeyd olunub.

دادگاه تجدیدنظر استان زنجان؛ محکومیت جمشید اشرفی به ۷ ماه حبس
🤬4
Qaşqay türklərindən olan fəal edam edilə bilər😢🤬

Molla rejimi Qaşqay türklərindən olan işçi fəalı Arəş Qənbərini şərləyərək edam etmək istəyir.

İsfahanın Şəhriza şəhərində yaşayan 30 yaşlı fəal Arəş Qənbəri barədə “Peyğəmbəri təhqir etmək” ittihamı irəli sürülüb.

Belə ki, SEPAH qüvvələri ötən ilin dekabrın 28-də Arəşin evinə basqın edib, gözlərini, əl-qolunu bağlayaraq həbs edib, ETTELAAT İdarəsinə aparıblar. Repressiv hökumət qüvvələri həmçinin fəalın evində axtarış aparıblar.

Qeyd edək ki, insan haqları təşkilatları Arəş Qənbəriyə qarşı rejimin irəli sürdüyü ittihamın fəalın edamı ilə nəticələnə biləcəyi ilə bağlı xəbərdarlıq edirlər.(GADTB)

آرش قنبری فعال کارگری قشقائی با اتهام «سب‌النبی» در معرض خطر حکم اعدام قرار دارد!
🤬5👎1
İranda erməni icmasının qadınları Anna Akopyanla görüşmək istəməyiblər

İranda “nüfuzlu qadın” Anna Akopyan alçaldılıb. Bu barədə jurnalist Nairi Oxikyan yazıb.

Nikol Paşinyanın xanımı İran paytaxtında keçirilən “Nüfuzlu qadınlar” forumunda iştirak edərkən xoşagəlməz reallıqla üzləşib.

“Məlum olduğu kimi, Anna Akopyan erməni icmasının nümayəndələri ilə görüşmək istəyəndə ümumi rədd cavabı alıb. İran erməniləri Ermənistandan gələn “nüfuzlu qadını” görmək istəməyiblər, hesab ediblər ki, satqınlarla danışacaq heç bir şey yoxdur.

Məndə olan məlumata görə, hətta Tehranın erməni kilsələrində də Anna Akopyanın ruhanilərlə görüşmək, xeyir-dua almaq imkanı olmayıb. Allah evinin qapıları şeytanın bəndələrinin üzünə bağlıdır. Onların hamısı öz növbəsində bütün ermənilər tərəfindən rədd ediləcək”,- deyə Oxikyan yazıb.

امتناع زنان جامعه ارامنه ایران از ملاقات با آنا آکوپیان، همسر نخست وزیر ارمنستان
😁52👍2
Təbriz divarlarında anti-hökumət şüarları yazılıb🤘

Yanvarın 23-dən 24-ə keçən gecə Tehran, Kərəc və Bəndər Abbas şəhərlərində etiraz nümayişləri davam edib.

Bununla yanaşı bir neçə şəhərdə, o cümlədən Təbrizdə divarlara hökumət əleyhinə şüarlar yazılıb.

"SEPAH cinayər edir, Xameneyi himayət edir", "Nə şahlıq, nə rəhbər, azadlıq və ədalət", "Ölüm olsun Xameneiyə" və başqa bu kimi şüar və qrafitlər Təbriz məhəllələrinin divarlarına həkk olunub. (Axar.az)

نوشتن شعارهای ضد حکومتی بر دیوارهای تبریز
👍6
HRANA: "İranda etirazçılara ümumilikdə 12.330 ay həbs cəzası verilib"

İranda etirazların başlamasından 4 ay keçdikdən sonra, görünür, İranla Qərb arasında gərginlik pik həddə çatıb. Avropa Birliyinin Nazirlər Şurası dünən insan haqlarının pozulmasına görə 18 şəxsi və 19 qurumu sanksiyalar siyahısına əlavə edib.

Həmçinin ABŞ Maliyyə Nazirliyi etirazları yatırdığı üçün İranın 10 yüksək vəzifəli şəxsini və SEPAH-ın Kooperasiya Fondunu boykot edib.

Eyni zamanda, Avropa Parlamenti qəbul etdiyi qətnamədə SEPAH-ı qurumun terror təşkilatları siyahısına daxil edib.

