Azad İran
5.78K subscribers
36.2K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷Avropanı qışda qazla təmin etmək iddiasında olan İranda əhali qaz böhranındqn əziyyət çəkir

Belə ki, bu gün Türbət-Cam şəhərində insanlar Qızıl Aypara Cəmiyyətinin binası önünə toplaşaraq qazın olmamasına etiraz edib.

تربت جام
تجمع اعتراضی مردم مقابل هلال احمر
👍9🔥1
🇮🇷🇸🇾"Ayətullah edam" ləqəbli İran prezidenti Suriyaya rəsmi səfərə dəvət edildi

Suriyaya səfər edən İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Bəşər Əsəd hökumətinin xarici işlər naziri Feysəl əl-Miqdad ilə keçirdiyi mətbuat konfransında bildirib ki, Suriya prezidenti İran hökumətinin başçısı İbrahim Rəisini rəsmi səfərə dəvət edib.

Bildirilir ki, görüşdə Suriya XİN rəhbəri İran prezidentinin dəvət olunmuş səfərinin məqsədinin “regionda yeni proseslər” və “Amerika və İsrail başda olmaqla Qərb ölkələrinin hər iki ölkəyə qarşı yaratdığı davamlı problemlər” olması ilə əlaqələndirib.

Suriyanın xarici işlər naziri deyib: "Təsəvvür edin ki, Suriyanın İran kimi müttəfiqi olmasaydı, onda onun aqibəti necə olardı?"

Qeyd edək ki, İranın hazırkı prezidenti İbrahim Rəisi 1988-ci ildə İran rejiminə müxalif 3 mindən çox siyasi məhbusun amansız şəkildə edam edilməsindəki rolu ilə tanınır.

دعوت رسمی از آیت‌الله اعدام جهت سفر به سوریه

#Suriya #İran #prezident #səfər
🤮8
🇬🇧Britaniyada iranlılara göndərilən uran paketi ilə bağlı bir nəfər həbs edilib

Britaniyanın antiterror polisi bir neçə gün öncə Londonun Hitrou Beynəlxalq Hava Limanında bu ölkədə yaşayan iranlılara göndərilən içərisində uran olan bağlama ilə bağlı bir nəfəri həbs edib.

Şənbə günü polis əməkdaşları Çeşir əyalətində bir evə girərək evin sahibi 60 yaşlı şəxsi terror cinayətləri törətməkdə şübhəli bilərək həbs ediblər.

Bununla belə, polis həmin şəxsin ictimaiyyət üçün “birbaşa təhlükə” yaratmadığına inandığını bildirib və onu zaminə buraxıb.

Xatırladaq ki, ötən il dekabrın 29-da Hitrou hava limanının nəzarət keçid bölməsində içərisində uran olan bağlama aşkar edilmiş və polis həmin bağlamanı müsadirə etmişdi.

بازداشت یک فرد در رابطه با بسته اورانیوم ارسالی به ایرانیان در بریتانیا

#Britaniya #iranlı #uran
🔥3👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Fransanın Strasburq şəhərində yaşayan iranlılar İrandakı etirazlara dəstək və molla rejiminə qarşı etiraz məqsədilə aksiya keçiriblər

Aksiyada çıxış edən İsveç parlamentinin deputatı Ubeyr Səhlani deyib: "İran xalqı fundamental insan haqları, azadlıq və demokratiya əldə etməyə layiqdir".

استراسبورگ فرانسه - عبیر السهلانی، نماینده پارلمان سوئد: مردم ایران شایسته حقوق بنیادین بشر، آزادی و دموکراسی هستند.

#Fransa #İsveç #deputat #İran_xalqı
👍8
Le Monde: "Xameneyinin xroniki depressiyası hakimiyyəti oğluna ötürmək vəsvəsəsini artırıb"

Yaxın Şərq tarixi üzrə məşhur fransalı ekspert Jan-Pier Filio “Le Monde” qəzetində yazır ki, İranın rəhbəri Əli Xameneyi xroniki depressiyalardan əziyyət çəkir və o, bütün ağlı və hissləri ilə oğlunun varisliyi üçün narahatdır.
Dini mövqeyinin zəifliyinə baxmayaraq, Xameneyi 33 il sərt şəkildə və qətiyyətlə İran İslam Respublikasına rəhbərlik edərək Yaxın Şərqdə rekord qırıb.

