Azad İran
5.78K subscribers
36.1K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷Molla rejimi daha bir etirazçını edam hökmünə məhkum edib🤬

Məhbusların Vəziyyətinə Nəzarət Komitəsi Mazandaran əyalətində həbs edilən Cavad Ruhiniyə ölüm hökmünün verildiyini bildirib.

#Mazandaran #edam #CavadRuhini
🤬12👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Güney Azərbaycanın Dərəşəhr bölgəsində azadlıqsevərlər xalqa divan tutan radikal "Bəsic" qüvvələrinə məxsus bazaya əldəqayırma qumbara atıblar

#Güney_Azərbaycan #radikal_bəsic #qumbara
👍15
🇮🇷Şirazda qaşqay milli fəal həbs edilib🔥

İranın repressiv hökumət qüvvələri Qüdrət Məsuminin evinə basqın ediblər. Daha sonra təhlükəsizlik qüvvələri onun evində axtarış aparıblar.

Həbsin səbəbləri və ona qarşı sürülən ittihamlar hələlik bəlli deyil.

#qaşqay #QüdrətMəsumi #həbs
🤬10
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷Dünən gecə İranın Bəndər Abbas şəhərində hökumət əleyhinə etiraz aksiyası keçirilib🔥

Etirazçılar küçələrdə təkər yandıraraq yolları bağlayıblar.

تجمع اعتراضی مردم بندرعباس در خیابان‌های این شهر

#İran #Bəndər_Abbas #etiraz
👍7
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷Tehranın “Beheşti” Universitetinin öyrənciləri hökumətin gəncləri edam etməsinə qarşı etiraz nümayişi keçiriblər

Öyrəncilər şüar səsləndiriblər: "Nə edam, nə zindan. Sonuna qədər mübarizə aparacağıq!"

تجمع و راهمپیمایی دانشجویان دانشگاه بهشتی با شعار:
نه زندان، نه اعدام، ایستاده‌ایم تا پایان
یکشنبه ۱۸دی ۱۴۰۱

#İran #öyrəncilər #edama_qarşı
10👍1
🇮🇷İranda hökumət qüvvələri iki etnik bəluçu öldürüblər😢😡

Sistan və Bəluçistan əyalətinin Xaş şəhərində Qala Heydərabad bölgəsində repressiv qüvvələr tərəfindən minik avtomobilinin atəşə tutulması nəticəsində iki etnik bəluç yerindəcə həlak olublar.

İranın rəsmi mediası öldürülənlərin başqa avtomobildə olan sərnişinlərlə silahlı münaqişəsi zamanı polisin müdaxiləsi zamanı öldürüldüklərini yazıb.

Bəluç fəalları isə polis qüvvələri tərəfindən güllələnənlərin polisin “dayan!” əmrinə tabe olmadığı səbəbindən atəşə tutulduqlarını bildirirlər.

کشته شدن دو بلوچ جوان با تیراندازی نیروهای سرکوبگر

#Sistan_Beluçistan #bəluç
🤬7
🇮🇷Tehran, İsfahan və digər şəhərlərdə İran hökumətinə qarşı etiraz aksiyaları keçirilib

Repressiv hökumət qüvvələrinin basqı və hücumlarına baxmayaraq aksiya iştirakçıları İran rəhbərinə qarşı şüarlar səsləndirirlər. Videoda göründüyü kimi, repressiv qüvvələr etirazçıları tutub maşına tərəf aparırlar.

Şüarlar: "Xameneyiyə ölüm olsun! Diktatora ölüm olsun!"

اعتراضات شبانه در گوهردشت کرج
در برخی شهرها مانند تهران و اصفهان اعتراضات خیابانی شکل گرفته است

#İran #etiraz_aksiyaları #repressiv_qüvvələr
🤬5👍1
Günün fotosu:
Tezliklə biz bu divarı aşıb parlaq gələcəyə qədəm qoyacağıq