هرانا: دست کم در مجموع ۱۲۳۳۰ ماه حکم حبس برای معترضان صادر شده است
👍51🤬1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷İranda mollaların başından əmaməni çıxarması videoları trendə çevrilib👳🏻‍♂️

ویدیوهای عمامه پرانی در ایران ترند شد
👍9🔥1
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷Təyyarənin pilotu 25 mollanı Zahidan-Tehran reysinə mindirmədən uçub✈️👳🏻‍♂️

Belə ki, təyyarə bu gün saat 04:30-da uçmalı imiş və həmin saat sübh namazının vaxtı olduğundan mollalar namaz qılmağa gediblər və təyyarə də onları gözləmədən uçub.
😁11👍4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷Tehranın Cənnətabad bölgəsində sakinlər evlərdən anti-hökumət şüarları verib

Molla rejimindən narazı əhali "İllər boyu cinayət, ölüm ola bu rəhbərə",
"Ölüm olsun diktatora" şüarları səsləndirib.

شعار شبانه از خانه‌ها در جنت‌آباد تهران
👍7
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷Bu gün Tehranda edam cəzasına məhkum edilənlərin ailələri Məhkəmə Hakimiyyəti binasının önünə toplaşaraq yaxınlarına qarşı edam cəzasının ləğv edilməsini tələb ediblər

تهران
خانواده زندانیان محکوم به اعدام با برگزاری تجمعی مقابل دفتر ارتباطات مردمی قوه‌قضاییه خواهان لغو حکم اعدام عزیزان خود شدند
👍8
🇮🇷Həmədan əyalətinin Məlayer şəhərində məktəbdə partlayış olub🔥

Partlayış nəticəsində məktəbin xidmətçisi xəsarət alıb.

İlkin məlumata görə, partlayışa səbəb qaz sızması olub. Yaralı yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

انفجار گاز شهری در یکی از مدارس ملایر| خدمتکار مدرسه دچار سوختگی شد
😢5🔥1
🇮🇷İran hökuməti etirazları dəstəkləyən əhli sünnə din xadimini həbs edib👳🏻‍♂️

Səbəb isə həmin ruhaninin ölkədəki kütləvi etirazları dəstəkləməsi olub.
🤬4🔥2👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Şərqi Azərbaycan əyalətində təqaüdçü işçilər etiraza qalxıb

Bu gün Təbrizdə Traktor istehsalı, Maşınqayırma və Motojen şirkətlərinin təqaüdə çıxmış işçiləri sığortaların və əməkhaqlarının eyniləşdirilməməsinə, etiraz olaraq Baş Əmək İdarəsinin önündə etiraz aksiyası keçiriblər.

تجمع اعتراضی کارگران بازنشسته مقابل اداره کل کار آذربایجان شرقی

کارگران بازنشسته شرکت های تراکتورسازی، ماشین_سازی و موتوژن تبریز در اعتراض به عدم همسان سازی بیمه و حقوق مقابل اداره کل کار آذربایجان شرقی تجمع کردند.
👍5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷SEPAH iki qardaşın evinə hücum edərək onları yaralayıb🤬

"Hengaw" insan haqları təşkilatının verdiyi məlumata görə, bu gün, yanvarın 24-də SEPAH qüvvələri Heymən Həmzə qardaşlarının evinə hücum edib və onun iki qardaşını yaralayıb, onlardan birini isə vəhşicəsinə döyüb.

Qeyd edək ki, Sərdəşt şəhərinin Bivəran kəndinin sakini Heymən Həmzə ötən ilin dekabrında hökumət qüvvələri tərəfindən güllələnərək öldürülüb.
🤬5👎1
🇮🇷Beynəlxalq sanksiyaların altında olan və iqtisadiyyatı sürətlə çökən İran hökumətinin tam iflasa uğramaması üçün xeyli vəsaitlərə ehtiyacı var.

Bunun üçün molla rejimi İraqda açdığı saxta şirkətlərindən hər ay təxminən 100 milyon dollar həcmində xarici valyuta alır (Əl-Ərəbiyə farsi).

#İran #molla_rejimi #İraq
👍3🤬1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷İsfahanlı 19 yaşlı gənc Rza Qədrinin cəsədi iki gün öncə atasının bağında tapılıb. O, bir ay əvvəl qaçırılmışdı və ondan heç bir xəbər yox idi.😢

Gəncin valideynləri polislər tərəfindən ağır təzyiqlərlə üzləşiblər. Dünən isə Rzanın dəfn mərasimi keçirilib (GuneyAZfront).

#İsfahan #polis
😢8