This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷Ərdəbildə rabitə idarəsinin işçiləri etiraza qalxdı✊
Bu gün, yanvarın 23-də rabitə idarəsinin narazı işçiləri idarənin binası önünə toplaşaraq əməkhaqlarının verilməməsinə və əlavə yardımların kəsilməsinə etiraz olaraq aksiya keçiriblər.
تجمع بازنشستگان مخابرات اردبیل مقابل ساختمان مدیریت مخابرات منطقه در اعتراض به تاخیر در پرداخت مطالبات و فریز کمک هزینه های رفاهی
دوشنبه ۳ بهمن ۱۴۰۱
#Ərdəbil #etiraz

🔥4👍2
Təbrizdə ağır qəza: 1 ölü, 11 yaralı😢
Ötən axşam Təbriz şəhərində ölümlə və çoxsaylı insanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, Təbrizin Anata fabrikinin önündəki Bəsic meydanında iki mikroavtobus toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 11 nəfər isə yaralanıb.
سانحه ناگوار در تبریز؛ ۱ فوتی، ۱۱ مجروح
#Təbriz #qəza #tələfat

😢4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷Bu gün Tehranda təqaüdçü müəllimlər Təhsil Nazirliyinin önündə aksiya keçirərək ağır dolanışıq vəziyyətinə və onların pensiyalarının bərabər müəyyən edilməməsinə qarşı etiraz aksiyası keçiriblər✊
Etirazçı müəllimlərin şüarı:
"Problemimiz həll olmasa, aksiya təkrar olacaq"
"Bahalıq, inflyasiya, xalqı cana yığıbdır",
"Səriştəsiz nazir, istefa, istefa" şüarları səsləndiriblər.
تهران
تجمع اعتراضی معلمان بازنشسته در برابر وزارت آموزش و پرورش در اعتراض به مشکلات معیشتی و عدم همسانسازی حقوق
معلمان بازنشسته شعار میدادند:
«مشکل ما حل نشه، تجمع تکرار میشه»
«گرانی، تورم، بلای جان مردم»
«ننگ ما ننگ ما وزیر الدنگ ما»
«وزیر بیکفایت استعفا استعفا»

👍5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇱🇮🇷İsrailli fəal, qadın hüquqları müdafiəçisi Emili Şreyder İranda təşkil olunan Nüfuzlu Qadınların Birinci Beynəlxalq Konqresində iştirak edənləri qınayıb:
“İslam rejimi qadınları öldürüb təcavüz edərkən, İran Nüfuzlu Qadınların Birinci Beynəlxalq Konqresinə ev sahibliyi edir. İştirakçılardan biri hazırda İranda yaşayan “Hizbullah” terror təşkilatının lideri Həsən Nəsrullahın qızıdır. İyrəncdir, hə? Daha da iyrənc olanı isə konqresdə Kanada, Avstriya, İsveç, Yaponiya, Tailand və Avstraliyadan olan qadınların iştirak etməsidir. Milyonlarla iranlı qadın bu rejim tərəfindən təqib olunduğu halda, bu ölkələrdən olan insanlar, bu absurd tədbirdə iştirak etməyə necə cürət edirlər? Əxlaq polisi tərəfindən Məhsə Əmini və onun timsalında qızları döyüb öldürən rejim konfransda iştirakçıların düzgün hicab taxmamağını məqbul sayıb və buna göz yumub. Bu konfrans İrandakı bütün qadınların üzünə şillədir”.(GuneyAZfront)
#molla_rejimi #Emili_Şreyder

👍11❤2
🇫🇷🇮🇷Fransa SEPAH-ı və İslam Respublikasını boykot etməyin yeni yollarını axtarır
Fransanın xarici işlər naziri Katrina Kolona Brüsseldə Avropa Birliyinin Xarici Əlaqələr Şurasının iclasından bir neçə dəqiqə öncə deyib ki, ölkəsi İrana qarşı sanksiya qəbul etmək üçün heç bir imkanı istisna etmir.
Qeyd edək ki, Avropa Parlamenti ötən cümə axşamı qətnamə qəbul edərək, Avropa Birliyini SEPAH-ı qurumun terror təşkilatları siyahısına salmağa və ona qarşı daha çox sanksiya qəbul etməyə çağırıb.
فرانسه به دنبال راههای جدید برای تحریم سپاه و جمهوری اسلامی
#Fransa #İran_rejimi #sepah #boykot

