Azad İran
5.78K subscribers
36.1K photos
21.9K videos
15 files
9.42K links
"Azad İran" kanalı gündəlik İranda baş verən hadisələrlə bağlı operativ xəbər, təhlil və görüntülər yayımlayan media qrupudur
Download Telegram
🇮🇷🇦🇿🇹🇷Ankarada Azərbaycan, Türkiyə və İran arasında üçtərəfli görüş keçiriləcək

Bu haqda İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf açıqlama verib.
Qalibaf bu gün Türkiyəyə səfər öncəsi müsahibəsində deyib: "Mən Türkiyə Böyük Millət Məclisinin sədrinin dəvəti ilə bu ölkəyə səfər edirəm. Türkiyədə 44 üzvdən ibarət Asiya Parlamentləri Assambleyası yaradılacaq.
Bu səfər bütün Asiya ölkələri üçün yaxşı fürsətdir, xüsusilə də bu gün dünyanın həssas vəziyyətində. Çünki bu qitə son dərəcə həssasdır və dünyanın gələcəyində oynadığı rol önəmlidir. Bölgədəki şəraiti və sürətli prosesləri nəzərə alsaq, bu görüş üçtərəfli əməkdaşlıq üçün səmərəli ola bilər. İnanırıq ki, iqtisadi, siyasi, logistik və digər imkanlarla yanaşı, regionda mövcud olan inkişaf şərtlərinə uyğun olaraq bölgənin inkişafı, sülh və təhlükəsizliyinin şahidi ola bilərik".

برگزاری نشست سه جانبه میان آذربایجان، ترکیه و ایران در آنکارا

#İran #parlament
👍3👎2😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Lüksembuqrda yaşayan iranlılar molla rejiminin iki gənci edam etməsinə etiraz ediblər

Aksiyada çıxış edən fəallsrdan biri deyir: "Mehdi Kərəmi və Məhəmməd Hüseyni SEPAH zabiti Ruhullah Əcəmiyanın qətlə yetirilməsində ittiham olunanaraq edam olundular Əslində, onlar edam edilmədi, terrorist rejim tərəfindən qətlə yetirildilər!"

تجمع اعتراضی ایرانیان مقیم لوکزامبورگ

#Lüksemburq #İran #etiraz_aksiyası
😁4👍2😱1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷Tehranın Səttarxan küçəsində bu dəqiqələrdə hökumət əleyhinə nümayiş keçirilir

Azadlıqsevərlər İslam Respublikasının rəhbərinə qarşı şüar səsləndirirlər: "Diktatora ölüm olsun!"

تهران - تظاهرات زنان و مردان آزادیخواه ستارخان
با شعار: مرگ بر دیکتاتور
یکشنبه ۱۸ دی ۱۴۰۱

#Tehran #hökumət_əleyhinə_nümayiş
👍91
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Qəzvində bu dəqiqələrdə hökumətə qarşı etiraz aksiyası keçirilir

Aksiya iştirakçıları İran rəhbərinə qarşı şüarlar səsləndirirlər:

"Diktatora ölüm olsun!
Ar olsun, bizim qeyrətsiz rəhbərimizə ar olsun!"

تظاهرات در قزوین
مردم شعار می دهند: ننگ ما، ننگ ما رهبر الدنگ ما
۱۸ دیماه

#Qəzvin #etiraz #aksiya
👍111
İran mediasından Azərbaycana qarşı növbəti hədə

İran hökumətinə bağlı bədnam siyasi təhlilçi Ehsan Movəhhediyan yanvarın 7-də "Tvitter" hesabında Azərbaycana qarşı hədələyici paylaşım edib:
"İraq İranın Kürdüstana raket zərbələri endirdiyinə görə səfirimizi çağırıb və yaxud sərhəd çaylarına daxil olan suyun azalmasına görə məhkəməyə müraciət etməklə hədələyir. Odur ki, Fars Körfəzinin adını təhrif etdiklərinə görə, onların səfirini çağırmalıyıq. İranın kimlik simvollarına müdaxilə kimi təhlükəli tendensiyaya son qoyulmalıdır. İstər Bakıda, istərsə Bağdadda. Zarafatımız yoxdur".

Kanalımıza üzv olmağı unutmayın!
🤮12🤔1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Qəzəbli etirazçılar SEPAH-ın Bəsic bazalarını məhv etməyə davam edirlər

Bu gecə fəallar Dərəşəhrdə və Sənəndəcdə yerləşən bazalara Molotov kokteyli atıblar.

#İran #SEPAH #Sənəndəc #Bəsic #Molotov_kokteyli
🔥11👍4
Azad İran pinned a photo
🇮🇷Molla rejimi daha bir etirazçını edam hökmünə məhkum edib🤬

Məhbusların Vəziyyətinə Nəzarət Komitəsi Mazandaran əyalətində həbs edilən Cavad Ruhiniyə ölüm hökmünün verildiyini bildirib.

#Mazandaran #edam #CavadRuhini
🤬12👍3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Güney Azərbaycanın Dərəşəhr bölgəsində azadlıqsevərlər xalqa divan tutan radikal "Bəsic" qüvvələrinə məxsus bazaya əldəqayırma qumbara atıblar

#Güney_Azərbaycan #radikal_bəsic #qumbara
👍15
🇮🇷Şirazda qaşqay milli fəal həbs edilib🔥

İranın repressiv hökumət qüvvələri Qüdrət Məsuminin evinə basqın ediblər. Daha sonra təhlükəsizlik qüvvələri onun evində axtarış aparıblar.