عکس روز: به زودی از این دیوار عبور میکنیم و به آینده روشن قدم میگذاریم

Kanalımıza üzv olmağı unutmayın!
23🔥2🥰2👏2
PS752 reysinin (2020-ci il yanvarın 8-də İran raketləri ilə atəşə tutulması nəticəsində Tehran yaxınlığında qəzaya uğrayan Ukraynaya məxsus sərnişin təyyarəsi) vurulmasının üçüncü ildönümü ilə bağlı bütün dünyada yaşayan iranlıların etiraz aksiyaları geniş miqyas alıb😢🤬

Mitinqlərin baş tutduğu ölkələr:

▪️ Türkiyə
▪️ İspaniya
▪️ Almaniya
▪️ Böyük Britaniya
▪️ Çexiya
▪️ Fransa
▪️ Kanada
▪️ İtaliya
▪️ Avstriya
▪️ İsveç
▪️ Kipr
▪️ Belçika
▪️ İsveçrə
▪️ Hollandiya
▪️ Amerika
▪️ Yeni Zelandiya
▪️ Avstraliya

İranın özündə isə təyyarənin qəzaya uğradığı yer güllərlə örtülüb.(AZfront)
😢7
Azad İran pinned a photo
Təbrizli etirazçılardan daha biri rejim tərəfindən öldürüldü😢😡

Təxminən bir ay öncə Təbrizdə baş tutan etirazlarda həbs edilən üç uşaq atası Heydər Əzimi ETTELAAT Nazirliyinin müstəntiqləri tərəfindən işgəncələr altında öldürülüb.

Yanvarın 2-də Əziminin cənazəsi ailəsinə təhvil verilib və təhlükəsizlik tədbirləri altında dəfn edilib.

Xəbər mənbələrinə görə, o, Təbrizdəki etirazların ilk günlərində təhlükəsizlik idarəsi tərəfindən saxlanılıb və ailəsi ilə qısa telefon danışığı zamanı etirazlarda öldürülən Bəsic qüvvələrinin üzvü Hüseyn Ocağinin qətlinə etiraf etmək üçün işgəncələrə məruz qaldığını bildirib.

Əziminin ailəsi habelə onun öldürülməsini ictimailəşdirməməsi və susması üçün Kəşfiyyat İdarəsi tərəfindən təhdid olunub.

Bəzi mənbələr onun öldürülməsini etirazları yatırmaq üçün hökumətin özünün qəsdən törətdiyini bildirir.

Rejimin Əziminin ailəsinə güclü basqıları üzündən onun üç mərasiminin keçirilməsinə belə icazə verilməyib.

#Təbriz #etirazçı #molla_rejimi #qətl
🤬8👎2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷Kərəc şəhərində xalq etirazları zamanı həbs edilən daha iki gənc - Məhəmməd Buruğəni və Məhəmməd Qubadlunun molla rejimi tərəfindən edam edilməsinə mane olmaq üçün Qızılhasar zindanının önünə toplaşıb😡

تجمع مردم با هدف ممانعت از اجرای حکم اعدام‌ محمد بروغنی و محمد قبادلو مقابل زندان رجایی‌شهر

Kanalımıza üzv olmağı unutmayın!
👍3😱1
🇮🇷İranlı ekspertdən Azərbaycan Prezidentinə və mediasına qarşı daha bir böhtan

Bədnam siyasi şərhçi Ehsan Movəhhediyan özünün Tvitter səhifəsində yenə cəfəng fikirlər yazıb:

“İranın xarici işlər naziri: Fransızların karikatura dərc etməsi cavabsız qalmayacaq.
İran XİN: İran öz milli suverenliyinin təhdid edilməsinə dözməyəcək.
XİN sözçüsü: Biz İranın dini və milli dəyərlərinin aşağılanmasını qəbul etmirik”.

Sitat: “Demək istəyirəm ki, bütün bu cürətlər Bakıda da edilir. Özü də əhəmiyyətsiz bir sarı nəşr tərəfindən yox, Əliyevin göstərişi ilə əsas KİV-lərdə! Niyə buna səssiz qalırıq?”.

Kanalımıza üzv olmağı unutmayın!
🤮3
İran hökuməti etirazlarda iştirak edən daha 3 nəfər haqqında edam hökmü çıxarıb

İnqilab Məhkəməsi etirazlar zamanı İsfahan şəhərində 3 təhlükəsizlik məmurunun ölümünə səbəb olan şəxslər haqqında hökm verib.