👍5👎1
🇮🇷Zahidanda bəluç gənclərə edam cəzası verildi😢😡
Zahidandakı etirazlar zamanı həbs edilərək ölüm cəzasına məhkum olunanların 18 yaşlı Şueyb Mirbəluçzehi Rigi, 22 yaşlı Mansur Dehmərde, 20 yaşlı Kambiz Xorot və 25 yaşlı İbrahim Naroi olduqları bildirilir.
Məlumatlı mənbənin sözlərinə görə, gənclər Sistan və Bəluçistan əyalətində son etirazlar zamanı saxlanılan çoxlu sayda digər məhbuslarla birlikdə ağır şəraitdə və işgəncə altında, o cümlədən telefon danışıqlarına və görüşlərinə məhdudiyyətlər qoyulmaqla gözləri bağlı halda təcridxanada saxlanılırlar.
زاهدان؛ چهار جوان بلوچ به اعدام محکوم شدند
#Zahidan #bəluç_fəallar #həbs

🤬9👍3👎1
Media is too big
VIEW IN TELEGRAM
🇷🇺🇮🇷Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin İrana səfər edib
Tehranda Volodini İran parlamentinin sədri Məhəmməd Bağer Qalibaf qarşılayıb.
سفر رئیس دومایدولتیروسیه به ایران
#Rusiya #İran

🤮7❤1
🇮🇷İranda iki məhbus işgəncə nəticəsində komaya düşüb😢
Kütləvi etirazlara qatıldıqlarına görə həbs edilən Həsən Firuzi və Məhəmməd İxtiyarian adlı iki gənc işgəncə nəticəsində komaya düşüb.
Məhbuslardan birinin komaya düşməzdən öncə yayılan səs yazısında onun artıq dözə bilmədiyi, işgəncələrdən qurtulmaq üçün edam edilməyi arzuladığı deyilir. İran İnsan Haqları Təşkilatı hər iki etirazçının həyatının təhlükədə olduğunu bildirib.
دو تن از زندانیان براثر شکنجه به کما رفتند
#İran #məhbus #koma

👍6🤬2
🇬🇧🇮🇷Britaniya İranın bir sıra rəsmilərini boykot edib
Böyük Britaniya bu gün İranın bir sıra rəsmilərinə, o cümlədən Baş prokurorun müavini Əhməd Fazelyana qarşı əlavə sanksiyalar tətbiq edib.
Sanksiyaya məruz qalan şəxslər arasında İran İslam Respublikasının Quru Qoşunlarının Baş komandanı Kiyumərs Heydəri, “Bəsic” Müqavimət Qüvvələri və bu qüvvələrin komandirinin müavini Salar Abnuş, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Sarallah" Qərargahının komandirinin müavini Hüseyn Nejatın adı da var.
Sanksiyaya məruz qalan şəxslərin aktivləri dondurulacaq və Böyük Britaniyaya səyahət qadağası tətbiq ediləcək.
انگلیس تعدادی از مقامات جمهوری اسلامی را تحریم کرد
#Britaniya #İran #sanksiya

👍6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸🇮🇷ABŞ-ın Maliyyə Nazirliyi yanvarın 23-də İslam Respublikasının və SEPAH-a bağlı Kooperasiya Fondunun yüksək vəzifəli şəxslərini kütləvi etirazları yatırdıqlarına görə Vaşinqtonun sanksiyalar siyahısına əlavə edib.
Nazirliyin yaydığı bəyanata əsasən, Kooperasiya Fondu iqtisadi qurum kimi təqdim olunur, hansı ki, SEPAH-ın yüksək rütbəli rəsmiləri investisiyaların idarə edilməsi və İranın iqtisadi sahələrində iştirak etmək üçün sözügedən qurumu təsis ediblər.
Həmçinin Kooperasiya Fondunun idarə heyətinin beş üzvü - İranın ETTELAAT nazirinin müavini Naser Raşedi və SEPAH-ın 4 yüksək rütbəli komandanı, o cümlədən Məhəmməd Nəzər Əzimi, Kuruş Asiyabani, Muctəba Fəda və Hüseyn Tənavur Vaşinqtonun yeni sanksiyalarina məruz qalıblar.
#ABŞ #Sepah #sanksiya

👍8
Evin zindanının 31 qadın məhbusu məktub yazaraq, "ədalətsiz həbs cəzaları"nın verilməsinə son qoyulmasını istəyiblər (HRANA).
#İran #məhbus_qadınlar
#İran #məhbus_qadınlar
❤2👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷İranın "Bəndər Xomeyni" neft-kimya şirkətinin işçiləri əməkhaqları və müavinətlərinin verilməməsinə etiraz olaraq aksiya keçiriblər✊
Narazı işçilər "fəhlənin haqqını yemək haramdır",
"Səriştəsiz rəhbər istəmirik" şüarları səsləndiriblər.
تجمع و اعتراض کارکنان پتروشیمی بندرخمینی در اعتراض به پرداخت نشدن حقوق و مزایا
کارگران شعار میدهند:
"خوردن حق کارگر حرام است"
"مسئول بیکفایت نمیخواهیم"