Cəllad kimi tanınan İbrahim Rəisinin prezidentliyi dövründə Xameneyinin repressiv meylləri daha da gücləndi və xalq etirazlarını yatırmaqda israr etdi. Özü də minlərlə insanın edam edilməsinə cavabdeh olan Rəisi bu işdə Xamneyinin xidmətində oldu.
83 yaşı olan və səhhəti getdikcə pisləşən Xameneyi ağır xroniki depressiyalardan əziyyət çəkir. Onun bütün beynini zəbt edən ölüm və məhv olmaq düşüncəsi, varislik qayğısı ilə birlikdə bu depressiyanı gücləndirdi.

لوموند: افسردگی مزمن خامنه‌ای وسوسۀ سپردن امور به مجتبی را بیشتر کرده است
👍4🥰1😱1🤬1
🇰🇷🇦🇪Cənubi Koreya prezidenti Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı deyib: “BƏƏ-nin düşməni və ən böyük təhlükəsi İran, bizim düşmənimiz isə Şimali Koreyadır. Biz BƏƏ ilə çox oxşar vəziyyətdəyik”.

Cənubi Koreyanın "Yonhap" xəbər ajansının ərəb bölməsinin məlumatına görə, Yun Sook-yul əlavə edib: "Qardaş ölkə olan BƏƏ-nin təhlükəsizliyi bizim təhlükəsizliyimizdir".

رئیس‌جمهوری کره جنوبی در سفر به امارات متحده عربی گفت که «دشمن امارات و بزرگ‌ترین تهدید آن، ایران است و دشمن ما کره شمالی است. ما در وضعیت بسیار مشابه با امارات هستیم».

به گزارش بخش عربی خبرگزاری یونهاپ کره جنوبی، یون سوک‌یول روز یکشنبه ۲۵ دی در دیدار با نظامیان این کشور که در امارات مستقر هستند، افزود: «امنیت امارات که ملت خواهر ماست، امنیت ماست».

#Cənubi_Koreya #BƏƏ #İran
👍11
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷İranın Torbət-Cam şəhərində əhali qazın kəsilməsinə etiraz olaraq təkər yandıraraq yolları bağlayıb

تربت‌_جام
مردم در اعتراض به قطع گاز با روشن کردن آتش خیابان‌ها را بستند

#İran #qaz_böhranı #etiraz
👍6🔥4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷İranın Torbət-Cam şəhərində qəzəblənmiş əhali Qırmızı Aypara Cəmiyyətinin binasını ələ keçirdi🔥

هلال احمر تربت‌جام توسط مردم تسخیر شد

#İran #etiraz #Qırmızı_Aypara
🔥7👍4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇫🇷Parisdə Eyfel qülləsi İrandakı etirazçılara dəstək məqsədilə "Qadın, həyat, azadlıq" və "Edamları dayandırın!" yazısı ilə işıqlandırılıb✌️

شامگاه دوشنبه ۲۶ دی ۱۴۰۱، برج ایفل پاریس در حمایت از معترضان ایران با شعار #زن_زندگی_آزادی تزئیین شد.

#Paris #İran #etirazlara_dəstək
👍142
🇮🇱🇮🇷Netanyahu: "Yaxın Şərqdəki problemlərin 90 faizinə görə İran məsuliyyət daşıyır"

İsrailin baş naziri Benyamin Netenyahu Yaxın Şərqin problemlərinin 90 faizinin səbəbkarının İran olduğunu bildirib.

نتانیاهو: مسئول 90 درصد از مشکلات خاورمیانه ایران است

نخست وزیر اسرائیل گفت که علت 90 درصد از مشکلات خاورمیانه ایران است.

#İsrail #İran #Yaxın_Şərq
👍156
🇮🇷Google Play İranda blokdan çıxarılıb

Bir neçə saat öncə iranlı istifadəçilər üçün Google Play-in bloklanması aradan qaldırılıb. İran IP ünvanına malik istifadəçilər üçün aylarla tətbiq edilən məhdudiyyətlərdən sonra bu gündən etibarən iranlılar bu platformadan tətbiqləri yenidən yükləyə bilərlər.