Həbsin səbəbləri və ona qarşı sürülən ittihamlar hələlik bəlli deyil.

#qaşqay #QüdrətMəsumi #həbs
🤬10
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷Dünən gecə İranın Bəndər Abbas şəhərində hökumət əleyhinə etiraz aksiyası keçirilib🔥

Etirazçılar küçələrdə təkər yandıraraq yolları bağlayıblar.

تجمع اعتراضی مردم بندرعباس در خیابان‌های این شهر

#İran #Bəndər_Abbas #etiraz
👍7
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇮🇷Tehranın “Beheşti” Universitetinin öyrənciləri hökumətin gəncləri edam etməsinə qarşı etiraz nümayişi keçiriblər

Öyrəncilər şüar səsləndiriblər: "Nə edam, nə zindan. Sonuna qədər mübarizə aparacağıq!"

تجمع و راهمپیمایی دانشجویان دانشگاه بهشتی با شعار:
نه زندان، نه اعدام، ایستاده‌ایم تا پایان
یکشنبه ۱۸دی ۱۴۰۱

#İran #öyrəncilər #edama_qarşı
10👍1
🇮🇷İranda hökumət qüvvələri iki etnik bəluçu öldürüblər😢😡

Sistan və Bəluçistan əyalətinin Xaş şəhərində Qala Heydərabad bölgəsində repressiv qüvvələr tərəfindən minik avtomobilinin atəşə tutulması nəticəsində iki etnik bəluç yerindəcə həlak olublar.

İranın rəsmi mediası öldürülənlərin başqa avtomobildə olan sərnişinlərlə silahlı münaqişəsi zamanı polisin müdaxiləsi zamanı öldürüldüklərini yazıb.

Bəluç fəalları isə polis qüvvələri tərəfindən güllələnənlərin polisin “dayan!” əmrinə tabe olmadığı səbəbindən atəşə tutulduqlarını bildirirlər.

کشته شدن دو بلوچ جوان با تیراندازی نیروهای سرکوبگر

#Sistan_Beluçistan #bəluç
🤬7
🇮🇷Tehran, İsfahan və digər şəhərlərdə İran hökumətinə qarşı etiraz aksiyaları keçirilib

Repressiv hökumət qüvvələrinin basqı və hücumlarına baxmayaraq aksiya iştirakçıları İran rəhbərinə qarşı şüarlar səsləndirirlər. Videoda göründüyü kimi, repressiv qüvvələr etirazçıları tutub maşına tərəf aparırlar.

Şüarlar: "Xameneyiyə ölüm olsun! Diktatora ölüm olsun!"

اعتراضات شبانه در گوهردشت کرج
در برخی شهرها مانند تهران و اصفهان اعتراضات خیابانی شکل گرفته است

#İran #etiraz_aksiyaları #repressiv_qüvvələr
🤬5👍1
Günün fotosu:
Tezliklə biz bu divarı aşıb parlaq gələcəyə qədəm qoyacağıq


عکس روز: به زودی از این دیوار عبور میکنیم و به آینده روشن قدم میگذاریم

Kanalımıza üzv olmağı unutmayın!
23🔥2🥰2👏2
PS752 reysinin (2020-ci il yanvarın 8-də İran raketləri ilə atəşə tutulması nəticəsində Tehran yaxınlığında qəzaya uğrayan Ukraynaya məxsus sərnişin təyyarəsi) vurulmasının üçüncü ildönümü ilə bağlı bütün dünyada yaşayan iranlıların etiraz aksiyaları geniş miqyas alıb😢🤬

Mitinqlərin baş tutduğu ölkələr:

▪️ Türkiyə
▪️ İspaniya
▪️ Almaniya
▪️ Böyük Britaniya
▪️ Çexiya
▪️ Fransa
▪️ Kanada
▪️ İtaliya
▪️ Avstriya
▪️ İsveç
▪️ Kipr
▪️ Belçika
▪️ İsveçrə
▪️ Hollandiya
▪️ Amerika
▪️ Yeni Zelandiya
▪️ Avstraliya

İranın özündə isə təyyarənin qəzaya uğradığı yer güllərlə örtülüb.(AZfront)
😢7
Azad İran pinned a photo
Təbrizli etirazçılardan daha biri rejim tərəfindən öldürüldü😢😡

Təxminən bir ay öncə Təbrizdə baş tutan etirazlarda həbs edilən üç uşaq atası Heydər Əzimi ETTELAAT Nazirliyinin müstəntiqləri tərəfindən işgəncələr altında öldürülüb.

Yanvarın 2-də Əziminin cənazəsi ailəsinə təhvil verilib və təhlükəsizlik tədbirləri altında dəfn edilib.

Xəbər mənbələrinə görə, o, Təbrizdəki etirazların ilk günlərində təhlükəsizlik idarəsi tərəfindən saxlanılıb və ailəsi ilə qısa telefon danışığı zamanı etirazlarda öldürülən Bəsic qüvvələrinin üzvü Hüseyn Ocağinin qətlinə etiraf etmək üçün işgəncələrə məruz qaldığını bildirib.

Əziminin ailəsi habelə onun öldürülməsini ictimailəşdirməməsi və susması üçün Kəşfiyyat İdarəsi tərəfindən təhdid olunub.

Bəzi mənbələr onun öldürülməsini etirazları yatırmaq üçün hökumətin özünün qəsdən törətdiyini bildirir.

Rejimin Əziminin ailəsinə güclü basqıları üzündən onun üç mərasiminin keçirilməsinə belə icazə verilməyib.

#Təbriz #etirazçı #molla_rejimi #qətl
🤬8👎2