👍9
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷🇦🇲İran hökuməti Zəngəzurda (Sünik) ermənilər üçün yol, bənd salacaq
دولت ایران در منطقه زنگهزور (سونیک) برای ارامنه جاده و سد احداث می کند
#İran #Ermənistan

🤮13👎5❤2
🇮🇷"Ankaranın dəstəyi olmasa, Bakının İranın ərazi bütövlüyünü təhdid etməyə cəsarəti çatmaz..."-iranlı ekspertdən cəfəng iddia
İranın qatı anti-Azərbaycan eksperti Ehsan Movəhhediyan İLNA-ya müsahibəsində İran prezidentinin Türkiyəyə mümkün səfərinin məqsədlərini qiymətləndirərkən və “Bir sıra analitiklər bu səfərin Türkiyədə prezident seçkiləri ərəfəsində edilməsi ilə bağlı xəbərdarlıq edirlər. Bu narahatlıq və xəbərdarlıq hansı məsələlərdən qaynaqlanır?” sualına cavabında deyib:
“Prezident Rəisinin Türkiyəyə gözlənilən səfərinin bu ölkədə prezident seçkiləri ərəfəsində reallaşmasına israr olarsa, nəzərə alınmalı olan bir sıra məqamlar var. Qəbul etməliyik ki, Ərdoğan xüsusilə son illərdə İran İslam Respublikasına qarşı mənfi yanaşma ortaya qoyub və Ankaranın həyata keçirdiyi bir çox siyasi addımlar İranın maraqlarını təhlükə altına qoyub.

🤮7👍5🤬2
Azad İran
🇮🇷"Ankaranın dəstəyi olmasa, Bakının İranın ərazi bütövlüyünü təhdid etməyə cəsarəti çatmaz..."-iranlı ekspertdən cəfəng iddia İranın qatı anti-Azərbaycan eksperti Ehsan Movəhhediyan İLNA-ya müsahibəsində İran prezidentinin Türkiyəyə mümkün səfərinin məqsədlərini…
Türkiyənin Suriya və İraq siyasəti bu ölkələrin ərazisinin bir hissəsini işğal etmək, enerji resurslarına nəzarət etmək və İranın bu iki ölkədən keçib Aralıq dənizinə çıxmaq üçün istifadə etdiyi dəhliz marşrutlarını təhlükəli vəziyyətə salmaq məqsədi daşıyan təcavüzkar siyasətdir”.
O, əlavə edib: “Bu davranışları Ankaranın Bakı ilə İranın ərazi bütövlüyünü təhdid etmək, ərazi iddiaları irəli sürmək üçün geniş əməkdaşlıq etməsi və təbii ki, İranın mədəni, tarixi və mədəni şəxsiyyətlərinin Bakıya aid edilməsi ilə bağlı mövcud xəbərlərlə yanaşı qoysaq, əslində bunlar yanlış siyasətlərdir ki, Türkiyənin dəstəyi olmasaydı, Bakının bunları bəyan etməyə və həyata keçirməyə cəsarəti çatmazdı.
Analitikn iddiasına görə, bütün bu siyasətlərə və Araz və Fərat çayları üzərində İranın hidropolitik təhlükəsizliyini təhlükə altına alan və “azərilərin” yaşadığı əyalətlərdə bir çox sənaye sahələrini hədəf alan, İranın ərzaq təhlükəsizliyini təhlükə altına alan, həmin ərazilərdə işsizliyə və miqrasiyaya səbəb olan böyük bəndlərin tikintisi siyasətlərinə əlavə olaraq, bütün bunlar Ərdoğanın anti-İran siyasətinin tərkib hissəsidir.
“Bütün qonşuları ilə münasibətləri gərgin olduğu üçün Ərdoğan xarici siyasət sahəsində nailiyyət əldə etdiyini, qonşuları ilə yaxşı münasibətdə olduğunu göstərmək üçün əlindən gələni edir. Ona görə də görürük ki, həm İran, həm də Ermənistanla bağlı aşkar siyasi dönüş edir və sərhədləri açır, halbuki əməldə Azərbaycanın “təcavüzünü” dəstəkləyir və biz onun Laçın dəhlizini kəsmək cəhdində rolunun şahidi oluruq. Amma digər tərəfdən Ermənistana münasibətdə atmosferi bir qədər dəyişməyə çalışır, Suriya ilə bağlı isə Əsəd hökumətinin istəklərini qəbul etmək iddiasında olduğunu görürük”,-deyə o, əsassız fikirlər irəli sürüb.