Ötən ilin noyabr ayında bir qrup şəxs odlu silahla Xane-İsfahan bölgəsində insanlara hücum edərək 3 polisi öldürüb və çox sayda insanı yaralayan 6 nəfər haqqında hökm elan edilib.

İran Məhkəmə Sisteminin yaydığı açıqlamaya görə, həbs olunan şəxslərdən 3 nəfər haqqında məhkəmə edam hökmü çıxarıb. Edama məhkum olunmuş şəxslər Saleh Mirhaşimi, Məcid Kazimi və Səid Yəqubidir.

Məhkəmə digər 3 nəfər haqqında isə həbs qərarı çıxarıb.

حکومت ایران برای سه جوان معترض دیگر حکم اعدام صادر کرد

#İran #etirazçılar #edam

Kanalımıza üzv olmağı unutmayın!
🤬7👎2
🇮🇷Tehran Universiteti separatçı Əlikram Hümbətova anım mərasimi keçirib

İran hökuməti Azərbaycan dövlətinə və xalqına qarşı daha bir təxribat xarakterli addıma əl atıb.

Belə ki, molla rejiminin dəstəyi ilə yanvarın 8-də Tehran Universitetində qondarma “Talış-Muğan Muxtar Respublikasının prezidenti” Əlikram Hümbətovun xatirəsinə həsr olunmuş mərasim təşkil edilib.

İllərdir Azərbaycan əleyhinə qatı düşmən mövqeyi sərgiləyən “Bultan News” xəbər ajansı yazır ki, sözügedən qondarma qurum Azərbaycan Respublikasının tərkibində talışlar tərəfindən yaradıldıqdan sonra bir neçə ay yaşayıb və sonda “Bakı rejimi” tərəfindən ləğv edilib.

Mərasimdə qondarma “Milli Talış Hərəkatının” informasiya xidmətinin rəhbəri Zabil Məhərrəmov fəxri qonaq qismində çıxış edib.

برگزاری نکوداشت توسط حکومت ایران برای علی اکرم همت‌اف، رهبر تجزیه طلب منطقه تالش آذربایجان در دانشگاه تهران

#Tehran_Universiteti #Əlikram_Hümbətov #separatçı #anım_mərasimi

Kanalımıza üzv olmağı unutmayın!
🤮15👎4👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Güney Azərbaycanın Urmu şəhərində gənclər qarlı havada yallı gedir👏

#Guney_Azərbaycan #Urmu

Kanalımıza üzv olmağı unutmayın!
👍188
🇮🇷İranın XİN sözçüsü Naser Kənani Azərbaycanla münasibətlər barədə: “Azərbaycanla əlaqələrimiz müsbət şəkildə qurulur. Bəzi anlaşılmazlıqlara baxmayaraq, isti münasibətlər qalmaqdadır və qonşuluq, sərhədlər, tarix, ümumi maraqlar (iqtisadi və siyasi) səbəbindən hər iki ölkə öz arasında yeni əməkdaşlıq sahələrini müəyyənləşdirməyə borcludur. Və əgər anlaşılmazlıq varsa, bunlar diplomatik danışıqlar yolu ilə həll olunmalıdır. Biz həm də Azərbaycan tərəfdən İranla bağlı müsbət açıqlamaların şahidi olduq.

کنعانی در پاسخ به سوالی در مورد یخ موجود بین ایران و آذربایجان گفت: مناسبات ما با جمهوری آذربایجان برقرار است. یخ‌های موجود را تایید نمی‌کنم. به رغم برخی سوء تفاهمات مناسبات برقرار است و دو کشور به دلیل همسایگی و مرزها و تاریخ و منافع مشترک و علائق سیاسی ناگزیر برای تعریف زمینه‌های جدید همکاری بین دو کشور هستند و اگر سوء تفاهمی است این سوءتفاهمات باید در چارچوب گفت‌وگوهای دیپلماتیک حل و فصل شود. ادبیات مثبتی از سوی مقامات آذربایجان شنیدیم و ایران در همین چارچوب کما فی السابق حرکت خواهد کرد.

#İran #Azərbaycan
🤮9👍3