Google Play, digər xarici platformalar və messencerlər kimi, payız etirazları zamanı xarici müdaxilələrə qarşı tədbir olaraq İran hakimiyyəti tərəfindən bloklanmışdı.

گوگل پلی رفع فیلتر شد

#İran #internet #Google_Play
👍2
🇮🇷İranın hökumət ideoloqu: İran və Azərbaycan müharibə edəcəklər?

İran hökumətinə bağlı paniranist ideoloq Əliəkbər Raefipur Azərbaycan əleyhinə fikirlər səsləndirib: “Mənim üçün iranlı olmaq (fars) və Böyük İran kimliyi hər şeydən (yəni hətta şiəlikdən də) önəmlidir.

Azərbaycan İranın Ukraynası olacaq

"Bizim Azərbaycan dövləti ilə mübarizə aparmaq üçün iki əsas variantımız var; Azərbaycan "Hüseynçilər" hərəkatını gücləndirmək və talış azlığını dəstəkləmək.
Bu iki hədəf bizim əsas prioritetimiz olmalıdır.

İzah: Bu bədnam ekspert şiələri İranın xidmətində, İranı isə farsların xidmətində hesab edən tarixi paniranizmin uzantısıdır.👇👇👇
🤮11👍1👎1
Azad İran
🇮🇷İranın hökumət ideoloqu: İran və Azərbaycan müharibə edəcəklər? İran hökumətinə bağlı paniranist ideoloq Əliəkbər Raefipur Azərbaycan əleyhinə fikirlər səsləndirib: “Mənim üçün iranlı olmaq (fars) və Böyük İran kimliyi hər şeydən (yəni hətta şiəlikdən də)…
Şiə Azərbaycanı ilə xristian Ermənistan arasında gedən müharibədə İran rejimi və fars millətçilərinin Ermənistanın tərəfini tutması bu prioritetləşdirməyə əsaslanır. Azərbaycanın İranın Ukraynası olub-olmaması bu qrupun axmaqlığından asılıdır, amma aydın olan odur ki, "Hüseynçilər" adlı terrorçu qrupu və talış azlığını dəstəkləmək onların Azərbaycana qarşı yeganə kartıdır.

Qəribədir ki, "Hüseynçilər"in əksəriyyəti talış azlığından və qondarma "Talş-Muğan Respublikası"nın qalan tör-töküntüləridir.

Amma meydandakı faktlar göstərir ki, bu kartların praktik dəyəri yüksək deyil.

افاضات تئورسین شعوبیه رائفی پور در مورد آزربایجان:

«برای من ایران هویتی (بخوانید فارسی) و ایران بزرگ بیش از هر چیزی اهمیت دارد (یعنی بیش از حتی تشیع).

#İran #Azərbaycan #bədnam_ekspert #cəfəngiyat
👍6👎3
Media is too big
VIEW IN TELEGRAM
🇮🇷İranda şəhər başçısı soyuqdan donan əhaliyə qaz əvəzinə "salavat" verdi🤬

Türbət-Cam şəhərinin əhalisi valiliyinin qarşısında toplaşaraq deyir: "3 günlük uşaq soyuqdan öləcək, biz nə edək? Sizin öz arvad-uşaqlarınız nə edir?”

Şəhər başçısının kəskin soyuqda qazın olmamasına etiraz edən qəzəbli insanların bir yerə toplaşmasına cavabı: "Salavat verin!"

بحران سرما و تجمع مردم خشمگین معترض به کمبود گاز در سرمای شدید در تربت جام

تجمع اعتراضی مردم تربت جام مقابل فرمانداری: بچه سه روز بمیره ما چکار کنیم زن و بچه خودتون چکار می‌کنن؟
جواب فرماندار به تجمع مردم خشمگین معترض به کمبود گاز در سرمای شدید: صلوات بدهید!

#İran #qaz #soyuq
🔥4😁2
🇮🇷İranın Türbət-Cam şəhərində qışın soyuğunda əhali qazın kəsilməsinə görə çəkdiyi məşəqqətləri divarlara zalım rejimə qarşı nifrət şüarları yazmaqla bildirir:
"Qəddar Xameneyi, səni torpağa basdıracağıq!
Qəddar Xameneyi...
Sona qədər mübarizə aparacağıq!"