🤮5👍2
Urmuda 25 nəfər casusluq ittihamı ilə həbs olunub
Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində həbslər olub. Bu barədə Məhbusların Vəziyyətinin Monitorinqi Komitəsi məlumat yayıb.
Məlumata görə, 8-i qadın olmaqla 25 nəfər casusluq və sosial mediada gəncləri etiraza təhrik etmək ittihamı ilə saxlanılıb.
Bildirilir ki, "Urmiya Məhəllələrinin Gəncləri" adlı qrup üzvlərinin 16-na qarşı cinayət işi açılıb və onlardan bir-birlərinə qarşı etiraf almaq üçün işgəncə verilib.
İnsan haqları təşkilatları Tehran rejiminin rəsmi iddialarının əsassız olduğunu bildirib.
Qeyd olunub ki, biri 15 yaşlı yeniyetmə qız olmaq şərti ilə həbs edilənlərin hamısı məktəblidir.(Gunaz)
بازداشت 25 نفر در ارومیه به اتهام جاسوسی

🤬5👎2
🇷🇺🇮🇷TƏHLİL: "Rusiyanın İrana qurduğu böyük tələ: Moskva heç vaxt Tehranı özünə müttəfiq hesab etmir"
Əli Musəvi Xalxali “İran diplomatiyası” saytında yazır:
“Moskva iki məqsədlə İrandan maksimum yararlanmağa çalışır. Birincisi, Qərb və beynəlxalq birlik və hətta ərəb ictimaiyyəti ilə qarşılıqlı əlaqədə İranın anti-Qərb baxışlarının maksimum istismarı kontekstində. İkincisi isə müharibənin bədəlini azaltmaq məqsədi ilə İranı Ukraynadakı müharibədə tərəfdaşa, hətta cinayət ortağına çevirir.
Rusiya İrandan həqiqətən nə istəyir? Biz doğrudan da Rusiyanın müttəfiqiyik? Rusiya bizi özünün strateji müttəfiqlərindən biri hesab edir?”.
Müəllifə görə, Rusiya heç vaxt İran İslam Respublikasını müttəfiq gözündə görməyib. Baxmayaraq ki, İranın bütün hökumətləri dövründə bir çox dövlət xadimləri Rusiyanın İranı strateji müttəfiqi hesab etməsinə çox həvəsli olsalar da, bu baş vermədi.👇👇👇

🇷🇺🇮🇷TƏHLİL: "Rusiyanın İrana qurduğu böyük tələ: Moskva heç vaxt Tehranı özünə müttəfiq hesab etmir" Əli Musəvi Xalxali “İran diplomatiyası” saytında yazır: “Moskva iki məqsədlə İrandan maksimum yararlanmağa çalışır. Birincisi, Qərb və beynəlxalq birlik…
Hətta prezident İbrahim Rəisinin Rusiyaya səfəri zamanı onun Kremldə necə qarşılanması onu göstərdi ki, Moskva İranı müttəfiq kimi görmədiyi, hətta onu dost və özünə yaxın ölkə hesab etmədiyi mesajını vermək istəyir.
Rusiyanın bu yanaşması davam edir və Ukrayna müharibəsindən sonra da Rusiya İrana münasibətini dəyişməyib. Hətta iqtisadi əməkdaşlığın səviyyəsinin yüksəldilməsi baxımından İranın bütün həvəsinə baxmayaraq, Rusiyanın səyləri daha çox İrandan başqa dövlətlərdən istifadə etməkdir və o ölkələrin bəziləri hətta İranın rəqibi sayıla bilər.(irdiplomacy.ir)
دام گسترده روسیه برای ایران: مسکو هیچگاه تهران را متحد خواد نمیداند

👍6🤬1
🇮🇷İranın oxatma üzrə yığmasının qadın üzvü hökumət qüvvələrinin açdığı atəşlə bir gözünü itirib😡
Kermanşah şəhərinin Tağbostan bulvarında sol gözündən güllə yarası alan Mehbanu Xoşnudi Kia bir gözündən məhrum olub.
27 yaşlı Mehbanu (Kövsər) Xoşnudi Kia İranın oxatma üzrə qadınlardan ibarət yığma komandasının üzvüdür və 2021-cü ildə oxatma üzrə Asiya yurnirində ikinci yerə sahib olub.
Qeyd edək ki, son bir neçə ayda İranın hökumət qüvvələri vətəndaşların gözlərini kor etmək niyyəti ilə dəfələrlə və məqsədyönlü şəkildə ov tüfəngi və peyntbollarla onların üz nahiyəsinə atəş açıb. İndi bu idmançı xanım da hakimiyyətin xalqı qorxutmaq və sıxışdırmaq üçün bu qəddar və qeyri-insani metodunun qurbanına çevrilib.

🤬4👎2