پاسخ مردم قهرمان تربت جام به قطعی گاز و فشارهایی که مردم تحمل میکنند
دیوارها از خشم و نفرت مردم نسبت به این نظام میگویند

#İran #qaz_böhranı
👍7🔥3
🇮🇷Güney Azərbaycanın Bicar şəhərində iki müəllim saxlanılıb😡

Kütləvi etirazlara qatılan müəllimlərə qarşı həbs cəzaları və basqılar artıb.

Bicar şəhərində Məhəmməd Əli Ərəbi və Məhəmməd Firuzan adlı iki müəllim həbs olunub.

İctimai fəaliyyətlərinə və öyrəncilərin həbsə atılmasımna etiraz edən müəllimlər barəsində "hökumətə qarşı təbliğat fəaliyyəti" ittihamı irəli sürülüb.

محمدعلی عربی و محمد فرزان، دو فعال صنفی معلمان بیجار، پس از احضار توسط دادسرای عمومی و انقلاب این شهرستان، بازداشت شدند.

#İran #müəllimlər #həbs #etirazlar
🤬8
🇮🇷Erməni keşiş molla rejiminə təşəkkür edib

Güney Azərbaycanda yaşayan ermənilərin Yeparxiyasının arxiyepiskopu Qriqor Çiftçiyan İran hökumətinə minnətdarlıq edib.

O, İran hökumətinin ölkədə yaşayan ermənilərə qayğıkeşliyindən ağız dolusu dəm vuraraq, ermənilərə aid klisə və mərkəzlərə verilən dəstəyi yüksək qiymətləndirib.

Çiftçiyan İranın ərazi bütövlüyünün qorunub saxlanılmasını bütün ermənilərin böyük arzusu olduğunu qeyd edib.

Xatırladaq ki, Çiftçiyan bir neçə gün öncə də Fransanın "Charlie Hebdo" nəşrinin Xameneyinin İranda etirazların yatırılmasındakı rolu mövzusunda karikaturalarını dərc etməsindən narahatlığını ifadə edib.

"Bu addım ermənilərin də ürəyini yaralayıb"- o, deyib.

Qeyd edək ki, şəkil erməni keşiş Çiftçiyanın bir müddət öncə Ərdəbilin əyalət mollası və anti-Azərbaycan mövqeyi ilə tanınan Ayətullah Həsən Ameli ilə görüşünə aiddir.

قدردانی گریگور چیفتچیان، خلیفه کل ارامنه آذربایجان از حکومت ایران بابت حمایت و توجه به مسایل ارامنه کشور

#erməni_keşiş #molla_rejimi #təşəkkür
🤮6👎2👍1
🇮🇷İranda xalq ötən gecə "Xameneyiyə ölüm" şüarı ilə yenidən küçələrə axışdı

تظاهرات شبانه مردم با شعارهای "مرگ بر خامنه ای"

#İran #xalq_etirazları
👍10
🇮🇷İranda neft lampalarının qiyməti 12 dəfə bahalaşıb❄️

İranda qazın kəsilməsi və havaların soyuq keçməsi şəhər və kəndlərə kerosin paylanmasına səbəb olub və bu da neft lampalarının qiymətini 5.5 milyon tümənə yüksəldib.

"Tejarat News" saytı İranda neft lampalarının qiymətinin 12 dəfə artdığını açıqlayan hesabatında bütün növ yeni və ənənəvi isitmə cihazlarının qiymətinin bahalaşdığını yazıb.

افزایش قیمت لامپ نفتی در اثر قطعی گاز

#İran #qaz_böhranı #bahalaşma
😱4👍2👎1
🇮🇷🇹🇷İranın XİN başçısı Türkiyəyə gedib

İSNA xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Türkiyə rəsmiləri ilə görüşüb danışıqlar aparmaq üçün siyasi nümayəndə heyətinin müşayiəti ilə bu gün səhər Ankaraya yola düşüb.

Məlumata görə, Abdullahiyan Türkiyə rəsmiləri ilə görüşdə iki ölkə arasında müxtəlif siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələri, mühüm regional və beynəlxalq məsələləri müzakirə edəcək və fikir mübadiləsi aparacaq.

امیرعبداللهیان عازم ترکیه شد

#İran #Türkiyə #səfər
👎7